Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə23/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   19   20   21   22   23   24   25   26   ...   79

nazirliklər baş idarələr, dövlət, kooperativ, ictimai müəssisələr, 
təşkilatlar, idarələr və  vətəndaşlar tərəfindən yerinə yetirilməsini 
təmin etməkdir. 
Maddə 14. Tarix və  mədəniyyət abidələrinin 
mühafizəsi və onlardan istifadə üzərində dövlət nəzarətini 
həyata keçirən orqanlar      
Tarix və  mədəniyyət abidələrinin mühafizəsi və onlardan 
istifadə üzərində dövlət nəzarətini xalq deputatları Sovetləri, 
onların icra və  sərəncam orqanları, SSR İttifaqı  və Azərbaycan 
SSR-in qanunvericiliyinə uyğun olaraq buna xüsusi vəkil edilmiş 
dövlət orqanları həyata keçirirlər.  
Maddə 15. Abidələrinin mühafizəsi və onlardan istifadə 
tədbirlərinin həyata keçirilməsinə ictimai təşkilatların və 
vətəndaşların iştirakı 
Həmkarlar ittifaqları, gənclər təşkilatları, elmi cəmiyyətlər, 
yaradıcılıq ittifaqları  və digər ictimai təşkilatlar, habelə 
vətəndaşlar tarix və mədəniyyət abidələrinin mühafizəsi, onlardan 
istifadə edilməsi, onların aşkara çıxarılması, uçota alınması, 
bərpası  və  həmin abidələr haqqında biliklərin yayılması 
tədbirlərinin həyata keçirilməsində dövlət orqanlarına yardım 
göstərirlər. 
İctimai təşkilatlar tarix və  mədəniyyət abidələrinin 
qorunmasının təmin edilməsi işində  həmin təşkilatların 
nizamnamələrinə  (əsasnamələrinə), SSR İttifaqı  və Azərbaycan 
SSR qanunvericiliyinə uyğun olaraq iştirak edirlər.  
Tarix və  mədəniyyət abidələrinin qorunmasına qalmaq 
vətəndaşların borcu və vəzifəsidir. 
Maddə 16. Abidələrinin mühafizəsində  və onlardan 
istifadə olunmasında Azərbaycan Tarix və  Mədəniyyət 
Abidələrini Könüllü Mühafizə Cəmiyyətinin iştirakı 
Azərbaycan Tarix və  Mədəniyyət Abidələrini Könüllü 
Mühafizə  Cəmiyyəti  əhalinin geniş  təbəqələrinin abidələrin 
mühafizəsində  fəal surətdə  və bilavasitə  iştirak etməyə  cəlb 
olunmasına kömək edir, abidələri, abidələrin mühafizəsi və 
onlardan istifadə haqqındakı qanunları təbliğ edir, dövlət abidələri 


mühafizə orqanlarının işinə  fəal kömək edir, abidələrin 
qorunmasına və onlardan düzgün istifadə olunmasına ictimai 
nəzarət edir, tarix və  mədəniyyət abidələri üzərində müəssisə, 
təşkilat və idarələrin hamiliyini təşkil edir.  
Tarix və  mədəniyyət abidələrini könüllü mühafizə 
cəmiyyəti tarix və  mədəniyyət abidələrinin qorunmasının təmin 
edilməsinə yönəldilən işdə öz nizamnaməsinə, SSR İttifaqı  və 
Azərbaycan SSR qanunvericiliyinə uyğun surətdə iştirak edir.  
Maddə 17.  Tarix və  mədəniyyət abidələrinin 
mühafizəsi və onlardan istifadə olunmasında Azərbaycan SSR 
Elmlər Akademiyasının iştirakı 
- Azərbaycan SSR Elmlər Akademiyası ona tapşırılmış 
vəzifələrə uyğun olaraq tabeliyindəki muzeylərdə  və başqa 
idarələrdə olan tarix və  mədəniyyət abidələrinin mühafizəsini və 
onlardan istifadə olunmasını  təmin edir, Akademiyanın 
Nizamnaməsi, SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə 
ona tapşırılan digər sanksiyaları yerinə yetirir. 
Maddə 18. Tarix və  mədəniyyət abidələrinin 
mühafizəsi və onlardan istifadə olunması sahəsindəki 
tədbirlərin həyata keçirilməsində müəssisə, təşkilat və 
idarələrin iştirakı 
Dövlət müəssisələri, təşkilatları  və idarələri, kolxozlar və 
digər kooperativ təşkilatları tarix və  mədəniyyət abidələrinin 
aşkara çıxarılması, mühafizəsi, onlardan istifadə olunması, onların 
uçota alınması, bərpa edilməsi, onlar haqqındakı biliklərin 
yayılması sahəsindəki tədbirlərin həyata keçirilməsində abidələri 
mühafizə və onlardan istifadə orqanlarına yardım göstərirlər. 
Müəssisə, təşkilat və idarələr tarix və  mədəniyyət 
abidələrinə hamilik edə bilərlər.  
Maddə 19. Tarix və mədəniyyət abidələrinin təbliğində 
və tanıdılmasında mədəniyyət, xalq maarifi, elm orqanlarının 
və idarələrinin iştirakı 
Mədəniyyət, xalq maarifi, elm orqanları  və idarələri tarix 
və  mədəniyyət abidələri haqqında biliklərin  əhali arasında təbliğ 
olunmasında və yayılmasında fəal iştirak edir, bu abidələrin 


öyrənilməsinə  uşaqların və  gənclərin geniş  cəlb olunmasına, 
onların mühafizəsində əhalinin iştirakına kömək edirlər. 
 
II TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN DÖVLƏT 
UÇOTU 
 
Maddə 20. Tarix və  mədəniyyət abidələrinin dövlət 
uçotunun təşkili 
Tarix və  mədəniyyət abidələri, kimin mülkiyyətində 
olmasına baxmayaraq, dövlət uçotuna alınmalıdır. 
Tarix və  mədəniyyət abidələrinin və onlardan istifadə 
haqqında SSRİ qanununa uyğun olaraq tarix və  mədəniyyət 
abidələri SSRİ Nazirlər Sovetinin müəyyən etdiyi qaydada dövlət 
uçotuna alınır.  
Maddə 21.  Tarix və  mədəniyyət abidələrinin 
ümumittifaq, respublika və yerli əhəmiyyətli abidələrə aid 
edilməsi   
Tarix və mədəniyyət abidələrinin uçotunu və mühafizəsini 
təşkil etmək məqsədi daşınmaz abidələr ümumittifaq, respublika 
və yerli əhəmiyyətli abidələrə bölünür. 
Tarix və mədəniyyət abidələri ümumittifaq, respublika və 
yerli  əhəmiyyətli abidələr kateqoriyasına SSR İttifaqı  və 
Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq aid edilir.  
Respublika  əhəmiyyətli tarix və  mədəniyyət abidələrinin 
siyahıları Azərbaycan SSR Mədəniyyət Nazirliyinin təqdimi üzrə 
Azərbaycan SSR Nazirlər Soveti tərəfindən təsdiq edilir.  
Yerli  əhəmiyyətli tarix və  mədəniyyət abidələrinin 
siyahıları rayon, şəhər (respublika tabeliyində olan şəhər) xalq 
deputatları Sovetləri icraiyyə komitələrinin Azərbaycan SSR 
Mədəniyyət Nazirliyi ilə razılaşdırılmış təqdimi üzrə Azərbaycan 
SSR Nazirlər Soveti tərəfindən Naxçıvan MSSR və Dağlıq 
Qarabağ Muxtar Vilayəti ərazisində isə müvafiq surətdə Naxçıvan 
MSSR Nazirlər Soveti tərəfindən, Dağlıq Qarabağ Muxtar 
Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən 
təsdiq edilir.  


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə