Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə24/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   20   21   22   23   24   25   26   27   ...   79

Respublika və yerli əhəmiyyətli tarix və  mədəniyyət 
abidələrinin siyahılarından obyektlərin çıxarılmasına yalnız 
Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yol verilir.  
Maddə 22. Muzeylərdə, kitabxanalarda və arxivlərdə 
olan tarix və mədəniyyət abidələrinin dövlət uçotu 
Muzeylərdə, kitabxanalarda, arxivlərdə digər təşkilatlar və 
idarələrdə olan tarix və  mədəniyyət abidələri “Tarix və 
mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə 
haqqında” SSRİ qanununa uyğun olaraq SSRİ-nin muzey və arxiv 
fondlarına dair SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilən 
qaydada dövlət uçotuna alınır. 
Maddə 23. Vətəndaşların  şəxsi mülkiyyətində olan 
tarix və mədəniyyət abidələrinin dövlət uçotu   
Vətəndaşların  şəxsi mülkiyyətində olan və böyük tarixi, 
elmi, bədii və ya digər mədəni  əhəmiyyətə malik qədim  əşyalar 
təsviri və dekorativ-tətbiqi sənət  əsərləri, tikililər,  əlyazmaları, 
kolleksiyalar, nadir çap nəşrləri və digər əşyalar və sənədlər tarix 
və  mədəniyyət abidələri sayılır, abidələrin daha tam aşkara 
çıxarılması  və onların qorunmasının təmin edilməsinə yardım 
göstərilməsi məqsədilə dövlət uçotuna alınmalıdır.  
Şəxsi mülkiyyətində tarix və  mədəniyyət abidələri olan 
vətəndaşlar abidələrin mühafizəsi, onlardan istifadə edilməsi, 
onların uçota alınması  və  bərpa olunması qaydalarına  əməl 
etməyə borcludurlar. 
Maddə 24. Tarixi və  mədəni dəyəri olub satışa 
buraxılan  əşyalar haqqında ticarət müəssisələrinin məlumat 
vermək vəzifəsi 
Komissiya,  əntiq  şeylər, bukinist mağazaları  və digər 
ticarət müəssisələri bu qanunun 23-cü maddəsində göstərilən, 
tarixi, elmi, bədii və ya digər mədəni dəyəri olub, satış üçün 
onlara daxil olan əşyalar və ya sənədlər haqqında Azərbaycan 
SSR Mədəniyyət Nazirliyinə, sənədli abidələr barəsində isə 
Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinə 
məlumat verməyə borcludurlar. 
 


III. TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN 
QORUNMASININ  
TƏMİN EDİLMƏSİ, ABİDƏLƏRDƏN İSTİFADƏ  
QAYDASI VƏ ŞƏRTLƏRİ 
 
Maddə 25. Tarix və  mədəniyyət abidələrindən istifadə 
edilməsi 
Tarix və mədəniyyət abidələrindən elmin, xalq maarifinin 
və mədəniyyətin inkişaf etdirilməsi, vətənpərvərlik, ideya-mənəvi, 
beynəlmiləl və estetik tərbiyə məqsədilə istifadə olunur. 
Tarix və mədəniyyət abidələrindən təsərrüfat məqsədlərilə 
və digər məqsədlərlə istifadə edilməsinə bu şərtlə yol verilir ki, 
abidələrin qorunmasına zərər vururlmasın və onların tarixi-bədii 
dəyərinə xələl gəlməsin.  
Tarix və mədəniyyət abidələri elm, mədəni-maarif, turizm 
məqsədləri və başqa məqsədlər üçün dövlət, kooperativ, ictimai 
müəssisələrin, təşkilatların, idarələrin, habelə digər təşkilatların və 
şəxslərin istifadəsinə SSR İttifaqı  və Azərbaycan SSR 
qanunvericiliyi ilə müəyyən edilən qaydada və  şərtlərə  əməl 
olunmaqla verilir.  
Respublika və yerli əhəmiyyətli daşınmaz tarix və 
mədəniyyət abidələri bu maddənin 3-cü hissəsində göstərilən 
məqsədlər üçün hər bir ayrıca halda Azərbaycan SSR Mədəniyyət 
Nazirliyinin icazəsi ilə istifadəyə verilə bilər. Onların istifadəyə 
verilməsi müvafiq öhdəliklərlə rəsmiləşdirilir. 
Tarix və  mədəniyyət abidələrindən istifadə üçün icazə 
haqqının dərəcələri Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 
müəyyən edilir.  
Maddə 26. Tarix və  mədəniyyət abidələrindən istifadə 
edilməsindən daxil olan vəsaitin xərclənmə qaydası 
Tarix və  mədəniyyət abidələrindən istifadə edilməsindən 
daxil olan pul vəsaiti, habelə bu qanunun 51-ci maddəsinə uyğun 
surətdə daxil olan vəsait ixtiyarında abidələr olan dövlət abidələri 
mühafizə orqanlarının xüsusi hesablarına müəyyən edilmiş 
qaydada verilir və  həmin orqanlar tərəfindən yalnız abidələrin 


mühafizəsi, bərpası, konservasiyası, təmiri sahəsindəki tədbirlərə 
xərclənir. 
  Maddə 27. Mülkiyyətində və ya istifadəsində abidələr 
olan müəssisələrin, təşkilatların, idarələrin vəzifələri 
Mülkiyyətində  və ya istifadəsində tarix və  mədəniyyət 
abidələri olan müəssisələr, təşkilatlar, idarələr onların qorunması 
üçün məsuliyyət daşıyırlar və abidələrin mühafizəsi, onlardan 
istifadə edilməsi, onların uçota alınması  və  bərpa olunması 
qaydalarına borcludurlar. 
Maddə 28. Tarix və  mədəniyyət abidələrinin 
mühafizəsi, onlardan istifadə edilməsi və onların bərpa 
olunması qaydalarının müəyyən edilməsi 
 Tarix  və  mədəniyyət abidələrinin mühafizəsi, onlardan 
istifadə edilməsi və onların bərpa olunması qaydaları “Tarix və 
mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə 
haqqında” SSRİ qanununa uyğun olaraq SSRİ Nazirlər Sovetinin 
qoyduğu qaydada müəyyən edilir. 
Maddə 29. Kolxozların kooperativ təşkilatlarının, 
ictimai təşkilatların və vətəndaşların mülkiyyətində olan tarix 
və mədəniyyət abidələrinin əldə edilməsi 
Kolxozların, digər kooperativ təşkilatlarının onların 
birliklərinin, ictimai təşkilatların mülkiyyətində  və  vətəndaşların 
şəxsi mülkiyyətində olan tarix və  mədəniyyət abidələrin 
qorunmasını və onlardan daha səmərəli istifadə olunmasını təmin 
etmək məqsədilə mülkiyyətçi ilə sazişə görə dövlət tərəfindən əldə 
edilə bilər.  
Maddə 30. Tarix və mədəniyyət abidələrinin alınması 
Öz xarakterinə və təyinatına müvafiq olmayan məqsədlərlə 
istifadə edilən, məhv olmaq və ya korlanmaq təhlükəsinə  məruz 
qalan tarix və  mədəniyyət abidələrinin müəssisələrdən, 
təşkilatlardan, idarədən SSR İttifaqı qanunvericiliyi ilə müəyyən 
olunmuş qaydada alına bilər.  
Vətəndaş özünə  məxsus olan tarix və  mədəniyyət 
abidəsinin qorunmasını  təmin etmədikdə, bu abidə Azərbaycan 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə