Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə17/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   13   14   15   16   17   18   19   20   ...   79

Əliyev  Əlimərdan  Əbdüləzim oğlu — Biləcəri stansiyası 
dəmiryolçuları  mədəniyyət evinin xalq nəfəs alətləri orkestrinin 
dirijoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi.  
Əliyev Arif Hacıbaba oğlu - festivalı keçirən respublika təşkilat 
komitəsi foto və kino sənəti bölməsinin sədri, Azərbaycan 
Kinematoqrafçılar İttifaqı idarə heyətinin birinci katibi.  
Axundov Firidun Abbas oğlu — Lənkəran rayon mədəniyyət 
evi «Şənlik» mahnı  və  rəqs ansamblının iştirakçısı, rayon dəri 
dispanserinin həkimi. 
Babayeva Firuzə İsmayıl qızı — Naxçıvan rayon mədəniyyət 
evi bədii özfəaliyyət kollektivinin iştirakçısı, Naxçıvan rayonu 
Çeşməbasar kənd məktəbinin müəllimi. 
Gözəlov Oqtay Abdulla oğlu — «1 May» mədəniyyət sarayı 
estrada ansamblının solisti. Bakı soyuducu zavodunun takelajçı 
ekspeditoru. 
Hüseynov  Fəxrəddin Hüseynəli oğlu — Qubadlı rayon 
mədəniyyət evi xalq çalğı alətləri ansamblının solisti, musiqi 
məktəbinin müəllimi. 
Zülfüqarova Xumar Rza qızı — festivalın yekun konsertinin 
baş baletmeysteri, respublikanın əməkdar artistkası. 
Kərimov  Kərim Həmid oğlu — festivalın yekun konsertinin 
bədii rəhbəri, Azərbaycan SSR əməkdar incəsənət xadimi. 
Quliyev  Tofiq  Ələkbər oğlu — festivalı keçirən respublika 
təşkilat komitəsi musiqi sənəti bölməsinin sədri, Azərbaycan SSR 
xalq artisti. 
Milyayev Yuri Vladimiroviç — neftçilərin  İliç adına 
mədəniyyət sarayı  təsviri və dekorativ-tətbiqi sənət studiyasının 
iştirakçısı, respublika Neftayırma və Neft Kimyası  Sənayesi 
Nazirliyi avtomobil nəqliyyatı dəstəsinin fəhləsi. 
Nəsirov  Nəsrulla  Əlabbas oğlu — neftçilərin  İliç adına 
mədəniyyət sarayı dram kollektivinin iştirakçısı, 26 Bakı 
komissarı adına Neft və Qazçıxarma İdarəsinin fəhləsi. 
Rəcəbova Solmaz Cahangir qızı — kənd klubu bədii 
özfəaliyyətinin iştirakçısı,  Şamxor rayonundakı H.Aslanov adına 
sovxozun üzümçüsü. 


Rüstəmov İsfəndiyar Adil oğlu — Kədəbəy rayon mədəniyyət 
evi aşıqlar ansamblının rəhbəri. 
Rüstəmova Validə Asəf qızı — neftayıranların S.Şaumyan 
adına mədəniyyət sarayı xalq teatrının iştirakçısı, V.İ. Lenin adına 
toxuçuluq kombinatının toxuçusu. 
Salmanova  Həqiqət Surxay qızı — Laçın rayon mədəniyyət 
evinin bədii rəhbəri, bədii özfəaliyyət iştirakçısı. 
Sanatulov  Şamil Zeynaloviç — AHİŞ-in mədəni-kütləvi 
şöbəsinin təlimatçısı. 
 
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri 
Q.ХƏLİLOV  
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi 
G.ƏBİLOVA 
 
Bakı şəhəri, 19 oktyabr 1977-ci il. 
 
* * * 
 
RESPUBLİKA İNCƏSƏNƏT XADİMLƏRİNƏ    VƏ 
MƏDƏNİYYƏT İŞÇİLƏRİNƏ   AZƏRBAYCAN SSR   
FƏXRİ   ADLARININ VERİLMƏSI    HAQQINDA 
AZƏRBAYCAN  SSR  ALİ SOVETİ RƏYASƏT 
HEYƏTİNİN FƏRMANI 
 
Respublikada bədii özfəaliyyətin inkişafında xidmətlərinə  və  
Azərbaycan SSR-də 
zəhmətkeşlərin bədii özfəaliyyət 
yaradıcılığının birinci Ümumittifaq festivalının hazırlanmasında 
və keçirilməsində fəal iştirak etdiklərinə görə aşağıdakı incəsənət 
xadimlərinə və mədəniyyət işçilərinə fəxri adlar verilsinr: 
AZƏRBAYCAN  SSR  ƏMƏKDAR İNCƏSƏNƏT 
XADİMİ 
Usubov  Əli Teymur oğlu - festivalın yekun konsertinin baş 
quruluşçu rejissoru, V.İ.Lenin adına sarayın baş rejissoru. 
AZƏRBAYCAN  SSR  ƏMƏKDAR İNCƏSƏNƏT 


İŞÇİSİ 
Adullayeva Limonat Nurulla qızı — Qax Rayon Xalq 
Deputatları    Soveti mədəniyyət şöbəsinin müdiri. 
Aslanov  Əlikram Mirələkbər oğlu — leytenant Şmidt adına 
maşınqayırma zavodu mədəniyyət sarayının xalq rəqs 
kollektivinin baletmeysteri. 
Həsənov Kamal Nəsrulla oğlu — Bakı şəhərində inşaatçıların 
mədəniyyət sarayının «Cəlalə» xalq müasir bal rəqsləri 
studiyasının baletmeysteri. 
Hüseynov Məmmədağa Dadaş oğlu — Bakı şəhərində 26 Bakı 
komissarı adına mədəniyyət sarayının direktoru. 
Qasımov  İlyas Qaraş  oğlu — Ağcabədi rayon mədəniyyət 
evinin direktoru. 
Məmmədov Manaf Heydər oğlu — Salyan rayon mədəniyyət 
evinin «Cəngi» ansamblının bədii rəhbəri. 
Seliverstova Nina Yakovlevna — Azərbaycan komsomolunun 
50 illiyn adına Bakı elektrik maşınqayırma zavodu mədəniyyət və 
texnika sarayının bədii rəhbəri.  
 
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri 
Q.ХƏLİLOV  
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi 
G.ƏBİLOVA 
Bakı şəhəri, 19 oktyabr 1977-ci il. 
  
* * * 
 
N.Q.SÜLEYMANOV YOLDAŞA AZƏRBAYCAN SSR 
ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ FƏXRİ ADI 
VERİLMƏSI HAQQINDA 
AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT 
HEYƏTİNİN FƏRMANI 
  
Böyüməkdə olan nəslin kommunist tərbiyəsi işində 
xidmətlərinə görə  və «Pioner» jurnalının 50 illiyi ilə  əlaqədar 


olaraq   jurnalın redaktoru Nəriman Qoca oğlu  Süleymanov 
yoldaşa Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı 
verilsin. 
 Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri 
Q.ХƏLİLOV  
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi 
G.ƏBİLOVA 
Bakı  şəhəri,   14  noyabr   1977-ci il. 
 
 
* * * 
 
«PİONER» JURNALI İŞÇİLƏRİNİN 
AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT 
HEYƏTİNİN FƏXRİ FƏRMANI İLƏ 
TƏLTİF EDİLMƏSI HAQQINDA 
AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT 
HEYƏTİNİN FƏRMANI 
 
Mətbuat sahəsində faal işlədiklərinə görə  və «Pioner» 
jurnalının 50 illiyi ilə  əlaqədar olaraq aşağıdakılar Azərbaycan 
SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə  təltif 
edilsinlər: 
Zeynalov      Ələkbər    Cavad oğlu —  «Pioner» jurnalı»nın 
bədii redaktoru. 
Quliyeva Zemfira Nəçəf qızı — _«Kommunist» nəşriyyatının 
sex ustası. 
Kazımov Kamil Kazım oğlu  —   «Pioner»    jurnalının baş 
ədəbi işçisi. 
 
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri 
Q.ХƏLİLOV  
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi 
G.ƏBİLOVA 
Bakı  şəhəri,  14  noyabr   1977-ci  il. 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə