Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə129/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   125   126   127   128   129   130   131   132   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
349 
 
Be, de, ce, se, me, ne, ke, ye, ze, pe 
Bu sözlərin bir qismi dilimizdə indi də işlənməkdədir. Bu, su, mu, 
de, ye və s. belə sözlərdir. Qədim dildə bu sözlərin hər birinin konkret bir 
mənada  işləndiyini  düşünmək  olar.  Bu  fikri  həmin  sözlərə  qədim 
qaynaqlarda və yazılı abidələrdə rast gəlinməsi də təsdiqləyir. Məsələn, 
sındırmaq sözü “Dədə Qorqud”da sı səklində işlənmişdir:  
Oğlan anasının sözünü sımadı (2,s.28).  
Sı  sözü  həmçinin  Gültəkin,  Mogilyan  və  Tonyukuk  abidələrində 
sındırmaq, təhrif etmək, dəyişdirmək, əvəz etmək, təslim etmək anlamları 
bildirmişdir (6,s.318). Yunis Məmmədov yazır ki, sı feili türk dillərində 
ən qədim söz köklərindəndir (11,s.63). Bu fikrə digər qaynaqlarda da rast 
gəlinir (10,s.459;12,s.422; 9,s.502).   
Qu  sözünə  qədim  dildə  səs  anlamında  rast  gəlinir.  Bu  söz  “Dədə 
Qorqud” dastanında da həmin anlamda saxlanmışdır:  
Qu  qıldı,  dək  dinlədi  (sabahdanca  öyləyə  dəgincə)  gəzdi,  öylədən 
sonra  evinə  gəldi  (2,s.17).  Buradakı  Qu  qıldı,  dək  dinlədi  ifadəsinə 
dastanda söz gəzdirdi, qapı pusdu kimi açıqlama verilmişdir (2,s.17). Dək 
sözü hazırda qapı anlamında dilimizdə işlənmir. Qu sözünün isə səs, söz 
anlamında  Qu  desən  qulaq  tutular    ifadəsində  yaşadığını  görürük.  Qu 
sözü Şumer dilində səs, söz anlamında işlənmişdir və qulaq sözü ondan 
yaranmışdır.  Bundan  başqa,  qu  söz ü  su  anlamı  bildirilmişdir.  Bu  söz 
həmin  anlamda  Məlikməmməd  nağılında  qalmışdır.  Zümrüd  quşu  ət 
istəyəndə qa,su istəyəndə qu deyirdi. 
Ba sözü qədim dildə pay vermək, bağışlamaq, bağlamaq, barxana 
anlamları bildirmişdir (11,s.60; 13,s.343). Ba sözünə Şumer dilində də eyni 
anlamlarda rast gəlinməsi bu fikri söyləməyə tam əsas verir: 
Ba-batmaq  feilinin  köküdür:  ma-da-la-ba-su-a  ba  (bərəylə  (qayıqla) 
birgə barxana suda batmamalıdır); 
Ba-bağışlamaq  deməkdir:  d  Nanna-ma-an-ba    (Tanrı  Nannar  (d 
Nanna) onu (an) mənə (ma) bağışladı (ba). 
Ba-bağır, qaraciyər deməkdir. Türk dilində indi də qaraciyərə bağır 
deyilir. 
Ba-pay anlamında işlənmişdir: kar-kid-ba şe-ba i-ba tud-ba-ni in-na-
ab-sum-mu  (bu  əxlaqsız,  pozğun  qadının  (kar-kid-ba)  taxıl  payını  (şe-ba), 
yağ payını (i-ba), geyim payını (tud-ba) o verməlidir).  
Tonyukuk abidəsində ba sözü bağlamaq və qatılmaq, iştirak etmək 
anlamlarında işlənmişdir (6,s.305).  
Hazırda  türk  dilində  bir  şeyi  ağzına  kimi  doldurmağa  siləbəsilə 
deyilir. Qabın ağzına qoyulan parça da silə adlanır. Bu söz Şumer dilində 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
350 
 
si-si  şəklində işlənmişdir: barağ-ga na-mu-un  si-si-ig-de  (qoy  o mənim 
zənbilimi taxılla siləbəsilə doldursun).  
Bayram  Əhmədov  yazır  ki,  Azərbaycan  dilinin  şivələrində  samit-
sait quruluşlu cu, bə, li, ho, bö, ba, qo, so, sa, co, do və s. kimi müstəqil 
mənalı sözlər var (3,s.21). Doğrudan da Azərbaycanın bəzi bölgələrində  
bəs  əvəzinə  bə,  sən  əvəzinə  sa  deyilir.  Ho  sözü  isə  hətta  bir  atalar 
sözündə yaşayır: Ho-ho var, dağa qaldırar, ho-ho var, dağdan endirər. 
Holavar,  hodaq  və  hodaqçı  sözləri  ho  kökündən  yaranmışdır.  Bunu 
sözlərin hecalara bölünməsi də təsdiqləyir: ho-la-var; ho-daq; ho-daq-çı. 
Deməli, qədim dildə samit-sait quruluşlu bir hecalı sözlər indikindən qat-
qat çox olmuşdur.  
Söz yaradıcılığının üçüncü mərhələsində sait-samit quruluşlu (01
*

bir  hecadan  və  iki  səsdən  ibarət  sözlərin  əvvəlinə  samitlərin  qoşulması 
yolu  ilə  yeni  sözlər  əmələ  gəlmişdir.  Bu  yolla  dildə  daha  çox  sözlər 
yaranmışdır, çünki sait-samit quruluşlu (01) bütün sözlərin əvvəlinə əksər 
samit səsləri artırmaq olur. Məsələn: 
ağ=bağ, dağ, çağ, cağ, yağ, tağ, sağ, mağ, zağ, vağ, lağ, 
ad=bad, dad, cad, yad 
ol=bol, dol, yol, sol, kol, qol 
al=bal, dal, lal, mal, yal, sal, zal, nal, qal, şal, fal, kal, val, çal, xal, hal 
Bu  yolla  yaranmış  sözlərin  böyük  əksəriyyəti  hazırda  dilimizdə 
işlənir. Bundan başqa, hazırda Azərbaycan dilinin Gəncə-Qazax şivələrində 
hör, hörmək, hörgü, hörük sözləri h səsi olmadan deyilir. Bu da onu göstərir 
ki,  həmin  sözlərin  ilk  hecası  əvvəlcə  ör  şəklində  olmuş,  sonra  əvvəlinə  h 
samiti  artırılmaqla  hörə  çevrilmişdir.  Hazırda  dilimizdə  vur,  vurmq, 
vuruşmaq  kimi  işlənən  sözlərə  qədim  yazılı  qaynaqlarda  ur,  urmaq, 
uruşmaq şəkillərində rast gəlinir ki, bu da onların ur kökünə v samitinin 
sonradan  artırıldığını  göstərir.  Üstəlik,  bugünkü  iki  və  daha  çox  hecalı 
sözlərin  də  çoxu  qədim  dildə  bir  hecalı  olmuşdur.  Buna  M.Kaşğarinin 
“Divan”ında  və  digər  yazılı  abidələrimizdə  çox  rast  gəlinir.  Məsələn, 
M.Kaşğari  “Divan”da  kəsək  sözünü  kəs  (10,s.343),  qurşaq  sözünü    kur 
(10,s.339),  yoxuş  sözünü  yok  (10,s.122)  şəkillərində  yazmışdır.  “Dədə 
Qorqud”da  yedək  söz ü  yed,  dünən  sözü  dün  şəkillərində  işlənmişdir. 
Qatar-qatar qızıl dəvələrini yetdilər (yedəklədilər). Nağah qovma-qaçma 
olarsa  birisini  minəm,birisini  yedəm  (2,s.52).  Orxon-Yenisey 
abidələrində  də  yedəkləmək  sözü  yet  kimi  verilmişdir.  Bundan  başqa, 
Orxon-Yenisey abidələrində pozuq sözü buz, yaxın sözü yak,yığıntı sözü 
                                                 
*
 0 sait, 1 samit səsləri göstərir.  


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
351 
 
yığ,  günəş  sözü  gün,  qoymaq  sözü  ko,  qoyun  sözü  koy,  tapınmaq  sözü 
tap, doğulmaq sözü toğ (13,s.352,358,361,365,368,376,378), yoxsul sözü 
yok, boran sözü bor, qırmaq sözü kır, pozmaq sözü boz (6,s.327,307,313) 
şəkillərində  yazılmışdır  ki,  bunlar  bugünkü  çoxhecalı  sözlərin 
başlanğıcda bir hecalı olduğunu göstərir. Soruş sözü sor, soruşmaq sözü 
sormaq,  dünən  sözü  dün,  günəş  sözü  gün  şəkillərində  hazırda  canlı 
danışıq dilində çox işlənir.  
Söz  yaradıcılığının  dördüncü  mərhələsində  samit-sait  quruluşlu 
(10)  iki  fonemli  bir  hecalı  sözlərin  sonuna  samitlərin  qoşulması, 
artırılması  yolu  ilə  yeni  sözlər  alınır.  Bu  sözlər  də  samit-sait-samit 
quruluşlu olur (101). Məsələn: 
Sa=sağ, sal, sam, say, saz, san, saç, sat  
Ba=bağ, bal, bay, baz, bax, bat, baş, bas, bad, bab, ban, bar 
Bu sözlər eyni zamanda sait-samit quruluşlu (01) sözlərin əvvəlinə 
samit  səslərin  artırılması  yolu  ilə  də  yarana  bilir.  Ona  görə  də  söz 
yaradıcılığının  üçüncü  və  dördüncü  mərhələləri  ilk  baxışda  bir-birini 
təkrarlayır. Lakin  onlar  söz  yaradıcılığının  eyni  yolu  deyildir.  Məsələn, 
sağ sözü ağ  kökünün əvvəlinə  s samiti  və sa  kökünün  sonuna ğ  samiti 
artırmaqla  yarana  bilir.  Burada  həmin  sözün  hansı  yolla  yarandığını 
müəyyənləşdirmək  də  çətindir.  Ancaq  bir  şey  dəqiqdir  ki,  söz 
yaradıcılığında hər iki üsuldan istifadə edilmişdir. 
Bəzi alimlər belə hesab edirlər ki, iki fonemli sözlərin əksəriyyəti üç 
fonemli sözlərin əvvəlindəki və ya sonundakı samit səsin düşməsi yolu ilə 
yaranmışdır.  Məsələn,  saz  sözünün  əvvəlindəki  s  samitinin  düşməsi 
nəticəsində  az  sözü  əmələ  gəlmişdir.  Doğrudur,  dildə  səsartımı  kimi, 
səsdüşümü  də  var.  Lakin  söz  yaradıcılığının  başlanğıc  mərhələlərində  bu 
üsulla  yeni  sözlərin  yaranması  ağlabatan  deyil.  Əgər  ilk  sözlər  tək  sait 
səslərdən ibarət olmuşdursa, onda başlanğıcda yeni sözlər almaq üçün yalnız 
onların  əvvəlinə  və  sonuna  samit  səslər  artırılmışıdır.  Söz  yaradıcılığının 
ilkin  mərhələlərində  səs  düşümünün  mövcudluğu  sözlərin  mürəkkəb 
quruluşdan  sadə  quruluşa  doğru  dəyişdiyini  göstərir.  Halbuki  başlanğıcda 
belə olmamışdır. Səs düşümü hadisəsi dilin sonrakı inkişaf mərhələlərində 
olmuşdur və onun nə vaxt meydana çıxdığını müəyyənləşdirmək olar.  
Göründüyü kimi, həm tək sait səslərin, həm də onlardan yaranmış iki 
fonemli, bir hecalı sözlərin əvvəlinə və sonuna samit səslərin artırılması yolu 
ilə külli miqdarda yeni sözlər əmələ gəlmişdir. Dildə səs artımı samitlərlə 
məhdudlaşmamışdır. İki fonemli sözlərin əvvəlinə və sonuna sait səslərin 
artırılması  yolu  ilə  də  çoxlu  yeni  sözlər  yarana  bilərdi.  Tutaq  ki,  sait-
samit  quruluşlu  (01)  iki  fonemli  sözlərin  sonuna  saitlər  qoşulmuşdur: 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə