Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə132/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   128   129   130   131   132   133   134   135   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
358 
 
dəqiq  tədqiq  edilməməsi  həmçinin  qohum  dillərdə  kondisiya  hallarının 
yanlış  izahına səbəb olur.  
Türk dillərində feili sifətlər daha çox aşağıdakı istiqamətlərdə tədqiq 
olunur: modal,  zaman formaları və feilin şəkilləri tədqiq edilərkən; təsadüfi 
yaranan  feil  və  feili  sifət  formalarının  tədqiqi  zamanı;  xüsusilə  mürəkkəb 
cümlənin təhlili zamanı sintaksis tədqiq edilərkən.  
V.V.Vinoqradovun fikrinə görə, feili sifətlər mürəkkəb törəmədir. 
Belə ki, onda “iki ünsür” – sifət və feil toqqaşır. Özünün iki tərəfə meyilli 
olduğuna  görə,  feili  sifət  dilin  sintaktik  quruluşu  nöqteyi-nəzərindən  xeyli 
tez uzlaşandır. 
Türkologiyada  feili  sifətlərin  öyrənilməsinə  ayrılıqda  çoxlu  tədqiqat 
işləri  və  türk  dillərinin  qrammatikalarında  bölmələr  həsr  edilmişdir.  Mə-
sələn,  A.N.Kononov,  A.A.Axundov,  V.İ.Aslanov,  T.İ.Hacıyev,  Q.Ş.Ka-
zımov, V.H.Əliyev, İ.B.Kazımov, A.M.Cavadov, A.V. Tanrıverdi, B.A.Xəl-
ilov,  R.Ə.Rüstəmov,  S.Ə.Abdullayeva,  B.A.Serebrennikov,  L.A.Pokrovs-
kaya,  L.N.Xaritonov,  A.M.Şerbak,  D.M.Hasilov,  P.İ.Kuznetsov, 
V.Q.Quzev,  D.Q.Tumaşeva,  İ.A.Andreyev,  N.A.Baskakov,  R.İ.Baysurina, 
M.Z.Jamyanova,  L.A.Şamina,  Q.Q.Filippov,  A.R.Anderxil,  F.Y.Yusupov, 
M.İ.Çeremisina,  V.Q.Kondratyev,  C.M.Xanqişiyev,  S.N.Abdullayev, 
U.B.Əliyev,  S.N.İvanov,  V.H.Quliyev,  K.M.Meliyev,  H.İ.Mirzəyev, 
S.J.Musayev,  Ş.Ç.Sat,  A.Z.Abdullayev,  Z.İ.Budaqova,  A.A.Quliyev, 
O.F.Sərtqaya, X.Zülfiqar, A.Akar, V.Coşqun, Q.Doqan, M.Erdem, A.V.Qa-
ben, M.Gültekin, A.Kaliyev, A.R.Karabekoğlu, F.Karabulut, Z.Korkmaz və 
başqalarının  əsərlərində  təhlil  edilmişdir.  V.H.Əliyev,  M.A.Matjanova, 
A.A.Aymurzayeva, 
D.M.Muxtarova, 
E.D.Saidova, 
C.İbrahimov, 
A.S.Əbilov,  F.M.Xisamova,  A.Ustuner  və  başqaları  öz  namizədlik  və 
doktorluq dissertasiyalarında feili sifət formalarını tədqiq etmişlər. 
Türkoloqlar türk dillərində feili sifət formalarının mənşəyi barədə 
müxtəlif fikirlər söyləmişlər. Belə ki, bəzi tədqiqatçılar feili sifətləri feili 
isim  sırasına  aid  edirlər.  Onlar  fərz  edirlər  ki,  bu  forma  feil  mənasını 
itirmiş,  isim  və  sifətə  çevrilmişdir.  Başqa  türkoloqlar  isə  feili  sifətləri 
feilə aid edirlər və təsəvvür edirlər ki, onlar feilin törəmə formalarından 
biridir. 
Türk dillərində feili sifət sisteminin və onun  kateqorial statusunun 
bərqərar  olması  üçün  onların  qrammatik  təsnifatının  xüsusi  konsepsiyanı 
əsaslandırmaq vacibdir. Türk dillərində feili sifət sisteminin dərin və zid-
diyyətli  inkişaf  prosesi  yalnız  onların  sistem  xüsusiyyətlərinin  ardıcıl 
olmadığını  deyil,  həm  də  müxtəlif  aspektdən  yanaşmağı  qabaqcadan 
müəyyənləşdirir. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
359 
 
Türkoloji  dilçilik  feili  sifətin  kateqorial  statusu  barədə  müxtəlif  hi-
potezlərlə diqqət çəkir. Bir sıra tədqiqatçılar feili sifətə feilin və sifətin əla-
mətlərini özündə birləşdirən feilin şəxssiz forması (müstəqil) qismində ba-
xırlar. Türkologiyada olduğu kimi, Azərbaycan dilçiliyində də feili sifətlərin 
kateqorial  statusu  mübahisəli  məsələlərdən  biri  olub. Bir  sıra  tədqiqatçılar 
feili  sifətə  ayrıca  nitq  hissəsi  kimi  baxmış,  başqaları  isə  feil  və  sifətlərin 
sıralarına daxil olan söz qrupu saymışlar. 1960-cı ilədək feili sifət formaları 
feildən düzələn sifətlə eyniləşdirilirdi. 
Azərbaycan dilçiliyində də feili sifətlərin kateqorial statusu haqqında 
məsələ həmçinin mübahisəli olmuşdur. 1938-1960-cı illərin qrammatikala-
rında  feili  sifətləri  sifət  bölməsinə,  sonrakı  illərdə  isə  feil  bölməsinə  daxil 
etmişlər.  
Feili sifətlər müstəqil nitq hissəsi kimi hələ qədim qrammatikalar tər-
tib edilən zamanlardan təhlil olunur və o cümlədən, «feili sifət» terminini 
stoik məktəblərin baniləri həyata keçiriblər. 
Müqayisəli-tarixi dilçiliyin banilərindən biri olan A.X.Vostokov feili 
sifətləri  sifətlərə  aid  etmişdir  [3].  Belə  ki,  rus  dilçiliyində  ilk  dəfə  olaraq 
müstəqil  nitq  hissəsi  kimi  təhlil  edilmişdir.  A.X.Vostokov  kimi,  M.V.Lo-
monosov da feili sifəti müstəqil nitq hissəsinə daxil etmişdir. 
Lakin dilçilikdə feili sifətlərin ikili xüsusiyyətləri barədə fikir olmuş-
dur. Məsələn, V.A.Boqoroditski feili sifətin keçid vəziyyətini ilk dəfə qeyd 
edənlərdəndir [2]. 
Feili sifətin feilin və sifətin əlamətlərinə malik olması barədə fikirlər 
yalnız XIX əsrin II yarısında və XX əsrin əvvəllərinin elmi əsərlərində geniş 
yayılmağa başlamışdır. Keçid nitq hissələrinin qrammatik statusu XIX əsrdə 
müzakirə predmeti olmuşdur. 
Hibrid  nitq  hissələrinin  statusunun  müəyyənləşdirilməsi  problemini 
həmçinin V.V.Vinoqradov tədqiq etmişdir. V.V.Vinoqradovun fikrincə feili 
sifətlər  bilavasitə  feildən  gələn  və  sifət  sistemində  tətbiq  olunan  «forma 
axınıdır». 
İ.İ.Meşşaninov qeyd edir ki, feili sifət – «çox qədim dil formasıdır, feil 
forması ilə paralel inkişaf etmişdir, hətta onu qabaqlamışdır [7, с.237]. 
Bu səbəbdən feili sifətə feil törəməsi kimi baxmaq çox çətindir, lakin 
müasir feili sifətin dəyişikliklərə uğraması faktı da şübhəsizdir. Bunun nəti-
cəsi olaraq bəzi feili sifət formalarını feilin törəmələrinə aid etmək mümkün-
dür. İ.İ.Meşşaninovun fikrincə, feili sifət isim əsasında yaranır. O, feili sifət 
və feilin bəzi xüsusiyyətlərinin oxşarlığını onunla izah edir ki, feili sifətlər 
ismin (adın) predikativ formasından yaranmışdır və feil də onunla ümumi 
predikativlik əlamətlərə malikdir. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə