Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə131/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   127   128   129   130   131   132   133   134   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
355 
 
Aynel Məşədiyeva 
AMEA Nəsimi adına Dilçilik İnstitutu, 
 filologiya üzrə fəlsəfə doktoru, dosent 
aynel.meshadiyeva@mail.ru
 
UOT 811.512.1 
 
Türk dillərində feili bağlamaların və feili sifətlərin 
öyrənilməsinin nəzəri problemləri 
 
Açar  sözlər:  feili-bağlama,  feili-sifət,  öyrənilmə,  türk  dilləri, 
nəzəri problemlər 
Ключевые  слова:  деепричастие,  причастие,  изучение, 
тюркские языки, теоретические проблемы 
Keywords: gerund, participle, study, Turkic languages, theoretical 
issues 
 
Türk dillərində və onların dialektlərində feili bağlama kateqoriyası 
çoxdan  alimlərin  tədqiqat  obyekti  olmuşdur  və  özündə  mühüm 
qrammatik  kateqoriya  kəsb  edir.  Türk  dillərində  feilin  feili  bağlama 
forması sistemi ümumi və fərqli əlamətləri ilə xarakterizə olunur.   
Türk  dillərində  feili  bağlama  formalarının  bu  cür  müqayisəli-tarixi 
aspektdə öyrənilməsi türkologiyanın aktual məsələlərindən biridir. Belə ki, 
müqayisəli-tarixi tədqiqat vasitəsilə feili bağlamaların fonetik, morfoloji və 
sintaktik əlamətlərinin tarixi inkişafı açılır, həmçinin onların təşəkkül tapma-
sının  və  formalaşmasının  bəzi  məsələləri  araşdırılır.  Feili  bağlama 
kateqoriyası  bir  çox  namizədlik  və  doktorluq  dissertasiyalarının  tədqiqat 
obyekti olmuşdur: V.M.Askarova (1950), A.M.Xosrovi (1950), İ.P.Pavlov 
(1953),  A.Tursunov  (1958),  Y.D.Canmavov  (1965),  H.H.Məmmədov 
(1967),  M.M.Tekuyev  (1973),  A.Annaurov  (1979),  V.H.Əliyev  (1989), 
İ.A.Nevskaya  (1990),  İ.Syuya  (1995),  M.B.Əsgərov  (2004),  Y.Q.Erqin 
(2007),  E.Məmmədova  (2015),  Ş.A.Musayevanı  (2015)  və  başqalarını 
göstərmək olar.  
Bundan  əlavə,  türk  dillərinin  feili  bağlama  formaları  İ.A.Pavlov 
(1953,  1955,  1957),  K.Mundi  (1955),  Q.F.Babuşkin  (1959,  1964), 
İ.A.Andreyev  (1964),  A.M.Şerbak  (1960),  K.A.Xacıolova  (1970), 
A.A.Yuldaşev  (1976-1977),  M.  İ.  Çeremisina  (1977,1999,2000,2001), 
Y.İ.Korkina  (1983,1985),  N.E.Hacıəhmədov  (1984),  İ.A.Nevskaya  (1986), 
L.Yoxanson  (1988), V.Əliyev  (1989),  Q.R.Abdullina  (2009),  A.V.Qatıpova 
(2009)  L.M.Xasanova  (2010),  V.İ.Rassadin  (2012),  L.M.Ulmezova  (2011), 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
356 
 
V.Q.Kondratyev  (1990),  M.Uğurlu  (1996,2000),  M.Onər  (1999,2007), 
B.Yücəl  (2000),  A.Aktaş  (2001),  Q.Gülsevin  (2002,2010),  Y.Arıkoğlu 
(2004),  A.Karadoğan  (2004),  N.Bayraktarın  (2004)  və  başqalarının  bir  sıra 
elmi məqalələrində işıqlandırılmışdır. 
V.Əliyevin Azərbaycan dilində feilin təsriflənməyən formalarının təd-
qiqinə həsr edilmiş doktorluq dissertasiyasını (V.H.Əliyev, Bakı, 1989) və 
onun “Azərbaycan dilində feili bağlama” (1989) adlı dərs vəsaitini xüsusi 
olaraq  qeyd  etmək  lazımdır.  Həmin  mənbələrdə  Azərbaycan  dilində  feili 
bağlama formalarının ümumnəzəri və spesifik xüsusiyyətləri müəyyənləşdi-
rilmişdir.  
Məlumdur ki, feili sifət formaları bir sıra spesifik əlamətlərə malik-
dir və həmişə xüsusi şəkilçilərlə yaranır.  
Türkoloji ədəbiyyatda bəzi tədqiqatçılar feili bağlama şəkilçilərini 
sözdüzəldici  şəkilçilər  adlandırırlar,  başqaları  isə  formadüzəldici 
şəkilçilər hesab edirlər.  
Y.D.Canmavov  və  İ.P.Pavlov  feili  bağlama  şəkilçilərini  formadü-
zəldici şəkilçilərə aid edirlər [8, s.2].  
N.A.Baskakovun  fikrincə:  Feili  bağlamalar  xüsusi  sözdüzəldici 
şəkilçilərin birləşməsi vasitəsilə yaranır [1, s.460].  
Biz həmçinin bu nöqteyi-nəzərlə razılaşır və feili bağlama şəkilçilə-
rini formadüzəldici şəkilçilərə, yəni sözün sintaktik işlənməsi ilə bağlı ol-
mayan müxtəlif qrammatik formalar yaradan şəkilçilərə aid edirik.  
Bir qayda olaraq, feili bağlamalara başqa hərəkəti aydınlaşdıran kö-
məkçi hərəkət ifadə edən feilin dəyişməyən forması kimi baxılır. M.Aska-
rova, A.M.Şerbak, N.P.Dırenkova, İ.P.Pavlov, A.Tursunov və başqaları bu 
fikiri  bölüşürlər.  Türk  dillərində  feili  bağlamaların  təsviri  dəyişməz  forma 
kimi, bir sıra linqvistlərin əsərlərində tənqidə məruz qalmışdır.  
Bu cür fikir mülahizəsi, bizim nöqteyi-nəzərimizlə, türk dillərində feili 
bağlamaların mahiyyət və mənasını tam açmır. Bu tərifi müasir türk dillə-
rində feili bağlamalara aid etmək olduqca müşküldür.  
Türk  dillərində  feili  bağlamalar  tamamilə  feilin  dəyişməyən forması 
deyildir. Ayrı-ayrı türk dillərində bəzi feili bağlamaların şəxs və kəmiyyət 
şəkilçilərini qəbul etmələri faktlarının təzahür etməsi bizi bu nəticəyə gətirir.  
Yakut dilində feili bağlamaların şəxs və kəmiyyət  şəkilçilərini qə-
bul  etməsi  feili  bağlamaların  dəyişməsi  barədə  faktdır.  Müasir  yakut 
dilində doqquz feili bağlamadan yalnız -bıtınan və -bıçça şəkilçili ikincili 
feili bağlamalar şəxs şəkilçiləri qəbul etmir. Bu cür hallara başqa müasir 
türk  dillərində  də  rast  gəlmək  mümkündür:  məsələn,  qaraçay  –  balkar 
dilində келгенлейинче (kelqenleyinçe)- yalnız sən bura gəlincə [9, s.79]; 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
357 
 
özbək  dilində ёзгунимча (yozqunimça) -hələ  mən  yazmayınca;  türkmən 
dilində  -qelyençem  -mən  gəlməyincə  [4,  s.  414-417];  tula  dilində 
kelqijemçe – mən gəlməyincə.  
Qeyd  edək  ki,  bir  sıra  türk  dillərində  feili  bağlama  formaları  hal 
şəkilçilərini  qəbul  edirlər.  Belə  hallar  başqırd,  qumıq,  tuva  və  başqa 
dillərdə müşahidə olunur. Məsələn, başqırd dilində kıytkastan –ğаs, -qəs; - 
каs, - кəs, - gedərkən; tuva dilində -kelqeşte, -kelqeşten  -gələrkən; qumuq 
dilində -  aytqınçadan berli – sən danışandan bəri və s. göstərmək olar.  
 Türkiyə türkcəsində -  (у)  alı
2
  beri qoşması ilə  işləyərkən  çıxışlıq 
halın şəkilçilərini qəbul edə bilər. Məsələn, ben mektubunuzu alalı (dan) 
beri  iki  hafta  oldu  –  Sizin  məktubu  alandan  sonra  iki  həftə  keçib. 
A.N.Kononov  qeyd  edir  ki,  qədim  osman  mətnlərində  -  (y)  alı
2
şəkilçili 
feili bağlamalar çıxışlıq halında beri qoşmasız işlənir [5, s. 481]. 
Bu hal XIV-XIX əsr Azərbaycan dilinin yazılı abidələrində də müşa-
hidə  olunur.  Məsələn,  XIV  əsrin  görkəmli  Azərbaycan  şairi  Nəsiminin 
əsərlərində -alı/-əli şəkilçili feili bağlama forması çıxışlıq halın -dan/-den 
şəkilçiləri ilə işlənir. Misal üçün: Saçların düşəlindən bədri-zülfün tabına; 
Ey latə tapici sənə eyb etməzəm nədən; düşəlidən – düşərək [6, s. 16]. 
Türk dilinin Rizə dialektində -arak/-erek şəkilçili feili bağlamaların 
həm çıxışlıq, həm də yerlik halların şəkilçiləri ilə işlənməsi halları qeydə 
alınmışdır.  Misallar:  “gelu,  diyor,  şindi  nerdeyse,  diyerekten  buni  nasi 
duydisamiktat diyanamadi ...; Bindi, bi şey yaptı, bi marifet yaptı, kuşlar, 
bağladi  attina  ustine  et  kodi  falan  diyerekte...  [12,  s.  267];  Tek-tek 
basaraktan,  bade  süzerekden,  ince  dizerekten,  gel  yarim,  gel  aman; 
diyerekte-deyərək, süzerekten-süzərək [11, s. 431]. 
Birincili feili bağlamaların hal şəkilçiləri ilə birləşməsi faktı türk dillə-
rinin dialekt və şivələrində, həmçinin xalq-danışıq dilində daha çox qeydə 
alınmışdır. Misallar: Qızarıfdan yerə keçmərsən, hələ üzümə də baxersan? – 
Qızarıb yerə keçmirsən, hələ üzümə də baxırsan?[10, s. 98-99]. 
Türk dillərində feili sifətlərin tədqiqinə ötən əsrin 50-ci illərində baş-
lanmışdır. Bu müddət ərzində türkoloqlar feili sifətlərin əsas morfoloji xüsu-
siyyətlərini, sintaktik quruluşunu tədqiq etmişlər. Müasir türk dillərində ək-
sər feili sifət formalarının təsnifatı aparılmış, etimologiyası aşkar edilmişdir.  
Buna  baxmayaraq  türkoloqlar  hələ  də  türk  dillərində  feili  sifətlərin 
qrammatik  xüsusiyyətlərinin  öyrənilməsinə  eyni  yanaşma  işləyib  hazırla-
mamışlar.  Hər  ehtimala  qarşı  bu,  türk  dillərində  feili  sifət  formalarının 
funksional-semantik  əlamətlərinin  spesifikasının  interpretasiyası  zamanı 
müxtəlif yanaşmalardan istifadə etməklə bağlıdır. Bununla birlikdə, ümu-
mi  dilçilikdə  sintaksisin  əsas  ideya  və  konsepsiyalarının  elmi  cəhətdən 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə