Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə137/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   132   133   134   135   136   137   138   139   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
372 
 
  Dos.  Baba  Məhərrəmlinin  sözügedən  kitabının  bu  fəslində  şəxs 
əvəzliklərinin hamısı (müxtəlif fonetik variantlarda), işarə əvəzliklərindən o 
və  bu  kök  morfemləri,  sual  əvəzliklərindən  kim  morfemi  geniş  şəkildə 
araşdırmaya cəlb edilmiş  və maraqlı nəticələr  əldə  edilmişdir.  Belə ki,  dil 
faktları ilə  sübut  olunmuşdur  ki, ilkin olaraq, işarə əvəzlikləri, daha sonra 
şəxs və sual əvəzlikləri yaranmışdır. Digər tərəfdən isə “əvəzliklərin digər 
növlərinin  məhz  şəxs  və  işarə  əvəzliklərindən,  bir  qisminin  isə  isim 
köklərindən törədiyini türk dillərinin faktları isbatlayır”(1, s.243). Müəllif 
dünya  dillərinə  aid  faktlara  söykənərək,  əvəzliklərin  homogenliyini  sübut 
etmiş  və  belə  bir  qənaətə  gəlmişdir  ki,  “tarixən  morfonoloji  inkişaf 
nəticəsində əvəzlik növlərinin bir-birinə keçidi baş vermişdir” (1, s. 252). 
  Müəllif dünya dilçiliyi üçün çox böyük əhəmiyyət daşıyan bir sıra 
elmi nəticələrə gəlmişdi. Onun fikrincə, dərin elmi təhlillər sübut edir ki,  
“dilçilikdə  ənənəvi  olaraq  işlədilən  qohum  dillər  məfhumu  şərti 
termindir.  Tipologiyasından  asılı  olmayaraq,  bütün  dillər  qohumdur, 
bütün dillərin mənşəyi eynidir.  
Dünya  dillərində  homogen  söz  kökləri  ən  çox  isim,  feil  və 
əvəzliklərdə müşahidə olunur. 
Nostratik  söz  kökləri  CV  (samit+sait),  V  (sait),  CVC 
(samit+sait+samit),  VC  (sait+samit)  formalarında  olmuşdur.  Nostratik 
araşdırmalarda bərpa edilən söz köklərinin ilkin quruluş modeli ən çox CV 
(samit+sait) şəklində uyğun gəlir”(1, s. 254-255). 
  Beləliklə,  dos.  Baba  Məhərrəmlinin  “Dünya  dillərində  homogen 
sözlər”  kitabını  oxuduqca  faktların  bolluğunda  fəslin  axırına  necə  gəlib 
çıxdığını hiss etmirsən. Kitab yazılarkən müəllifin yalançı vətənpərvərlikdən 
uzaq olduğu, ciddi faktlara söykənən soyuq elmi mühakimələrlə araşdırma 
apardığı  bir  daha  təsdiqini  tapır.  Bu  arada  qeyd  edək  ki,  yalançı 
vətənpərvərliyin    obyektiv  elmi  araşdırmalar  aparmağı  necə  tormozladığı 
müxtəlif səviyyələrdə çoxdan etiraf edilmişdir.  Belə ki, məşhur tədqiqatçı 
O.  Süleymenov  yazırdı:  “Milli  şüurun  inkişafı  nəticəsində  elm  bir  çox 
hallarda rəsmi, saxta vətənpərvərliyin quluna çevrilir və tarix həqiqətdən 
uzaqlaşmağa başlayır. Keçmişə mövcud baxışdan asılı olaraq, faktlar ya 
düzgün işıqlandırılmır, ya da saxtalaşdırılır. Tək şübhə hesabına elmi irəli 
aparmaq  mümkün  olmadığı  kimi,  təkcə  inam  gücünə  onu  inkişaf 
etdirmək  olmaz.  Əks  halda  tarix  nihilizmin  və  vətənpərvərliyin  bir 
atributuna  çevrilir.  Mənbəni  bilmək  mənbədən  nə  almaq  istədiyini 
bilməkdən qat-qat əhəmiyyətlidir.Əgər riyaziyyat və fizika da belə saxta 
vətənpərvərlik  təzyiqinə  məruz  qalsaydı,  bəşəriyyət  indi  də  kəl  arabası 
sürürdü” (3, s. 6-11). 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
373 
 
  Amma  biz  bu  əsəri  oxuduqca  müəllifin  elmin  inkişafı  naminə 
çalışdığının bir daha şahidi oluruq. 
Kitabın  dilinə  gəldikdə  qeyd  etmək  lazımdır  ki,  elmi  üslubun 
tələblərinə  əməl  edən  müəllif,  eyni  zamanda,  axıcılığı  qorumuş  və  bu  da 
əsəri oxunaqlı etmişdir. 
  Alim  kitabında  türk  dillərində  səs  keçidlərinin  sözlərin  etimoloji 
izahında  oynadığı  rolu  bütün  gücü  ilə  nəzərə  çarpdırır  və  bu  müəllifin 
bütövlükdə  morfonologiya  elminə  nə  qədər  dərindən  bələd  olduğunu  bir 
daha təsdiq edir. 
  Müəllifin  bu  əsəri  etimoloji  araşdırmalar  içərisində  ən  qiymətli 
tədqiqatlar  sırasındadır.  Oxucu  monoqrafiyanı  oxuduqca  indiyə  qədər 
sözlərin necə yaranması texnologiyasını dərk etməyə başlayır. 
Müəllif eyni zamanda, tədqiqatında müqayisəli-tarixi və müqayisəli-
tipoloji  metodları  kompleks  şəkildə  tətbiq  etmiş,  söz  yuvası  metodundan 
daha  çox  istifadə  edərək  qlobal  etimologiyaya  öz  töhfəsini  vermişdir.  Bu 
xüsusda  müəllif  yazır:  “Söz  yuvası  metoduna  əsasən  türk  və  qeyri-türk 
dillərində  işlənən  onlarla  homogen  sözün  arxetipini  bərpa  etmək 
mümkündür” (1, s. 199). 
  Elmin inkişafına son dərəcə qiymətli hədiyyə olan bu kitab zaman 
keçdikcə daha da dəyər qazanacaq və inanırıq ki, müəllif bu istiqamətli 
araşdırmalarını davam etdirəcək, nostratik dilçiliyə öz töhfəsini verəcək.  
Müəllifə bu şərəfli yolda uğurlar arzulayırıq! 
 
Ədəbiyyat 
 
1.  Məhərrəmli B. Dünya dillərində homogen sözlər, Bakı, 2017 
2.  Seyidov M.  Azərb. xalqının soykökünü düşüərkən,  Bakı, 1989 
3.  Süleymenov  O.  “Az-ya”, Bakı, 1993    
4.  Veysəlli F. Dilçiliyə giriş, Bakı, 2014 
 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Elçin Məmmədov 
 
 
 
 
 
 
 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
374 
 
Dəyərli tədqiqat 
 
Müasir  dövr  dilçilik  tədqiqatları  özünün  əhatəliliyi,  həll  olunan  
problemlərə kompleks yanaşılması, aparılan tədqiqatların daha qlobal və 
fundamental  xarakteri  ilə  seçilir.  Müxtəlifsistemli  dillərin  leksik  tərkibinin 
semantik  təhlili  müasir  dilçiliyin  ən  aktual  problemlərindən  biridir.  Bu 
mənada filologiya üzrə fəlsəfə doktoru Gülşən Axundovanın “Azərbaycan 
və  ingilis  dillərinin  məişət  leksikası”  adlı  monoqrafiyası  diqqətə  layiqdir. 
Monoqrafiya Azərbaycan və ingilis dillərinin məişət leksikasının müqayisəli 
struktur-semantik tədqiqinə həsr olunmuşdur.  
Tədqiqatda  Azərbaycan  dilçiliyində  ilk  dəfə  olaraq  müxtəlifsistemli 
dillərə  daxil  olan  Azərbaycan  və  ingilis  dillərinin  məişət  leksikasının 
semantik əlamətlərə görə taksonomik təsnifatı aparılış bu leksikanın hər iki 
dildə  yaranma  mexanizmləri  aşkar  edilmiş,  eləcə  də,  spesifik  cəhətləri 
müəyyən edilmişdir. 
Məlumdur ki, məişət leksikası xalqın həyatını, onun gündəlik qayğı-
larını,  xalqın  mədəni  səciyyəsini,  onun  müdrikliyini  əks  etdirir.  Məişət 
leksikası,  həmçinin,  xalq  təfəkkürünün  bütün  nailiyyətlərini,  əcdadımızın 
təcrübəsini, müşahidələrini nəsillər üçün mühafizə edir.  
Monoqrafiyada  məişət  leksikasının  dil  sistemində  yeri  müəyyən-
ləşdirilir.  Azərbaycan dilinin məişət leksikası dialekt və şivələr hesabına, 
ingilis  dilinin  məişət  leksikası  isə  daha  çox  alınmalar  hesabına  zəngin-
ləşir. Müəllif ey zamanda Azərbaycan dilinin məişət leksikasının mövcud 
olan dialekt və şivə sözlərinin bir qisminin qədim türk leksik layına aid 
olduğunu nümunələrdə qeyd edir. Monoqrafiyada Azərbaycan və ingilis 
dillərinin məişət leksikasının kontrastiv təhlili aparılır. Müəllif müxtəlif-
sistemli  dillərdə  məişət  leksikasının  kontrastiv  təhlilinin  nəinki  onun 
leksik-semantik  (taksonomik)  xüsusiyyətlərini  müəyyən  etməyə  bu 
leksikanın reallaşmasının xarakterini aşkar etməyə, həmçinin, hər iki xalqın 
mədəniyyəti, tarixi keçmişi, hazırki vəziyyəti və s. haqqında məlumat əldə 
etməyə imkan yaratdığını qeyd edir.  
Əsərdə  Azərbaycan  və  ingilis  dillərində  yemək  adlarının  kontrastiv 
təhlilinə  də  geniş  yer  verilmişdir.  Bildiyimiz  kimi  ksenonimlər  və  yaxud 
yemək adları məişət leksikasının mühüm hissəsini təşkil edir. Ümumiyyətlə, 
qida  istər,  Azərbaycan,  istərsə  də,  ingilis  xalqlarının  maddi  mədəniyyət-
lərinin əsas elementlərindən biri olub, bu xalqların, tarixini, adət-ənənəsini 
dərk etməkdə zəngin mənbədir. 
Müəllif  qeyd  edir  ki,  həm  Azərbaycan,  həm  də  ingilis  dillərində 
yemək  adları  və  yaxud  ksenonimlərin  yaranmasında  motivləşməsində 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə