Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə138/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   132   133   134   135   136   137   138   139   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
375 
 
müstəsna  rol  oynayır.  Əsərdə  Azərbaycan  dilçiliyində  yemək  və  xörək 
adlarının  öyrənilməsini  üç  istiqaməti;  1.  tarixi-etnoqrafik;  2.  regional-
oval;  3.  dialekt  və  şivələrin  tədqiqi  istiqamətləri  qeyd  olunur.  Əsərdə 
Azərbaycan və ingilis dillərində geyim adlarının kontrastiv təhlili də öz 
əksini  tapır.  Hər  bir  geyim  öz  dövrünün  güzgüsü  olmaqla,  dövrün 
ictimai-siyasi  xarakterini,  mühüm  mədəni  və  elmi  nəaliyyətlərini, 
insanların adət və psixologiyasını, onların estetik görüşlərini əks etdirir. 
Müəllifin fikrincə, dəbdə olan dəyişikliklər dillərə edə öz təsirini göstərir
hər bir dil ya yeni sözü öz lüğət fondu hesabına yaradır, ya da kalka və 
yaxud alınma sözlər vasitəsilə digər dillərdən alır. 
Azərbaycan  və  ingilis  dillərinin  leksik  tərkibinin  sistemli  təşkili, 
leksik  tərkibin  daxili  əlaqələr,  taksonomik  qruplar  üzrə  təsnifatı  və 
semantik  cəhətdən  kontrastiv-xarakteroloji  təsviri  və  təhlili  Azərbaycan 
dilçiliyi üçün olduqca əhəmiyyətlidir. Bu növ tədqiqatlar müxtəlif dillərin 
lüğət tərkibinin təşkilini dərk etməyə imkan verir. Məlumdur ki, məişət 
leksikası xalqın tarixini, mədəni inkişafını, mental dəyərlərini özündə əks 
etdirir. Məişət leksikasının öyrənilməsi, həmçinin, dil tarixinin öyrənilməsi 
baxımından  da  aktualdır.  Müxtəlifsistemli  dillərə  aid  olan  Azərbaycan  və 
ingilis dillərinin məişət leksikasının  kontrastiv-xarakteroloji təhlili dildə bir 
sıra  ümumi  və  fərqli  xüsusiyyətləri  müəyyən  etməyə  imkan  yaradır. 
Azərbaycan  və  ingilis  dillərinin  məişət  leksikasının  öyrənilməsi  nəinki 
leksik-semantik xüsusiyyətləri müəyyənləşdirməyə, həmçinin, bu leksikanın 
funksional  spesifikliyini  təyin  etməyə  imkan  yaradır.  Tədqiqatda  ikinci 
dərəcəli  nominasiya  və  yaxud  motivləşmənin  hər  iki  dildə  üsulları 
fərqləndirilmiş və bunlar zəngin dil materialı əsasında sübuta yetirilmişdir. 
Müəllif  məişət  leksikasının  dilin  terminoloji  sisteminin  zənginləş-
məsində rolundan da geniş bəhs etmişdir. 
Monoqrafiya dilçiliyin müxtəlif sahələri ilə məşğul olanlar, o cümlə-
dən, tipologiya, komparavistika,  leksikologiya,  dil  tarixi,  sosiolinqvistika 
problemləri ilə maraqlananlar üçün əvəzsiz mənbədir. 
 
Gülsüm Hüseynova 
Sosiolinqvistika və dil siyasəti şöbəsinin  
baş elmi işçisi, filologiya üzrə elmlər doktoru,dosent  
    
 
 
 
 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
376 
 
Personalia 
 
QÜDRƏT CƏFƏROV: DİLİMİZİN, ƏDƏBİYYATIMIZIN 
İSTEDADLI ARAŞDIRICISI 
 
1978-ci  ilin  sonlarında  Azərbaycan  Elmlər  Akademiyası  Res-
publika Əlyazmalar Fondunda (indiki M.Füzuli adına Əlyazmalar İnstitu-
tu)  çalışarkən  “XVI  əsr  Azərbaycan  tərcümə  abidəsi  “Şühədanamə” 
(paleoqrafiya,  orfoqrafiya  və  tərcümə  məsələləri)”  mövzusunda 
namizədlik  dissertasiyamı  bitirdim  və  müdafiə  üçün  Nəsimi  adına 
Dilçilik İnstitutuna təqdim etdim. Həmin vaxtlar elmi işimin müzakirəsi 
və müdafiəsi ilə əlaqədar adı çəkilən elmi-tədqiqat institutuna tez-tez baş 
çəkirdim  və  burada  bir  neçə  əməkdaşla  ünsiyyət  qurdum,  onlarla 
yaxından  tanış  oldum.  Həmin  insanlar  sırasında  istər  savadı,  istərsə  də 
mehribanlığı və istiqanlılığı ilə seçilənlərdən biri də Qüdrət Cəfərov idi. 
Hazırda  80  illik  yubileyini  qeyd  etməyə  hazırlaşan  filologiya  elmləri 
namizədi,  istedadlı  qələm  sahibi  Qüdrət  Cəfərovla  tanışlığımın  tarixi 
həmin  dövrdən  başlayır.  2015-ci  ilin  sonlarında  Dilçilik  İnstitutuna 
rəhbərliyə  təyin  olunarkən  məni  köhnə  tanış  kimi  səmimiyyətlə 
qarşılayanlardan,  bu  təyinata  sevinənlərdən  biri  də  elə  Qüdrət  müəllim 
oldu.  Bəlkə  də,  aramızda  olan  bu  səmimi  münasibətlərin  səbəblərindən 
biri  də  bu  idi  ki,  Qüdrət  müəllimmənim  orta  məktəbdə  sevimli 
müəllimim olmuş Qüdrət Camalova oxşayırdı... 
Qüdrət Cəfərovun özünün bu kitabın ön sözündə yazdığı kimi, o ilk 
məqaləsini  indiki  Bakı  Dövlət  Universitetinin  filologiya  fakultəsində 
oxuyarkən yazıb və məqalə də elə həmin vaxt mötəbər bir elmi jurnalda 
nəşr olunub. Bu mühüm faktın özü çox şeydən xəbər verir. Birincisi, sirr 
deyil ki, yalnız və yalnız ən istedadlı tələbələrin təhsil aldığı illərdə elmi 
məqalələri çap olunubdur. İkincisiisə, bu məqalə adi yazılardan deyil, o, 
rusların  məşhur  “İqor  polku  dastanı”nda  işlənmiş  türkmənşəli  bir 
sözünaraşdırmasına  həsr  olunmuşdur.  Həm  də  bu  məqaləyə  o  vaxtlar 
Əbdüləzəl  Dəmirçizadə  Mirəli  Seyidov  və  Kamil  Ramazanov  kimi 
tanınmış dilçi, ədəbiyyatçı alimlər müsbət rəy veribmişlər. 
Qüdrət müəllim Bakı Dövlət Universitetini bitirəndən sonra 1967-
1970-ci  illərdə  Moskvada  SSRİ  Elmlər  Akademiyasının  Dilçilik 
İnstitutunun aspiranturasında təhsil alaraq mükəmməl elmi məktəb keçib. 
Mütəxəssislər bilirlər ki, o vaxtlar Moskvada aspiranturada oxumaq hər 
kəsə  nəsib  olmurdu.  Yalnız  ən  seçilmiş  şəxsləri  Moskvaya  təhsil  üçün 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
377 
 
göndərirdilər. Həm də Moskvada SSRİ dilçilərinin qaymaqları, görkəmli 
simaları çalışırdılar. Belə bir elmi mühitdə təhsil almaq, təbii ki, Qüdrət 
Cəfərovun  elmi  potensialınınartmasında,  dünyagörüşünün  formalaş-
masında öz işini görmüş, müsbət rol oynamışdır. Məhz bunun nəticəsidir 
ki,  o,  1971-ci  ilin  dekabr  ayında  Moskvada  “Azərbaycan  dilində 
qohumluq  terminləri”  mövzusunda  namizədlik  dissertasiyasını  böyük 
uğurla müdafiə etmişdir. 
Bu işin elmi rəhbəri onu “bu mövzuda yazılmış elmi işlər içərisində 
bütün  türkologiyada  ən  düşünülmüş  əsər”  adlandırmışdır.  Qüdrət 
Cəfərovun  aspiranturada  olarkən  qazandığı  hörmət  və  nüfuzu  ondan 
bilmək  olar  ki,  onu  iki  yerdə  işə  dəvət  etmişlər;  Coğrafiya  sektoru  və 
Dilçilik İnstitutu. Bu zaman onun elmi rəhbərinin dediyi bir söz az şey 
demir: “Sən burda olsan, biz etimoloji lüğəti tez qurtaracağıq. Müəyyən 
səbəblərə  görə  Qüdrət  müəllim  həmin  təkliflərdən  heç  birini  qəbul 
etməmişdir. Eləcə də o, Coğrafiya İnstitutu üçün yazılmasında yaxından 
iştirak  etdiyi  və  sonra  çap  olunmuş  bir  kitabın  müəllifliyindən  yazılı 
surətdə  imtina  etmişdir.  Başqası  bunu  etməzdi.  Filologiya  elmləri 
namizədi  Qüdrət  Cəfərovun  oxuculara  təqdim  olunan  bu  topludakı 
məqalələrinə  nəzər  saldıqda  onların  ilk  növbədə  mövzu  rəngarəngliyi, 
əhatə dairəsinin genişliyi, elmi siqləti və sanballılığı dərhal diqqəti çəkir. 
Bu məqalələrdən bir çoxu ayrıca bir dissertasiya mövzusudur desəm heç 
də  yanılmaram.  Qüdrət  müəllimin  özünün  yazdığı  kimi,  hətta  bir 
məqaləsi  üzərində  düz  8  il  işləmişdir.  Bu  mühüm  amil  istedadlı  qələm 
sahibi  Qüdrət  Cəfərovun  öz  işinə  necə  böyük  məsuliyyətlə  yanaşdığını 
açıq-aşkar bir şəkildə sübut edir. 
Qüdrət Cəfərovun oxuculara, əsasən də peşəkar filoloqlara təqdim 
olunan  “Yüz  qarğaya  bir  kəsək”  başlıqlı  kitabı  –  elmi  publisistik 
məqalələr  toplusu  bir  növ  müəllifin  80  illik  yubileyi  ərəfəsində 
hesabatıdır.  Kitabda  müəllifin  müxtəlif  illərdə  Azərbaycan  və  rus 
dillərində qələmə aldığı və ölkəmizin nüfuzlu elmi jurnallarında, eləcə də 
ayrı-ayrı  qəzetlərdə  dərc  olunmuş  məqalələri  toplanmışdır.  Müəllifin 
məqalələri ilk növbədə elmi yeniliyi ilə diqqəti çəkir və müxtəlif sahələri 
əhatə  edir.  Onlar  sırasında  istər  ədəbiyyatla,  istərsə  də  dil  tarixi  və 
ümumiyyətlə, filologiya və türkologiya ilə bağlı məqalələr üstünlük təşkil 
edir.  Bu  baxımdan  Qüdrət  müəllimin  məqalələrini,əsasən  üç  başlıq 
altında  da  ümumiləşdirmək  olar:  dil  və  ədəbiyyat  tarixi,  folklor 
məsələləri və onun poetik dili, Azərbaycan filologiyası və türkologiyanın 
ümumi məsələləri. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə