Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə30/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   26   27   28   29   30   31   32   33   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
81 
 
saldırdı  bu  uçuşu  Ülkərə  (N.Gəncəvi);  Qızla  uşaqlar  göyün  yeddi 
qatında baxt quşunun belində yol gedirdilər (“Naşükür qız” ). 
Qeyd edək ki, II növ təyini söz birləşməsi şəklində olan ifadələrə 
daha çox rast gəlinir. Bu cərgədə bədii ədəbiyyatda“söz quşu bülbülləri, 
can  quşu,  nəsihət  quşu,  fikir  quşu”(N.Gəncəvi),  “ömür  quşu,  könlüm 
quşu”(M.Dilbazi),məhəbbət quşu (S.Rəhman) və s. kimi ifadələr diqqəti 
cəlb edir. 
III  növ  təyini  söz  birləşməsi  şəklində  olan  ornitonim  tərkiblilər: 
İndi  bildinizmi  molla  Qara  hansı  yuvanın  quşudur?(C.Gözəlov);  Hər 
ikisi  bir  yuvanın  quşudur(C.Zeynalov);  Uçdu  könlünün  quşu  səssiz-
səmirsiz göyə; Başladı pərvaza canının quşu, Dili söz tutmadı, pozuldu 
huşu;  O  gündən  ki,  yaşı  on  dördü  aşdı,  Biliyinin  quşu  qol-qanad  açdı 
(N.Gəncəvi);Mürşüd.  İcazə  ver,  əzizim,  bu  axırıncı  gün  də  iş  uğrunda 
canımı  fəda  eləyim,  sonra  ömrümün  quşunu  qəfəsə  salıb  açarını 
həmişəlik  verəcəyəm  sənin  əlinə  (S.Rəhman);Biz  milis  işçiləri  adamın 
gözlərinə  baxanda  bilirik  o  nəyuvanın  quşudur  (C.Gözəlov);İkimiz  də 
bir quşun yumurtasıyıq, eyni tipli adamlarıq (C.Əmirov). 
Dilimizdə  fəal  işlək  olan  metaforik  ifadələrdən  biri  “quş  dili”dir. 
Bu  ifadə  barədə  M.Adilov  yazır:  “E.ə.  965-928-ci  illərdə  hakimiyyət 
sürmüş olan Süleyman İbn Davud (Süleyman peyğəmbər) haqda Şərqdə 
çoxlu  əfsanələr  vardır.  Süleyman  həm  də  bütün  heyvanların,  quşların 
dilini  bilirmiş...Görkəmli  fars  sənətkarı  Fəridəddin  Əttar  bu  əfsanə  ilə 
əlaqədar  olaraq “Məntiq-üt-tüyr” (“Quşların nitqi”) adlı  fəlsəfi  poeması 
çox  məşhurdur.  Sufizm  görüşləri  və  rəvayətləri  əsasında  yazılmış  bu 
əsərin  iştirakçıları  quşlar  olub,  öz  “quş”  dillərində  danışırlar.  Buradakı 
“quş  dili”  ifadəsi  həqiqi  mənadan  əlavə,  bir  də  daha  çox  rəmzi,  sufi 
təriqətinə  xas  bir  dil  mənasını  da  bildirir.  Odur  ki,  sufizmdən  xəbəri 
olmayanlar  üçün  bu  dil  müəmmalı,  sirli,  anlaşılmaz  bir  dil  olaraq 
qalır...Tədricən,  ümumiyyətlə,  anlaşılmaz,  qəliz  ibarələrlə  dolu  dilə  “quş 
dili”  deyilməyə  başladı  (9,  160).  “Quş  dili”  ifadəsinin  təriqət  məzmunu 
daşıması fikrinə İ.Nəsimidə də  rast gəlirik: Bu quş dilidir; Onu Süleyman 
bilir ancaq. 
Bədii  ədəbiyyatda  “quş  dili”  ifadəsi,  bir  qayda  olaraq,  çətin  dil 
anlamında işlədilir. Lakin bəzən bədii ədəbiyyatda “quş dili” ifadəsi həqiqi 
mənada işlənir. Məsələn: Budağa qonmuş sarıköynəyi görəndə Orxan ona 
yaxınlaşır. Quş dilində nə deyirsə, sarıköynək də öz dilində xeyli danışır; 
Quşların  dilini  bilən  Orxan  azad  torağayla  dustaq  sarı  bülbülün  bu 
söhbətlərini  eşidəndən  sonra  daha  da  yaxşı  bildi  ki,  bütün  quşlar  azad 
yaşamaq istəyir (M.Rzaquluzadə); İlahi, sən mənə quş dili öyrət, Uçmağı 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
82 
 
özüm  də  öyrənə  billəm  (R.Rövşən);Bir  gün  padşahın  yadına  düşdü  ki, 
onun quş dili bilən bir vəziri var, onu  çağırıb dedi( “Yetim İbrahim”). 
“Quş dili” ifadəsi “Azərbaycan dilinin frazeologiya lüğəti”ndə belə 
izah  olunur:  quş  dili  oxumaq  –  şirin  dilə  tutmaq,  gözəl  sözlər  deyərək 
yola gətirmək, bir şeyi qəbul etdirmək – dil tökmək (6, 198). Bu ifadənin 
həmin  mənalarına  bədii  ədəbiyyatda  rast  gəlirik.  Məsələn:  Nə  qədər  ki 
evdə 
idik, quş  dili
oxuyardılar; Mənə quş dili  oxuyurdun,  səndən  başqa 
heç kəsi sevməyəcəyəm (M.Əlizadə); Yana-yana kül oldum, Bir əsmərə qul 
oldum, Quş dili bilməz ikən,yar, yar, Oxudum, bülbül oldum (Mahnıdan). 
Bəzən  “quş  dili”  ilə  yanaşı,  “sərçə  dili”  ifadəsi  də  bənzətmə  mə-
qamında  işlədilir.  Məsələn:  Əgər  o  sərçə  dilini  bu  şələsaqqalın  qədər 
uzatsan, dibindən kəsilmiş bil! (S.Rəhimov). 
“Quş  dili”  ifadəsi  ilə  yanaşı,  “qarğa  dili”  ifadəsi  də  dilimizdəiş-
ləkdir.“Qarğa dili” ifadəsi frazeologizm kimi də işlənir. “Qarğa dili” ifadəsi 
barədə  M.Adilov  yazır:  ”Xalq  dilində  aydın  olmayan,müəmmalı  danışıq 
tərzinə  deyilir”  ”Qarğa  dili”  ifadəsi  daha  geniş  mənaya  malik  olan  quş 
dilinin bir növüdür. “Quş dili” isə klassik Şərq ədəbiyyatında sufi terminləri 
ilə doldurulmuş gizli, dolaşıq, anlaşılmaz dilə deyilir...Beləliklə, “qarğa dili” 
səciyyəvi bir sufi-hürufi jarqonudur (9, 79). 
Məsələn:İsmayıllı  rabitə  şöbəsinin  teleqrafçısı  Ə.Sadıqov  yoldaşa. 
Sizin verdiyiniz teleqramlar qarğa dilində yazıldığına görə onları heç kəs 
oxuyub  başa  düşə  bilmir.  Buna  görə  də  bu  qara  qarğanı  sizə  hədiyyə 
verirəm  ki,  göndərdiyiniz  teleqramları  insan  dilinə  tərcümə  edib 
vətəndaşlara  başa  salmaqda  işinizə  kömək  etsin  (“Kirpi”,  1964№24); 
Rəis hirsləndi: - Qarğa dili danışma, sözünün canını de (“Sürücü, sanitar, 
at və qarışıq ştat”,“Kirpi”, 1969№6); Fatı. A kişi, qarğa dili danışırsınız, 
nədir?  (S.Rəhman,  “Hicran”);  C.Gözəlovun  “Qələmin  ucu,  qılıncın 
gücü” adlı felyetonunda Bakı poçtunun anlaşılmaz teleqrafının sözlərini 
“qarğa dili” adlandırır (Felyetonlar, 1977, s.261). 
“Quş”  sözünün  iştirakı  ilə  formalaşan  metaforik  ifadələrdən  biri 
“quş  südü”  ifadəsidir.  Bu  ifadə  dildə  emosional-ekspressiv  çalar 
yaratmaq  məqsədilə  işlədilir.  F.Vəliyeva    mifoloji  təfəkkürdən 
qaynaqlandığını  və  xalq  əsatir  və  inanclarına  söykəndiyini  göstərərək 
qeyd  edir  ki,  reallıqda  mümkünsüz  olan  “quş  südü”  anlayışı  ilə  bağlı 
ifadə  universal  status  kəsb  edir  (7,  13).  Quş  südü  –  tapılmaz  şey,  heç 
yerdə mövcud olmayan xəyali bir şey anlamındadır (6, 198).“Quş südü” 
ifadəsinin ən qədim variantını Petroni işlətmiş, fiosof Anaksaqor isə bu 
ifadəni  dedikdə  yumurta  ağını  nəzərdə  tutmuşdur  (9,  125).  Bədii 
ədəbiyyatda  “quş  südü”  ifadəsi  daha  çox  tapılmayan  bir  şey  haqqında 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə