Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə27/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   23   24   25   26   27   28   29   30   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
72 
 
rast  gəlmək  mümkündür.  Türk  mənşəli  mifonimlərə  Nar  qızı  Nardan 
Xatun, Təpəgöz, Kəlləgöz, ərəb və fars mənşəli mifonimlərə Səməndər, 
Hürizad,  Pərizad,  Şəms  Qəmər,  Səlsəbil  və  başqalarını    nümunə 
göstərmək olar. 
Azərbaycan  folklorunda  rast  gəlinən  alınma  onomastik  vahidlərin 
arasında  mifohidronimlərin  özünəməxsus  yeri  vardır.  Mifohidronimlərə 
mifik su obyektlərinin adları  aiddir. Folklorda Dirilik suyu, Abi-həyat, 
Abi-kövsər  və  s.  mifohidronimlərə  rast  gəlinir.  Mifik  təsəvvürə  görə, 
dirilik  suyundan   kim  içsə,  o  bir  andaca  ölümsüz  olur  deyirlər.  Dirilik 
suyu haqqında mifik  təsəvvürlərə  başqa xalqların folklor nümunələrində 
təsadüf olunur.  
Abi-həyat mifohidroniminə Azərbaycan folklorunda daha çox rast 
gəlinir. İnsan həmişə həyat və ölüm məsələsi barədə düşünmüş və bu da  
ədəbi həyatı əldə etmək mifik ideyalarının yaranmasına səbəb olmuşdur. 
Bununla  bağlı  müxtəlif  mifik  təsəvvürlər  yaranmışdır.  Əfsanəyə  görə, 
zülmətdə olan bir çeşmənin suyu, dirilik suyu Abi-həyat adlanır. Bu suyu 
içən  nə  qocalır,  nə  də  ölür.  “Əsli  və  Kərəm”  dastanında  “Abi-həyat” 
bulağının adı çəkilir: 
Abi-həyat kimi daim axarsan, 
Haqqın camalına hərdən baxarsan, 
olana-dolana evlər yıxarsan, 
Mənim Əslim buralardan keçdimi? 
“İskəndərin  qaranlıq  dünyaya  getməsi”  nağılında  Abi-həyat 
bulağının  suyundan  Xızır    içir.  N.Gəncəvinin  “İskəndərnamə” 
poemasının  “Şərəfnamə”  hissəsində  İskəndərin  dirilik    suyunu 
axtarmasından danışılır. Iskəndər  zülmətdəki dirilik  suyunu  (Abi-həyat) 
axtarmağa gedir. Bu səfərə ona Xızır köməklik edir. Xızır dirlik bulağını 
tapır: 
Doyunca həm çimdi,  həm də yuyundu. 
Doyunca içdi o həyat suyundan 
Əbədi içdi o həyat suyundan 
Əbədi həyata çatdı arayan (5.s.251) 
  Folklorda rast gəlinən mifhidronimlərdən biri də abi-kövsərdir. 
Abi-kövsər  cənnətdə  Kövsər  bulağının  suyudur.  “Qurbani”  dastanında 
abi-kövsər mifohidroniminə təsadüf olunur.  
Qəflətdən ayıldım, açdım gözümü,  
Xaki-övliyaya sürtdüm üzümü, 
Dindirdilər, haqq danışdım sözümü,  
Al, iç abi-kövsərdən, qan, dedilər.  


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
73 
 
Folklorda Abi-kövsər mifohidronimi yanaşı Kövsər də işlənir. Abi-
kövsər,  Kövsər  bulaq  adlarının  folklorda    işlənməsi  islam  dini  ilə 
bağlıdır. 
Səyyad deyər, sənə namə gətirdim,  
İçmişəm Kövsərdən bada, gəlmişəm. (Səyyad və Sədət) 
Bir aya bənzər qabaq,  
Kövsərə bənzər dodaq. (Tahir və Zöhrə) 
İslam dini ilə əlaqədar folklorumuzda işlənən mifohidronimlərdən 
biri də Səlsəbildir. Səlsəbil cənnətdə yüngül,  dadlı sulu çeşmənin adıdır. 
Girdim bağa, bağım təğayir oldu, 
Xoryat əli dəydi, tağ ayir oldu. 
Gözüm gördü, ağlım təğayir oldu. 
Çayi-səlsəbilin zülalın gördüm. (Novruz) 
Nağıllarda  mifik  heyvanların  adına  tez-tez  təsadüf  olunur.  
Mifozoonim  –  Real  həyatdan  mövcud    olmayan,  əsatiri  səciyyəli 
canlının,  varlığın  xüsusi  adı:    Div,  ağ  div,  qara  div,  Ağ  qoç,  Simurq, 
Əjdaha,  Nasnaq,  Səməndər,  Qaqnus,  Dülbül,  Ədabil  (quşu),  Hüthütə 
Huma Cənnət quşu, Qızıl öküz, Yer öküzü, Yusif-Nəsib. (1 s. 300). 
Azərbaycan folklorundakı mifozoonimlərdən biri də divlərdir.  Əksər 
hallarda    div  mənfi  surətdir.  “Azərbaycan  dilinin  izahlı  lüğəti”ndə  fars 
mənşəli  div  sözü  belə  izah  olunur:  Div    -  şərq  nağıllarında  müsbət  qəh-
rəmanlara qarşı qoyulan çirkin, eybəcər, həddən artıq cəsamətli, buuynuzlu 
əfsanəvi vücudlu heyvan (6, s. 650). Nağıllarımızda  divlərə maraqlı adlar 
verilir: Ağ div, Qara div, Kərə div, Əş-əş div, Devi-cadu və s. 
Azərbaycan  folklorunda  geniş  yayılmış  mifonimlərdən  biri  də 
Səməndər quşunun adıdır. “Moltanı padşahı” nağılında əfsanəvi Səməndər 
quşunun  adına  rast  gəlirik.  Nağılda  göyərçinlər  söhbət    edərkən  deyirlər:  
“Ay bacılı, gərək o oğlan o qədər gözləyə ki, Səməndər quşu od tutub yana, 
onun külünün içindən bir  qor kimi yumurta çıxa, o külün  qırağınnan bir 
çiçək göyərə, o çiçək  Səməndər çiçəyidir. Özü də onu köklü  qopartmax 
olmaz, onda  o  adam  özü  də  yanıb, kül  olar.  Gərək  çiçəyi elə  qoparda  ki, 
kökü yerdə qala”. 
Əfsanəyə  görə,  Səməndər  quşu  dərya  kənarında  yaşarmış.  Dimdiyi 
poladdan, ayaqları daşdanmış. Səməndər hər dəfə ayaqlarını dimdiklədikdə 
oradan    qığılcım  qalxar  və  quşu  alov  basarmış.  Quş  alovlanıb  yandıqda  
özünü  suya  atarmış.  Başqa  bir  əfsanəyə  görə,    Səməndər  nəhəng  bir 
quşdur.  Yeddi  ildən  bir  yumurta  yumurtlayır,  özünü  yumurtaya  sürtüb, 
oradam qığılcım çıxardardı. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
74 
 
 “Ərəb  və  fars  sözləri  lüğəti”ndə  fars  mənşəli  səməndər  sözünün  
İran  əsatirində  odda  yaşayan  bir  heyvan,    su  kərtənkələsi  mənalarını 
daşığıdı qeyd edilir. (4.s 548) Səməndər quşunun istər əfsanələrdə, istərsə 
də nağıllarda odla əlaqədar  olduğu  göstərilir. Dastanlarımızda səməndər 
quşundan bəhs edilir.  
Çoxu aşıqlığı asan şey sandı, 
Cəfasını gördü, çox tez usandı, 
Abbas bir pərinin oduna yandı, 
Görənlər dedilər: bax, səməndərdi. (Abbas və Gülgəz) 
Aşıq Ələsgərin yaradıcılığında səməndər mifoniminə rast gəlinir:  
Qaldım səməndərtək qəm dəryasında;  
Yandı balü-pərim nara dəyməmiş.  
Dastanlarda  təsadf  olunan  mifozoonimlərdən  biri  də  Düldüldür. 
Düldül Həzrət Əlinin atının adıdır. 
Mərdi iyid mərd deyər mərd oğlu mərddən,  
Sərraf olan seçər ləli gövhərdən,  
Düldülün sahibi ya Şahi-mərdan
Ağa, məni dərdə salan gəlindi! (Seydi və Pəri) 
Azərbaycan nağıllarında təsadüf olunan mifozoonimlərdən  biri də 
dara,  çətinə  fəlakətə  düşənlərin  xilaskarı  Zümrüd  quşudur.  Bu  quş 
qəhrəmanları  yeraltı    dünyadan  işıqlı  dünyaya    çıxardır,  tükünü 
yandırdıqda köməyə  gəlir. Zümrüd ərəb  mənşəli  söz  olub, “yaşıl  rəngli 
qiymətlil  daş”  mənasında  işlənir.  Görünür,  xilaskar  quş  yaşıl    rəngdə 
təsəvvür etdiklərdindən ona bu adı vermişlər.  
Nağıllarımızda  Simurq  quşu  adına  da  rast  gəlirik.  Bu  quşun  adı 
nağıllarda Zümrüd quşu ilə əvəz  edilir. Quşların hər ikisi eyni işi görür, 
xeyirxahdır.  Tədqiqatçılar  Simurq  quşu  haqqında  maraqlı  fikirlər 
söyləmişlər:  “Simurq  quşunun  böyüklüyü,  qoçaqlığı  tədqiqatçıları  belə 
qənaətə gətirmişdir ki, çoxluğun işini gördüyündən ona Simurq, yəni otuz 
quş adı vermişlər. Bəzi alimlər isə bunu siyah  mürğ (qara quş) kimi izah 
edirlər.” (7. s.262) 
  Nağıllarda  rast  gəlinən  mifozoonimlərə  at  adları  da  aiddir. 
Nağıllardakı  qeyri-adi,  möcüzəli  atlardan  biri  dəryadan  çıxdığı  üçün) 
“Şah oğlu Bəhrəmin nağılı”nda Dərya atı adlanır.   
 
Folklorda  rast  gəlinən  mifik  obrazlardan  biri  də  pərilərdir.  
Folklorumuzda  pərilər  gözəllik  rəmzi,  simvoludurlar.  Məsələn,  Başına 
döndüyüm,  ay  qəşəng  pəri;  Adətdir,  dərərlər  yaz  bənövşəni!  (Qurbani) 
Misilsiz gözəlliyi  təsəvvür edərkən belə bir  ifadə işlənir: “Aya deyir sən 
çıxma  mən çıxım, günə deyir sən çıxma mən çıxım”. Pəri fars  mənşəli 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə