D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
59
Qətibə
Quliyeva
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
filologiya
üzrə fəlsəfə doktoru
gatibevaqifkizi@yahoo.com
Qədim uyğur mətnləri kontekstində xitabların
üslubi-ekspressiv funksiyaları
Açar sözlər: Xitab,
qədim uyğur,
türkologiya,
üslubi-ekspressiv
funksiya
Ключевые слова:Oбращение, древнеуйгурских,тюркология,
стилистически-выразительные функции
Keywords: Adresses, Аncient Uigur, Turkology, stylistic-
expressive
functions
Dilçilikdə qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan
sözlərdən bəhs edilərkən cümlə üzvlərindən fərqli olaraq, cümlənin
əmələ gəlməsində bilavasitə iştirak etməyən, heç bir suala cavab
verməyən sözlər və söz qrupları nəzərdə tutulur (1, s.216). Cümlənin
qurulmasında iştirak edən bu ünsürlər əsasən fikrin dəqiq və düzgün
çatdırılmasına xidmət edir. Bunlara vokativlər, intonasiya ilə bağlı olan
əmr
və sual cümlələri, ara cümlə və ara sözlər daxildir.
Xitablar da bu cür
söz qruplarına daxildir. Kommunikativ əlaqə zamanı, nitqin təşkilində,
eləcə də, ədəbi dil normaları çərçivəsində cümlənin qurulmasında
xitabların rolu böyükdür. Dildə müəyyən üslubi-ekspressiv ifadə
funksiyasını yerinə yetirən xitablar fərqli şəxslərə, şəxsləndirilən
obyektlərə, mücərrəd varlıqlara müraciət məqsədi ilə işlədilir. Müraciət
məqsədilə istifadə edilən sözləri və söz birləşmələrini əhatə edən xitablar
Türkologiyada az öyrənilmiş, dil tarixi baxımdan çox az tədqiq edilmiş
dilçilik sahələrindən biridir. Bu mənada türkoloji dilçilikdə qrammatik
cəhətdən cümlə üzvləri ilə bağlanmayan, sintaktik əlaqəyə girməyən
ünsürlər kimi təhlil edilən xitabların cümlədəki mövqeyinin tarixi dil
faktları əsasında təsbiti və üslubi funksiyalarının təyini böyük əhəmiyyət
kəsb edir.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
60
“Xitab” termini sintaktik kateqoriya kimi ilk dəfə dilçilikdə
T.İ.Buslayevin yazdığı “Rus dilinin tarixi qrammatikası” adlı əsərində
işlədilmiş və xitaba aid xüsusiyyətlər şərh olunmuşdur (2, s.11).
Türkoloji dilçilikdə isə xitabların cümlədəki mövqeyi, müəyyən hallarda
mübtəda ilə eşdeğer kimi çıxış etməsi, adlıq cümlə, vokativ cümlə,
həmcins üzvlər, ara sözlər, əlavə, xüsusiləşmə, nida ilə eyniləşdirilərək
təhlil olunnması, bəzən isə qarışdırılması özünü göstərir. Tədqiqatçı
Ş.Orucovanın da qeyd etdiyi kimi xitabın bu cür mövqeyi, türkologiyada
fikir müxtəlifliyinin, fərqli mülahizələrin yaranmasına rəvac vermişdir.
Türkologiyada ilk dəfə olaraq özbək alimi A.R.Sayfullayev “Müasir
özbək ədəbi dilində ara üzvlər” adlı məqaləsində xitabları “cümlənin
üçüncü dərəcəli üzvləri” kimi təqdim etmişdir (2, s.61-69).
Dildə müəyyən üslubi-ekspressiv ifadə funksiyasını yerinə yetirən
xitablar fərqli şəxslərə, şəxsləndirilən obyektlərə, mücərrəd varlıqlara
muracaat məqsədi ilə istifadə edilir. xitabla cümlə elementləri arasında
məna əlaqəsi olsa da, sintaktik əlaqə yoxdur; adlarla (substantiv/
isimləşmiş sözlərlə) və ismi birləşmələrlə ifadə edilir; xüsusi intonasiya
ilə tələffüz edilir; məzmunca ikinci, şəkilcə üçüncü şəxsə aid olur.
Ümumiyyətlə, dilçilikdə xitabın bir sintaktik vahid kimi şərhi müxtəlif
olsa da, əsasən cümlə üzvləri ilə bağlı olmamağı bütün məqamlarda ön
plana çıxarılmışdır.
Cümlə üzvləri ilə bağlanmayan, “cümlədışı ünsür”, “ünləm”,
“eytiş”, bəzən isə “səslənmə ünləmi”, “hitap”, “cümlə bətninə daxil olan
artıq ünsür”, “cümlələri mürəkkəbləşdirən vasitələr”, “üçüncü dərəcəli
üzv”və s. kimi sintaktik vahid olaraq təhlil edilən, qrammatik cəhətdən
cümlənin başqa üzvləri ilə bağlanmayan sözlərdən, birləşmələrdən ibarət
olan
xitabdan gah müstəqil, gah da asılı üzv kimi bəhs edilmişdir.
Dilçi Ə.Cavadov qeyd edir ki, “qrammatik cəhətdən cümlə üzvləri
ilə bağlı olmayan sözlər cümlə üzvü kimi qəbul olunur, çünki cümlə
daxilində iştirak edən, müəyyən vəzifəni yerinə yetirən söz, cümlə
üzvüdür”. Dilçi alim qeyd edir ki, xitab və ara sözlərin cümlə, onun
üzvləri və hissələri ilə semantik bağlılığı mövcuddur (3, s.309, ).
Görkəmli dilçi Ə.Dəmirçizadə “Dədə Qorqud” dastanlarının
dilində diqqəti cəlb edən əlamətlərdən biri kimi bir sıra əlavə sözlərin