Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə31/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   27   28   29   30   31   32   33   34   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
83 
 
danışarkən  işlədilir.  Məsələn:  Deyirlər  bir  yekəsini  də  bu  yaxınlarda 
açıblar. “Moskva “ univermağı! Deyilənə görə, içində quş südü də var 
(Ş.Qurbanov);  Masanın  üstündə  quş  südündən  başqa  hər  şey 
vardı(İ.Hüseynov); Bağın var, qarğaya məhəbbət etmə, Quşun var, quş 
südü  ardınca  getmə  (N.Gəncəvi);  Uzunsov  bu  mağazaya  bir  dünyanı 
sığışdırmışdılar  sanki,  burada  hər  nemət,  bəlkə  quş  südü  də  tapmaq 
olardı (K.Əşrəfoğlu); Düyməni basdı, siyirmə açıldı; orda quş südündən 
tutmuş hər növ içki, qırmızı-qara kürü, qırqovul soyutması, qaz ciyərinin 
paşteti, cürbəcür buterbrodlar vardı (K.Nəzirli). 
Qeyd  edək  ki,  bəzən  eyni  məzmunda  “quş  iliyi”  ifadəsi  işlədilir. 
Məsələn:  Hərdənbir  könlünə  çığırtma,  cücə-plov  düşüb,  “iştahasızlıq 
xəstəliy”inə tutlan adamlar bir bəhanə ilə quş iliyi, can dərmanı tapılan 
fermaya təşrif gətirirlər (C.Gözəlov). 
Dildə metaforlaşmanın müxtəlif növ və formaları vardır. Bunlardan 
biri də müqayisə-bənzətmə qoşmasının  iştirakı  ilə  yaranandır.  Müfəssəl 
təşbeh  xarakterli  bu  ifadələrdə  açıq  bənzətmə  özünü  göstərir.  K.Əliyev 
müqayisələr arasında ənənəvi müqayisəni ayırır və onun haqqında yazır: 
“Ənənəvi  müqayisələr  “kimi”  qoşmasının  köməyilə,  elə  bil,  sanki 
qoşması ilə, habelə dönmək, düşmək, daraşmaq və s. feillərlə düzəlir (10, 
17).  “Quş  kimi”  ifadəsi  məzmunca  geniş  olub,  müxtəlif  assosiativ 
münasibətləri  ifadə  edir  ki,  bunlar  həmin  ifadənin  əlaqəyə  girdiyi  digər 
sözlə münasibətdə meydana çıxır. Rus dilində ”quş kimi” frazeologizmi ilə 
düzələn sözlər E.R.Malefeyeva tərəfindən tədqiq olunmuşdur (11, 95-111). 
“Quş  kimi”  ifadəsi  yerindən  asılı  olaraq  müxtəlif  semantik 
münasibətləri  ifadə  edərək,  hər  bir  halda  rəngarəng  funksional-qrammatik 
vəzifə  yerinə  yetirir;  onlar həm  ayrıca  cümlə  üzvü,  həm  də  hər hansı  söz 
birləşməsinin daxili komponenti olur. Bu zaman həmin ifadə quşa aid hər 
hansı əlamətlə birlikdə işlənir.  Məsələn: Quş kimi ötdülər səs salıb bağa 
(N.Gəncəvi);Müseyibin  ürəyi  quş  kimi  çırpınmışdı,  sevincdən  az  qala 
huşunu itirmişdi (Ə.Hacızadə); Gördüm ki, hələ sən – İpdən atlanan, Quş 
kimi qanadlanan Sadəcə bir uşaqsan! (M.Dilbazi);Eh, bilsə ki, mən onu nə 
qədər  sevirəm,  quş  kimi  uçub  gələr  (Ş.Qurbanov);  O  görür  qızının  yazıq 
halını, Qəfəsdə quş kimi özünü yeyir (S.Vurğun). 
Bəzən  həmin  ifadə  tərkibindəki  “quş”  sözü  ümumilik  yox, 
konkretlik ifadə edir və müqayisə obyekti də konkret olur. Məlumdur ki, 
ayağından asılan bir quş var—anadil quşu. S.Vurğun bir neçə əsərində bu 
quşdan  ya  bəhs  edir,  ya  da  ondan  müqayisə,  təşbeh  kimi  istifadə  edib, 
güclü  metaforlaşma  yaradır.  Məsələn:Gecələr  süyrülüb  yatacağından, 
Asılır quş kimi öz ayağından (S.Vurğun). 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
84 
 
Digər halda“quş” sözünə aid verilən xüsusiyyət quşun görünən, ilk 
baxışda  diqqəti  cəlb  edən  cəhəti  deyil,  daxili  məzmuna  aid  cəhəti  olur.  
Deyirlər, sevəndə adam quş kimi olur  (S.Rəhman); Quş kimi qalxdılar 
birdən yəhərə (N.Gəncəvi, “Xosrov və Şirin”); Qırat yel kimi əsdi, quş 
kimi uçdu (“Koroğlu”). 
.....Qonaq da köçəri bir quşa bənzər, Yalnız ev sahibi uçan deyildir 
(S.Vurğun, ”Aygün” poeması);  
Bəzi  hallarda  “quş”  söz ü  “kimi”  qoşmasının  sinonimi  olan  “tək” 
sözü və ya danışıq dilinə aid olan “sayağı”, “misali” sözləri ilə işlənib eyni 
funksiyada çıxış edir.Məsələn: İnsan ki var, quş misalı bir şeydir. Bu gün 
burdadır, sabah ayrı yerdə (S.Rəhman). Əlləzoğlu... nazik armud saplağına 
oxşayan  boğazını  qəribə - quşsayağı  uzadıb  udqundu...(İ.Hüseynov);  Pəri 
çıxıb  sudan  quştək  silkindi,  Paltarını  geyib  Şəbdizi  mindi;  Quştək  bağla-
dılar  göyləri  yerə(N.Gəncəvi);  Düşmanın  üstünü  quştək  aldıran,  Aslanlar 
dişindən  ovlar  saldıran,  xaqanlar  başına  şeşpər  çaldıran  Qulac  qollar 
buran qoç Koroğludur(“Koroğlu” dastanı). 
Müqayisə  məqamında  bəzən  qoşmalardan  deyil,  leksik  vahidlərdən 
istifadə olunur; bu zaman sintaktik vahid səviyyəsində qarşılaşdırma özünü 
göstərir  və  metaforlaşma  bu  şəkildə  meydana  çıxır.  Məsələn:Qonaq  da 
köçəri bir quşa bənzər, Yalnız ev sahibi uçan deyildir (S.Vurğun). 
“Quş” sözü ilə yanaşı, müxtəlif quş adlarından da metaforlaşma faktı 
kimi istifadə olunur. Məlumdur ki, ümumi quş keyfiyyətləri ilə yanaşı, hər 
quşun da özünün fərdi keyfiyyətləri vardır ki, onlar müvafiq olaraq, kişilərə 
və ya qadınlara aid edilir. Təbii ki, bütün quş adları metaforlaşdırılmır; bu 
zaman  məlum  və  xüsusi  ,  fərqləndirici  xüsusiyyətə  malik  olan  quş 
adlarından daha çox istifadə olunur. Bu quşların bəziləri müsbət, digərləri 
mənfi  keyfiyyətləri  ilə  müqayisəyə  cəlb  edilir  və  elə  bu  keyfiyyətləri 
əsasında metaforlaşır. 
 Məsələn:  İstəsən  mahtabtək  bir  gülüşündən  İşıldaquş  kimi  nur 
saçaram mən (N.Gəncəvi); İnsan da qağayı kimi özünü fırtınaya təslim 
edib  ölməlidir  (B.Vahabzadə);  Ramazanov  qarğa  kimi  bu  idarənin 
başından uşub o biri irəli uzadıb havanı iyləyə-iyləyə həyəti dolaşmağa 
başladı  (F.Eyvazlı);  Yerdən,  göydən,  sulardan  aldığı  xəraca  baxanda 
İsgəndər  tovuz  quşu  kimi  qanad  açdı,  pərvazlandı,  qürrələndi 
(“İsgəndərin  quşlar  padşahından  xərac  alması”  nağılı);  Necə  deyərlər, 
hacıleylək  kimi  o  yuvadan  bu  yuvaya,  bu  yuvadan  o  yuvaya  uç,  qon 
(C.Gözəlov);  Bir  də  diqqət  eləyəndə  gördü  budu,  Koroğlu  Qıratın 
üstündə elə gəlir, elə gəlir ki, ley kimi; Qızılquş kimi bir dəfə meydanı 
dolanıb  dedi;Koroğlu  özü  də  misri  qılıncı  belinə  bağladı,  qalxan  asdı, 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə