Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə29/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   25   26   27   28   29   30   31   32   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
78 
 
Nərgiz Hacıyeva  
AMEA Nəsimi adına Dilçilik İnstitutu,  
filologiya üzrə fəlsəfə doktoru, dosent 
nergiz.haciyeva1961@mail.ru 
 
“Quş” zooniminin metaforlaşması və frazeologizm 
yaranmasında rolu 
(II məqalə) 
 
Açar  sözlər:  quş,  metaforlaşma,  obraz,  müqayisə,  zoomorfizm, 
assosiasiya, frazeologizm 
Ключевые  слова:  птица,  метафоризация,  образ,  сравнение, 
зооморфизм, ассоциация, фразеологизм 
Key  words:  bird,  metaphorization,  image,  comparison,  zoomor-
phism, association, phraseology 
 
Zoomorfizm  –  metaforlaşmanın  universal  xüsusiyyətlərindən 
biridir.Bu    proses  insan  təcrübəsinin  assosiativ  əlaqələrinə  əsaslanır. 
Heyvan  və  quş  adlarının  insanların  üzərinə  köçürülməsi  onların  xarici 
görünüşünə və xarakterik xüsusiyyətləri əsasında həyata keçirilir.  
Məlumdur  ki,  quşlar  insanların  və  təbiətin  həyatında  mühüm  rol 
oynayır.  Onlar  qədimdən  bəri  insanları  hər  yerdə:  əməkdə,  ovda, 
arzularda müşaiyət edir. Qanadlılar bütün xalqların  miflərinin, nağıl və 
nəğmələrinin,  əfsanə  və  rəvayətlərinin  qəhrəmanlarıdır.  Get-gedə 
ornitonimlər  çoxplanlı  simvolikanın  rəmzləri  olaraq  təfəkkürün  milli-
mədəni  xüsusiyyətlərini  əks  etdirir.  “Quş”  sözünün  ifadə  etdiyi  məna 
assosiasiyaları təkcə uçmaq mənası vermir, habelə bir çox digər mənalara 
malikdir.  Quşun  davranışında  olan  xüsusiyyətlər  situasiyadan  və 
danışanın    intensiyasından  asılı  olaraq  həm  mənfi,  həm  də  müsbət 
keyfiyyətlərlə  şərh  oluna  bilər.  Quşun  davranışındakı  müxtəlif 
xüsusiyyətlər metaforik mənanın əsasında durur.  
Quşlarla  əlaqədar  frazeologizmlər  Azərbaycan  dilinin  qədim 
qatlarına  məxsusdur,  bununla  da  dil  daşıyıcılarında  onların  semantik 
məzmunu  və  geniş  istifadə  imkanları  açıq  ifadə  olunur.  Dilin  digər 
sahələrində  olduğu  kimi,  bu  frazeologizmlərin  formalaşmasına  da 
ekstralinqvistik  faktorlar  təsir  edir.  Azərbaycan  dilində  quş  komponenti 
ilə  işlənən  frazeologizmlərə  dair  bir  sıra  tədqiqat  işləri  olsa  da,  onların 
üslubi  xüsusiyyətləri  və  hansı  məqamlarda  işləndiyi  hərtərəfli 
göstərilməmişdir.  Bu  tədqiqatlar  daha  çox  ingilis  dili  ilə  müqayisə 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
79 
 
xarakteri  daşımış,  “quş”  konsepti  ilə  bağlı  frazeologizmlərin  üslubi 
xüsusiyyətləri tam açıqlanmamışdır (1, 9). 
Quşlarla  əlaqədar  olan  frazeologizmlər  xalqın  milli  xarakterini 
anlamağa  və  tarixini  öyrənməyə  imkan  verir.  Zoonimlərlə  formalaşan 
frazeologizmlərdə  konseptual  metaforaların  tədqiqi  ornitonim-
komponentlə  zoonimlərin  metaforik  istiqamətini  müəyyən  edir.  Nitqdə 
ornitonimlər  mahiyyətcə  geniş  və  rəngarəng  şəkildə  işlənir.  Onlar    daha 
çox üslubi, metaforik mənalarla obrazlılıq yaradaraq ornitonimlərlə əlaqədar 
olan  hadisələri  ifadə  edir.  Azərbaycan  dilində  “quş”  komponentli 
frazeologizmlər bunlardır:  quş, quş olmaq, quş qoymaq, quşu qonmaq, quş 
uçurmaq,  ömür quşu, könül quşu, məhəbbət quşu, dövlət quşu, iki vətənli 
quş,  azad  quş,  quş  südü,  quş  iliyi,  quş  dili,  quş  yuxusu,    quş  xislətli,  quş 
cəldliyi, hansı yuvanın quşu, quş həddinə düşmək, quş göz, quş quşluğu ilə 
və  s.Bu  frazeologizmlər  natural  kateqoriyaya  aiddir.  S.Skorupka 
frazeologizmləri  natural  və  konvensional  növlərə  ayıraraq  yazır:  ”Natural 
frazeologizmlər müxtəlif dillərdə bir-birindən asılı olmadan  şifahi şəkildə 
yaranır, belə ki, onlar ümumi əsasa malikdirlər ki, bu da inkişafın ümumi 
şərtləri  altında  insanın  təbiətin  müxtəlif  hadisələrini,  həyatını  və 
heyvanların  davranışını  müşahidə  etməsi  ilə  əlaqədardır;  bununla  da 
leksemlərdə  məcazi  mənaların  ümumi  qanunları  inkişaf  edir  ki,  onlar 
frazeologizmləri  əmələ  gətirir  (2,  125).  Bir  dildə  insanın  heyvanların 
həyat  və  davranışlarını  müşahidə  etməsi  ilə  əlaqədar  yaranan 
frazeologizmlər  digər  dildən  leksemlərin  tərkibi  ilə  fərqlənir,  bu 
funksiyada requlyar çıxış edən frazeologizmlərdən və bu fikri ifadə edən 
sözlərdən  fərqlənir.  Onların  yaranmasının  ümumiliyi  isə  müxtəlif  xalqlar 
üçün  maddi  əsas  ov,  heyvandarlıq  və  əkinçilik  olmuşdur,  bundan  əlavə  – 
xalqların mədəni inkişafının ümumiliyi, dünyagörüşü, inamlar,  dini və ruhi 
zənginlikləri ilə bağlıdır. 
“Azərbaycan  dilinin  frazeologiya  lüğəti”ndə“quş  bişirmək”(qorx-
maq), “quş qondarmaq”(uydurmaq), “quş olub göyə uçmaq”, “quş südü”, 
“quşu  qonmaq”,  “quşu  gözündən  atmaq”,  “quşu  havada  tutmaq”  kimi 
ifadələr verilir (3, 108-109). N.Seyidəliyevin “Frazeoloji lüğət”ində də“quş 
da keçə bilməz”, “quş gəlsə qanad salar, qatır gəlsə dırnaq salar”, “quş 
kimi  uçmaq”,  “quş  olub  göyə  çəkilmək”,  “quş  səkə  bilməz”,  “quşu 
qonmaq” kimi ifadə və cümlələr göstərilmişdir (4, 191). “Azərbaycan dili-
nin izahlı lüğəti”ndə “quş südü”, “quş-quş olmaq”, “quşu qonmaq” kimi 
ifadələr qeydə alnır (5, 224). Q.Məhərrəmli və R.İsmayılovun “Azərbaycan 
dilinin frazeologiya lüğəti”ndə “quş buraxmaq”, “quş da keçə bilməz”, 
“quş dili oxumaq”, “quş qoymaq”, “quş südü”, “quşu gözündən vurmaq”, 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
80 
 
“quşu qonmaq”, “quşla şah seçmək”, “quş südü ilə böyütmək”kimi ifadələr 
yer  tutur  (6,  198).  Göründüyü  kimi,  “quş”  sözünün  iştirakı  ilə  zəngin 
frazeologizmlər vardır. 
Son  dövrlər  koqnitiv  dilçilikdə  konsept  məsələsinə  dair  bir  sıra 
tədqiqat işləri məlumdur. Müxtəlif semantikalı sözlərin dildə oynadığı rol, 
onların  təfəkkürdəki  yeri,  assosiativ  əlaqələri  sahəsində  tədqiqat  işləri 
aparılır.  Bu  cəhətdən  “quş”  konsepti  daha  böyük  araşdırma  mövzusu  ola 
bilər.  F.Vəliyeva  yazır  ki,  Azərbaycan  və  ingilis  dillərinin  frazeoloji 
sistemində  ornitonim  komponentli  frazeologizmlərin  leksik-semantik 
təhlilində antroposentrik ölçü meyarlarına istinad  edilir (7, 3-7). Bunun 
özü həmin mövzunun aktuallığını bir daha artırır. 
X.Yolçuyeva  qeyd  edir  ki,  hər  bir  frazeoloji  vahidin  əsasında 
əşyalar  və  hadisələr  haqqındakı  mədəni-tarixi  təsəvvürləri  əks  etdirən 
konseptlər dayanır. Bu vəziyyət sübut edir ki, frazeologiyada invariantlıq 
leksikaya nisbətən mücərrəd səciyyə daşıyır (8, 18). Əşya və hadisələrin 
məntiqi-əşyəvi məzmunu və onları əks etdirən tarixi-mədəni təsəvvürlər 
konsept məzmunu təşkil edir. Konseptlər öz məzmununa görə dünyanın 
dil  mənzərəsinin  vacib  fraqmentlərindən  ibarətdir.    Konseptlərin  və 
konsept  sahələrinin  elmi  sistemləşdirilməsi  xalqın  yaddaşındakı  təbii 
əşyəvi  sistemləşməni  təkrar  edir.  Məsələn,  müsbət  emosiya  mənası 
daşıyan  frazeoloji  vahidlərin  konseptual  əsası  baza  konseptləri  nöqteyi-
nəzərindən  xüsusi  maraq  kəsb  edir.  Təbii  ki,  heç  də  bütün  pozitiv  və 
neqativ  hisslər  frazeologiyada  öz  əksini  tapmır.  Burada  ümumxalq  və 
ümumi assosiativ xüsusiyyətlərin rolu əsasdır. 
“Quş”  sözünün  iştirakı  ilə  formalaşan  metaforik  birləşmələr 
quruluş  etibarilə  müxtəlifdir.  Təyini  söz  birləşmələrinin  bütün  növləri 
üzrə ifadələrə rast gəlmək olur; “quş” sözü isə həm birinci, həm də ikinci 
komponent kimi çıxış edə bilir. 
I növ təyini söz birləşməsi şəklində olanornitonim tərkiblilər: Azad 
bir  quşdum,  Yuvamdan  uçdum  (C.Cabbarlı);  Ürək  sinəsində  çırpınıb 
dedi:-Ürəyəm. Kövrəyəm, qanadlanmışam, Get! Tərəddüd etmə! Qanadlı 
quşam(M.Dilbazi); Yəqin etdilər ki, o sevimli quş Burdan düz Mədain 
şəhrinə uçmuş (N.Gəncəvi); Torpaq acgöz bir quşdur, ən gözəl dənsən 
ona (İ.Hüseynov). 
II  növ  təyini  söz  birləşməsi  şəklində  olan  ornitonim  tərkiblilər: 
Səhər  quşu  səhərtək  bəndə  düşdü,  Aya  tor  quran  fələk  özü  kəməndə 
düşdü;Tutdu  ümid  quşu  budaqda  qərar,  Açıldı  söhbətə  geniş  bir  diyar 
(N.Gəncəvi);  Müjdəylə  qanadlandı  şadlıq  quşu  Ülkərə,  Yeddi  lələk 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə