D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
138
doğrudan da, kifayət qədər yeni, əsaslandırılmış qənaətlərdir ki, M. Şah-
taxtlının peşəkar dilçi təfəkküründən irəli gəlir.
Ə.Topçubaşovun “Müsəlmanlar azadlıq hərəkatında” məqaləsində
(Kaspiy, 9 oktyabr 1905-ci il) Rusiya müsəlmanlarının məruz qaldıqları
təcavüzün miqyasını (və müsəlmanların buna reaksiyasını) dəqiq
ümumiləşdirir:
“Sistemli şəkildə həyata keçirilən ruslaşdırma siyasəti nəticəsində
onlar daha çox içlərinə çəkilib, hökumətin özbaşınalığına, bütöv xalqların
ləyaqətini alçaltmasına səssiz-səmirsiz etiraz kimi müəyyən qədər birləş-
məyə və köhnə adət-ənənələrini hər vasitə ilə qorumağa çalışırlar” (1,s.95-
96).
Göründüyü kimi, burada Rusiyanın türk-müsəlmanları, yaxud müsəl-
man-türkləri süni şəkildə müxtəlif xalqlara parçalayıb hökm sürmələrindən
yox, əksinə, müxtəlif türk-müsəlman xalqlarını eyni bir xalq hesab edib
“ruslaşdırmağa”çalışmasından və bu təzyiqə məruz qalan “bütöv xalqların...
birləşməyə və köhnə adət-ənənələrini hər vasitə ilə qorumağa çalış”-
malarından söhbət gedir. Ona görə də türklərin Rusiyada müxtəlif xalq-
lara zorla bölüşdürülməsi, süni xalqlar yaradılması barədə sonralar türko-
logiyada meydana çıxmış təsəvvürlər özünü doğrultmur ki, bu, dil
məsələsinə də aiddir.
Ə.Topçubaşovun “ana dili”anlayışı mahiyyətini daha təfsilatı ilə
başa düşmən üçün onun “Azərbaycanın yolgöstərəni” məqaləsi ətraflı
məlumat verir. Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetinin
(1875-1877) ilk nömrəsinin çıxmasının 50 illiyinə həsr olunmuş
məqalədə deyilir ki, Rusiyada bütün müsəlmanlar “cinayətkar” hesab
edilirdilər. Və “bu cinayət adı “panislamizm” və “pantürkizm” idi (1,s.
492)...
“Şərqi Zaqafqaziyanın müsəlman xalqının vəziyyəti xüsusilə
dözülməz idi. Bu torpaqların sakinləri ölkələrini əsl adı ilə “Azərbaycan”,
özlərini isə “türk-azəri”, yaxud “azərbaycanlı” adlandıra bilmirdilər. Açıq
şəkildə türk əsilli xalq olduqlarını dilə gətirmələrinə imkan verilmirdi”
(1,s. 493).
Məqalə müəllifinin fikrincə, “Əkinçi” belə bir dövrdə meydana
çıxdı. Və həmin illərdə “ölkə daxilində, habelə onun hüdudlarından
kənarda (əsasən İranda) məktəb və mədrəsələrdə təhsil alanlar üçün ərəb
və fars sözlərinin bol-bol işlənmədiyi açıq ana
dilində - türk-Azərbaycan
dilində nəşr olunan qəzeti oxumaq müəyyən mənada hətta
gözlənilməz təsir bağışlayırdı” (1,s. 504).