D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
146
Fonemlər cümlədə yaxın v asan məxrəcliləri ilə əvəz olunanda həm
intonasiya davamlı, bütöv,
həm də nitq sürətli, axıcı və musiqili olur.
E.F.Sariçeva yazır: “Teatr, kino, radio işçiləri nümunəvi nitqin
təbliğçisi olmalıdırlar. Ona görə də gələcək aktyor və rejissorların öz
fikirlərini məntiqli, dəqiq, aydın ifadə etmələri, cümlələrini savadlı
qurmaları, həm də belə çıxır ki, müəyyən tələffüz normalarını bilib
bunlardan düzgün istifadə etmələri onların nitq mədəniyyətinin
elementləridir.” [4, 59]
Müəllif burada haqlı olaraq gənc aktyor və rejissorlara tələffüz
normalarını bilməyi tövsiyə edir. Axı dilin ən kiçik elementi olan səsləri
öz məxrəcində deməsək, həm nitq öz emosionallıq və ekspressivliyini
itirər, həm də onun xarici formasını eybəcərləşdirər. Eyni məzmunlu
mətni başqalarına nisbətən aktyor, diktor və natiqlər daha təsirli, mənalı
və axıcı tələffüz edirlər. Aktyor və diktorların səsləri və sözləri orfoepiya
normalarına uyğun təbii tələffüz etmələri onların sənət vəzifələridir.
Kinoaktyorların nitqində sözlərin təsiri də artır. Bundan ötrü aktyor
mətn üzərində ciddi işləməli, cümlələri məna qruplarına bölməli,
vurğuları
yerli-yerində deməli,
yerinə görə tonun yüksəkliyini, alçaqlığını
bilməli və bütün bunlarla yanaşı sözlərdəki səslərin ardıcıllığına görə
necə səslənməsini əvvəlcədən müəyyənləşdirməlidir.
Məlumdur ki, əksər hallarda “o” və “ö” sait səslərindən sonra “v”
səsi düşür, nəticədə “o” və “ö” (oy), (öy) şəklində səslənir. Zənnimizcə, o
və ö səslərinin diftonqları tələffüzü həmin səslərin məxrəclərindən
asılıdır. Belə ki, “o”, “ö” səsi “u” və “ü”-yə nisbətən açıq səslərdir
(amma bunların hamısı dodaqlanandır). “O” və “ö” səsinin məxəcindən
ön sıra samitlərin məxrəcinə keçdikdə alt çənə yavaş-yavaş qapanaraq
sait səslə samitin yaranma məxrəci arasında “u” və “ü” səsinin vatiasiyası
– zəif “u” və “ü” səsləri əmələ gəlir. Bu hadisə sözün sonunda daha
küylü olur. Məsələn: “plou”, “qanou”, “bülöü” və s.
Göstərilən sözlərdən “v” səsinin düşməsi nitqi daha da axıcı edir.
Həmin sözlərə şəkilçi qoşulduqda isə “v” səsi düşmür: plovu, qanovu,
bülövü şəklində tələffüz olunur. (Misallardan göründüyü kimi bəzən
kinoaktyorların tələffüzündə “v” səsi düşmədən, orfoqrafiyada olduğu
şəkildə
deyilir ki, bu da nitqi ağırlaşdırır).
Kino dilində sözün ortasında “v” səsinin “f” ilə əvəzlənməsinin də
şahidi oluruq:
“Kitablarımı Çimnaz müəlliməyə təh(f)il verdim.
... Xeyr, Kərimin kitablarının vərəqlərinin cırıldığına görə təh(f)vil
almadım. Sonra alı(p)b sizə məlumat verərəm.