D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
147
... Kərimin dişinə bağlanan sap qırıldı, diş hələ də ağzında idi.
Amma bir onu gördüm ki, uşaq a(f)vtomatdan açılan güllə kimi yoxa
çıxdı. Vallah, bi(y)abırçılıqdır.
... Der məktəbin no(f)vçasından tökülən yağış suyu böyük göl
yaratmışdı.”
(“Süd dişinin ağrısı” tammetrajlı bədii filmi, 1987. Ssenari müəllifi
Ramiz Rövşən. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası)
Ayrı-ayrı kinofilmlərdən görmək olur ki, hava axını başqa səslərin
məxrəcindən önsırada əmələ gələn (v, f) səslərinin məxrəcinə keçərkən
ön sıra, kipləşən (v) səsi nisbətən açıq f ilə əvəz olunur. Çünki arada
yaranan hava axını çox olduğu üçün alt dodaqla diş kipləşə bilmir və
nəticədə “v” yox, nisbətən sərbəst “f” səsi əmələ gəlir.
Beləliklə,
müxtəlif
məxrəcli səslərin əhatəsində çətin tələffüz olunan, nitqdə gərginlik
yaradan səslər kino dilində asan variantları ilə əvəz olunur.
Məlumdur ki, Azərbaycan dilində də samit səslər iki sait arasında
cingiltiləşir. Sonu “q” ilə bitən sözlərdən sonra saitlə başlanan şəkilçilər
gəldikdə “q” samiti “ğ”-ya keçir və görünür, cümlədə sözlər sıralanarkən
də dilin daxili qanunu özünü qoruyub saxlayır. Məhz bu baxımdan
tələffüzdə sözləri ayrı-ayrı yox, cümlədə götürmək daha doğru olardı.
Çünki leksik tələffüzlə, sintaktik, mətni tələffüz bir-birindən fərqlənir.
Belə ki, cümlə nitqin nisbətən böyük vahididir, bu və ya digər fonetik
hadisələr sintaktik əlaqə, fasilə, intonasiya, vurğularla əlaqədar da baş
verə bilər. Ona görə də sözlərin cümlədə tələffüz formasını müəyyən
etmək lazım gəlir.
Azərbaycan dilçiliyində indiyə qədər aparılan tədqiqatlar isə,
əsasən, leksik tələffüzə əsaslanmış və sözlərin sonunda gələn samit
səslərin əvəzlənməsi hadisəsi ilə əlaqədar mübahisəli fikirlər kifayət
qədər öz həllini tapa bilməmişdir. Çünki ayrıca götürülmüş söz cümlədə
digər sözlərlə əlaqəyə girib müəyyən bir fikir ifadə edilərkən şəkilçilər
həmin sözə təsir edib dəyişdirilə bilir.
“Birinci yarpa(q)ğ quruyanda görmüşəm. O boyda buda(q)ğı kor
da görər. Baxın, Namaz baş barma(q)ğını çiyni üzərindən Dədə palıda
tuşladı. Sonra yumru(q)ğunu palıdın gövdəsinə vurdu.
... Öküzün biri öküz! Kötük! Ağac! Meşədə canın çıxaca(q)ğ.
Qurd-quşa qismət olaca(q)ğsan burda! Bu hayıfı heç kim səndə
qoymayaca(q)ğ. Baxarsan!”
(“Qoca palıdın nağılı” tammetrajlı bədii filmi, 1984. Ssenari
müəllifi İsi Məlikzadə. C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyası)