D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
134
məsələlərindən biri də dil, üslub tərzi, ifadə, qısa desək yazıçılıq
mədəniyyəti, sənətkarlıq mədəniyyəti uğrunda mübarizəmiz olmalıdır”
(6, s. 82).
Beləliklə, S.Vurğun dilçilik elminin inkişafına daima nəzarət etmiş,
öz faydalı tövsiyə və məsləhətləri ilə bu işi sürətləndirmişdir.
ƏDƏBİYYAT:
1. C. Abdullayev. S. Vurğunun poetikası. Bakı: “Gənclik”, 1976
2. X. Cabbarov. Sənətkar və söz. Bakı: “Azərnəşr”, 1976
3. M. Cəfər. Sənət yollarında. Bakı: “Gənclik”, 1975
4. M. Cəlal. Klassiklər və müasirlər. Bakı: “Azərnəşr”, 1973
5. M. Cəlal. Füzuli sənətkarlığı. Bakı: “ADU”, 1958
6. S. Vurğun. Seçilmiş əsərləri. I cild. Bakı: “Azərnəşr”, 1972
7. S. Vurğun. Seçilmiş əsərləri. II cild. Bakı: “Azərnəşr”, 1976
8. Y. Seyidov, S. Əlizadə. Klassik Azərbaycan şairləri söz
haqqında. Bakı: “Gənclik”, 1977
9. Y. Seyidov. Şairin dərdi. Bakı: “Azərbaycan”, 1996.
10. İ. Məmmədli. S.Vurğun haqqında. S. Vurğunun dili. // “Milli
Zəka” jurnalı № 4 / 4, Bakı, 2016, s. 36-44.
Исмайлова Тахмина
Проблема языка в художественной работе Самеда Вургуна
Резюме
В статье рассматриваются особенности художественного
творчества С. Вургуна, а также отношение поэта к слову, проблема
родного языка, борьба за чистоту родного языка и другие вопросы.
İsmayilova Tahmina
Language issue in Samed Vurgun's artistic work
Summary
The article examines the peculiarities of S. Vurgun's artistic
creativity, as well as the attitude of the poet to the word, the mother
tongue issue, the struggle for the purity of the mother tongue, and other
issues.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
135
Aysel Qəribli
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru
aysel-qerib@hotmail.com
Əlimərdan bəy Topçubaşovun “ana dili” anlayışı
Açar sözlər: ana dili, tatar dili, anlayış, publisistika
Ключевые слова: родной язык, татарский язык, понятие,
публицистика
Key words: mother tongue, the Tatar language, the Turkish
language, concept, publicism.
XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanda, ümumən türk
dünyasında ideoloji intibah dövrüdür: bir tərəfdən, türk xalqlarının milli
müstəqillik uğrunda mübarizəsi güclənirsə, digər tərəfdən, inteqrasiya
idealları geniş vüsət alır.
Bu, özünü “ana dili”nə, eləcə də onun necə adlandırılmasına
münasibətdə də göstərir. Ümumi mənzərə belədir ki, “Azərbaycan dili”
mənasında “türk dili (türkcə)”, “tatar dili”, “müsəlmanca”, “Azərbaycan
türkcəsi” ilə yanaşı arasıra “Azərbaycan dili” linqvonimi də işlənməyə
başlayır.
Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə,Həsən bəy Zərdabi, Əli
bəy Hüseynzadə, Məhəmməd Ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə,
Yusif Vəzir Çəmənzəminli, Nəriman Nərimanov, Məhəmməd Əmin
Rəsulzadə, Üzeyir Hacıbəyli ... kimi Azərbaycan ziyalıları Azərbaycan
dilinin inkişafında son dərəcə böyük rol oynamaqla yanaşı, “Azərbaycan
dili” anlayışının formalaşmasında da öz elmi, elmi-kütləvi mülahizələri
ilə əhəmiyyətli xidmətlər göstərmişlər. (bu barədə geniş məlumat üçün
baxın: 2, s. 58-98).
Həmin ziyalılar sırasında Azərbaycanın görkəmli siyasi xadimi,
Əlimərdan bəy Topçubaşovun da özünəməxsus yeri vardır.
Əlimərdan bəy Topçubaşov (1863-1934) XIX əsrin sonu XX əsrin
əvvəllərində Rusiya türk-müsəlmanlarının, eləcə də Azərbaycan xalqının
istiqlalı uğrunda mübarizə aparmış görkəmli ictimai xadim, müstəqil
Azərbaycan dövlətinin (1918-1920) Paris sülh Konfransında səlahiyyətli
nümayəndəsi olmuş, ömrünün sonuna qədər öz əqidəsinə sadiq qalmışdır.
Peşəkar hüquqşünas kimi həm bu sahədə, həm də rusdilli Azərbaycan
publisistikasının inkişafında tarixi xidmətləri vardır.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
136
Ə. Topçubaşov (1897-1917-ci illər) “Kaspi” qəzetinin yaradıcıla-
rından və redaktorlarından biri olmuşdur. Bu illər ərzində görkəmli si-
yasi xadimin çoxlu sayda elmi əhəmiyyətli məqalələri dərc edilmişdir.
Çoxsaylı məqalələr içərisində Ə. Topçubaşovun “ana dili” anlayışı barə-
dəki məqalələri böyük maraq kəsb edir.
Ə.Topçubaşovun “ana dili” anlayışı barədəki təsəvvürü ilk dəfə
“Bakıda tatar dilində qəzet” məqaləsində (Kaspiy, 23 yanvar 1905-ci il)
rastlaşırıq. Müəllif yazır:
“Şəhərimiz yeni mətbu orqanla zənginləşir: indiyə qədər Tiflisdə
tatar dilində nəşr olunan “Şərqi-rus” Bakıya köçür” (1,s. 90).
Və həmin “tatar dili” anlayışının hansı dili ifadə etdiyini, onun
coğrafiyasını müəyyənləşdirmək üçün təfsilatı ilə məlumat verilir:
“Bizim müsəlmanların mədəni geriliyinə baxmayaraq, əslində,
fikrimizi daha dəqiq etsək, məhz həmin gerilik səbəbindən onlardan ötrü öz
dillərində qəzet nəşrinin vacibliyi və zəruriliyi çoxdan hiss olunurdu... Qaf-
qaz müsəlmanları mədəni inkişaf baxımından özlərini xeyli qabaqlamış
xalqlarla qonşuluqda yaşayırlar. Təbii ki, müasir mərhələdə bizim müsəl-
manlar da daxili və xarici əlaqələr nəticəsində həyatın yeni axın və
təmayüllərinin səmərəli təsirinə məruz qalırlar. Bu səbəbdən müsəlmanlar,
ilk növbədə isə onların ictimai şüura malik hissəsi indiyə qədər anadilli
mətbu orqanın mövcud olmaması səbəbindən xalq kütlələrinin tərəqqisinə
ciddi maneə yarandığını başa düşməmiş deyildilər... Yerli dildə mətbuat
ərsəyə gəlməyənə qədər...” (1,s.90).
Göründüyü kimi, burada söhbət “bizim müsəlmanlar”ın, yəni “Qafqaz
müsəlmanları”nın “ana dili”ndən – “yerli dil”dən gedir ki, bu dili Ə.Topçu-
başov “tatar dili” adlandırır:
“İnanıram ki, bizim günlərdə də savadlı müsəlmanların çoxu 1875-
1877-ci illərdə “Kaspi” əməkdaşı Həsən bəy Məlikovun Bakıda nəşr
etdiyi “Əkinçi” qəzetini yaxşı xatırlayır... Zənnimcə, onlar... anadilli
mətbu nəşrin canlı, həqiqi sözlərinin müsəlman kütləsinə necə ayıldıcı,
oyadıcı təsir göstərdiyini göz önünə gətirə bilərlər. Tiflisdə bir-birinin
ardınca meydana çıxan digər tatar qəzetlərinin – “Ziya” və “Kəşkül”ün
ictimai fikrə, təəssüf ki, çox da güclü sayılmayacaq təsiri də yaddaşlardan
silinməyib” (1,s.91).
Ə.Topçubaşova həmin məqalədə “bizim müsəlmanlar” anlayışını
dar mənada – “Qafqaz müsəlmanları” mənasında işlətdiyi kimi, geniş
mənada – “Rusiya müsəlmanları” mənasında da işlədir:
“Bağçasaray şəhərində “Tərcüman” qəzetinin nəşrə başlaması isə
bizim müsəlmanların həyatını xüsusən parlaq nura bənzər işığa qərq etdi.
Dostları ilə paylaş: |