Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə68/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   64   65   66   67   68   69   70   71   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
187 
 
Mətanət Ağasıyeva 
Sumqayıt Dövlət Universitetinin dissertantı 
agasiyeva1983@gmail.com
 
 
Qantəmir nəsrinin sintaktik-üslubi xüsusiyyətləri 
 
Açar  sözlər:  sintaksis,  sual  cümləsi,  ara  sözlər,  ismi  birləşmələr, 
həmcins xəbərlər 
Ключевые  слова:синтаксис,  вопросительное  предложение, 
вводные слова, однородные сказуемые 
Key  words:  syntax,  interrogative  sentence,  parenthesis,  noun 
combinations, homogeneous predicative 
 
Yazıçının  fərdi  yaradıcılıq  üslubunun  müəyyənləşməsində  onun 
dilinin  sintaksisi  ən  başlıca  vasitədir.  Eyni  zamanda,  yazıçı  dilinin 
sintaksisinin müəyyənləşməsində onun  mənsub olduğu bədii yaradıcılıq 
metodu da istiqamətverici funksiya daşıyır.   
"Dil  materialı  məhz  sintaksis  vasitəsilə  dinamika  qazanır,  nitqə 
çevrilir"  [8,146].Dil  materiallarının  nitqə  çevrilməsi  prosesi  bədii 
yaradıcılıq müstəvisində müxtəlif sənətkarlarda fərqli şəkildə baş verir.   
Qantəmir  nəsrində    sintaksisin  sadəliyini  şərtləndirən  digər  amil 
onun  möv-zusudur.  V.P.Belyanin  yazır  ki,  “Bədii  mətnin  dili  onun 
mövzusu, problemi və ideyası ilə bağlıdır. Məsələn, mövzu seçimi əsərin 
dil həcmini və ideyanın dil reallaşmasını müəyyənləşdirir…Mövzu həm 
də sintaktik konstruksiyaların seçimini müəyyənləşdirir” [1, 2]. 
Qantəmirin  nəsr  dilinin  sintaktik  üslubu  da  onun  mənsub  olduğu 
realist-satirik bədii yaradıcılıq metodunun müəyyənləşdirdiyi istiqamətdə 
formalaşmışdır.  Məlumdur  ki,  realist-satirik  üslubun  sintaksisi,  adətən, 
xalq danışıq dili üslubunda qurulur. Qantəmirin nəsr dili özünün xalq dili 
elementləri  ilə  zəngindir.  Ümumiyyətlə,  onun  nəsr  dilinin  xalq  danışıq 
ifadələri  ilə  zənginliyi  bədii  sintaksisini  fərqləndirən  vasitədir:  Beş 
manatı  alıb  qoydum  cibimə.  Bacım,  anamın  gözünü  oğurlayıb,  arağımı 
gətirdi.  Çünki  o  bilir  ki,  mən  vurmamış  şəhərə  çıxan  deyiləm.  Yumurta 
boyda  bir  qırmızı  pamidoru  yarı  bölüb  üstünə  bir  çimdik  duz  səpdim. 
Arağı atdım, gözüm yaşardı, lap ağzımı pörtlədi. Bir tikə çörəyi tutdum 
burnuma, pamidoru da ötürdüm getdi [7, 187]. 
Qantəmir  yaradıcılığında  mövzu-problem  xalq  məişətindən 
gəldiyindən onun məzmunu  çoxqatlı  sintaktik birləşmələr  və  çoxgedişli 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
188 
 
cümlələr tələb etmir.   Xalq məişəti problemlərinin zahiri sadəliyi həm də 
sintaksisin sadəliyini şərtlən-dirmişdir. 
Yazıçı  nəsr  əsərlərinin  bədii  sintaksisini  mümkün  qədər  ritmik 
qurmağa  çalışmış,  bunun  üçün  azsözlü  cümlə  tiplərindən  istifadə 
etmişdir. Belə cümlələrə istər müəllif təhkiyəsində, istərsə də obrazların 
nitqində rast gəlirik. 
Obraz nitqində: 
-Xeyr,  qardaş!  Məndən  başqa  bir  ağ  çarşablı  arvad  da  var.  Evə 
getdi ki, qab gətirsin. Bax, qardaş! O... mənim dalımdır. Bir qoca arvad 
da mənim qabağımda var. O da bu urusun dalıdır. Mən ondan dalıyam 
[7, 275]. 
Müəllif nitqində: 
Demək, ağ çarşablı arvad bu imiş. Heç bəlkə, buraya gəlməyibdir. 
Özü də evdə çörək  bişirir [7, 275]. 
Qantəmir yaradıcılıığında xalq danışıq dilinin mühüm əlamətlərindən 
biri  də  söz  sırasıdır.  Xəbərin  önə  keçməsi  çox  zaman  müəllif  təhkiyəsini 
canlı danışıq dilinə yaxınlaşdırır:  Xülasə, gələk mətləb üstünə[7, 274]. 
Çox vaxt Qantəmir nəsrində nağılvarı bir təhkiyə tərzinə rast gəlinir.  
Adam  da  var,  adam  da.  Kiminin  dili  var,  qələmi  yoxdur,  kiminsə 
qələmi var, dili yoxdur. Və kiminin nə dili var, nə qələmi  [7, 169]. 
Bu  cümlələr  gələcək  hadisələrə  maraqlı,  sirli  bir  müqəddimə  kimi 
çıxış edir.  
Qantəmir  nəsrində  müşahidə  olunan  maraqlı  məqamlardan  biri  də 
hökmün əksərən ismi xəbərlə ifadəsidir.  
Amma o, məharətlidir, zəkidir, gözüaçıqdır, cəld və zirəkdir [7, 176]. 
Onun boyu azca uzun, şalvarı azca qalife, çənəsi azca yastı, bədəni 
azca arıqdır [7, 176]. 
Ümumiyyətlə, Qantəmirin yaradıcılığında həmcins xəbərlərə üstünlük 
veril-diyini müşahidə edirik. Onun əsərlərində ismi və feili xəbərlərin daha 
çox  həmcinsləşdirildiyini görürük. 
Sən xamsan, nabələdsən, bişməmisən [7, 176]. 
Kobudam, yonulmamışam, bəlkə doğrudur 7, 159]. 
Nəsr  dilinin  imkanları  çərçivəsində  nəsr  dilinin  poetik  gücünüartır-
mağa çalışan Qantəmir yaradıcılığında xəbərin bədii təkririgeniş yer tutur. 
"Eyni sözlərin, ifadələrin əsərdə ustalıqla, şüurlu təkrarı təkrir adlanır. Təkrir 
lüzumsuz təkrardan fərqli olaraq, bədii əsəri mənaca daha da genişləndirir, 
onun dilini və üslubunu daha da qüvvətləndirir”.  
İşlər sürətlə dəyişir, Aybikə də dəyişir, onun fikri də dəyişir [7, 322]. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
189 
 
Adam  lap  ürəkdən  kommunist  olsun,  millətbaz  olsun,  idealist, 
sofiməzhəb  olsun,  şeyx  olsun,  peyğəmbər  olsun,  nə  olur-olun,  yenə  Hacı 
Əliqulu ona lazım olur. 220 
Nə  isə  qonaqların  hamısıağıllı  idi,  hamısının  gözlərindən  od 
yağırdı,hamısı ciddi bir mübahisəyə hazırlanıb gəlmişlər kimi görünürdü [7, 
161]. 
Kitab şkafı hara, arvad hara, açarı hamama aparmaq hara? [7, 283]. 
Bu  cümlələrdə  dəyişmək,  olmaq,  hamı,  hara  sözlərinin  təkrarı  dilin 
bədiiliyini qüvvətləndirmişdir.  
Ə.Dəmirçizadə  “Gülmək  və  şarlatanlar”  məqaləsində  yazır: 
“Qantəmirin  cümlələri  heç  də  rus,  fars  dillərinin  təsiri  altında  qalan 
yazıçıların cümlələrinə bənzəmir. Bu cümlə bugünkü canlı dilimizin doğma 
cümlələridir” [3, 40]. 
Qantəmir  yaradıcılığında bədii  dilin canlılığını təmin  edən  vasitələr-
dən biri də xalq danışıq  dilindən gələn ara sözlərdir.   
Nə  başınızı  ağrıdım,  sudda,  kooperativdə,  divanxanada,  ağsaqqal 
arasında, qoçular yanında, müəllimlər qurultayında hər yerdə kişi sözünü 
keçirməyə çalışırdı [7, 187]. 
O birindən Hindistanımı, İranımı, Misrimi, Əfqanımı, imam əzizidir, 
böhtan deyə bilmərəm, ancaq mən onu deyə bilərəm ki, mərhumun atdan 
məqsədi ingilis millətidir [7, 235]. 
Qantəmir  nəsrinin  sintaktik  quruluşunun  əsas  xüsusiyyətlərindən 
biri  odur  ki,  hətta  üçüncü  şəxsin  dilindən  verilmiş  müəllif  təhkiyəsi  də 
oxucu ilə söhbət tərzindədir. "Hacı Lələ" hekayəsindən bir parçaya diqqət 
edək:Hacı  Əliqulu,  doğrudur,  bir  xarici  ilə  əl-ələgörüşəndə  gəlib  evdə 
əlini  sabunla  təmizlərdi,  düzdür  ki,  xaricinin  əlinə  dəyən  stəkanı  yeddi 
dəfə suya çəkməmiş ağzına vurmazdı [7, 221]. 
Müəlllif  fikrin  ifadəsinə  doğrudur,  düzdür  kikimi  ara  sözlərin 
sintaktik vəzifəsini əlavə etməklə təhkiyənin söhbət şəklinə salmağa nail 
olmuşdur. 
Qantəmir  nəsrində  bəzən  təhkiyə  sintaksisi  öz  yerini  dramaturji 
sintaksisə  verir.  Yazıçı,  adətən,  obrazlar  arasında  söhbətin  mübahisəli 
məqamlarının bədii dil həllini bu sintaksisdə qurur.  
"Xanım  Əminə"  hekayəsində  qadınlar  arasında  davanın 
kuliminasiya  həddində  müəllif    bədii  sintaksisin  nəsr  formasını 
dramaturji forma ilə əvəzləyir, qəhrəmanın hisslərini remarkada verir:  
Xanım Əminə: - (Çox hiddətli). İt sənin ərindir, oğraş da... 
İşçi qadın: -Sən özünsən ki, bunu ərindən çarşabınla gizlədirsən![7, 
280]. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə