Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə76/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   72   73   74   75   76   77   78   79   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
212 
 
ayrı  vahidləri  deyil,  onların  qarşılıqlı  əlaqəsindən  meydana  çıxan 
məqamları  da  əhatə  edir  (2,  s.2).  Kvantitativ  metodun  ən  mühüm 
üstünlüyü onun dəqiqliyi və nəticələrin birmənalı olmasıdır. Bu isə irəli 
sürülən fikrin əminliklə ya təsdiq, ya  da inkar edilməsi üçün əsas verir. 
Tətbiqi dilçiliyə daxil olan kvantitativ dilçilik riyazi statistik metodların 
tətbiqi ilə dilin müxtəlif səviyyələrində baş verən dəyişmələri, onların baş 
vermə səbəblərini və ümumi  mənzərəsini müəyyən etmək imkanı verir. 
Bu metodun tətbiqi digər səviyyələrlə yanaşı, leksik səviyyədə baş verən 
prosesləri  izləmək,  müxtəlif  söz  qruplarının  işləkliyi,  inkişaf 
xüsusiyyətləri  ilə  bağlı  nəticə  çıxarmaq  üçün  əlverişli  üsullardandır. 
Frazeoloji  birləşmələrin  tədqiqində  kvantitativ  üsulların  tətbiqi  həm 
müasir  səviyyədə,  həm  də  tarixi  baxımdan  onların  izlənilməsinə  şərait 
yaradır, frazeologizmlərin istifadəsində tezlik xüsusiyyətlərinin müəyyən 
olunmasına imkan verir. A. Lazaratonun fikrincə, “Kvantitativ metod dil 
hadisələrinin  tezliyini,  keyfiyyət  metodları  isə  bunun  səbəblərini 
müəyyən etmək imkanı verir” (3, s.7).  
Dil  vahidləri  xalqın  mədəniyyəti,  dünyagörüşü  ilə  bağlı  mühüm 
faktları,  gerçəklik  fraqmentlərini  qoruyub  saxlayır.  Milli  mədəniyyətin 
əks  olunduğu  vahidlərdən  biri  kimi,  frazeologizmlər  dil  mənzərəsini 
üsusi boyalarla əks etdirməsi ilə diqqəti cəlb edir. Leksik səviyyədə dil 
vahidləri  arasındakı  münasibətlər  fərqli  yanaşmalarla  –  müqayisəli 
(sintaqmatik), qarşılaşdırmalı (paradiqmatik), funksional baxımdan təhlil 
olunur. Leksik-semantik sistemin bu şəkildə parametrik təhlili ilə yanaşı, 
əldə olunan faktların kvantitativ təhlilə cəlb olunması daha dəqiq  nəticə 
çıxarmaq üçün faydalıdır. Funksional parametrin müəyyən olunmasında 
başlıca  meyar  leksik  vahidin  uzunluğu  hesab  olunur:  sözün  uzunluğu 
onun  istifadə  tezliyi  ilə  tərs  mütənasibdir.  Nəzərə  almaq  lazımdır  ki, 
frazeologizmlər  xüsusi  söz  qruplarıdır  və  xalqın  etnomədəni  irsini, 
təfəkkür tərzini, dünyagörüşünü əks etdirir. Bu söz qrupunun kvantitativ 
təhlilində  meyarlar  da  fərqli  olmalıdır.  Xalqın  təfəkküründə  yer  alan 
təsəvvürlərin, ətraf aləmlə bağlı fikirlərin, müxtəlifyönlü münasibətlərin 
dil vasitəsilə kəmiyyət göstəricilərini nəzərdən keçirmək mümkündür (4, 
s.42).  Kvantitativlik    kateqoriyası  riyazi,  məntiqi,  psixoloji,  fəlsəfi  və 
linqvistik səciyyə daşıyır.   
Frazeologizmlərin  kvantitativ  baxımdan  təhlilində  leksik  layın 
sintaqmatik  stratifikasiyası  da  xüsusi  maraq  doğurur.  “Sintaqmatik 
parametr  dilin  leksik  nüvəsinin  parametrik  təhlilində  sistemyaradıcı 
amillərdən biri kimi çıxış edir” (5, s.23). Sintaqmatik baxımdan fəallığı 
ilə  diqqəti  cəlb  edən  leksik  vahidlərin  müəyyən  olunması  xalqın 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
213 
 
təfəkküründə özünə yer tapan  aparıcı obrazların müəyyən olunmasına da 
şərait  yaradır.  Hətta  bəzən  leksemin  xalqın  təfəkküründəki  mövqeyi 
baxımından  frazeologizmin  komponenti  kimi  çıxış  edən  vahidin  
obrazlılığı bütövlükdə frazeologizmin ifadə etdiyi məna tutumundan daha 
əhəmiyyətli hesab olunur: “... onların hər hansı nominativ vahidlə bağlı 
kəmiyyəti  və  tezliyi  dil  mənzərəsini  daha  çox  əks  etdirir,  nəinki  onda 
ifadə olunan və daha geniş mənada dünyagörüşü ilə bağlı olan hikmət” 
(6, s.19).  
Entonim  komponentli  frazeologizmlərin  komponentar  təhlili  bəzi 
entonimlərin digərlərinə nisbətən daha fəal olduğunu göstərir: 
 
Diaqramdan  göründüyü  kimi,  milçək  (25,71%)  və    qurd  (20%) 
komponentli  frazeologizmlər  digərlərindən  kəmiyyət  baxımından  xeyli 
üstündür.  Daha  sonra  arı  (8,57%),  birə  (5,71%),  qarışqa  (5,71%), 
hörümçək  (5,71%)  və  zəli  (5,71%)  komponentli  frazeologizmlər  gəlir. 
Cırcırama  (2,86%)  və  pərvanə  (2,86%)  komponentli  frazeologizmlərin 
kəmiyyət  baxımdan  azlığı  bu  entonimlərin  əsasən  bədii  ədəbiyyatdan 
gəlmə  obrazlarla  bağlı  olması  ilə  izah  oluna  bilər.  Yüksək  işlənmə 
tezliyinə  malik  entonimlər  mühitə  uyğun  olan,  məişətdə  çox  təsadüf 
olunan həşəratlarla bağlıdır.  
Məlum  olduğu  kimi,  entonim  komponentli  frazeoloji  vahidlər 
zoonim  komponentli  frazeologizmlərin  tərkibinə  daxildir.  Zoonim 
komponentli frazeoloji vahidlər tədqiqata cəlb etdiyimiz 7000 frazeoloji 
birləşmənin 3, 59%-ni təşkil edir: 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
214 
 
 
  Zoonim  komponentli  frazeologizmlərin  13,55%-i  entonim 
komponentli frazeoloji vahidlərdən ibarətdir.  
 
 
Entonim  komponentli  frazeologizmlər  emotivliyin  ifadəsi 
baxımından  fərqli  şəkildə  qruplaşdırıla  bilər.  Onların  bir  qismi  müsbət, 
bir  qismi  mənfi,  digəri  isə  ambivalent  məzmun  ifadə  etməsi  ilə  diqqəti 
cəlb edir. 
 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
215 
 
 
İngilis  dilində  komponentlərindən  biri  rəng  bildirən  söz  olan 
frazeologizmlərin  56%-nin  mənfi,  18%-nin  müsbət,  26%-nin  neytral 
dəyərləndirmə  məzmunu  daşıdığı  bildirilir (7).  Ümumiyyətlə,  frazeoloji 
sistemdə mənfi mənalı vahidlərin üstünlük təşkil etməsi müşahidə olunur. 
Bunu  “insanların  mənfi  hadisələrə  daha  həssas  və  kəskin  emosional 
münasibət  göstərməsi”  ilə  əlaqələndirən  A.  Rayxşteynin  fikrincə, 
insanların stress vəziyyətində hazır nitq vahidlərindən istifadə ehtiyacı da 
mənfi  məzmunlu  frazeologizmlərin  meydana  çıxmasını  şərtləndirmişdir 
(8, s.61). 
Müasir  dövrdə  müxtəlif  statistik  kompüter  proqramları  vasitəsilə 
dil  vahidlərinin  kvantitativ  təhlilini  aparmaq  mümkündür.  frazeoloji 
vahidlərin  işlənmə  xüsusiyyətlərini  izləmək  məqsədilə  yaradılmış 
“Ngram  Viewer” proqramı təxminən 8 dildə axtarış imkanına  malikdir. 
Dil  korpusu  əsasında  işləyən  proqramın  Azərbaycan  dilində  axtarış 
imkanı olmasa da, entonim komponentli bəzi frazeologizmlərin 1800-cü 
ildən 2000-ci ilədək işləklik səviyyəsini nəzərdən keçirməyə çalışdıq. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə