Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə79/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   75   76   77   78   79   80   81   82   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
223 
 
açılmasının nəzərə alınmadığını, nitq zəncirində əks olunmadığını, buna 
baxmayaraq, bir-birinə paralel şəkildə yerləşən xətləri - cümlənin ritmik-
intonasiya  quruluşu,  fonem-morfem  strukturu,  leksik  mənaların 
ardıcıllığı,  on  dörd  müxtəlif  qrammatik  mənanın  sırasını  göstərdiyini 
qeyd edir (5, s. 6). “Sxemin başlıca məqsədi nitq zəncirində qrammatik 
mənaların sistemini göstərmək, onların bir-biri ilə münasibət formalarını 
müəyyən  etməkdir”  (5,  s.  6).  Bütün  mürəkkəbliyi  nəzərə  alınmaqla, 
qrammatik mənanın “akkordu”nun – aktual və qeyri-aktual, potensial və 
latent, daimi və müvəqqəti məzmuna malik olmasından asılı olmayaraq, 
heç  şübhəsiz,  linqvistik  səciyyə  daşıdığını  və  tədqiqinin  xüsusi 
əhəmiyyətə  malik  olduğunu  yazan  müəllif  hər  bir  dil  üçün  fərqli 
xüsusiyyətlərə  malik  olan  qrammatik  mənaların  akkordunun  –  nitq 
zəncirinin partiturluğunun nitq axınının anatomik kəsiyini əks etdirdiyini 
qeyd edir (5, s. 13). 
“Musiqi  əsərinin  bütün  səslərinin  yazılması  sistemi  ansamblın, 
opkestrin, yaxud xorun fəaliyyətini yerinə yetirmək üçün nəzərdə tutulur. 
Partiturluq  yazısının  prinsipi,  onun  vertikal  yerləşməsi  onların  eyni 
zamanda  səslənməsində  bütün  səslərin  hərəkət  istiqamətinin  asan 
əhatələnməsi imkanı verir” (6, s. 133–134). 
Partiturluq  -  mətnin  müxtəlif  dil  səviyyələrinə  məxsus  vahidləri 
birləşdirmək  xüsusiyyətinə  əsaslanan  və  çoxsəslilik  effekti  yaradan 
struktur-semantik  kateqoriyasıdır.  Bədii  mətndə  çoxsəslilik  bir  neçə 
personajın (surətin) eyni zamanda danışması şəklində təzahür edir. Bədii 
mətndə  bu  “səs”  tələffüz  olunan  sözlərə  və  ya  personajın  gizli,  dilə 
gətirilməyən  fikir  və  hisslərini  ifadə  edən  daxili  nitqinə  uyğun  gələ  bilər. 
Polifonik bədii mətndə personajın partiyası (nitqi) müəllif nitqinin “içərisinə 
daxil olur”. 
Partiturluq  prinsipini  sadə  cümlədən  mətn  səviyyəsinədək  genişlən-
dirərək  İ.  Qalperin  partiturluğu  mətnin  xətti  və  şaquli  “kəsiyi”  ilə  əlaqə-
ləndirir. İ. Qalperinin “Mətnin qrammatik kateqoriyaları” adlı məqaləsində 
ilk  dəfə  olaraq  partiturluğu  mətn  kateqoriyaları  sırasında  mətndə  faktual-
məzmun və konseptual məzmun olmaqla iki növ informasiyanı əhatə edən 
və  müvafiq  olaraq  mətnin  üfiqi  və  şaquli  kəsiyini  təşkil  edən  struktur 
kateqoriya kimi verilmişdir (7, s. 524-530). Bu yanaşmaya görə, partiturluq 
kateqoriyası informativlik kateqoriyası ilə sıx şəkildə əlaqəlidir. 
Bu baxımdan yanaşdıqda “konsept” anlayışı ilə mətnin bütövlüyünü 
şərtləndirən partiturluq arasında da əlaqənin olduğunu görmək mümkündür. 
“Konsept”in mənası “təsəvvür” deməkdir. Ayrı-ayrı mövzular konsept təşkil 
edir.  Məs.:  vətən,  sevgi,  təbiət,  ailə  və  s.  konseptləri.  Bu  və  ya  digər 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
224 
 
mövzular mətnlər vasitəsilə (istər nəzm, nəsr, istərsə də dram) reallaşır. 
Bizcə,  məzmun  baxımından  belə  mətnlər  məntiqi-semantik  cəhətdən 
bütöv  olmasa,  həmin  konsept  aydın  dərk  edilə  bilməz.  Konseptin 
dərkində  -  çatdırılmasında,  eləcə  də  partiturluğun  qurulmasında  mətn 
formasının  fərqli  nitq  formalarında  təqdim  olunması  ilə  bağlı  maraqlı 
məqamlar  özünü  göstərir.  Dialoqa  məntiqi-semantik  aspektdən  nəzər 
yetirsək  və  məntiqi-  semantik  aspektdə  mətnin  formadan  məzmuna  və 
məzmundan  formaya  inkişafı  prinsipinə  əsaslandığını  nəzərə  alsaq, 
(8,9,10)  bu  əsaslar  daxilində  mətnin  sual  sahəsi  və  mətnin  cavab 
sahəsinin gerçəkləşdiyini diqqət mərkəzində saxlamalıyıq. Hər bir dialoq 
vahidinin komponetləri məntiqi-semantik cəhətdən bir-biri ilə bağlanır – 
kogerentlik və kogeziya münasibətləri formalaşır.  
Dialoq  mətnləri  dərəcə  baxımından kompressiyaya  (sıxılmaya) da 
məruz qalır (11,12). 
Dialoq mətnlərində mühüm struktur-semantik, məntiqi-semantik və 
funksional vasitələr olur və dialoq həmin qəbildən olan mətnlərin bir sıra 
vasitələrlə  əlaqəsini  gerçəkləşdirir.  Bu  əlaqələrdən  intonasiya,  sintaktik 
əlaqənin struktur vasitələri, mürəkkəb cümlələr və yuxarı fraza vahidləri, 
sintaktik  vahidlərin  sırası,  əvvəlinci  mətnin  sonrakılara  təsiri, 
qrammatikləşmənin  meydana  gəlməsi  (ellipsis  və  yarımçıqlıq), 
determinativ elementlərin, kommunikativ-praqmatik mənaların və dialoq 
strukturunda  sintaktik  vasitə  kimi  paralelizmin  rolunu  göstərmək  olar.
 
Dialoji  nitqin  iştirakçıları  bir-birlərini  bilavasitə  qavrayır  və  emosional 
vəziyyətlərini  qiymətləndirirlər.
  Psixoloji  durumla  əlaqədar    nitqdə  öz 
əksini  tapmayan  sözün  və  ya  ifadənin  semantik  yükünü  isə  kontekst  
daşıyır. 
Dil insan psixikası ilə sıx bağlı olduğundan nitqdə təzahür edən hər 
bir hadisənin az və ya çox dərəcədə psixoloji baxımdan izahı olmalıdır. 
Bu  baxımdan  da  nitq  aktına  psixolinqvistik  dəyər  vermənin  də  xüsusi 
önəmi vardır

Psixolinqvistik baxımdan yanaşmada müxtəlif istiqamətlər mövcud 
olsa da, N. Xomskinin baxışları xüsusilə fərqlənir. Alim “Dil və təfəkkür 
”  əsərində  qeyd  edir  ki,  universal  qrammatika  səviyyəsində  dilçi  insan 
təfəkkürünün bəzi ümumi xüsusiyyətlərini meydana çıxarmağa çalışır – 
bu  halda  linqvistika  təfəkkürün  bu  aspektlərini  öyrənən  psixologiyanın 
bölməsindən başqa bir şey deyil (13, s. 24). 
Başqa  bir  müəllif  isə  semantikanın  psixologiya  ilə  əlaqəli 
öyrənilməsini vacib hesab etmişdir: “Semantik əlaqələrin xüsusiyyəti və 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə