Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə78/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   74   75   76   77   78   79   80   81   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
221 
 
istifadə  olunur.  Sintaqmatik  anlayış  olan  “mətn  toru”  yalnız  konkret 
mətnə daxil olan dil vasitələrini (leksik, morfoloji, sintaktik) əhatə edir. 
Mətnin 
formal-qrammatik, 
struktur-semantik, 
funksional-
kommunikativ, məntiqi-semantik  bütövlüyünün təmin edilməsində mətn 
kateqoriyaları  mühüm  vasitələr  hesab  olunur.  Həmin  kateqoriyalar 
mətnin  komponentləri,  tərkib  hissələri,  diskurs  və  abzaslarını 
əlaqələndirir  və  kateqoriyalar  əlaqəliliyin  təzahür  forması  kimi  ortaya 
çıxır.  Məhz  bu  əlaqəlilik  də  mətni  əmələ  gətirir  və  onu  formalaşdırır. 
Mətn  kateqoriayaları  mətnin  qrammatik,  kommunikativ,  məntiqi  və 
semantik aspektdən bir bütöv və tam kimi formalaşmasında iştirak edir,  
sıx qarşılıqlı əlaqədə funksionallaşır və  sanki mətni “əlaqə toru”na salır. 
Bu bütövlük yalnız ayrı-ayrı mətn kateqoriyaların birliyinin nəticəsində 
mümkün olur. Dilçiliyin müasir və aktual sahəsi olan mətn sintaksisinin 
əsas  predmetlərindən  olan  mətn  kateqoriyaları  dünya  dilçiliyində 
müəyyən dərəcədə tədqiq olunmuş və mühüm nəticələr əldə edilmişdir. 
Mətn  kateqoriyalarının  araşdırılması  mətn  sintaksisinin  vacib  və  aktual 
istiqamətidir  və  mətnin  mürəkkəb  parametrlərinin  qurulmasına  şərait 
yaradır.  Ümumiyyətlə,  mətn  sintaksisinin  hələ  tam  öyrənilib,  tədqiq 
olunmamış,  araşdırılmasına  ehtiyac  duyulan  elə  aspektləri  var  ki, 
kateqoriyalar  da  bunlardandır.  Kateqoriyaların  araşdırılması  o  qədər 
mürəkkəb  bir  məsələdir  ki,  bunun  üçün  mətnin  ayrı-ayrı  elementləri, 
onların daxili əlamətlərindən mətnin bütövlükdə öyrənilməsinə qədər bir 
proses  nəzərdən  keçirilməlidir.  Prospeksiya,  predikasiya,  retrospeksiya, 
presuppozisiya və digər mətn kateqoriyaları mətn sintaksisi sahəsindəki 
tədqiqata  cəlb  olunmuş,  bu  haqda  Azərbaycan  dilçiliyində  müəyyən 
fikirlər  söylənilmiş,  onların  mətnin  formalaşmasındakı  rolu 
araşdırılmışdır.  Mətn  kateqoriyalarından  biri  olan  partiturluq  haqqında  isə 
Azərbaycan dilçiliyində söhbət açılmamışdır. 
Mətnin  kateqoriyalarının  funksionallaşması  yalnız  qarşılıqlı  əlaqədə 
mümkün  olur.  Başqa  sözlə,  mətnin  kateqoriyalarının  qarşılıqlı  əlaqəsinə 
onların funksionallığının prinsipi kimi baxmaq lazımdır (3, s. 135). 
Mətnin  ilk  baxışdan  müşahidə  olunmayan,  yalnız  əsaslı  təhlil 
nəticəsində ortaya çıxarılan dərin laylarının öyrənilməsi bir sıra məqamların, 
eləcə  də  partiturluq  kateqoriyasının  nəzərdən  keçirilməsini  zəruri  edir. 
Partiturluq  –  bədii  mətndə  müxtəlif  dil  səviyyələrinə  məxsus  vahidlərin 
tamlığını,  vəhdətini  təmin  edən  əsas  rolunu  oynayan  struktur-semantik 
kateqoriyadır.  Partiturluq  mətndə  temporallıq,  lokallıq,  modallıq  kimi 
kateqoriyalarla  qarşılıqlı  əlaqədə  olmaqla  onların  da  ifadə  və 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
222 
 
funksionallıq  baxımdan  daha  əlverişli  üsullarla  əks  olunmasına  şərait 
yaradır. 
“Partiturluq”  termini  dilçiliyə  musiqişünaslıqdan  gətirilmişdir. 
Musiqişünaslıqda  çoxsəsli  musiqi  əsərinin  bütün  partiyalarının  cəmini 
ifadə edən bu termini dilçilikdə ilk dəfə işlədən V.Admoni qeyd edir ki, 
“nitq zənciri ... bir-birinin üzərində qurulan qatların mürəkkəb, kompleks 
təşkil edən qurumdur” (, s.21). Müəllif sadə cümlənin partitur quruluşu 
dedikdə  cümlənin  qurulması  prosesində  onda  eyni  zamanda  müxtəlif 
mənaların  yerləşməsini  nəzərdə  tutur:  “Nitq  axınında  mənaların  bir 
akkordda  cəmlənməsi,  çoxölçülülükdən  vahidliyə  keçid  qrammatik 
mənanın leksik mənanın üzərinə “laylanması” nəticəsində baş verir” (4, 
s.  21-22).  Qrammatik  mənanın  bu  çoxlaylı  sistemini  V.Admoni  nitq 
zəncirinin partitur quruluşu adlandırır. 
Mətnin dərin strukturu partiturluq kateqoriyasının “tor”unun digər 
mətn  kateqoriyalarının  “tor”unu  özündə  birləşdirdiyi  müxtəlif  səviyyəli 
vahidlərin  mürəkkəb  qurumunu  əks  etdirir.  Son  dövrlərə  qədər 
qrammatik  mənanın  öyrənilməsi  ilə  bağlı  bir  neçə  istiqaməti 
fərqləndirmək  mümkündür:  semantik,  praqmatik,  sinonimlik  baxımdan 
yanaşma  və  qrammatik  vahidlərin  bir-biri  ilə  uyğunluğu  baxımından… 
Sonuncu  yanaşmanın  xüsusilə  əhəmiyyətli  olmasından  bəhs  edən  V. 
Admoni  konkret  nitq  zəncirində  hətta  bu  yanaşmanın  belə  birtərəfli 
olması  və  qrammatik  məna  və  əlaqələri  tam  əks  etdirməməsi 
qənaətindədir (5, s. 4). Qarşılıqlı əlaqədə olaraq müəyyən birlik yaradan 
qrammatik  mənaların  eyni  –  düz  xətt  üzrə  yerləşdiyini,  ifadə  olunan 
məzmun  baxımından  nitq  zəncirinin  vahidi  kimi  çıxış  edərək  cümlədə 
paralel  şəkildə  yerləşib  bir-birinə  “sarıldığını”  və  çoxmənalılığın 
ifadəsinə  şərait  yaratdığını  yazan  müəllif  qeyd  edir  ki,  “nitq  zəncirində 
vahid  “akkordda”  çıxış  edən  bu  müxtəlif  mənaların  cəmi,  onların 
“interferensiyası”,  çoxmənalılığın  bəlli  birliyə  -  vahidliyə  çatdırılması, 
məlum  olduğu  kimi,  qrammatik  mənanın  nitq  prosesi  iştirakçılarının 
diqqətinin birbaşa yönəldiyi və əsas təşkil edən leksik mənanın üzərinə 
yerləşməsi yolu ilə mümkün olur” (5, s. 5). Bu zaman hətta ünsiyyət aktı 
üçün  aktuallıq  kəsb  edən  mənanın  əsas  mənaya  əlavə  olunması  və  ya 
fərqləndirilməsi  belə  mümkündür  (5,  s.  5).  “Cümlənin  quruluşunda 
qrammatik  mənaların  lay-lay  yerləşməsi ilə bağlı  konkret  təsəvvür əldə 
etmək  üçün  biz  musiqi  partiturunu  xatırladan  bir  qədər  qeyri-adi  sxem 
təqdim  edirik.  Bu  bənzərliyi  nəzərə  alaraq  biz  sxemi  nitq  zəncirinin 
qurulmasının partitur sxemi adlandıracağıq” (5, s. 6). Müəllif bu sxemdə 
üslubi  məqamların  və  leksik  mənanın  səciyyəvi  cəhətlərinin  tam 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə