Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə81/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   77   78   79   80   81   82   83   84   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
228 
 
− Sabah valideynlərsiz məktəbə gəlmirsiz! Valideynləriniz mənim 
yanıma gəlsinlər! −  Nabat müəllimə “mənim” sözünü xüsusi vurğuladı... 
−  Yaxın  gəl.  ay  Nazim,  bax,  bir  də  səni  belə  hərəkət  eləyən 
görməyim.  Sən  bu  tüfeylilərə  niyə  qoşulmusan?!  Mən  bilirəm,  bunlar 
səni... (söz tapa bilmədi). Belə elə. Sən evdəkiləri narahat eləmə. Onlara 
bir söz demə (s. 33). 
Müəllif  Nazimin  müəllimləri  ilə  münasibətini  o  qədər  səmimi  və 
doğma  təsvir  etmişdir  ki,  o,  müəllimindən  sinif  yoldaşının  qiymətinin 
yazılmasını  xahiş  edir,  Zərbəli  müəllimlə  dialoqda  onun  Nazimə  olan 
inamı və etibarı ən üst səviyyədə özünü göstərir. 
−  Mən  Aslanı  hamiliyə  götürmək  istəyirəm.  Oxumağa  böyük 
həvəsi var. Siz icazə versəniz əgər... 
− Deyirsən pəncərəyə ümid var? Nolar Mirzə Nazim, sən məşğul ol.... 
mən nəzərə alaram (s. 56). 
Şərq  psixologiyasına,  eyni  zamanda  azərbaycanlılara  xas 
xüsusiyyətlərdən  biri  də  özündən  böyüklərə,  müəllimlərə  hörmətlə 
yanaşmaq,onlara  cavab  qaytarmamaq  hesab  olunur.  Əsərdə  xalqımızın  bu 
önəmli  mental  dəyərinə  şagirdlərin  necə  sadiq  qaldıqlarının  şahidi  oluruq. 
Sadiq  müəllim  və  Natiqin  dialoqu  zamanı  görünür  ki,  şagird  müəlliminə 
cavab qaytarmır, onun üzünə qayıtmır, ancaq o getdikdən sonra ehtirazını 
bildirir. 
−   Sən  heç  başa  düşürsən  ki,  sənin  hərəkətin  nə  hərəkətdi?  Sən 
hamımızı, bütün məktəbimizi biabır edirsən? Nəticə çıxardırsan özün özün 
üçün?  
Natiq  yazı  taxtasının  yanında  durmuşdu,  başı  aşağı,  rəngi  taxtanın 
rəngindən fərqlənmirdi. Cınqırı da çıxmırdı (s. 80). 
Şagirdlərin bir-birinin sözünü kəsməsi və dinləməməsi onların arasın-
dakı bərabərlikdən xəbər verir. Onlar adət-ənənələrə və milli dəyərlərimizə 
sahib olduqları üçün  bu psixoloji hal və davranış qaydalarına müəllimlərlə 
münasibətlərində rast gəlinmir. 
−   Sən də gedirsən? – Mənə elə gəldi, Aslan bunu şübhə ilə, həvəzsiz 
soruşdu.  
−   Mən də gedirəm, −  deyə tərs-tərs cavab verdim (s. 28-29). 
Nazimin    yaxşı  oxuması  və  müəllimlərin  ona  daha  hörmətlə 
yanaşması sinif yoldaşları yanında onun özünə əminlik hissini artırır. 
−   Darıxma,  bu  məsləni  mən  həll  edərəm.  –  Mən  birdən  Aslana 
dedim. 
−   Doğrudan? – Aslan inanmaq istəmədi. Necə?  (s. 39-40).  


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
229 
 
Natiq  sinif  yoldaşlarının  (qızların  və  oğlanların)  yanında  rahat 
şəkildə  siqaret  axtarır  və  ondan  istifadə  edir.  Bu  isə  onların  arasında 
bərabərliyin olması və özlərini daha rahat hiss etmələrinin göstəricisidir 
(müəllimlələ münasibətlərdəkinin tam əksi). 
Natiq  Sabir  heykəlindən  bir  qədər  aşağıda  və  sağda,  qala 
divarlarının  hansısa  daşının  altında,  ya  da  yanında  bir  oyuqda  həmişə 
gizlətdiyi qəşəng, xarici siqarət paçkalarından yana niyarandı (s. 36). 
Şagirdlərin  bir-birinin  yanında  rahat  davranması  və  bir-birinə 
sərbəst münasibəti ilə yanaşı, onlardan birinin digərinə dəstək verməsini 
də  əsərin  müəyyən  parçalarında  görə  bilirik.  Fərqli  psixoloji 
vəziyyətlərdə  olan  personajların  dialoqunu  təşkil  edən  mətn 
komponentlərinin  əlaqələnməsi  və  makromətnin  partiyalarının  məhz  bu 
əlamətlər əsasında bütövləşməsinə səbəb olur. 
 – Oğlum,  ürəyinə salma. 
−  Olub, olub. Gördün, heç demədi ki, valideynin gəlsin. Sevin. –
İki gündən sonra yaddan çıxacaq. Natiq-Qənirə (s. 82). 
Daxili  nitqin  vasitəsi  ilə  sensor  məlumatların  işlənməsi,  onların 
müəyyən anlayışlar sistemində dərk olunması baş verir, özünün davranış 
və  təəssüratlarının  təhlili  və  qiymətləndirilməsi  həyata  keçirilir.  Bütün 
bunlar daxili nitqi insanın əqli  fəaliyyəti və şüurunun olduqca mühüm və 
universal  mexanizminə çevirir.  Daha dar, psixolinqvistik  mənada  daxili 
nitq  ifadələrinin  yaranmasının  başlanğıcı,  onun  şifahi  və  yazılı  nitqdə 
reallaşdırılmasının “daxili proqramlaşdırılmasından” ibarətdir (15). 
...  Nə  zamansa  son  dəfə,  hansısa  dostumdan  hansısa  sualıma  son 
dəfə bir cavab gözləyəcəm. So dəfə bir səhər açacağam. Hansısa gecəm 
son  gecə  olacaq.  Ürəyimin  son  dəfə  vurduğu  an...  Son  siqaretin  son 
qullabı...  Son  dəfələr  muncuq  kimi  yığılacaq  ömrümün  müxtəlif 
zamanlarından  bir  yerə.  Yalnız  sən  “son  dəfə”  ilə  məhdudlaşmırsan 
(s.76). 
Aktiv  nitq  forması  ünsiyyət  zamanı  danışan  adamın,  başqa  sözlə 
kommunikatorun nitqi hesab olunur. Dinləyicinin nitqi bu zaman bir növ 
passiv formada cərəyan edir. Belə ki, biz başqasını  dinləyən zaman bir 
növ danışanın sözlərini ürəyimizdə öz-özümüzə təkrar edirik. Bu zaman 
nitq zahirən təzahür etməsə də nitq fəaliyyəti burada özünü göstərir. 
Müəllif  çox  böyük  ustalıqla  personajların  psixoloji  vəziyyətlərini 
nəzərə  alaraq  bəzən  onları  aktiv,  bəzən  isə  passiv  nitq  daşıyıcısı  kimi 
təqdim  edir.  Əsərdə  xalqımızın  etnomədəni  və  milli  mental  dəyərlərini 
nəzərə alınaraq Nazim və Firəngizin dialoqunda aktiv tərəf kimi Nazımın 
nitqini göstərilir. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
230 
 
−  Sən necə baxırsan bu məsələlərə? 
−  Bilmirəm,  bircə  onu  bilirəm  ki,  heç  kimə  oxşamaq  istəmirəm. 
Özüm də bilmirəm ki,  nəçi olacağam.  
−   Necə yəni, düz sözündü? 
Əlbəttə, düz deyirəm, nədi, günahdı? Həyatı da plan üzrə qurarlar? 
Nə cür alınacaqsa, o cür də alınacaq! Dalğa!Dalğadı, aparır bizi (s. 83). 
 Əsərin  başqa  bir  hissəsində  yaş  psixologiyası  məsələsi  nəzərə 
alınmış və yaşca böyük olan qonşu qızı aktiv tərəf olmuşdur. 
−   Nə  deyirsən,  söhbət  eləyək?    −  O,  mənim  üzümə  baxmadan, 
baxışını gizlədə-gizlədə bir az da şıltaqcasına dilləndi.  
−   Hə, eləyək. – Mən robot kimi təkrar elədim.  
−   Sən yaxşı oğlansan, mən bilirəm. – O , söhbəti belə başladı. – 
Sağ ol. 
−   Kəsmə  sözümü.  Dəyməz.  Bunu  mən  demirəm,  öz  yoldaşların 
deyir? (s. 162-163). 
Ayrı-ayrı  obrazların  dialoqlarından  ibarət  olan  əsərdə  Sadiq 
müəllimin  Natiqlə  dialoqunda  aktiv  və  passiv  nitqin  təzahürü  aydın 
görünür. Müəllim dörd sualı ardıcıl soruşur, ancaq Natiq cavab vermir.  
−  Sən  düz  gəlib  dayanmısan  uçurumun  yanında  –  xəbərin  var? 
Kimə oxşadırsan özünü? Tum satanlara, çayxanada girlənənlərə? Kimə? 
Ətrafında bir adam tapmırsan özünü oxşadasan?! (s. 79).  
Nazim isə müəllimlərlə söhbət zamanı suallara daha lakonik cavab 
verir və passiv nitq daşıyıcısı kimi iştirak edir. Aktiv və passiv nitqin bir-
birini əvəz edərək işlənməsi sanki partiturluğun “partiya”larının məntiqi-
semantik cəhətdən əlaqələnməsi və bütövləşməsinə səbəb olur. 
Nazim,  uşaqlar  bu  cür inşa  yazmağa  nə  cür  münasibət  bəslədilər, 
deyə bilərsənmi? 
−  Normal.  
−  Heç etiraz edən olmadı? 
−  Belə də (s. 152-153). 
Beləliklə, bədii mətndə  partiturluğun ifadəsini nəzərdən keçirdikdə 
məlum  olur  ki,  ümumiyyətlə  mətnin  bütövlüyünü  təşkil  edən 
kateqoriyalar,  eləcə  də  partiturluq  psixoloji  və  praqmatik    yanaşma 
olmadan  müəyyən  oluna  bilməz.  Mətnin  məntiqi-semantik  bütövlüyü  
məhz  kommunikatorun  əqli  ilə  nitqinin  üst-üstə  düşməsi  kimi  dərk 
edildiyi üçün psixolinqvistik və etnomədəni cəhətlər nəzərə alınmalıdır. 
Mətnin  bütövlüyünün  formalaşması  üçün  yalnız  leksik  və  qrammatik 
əlaqələr deyil, eyni zamanda məntiqi əlaqələrin də rolu danılmazdır və bu 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə