Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə83/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   79   80   81   82   83   84   85   86   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
235 
 
göstərən linqvistik ifadələr vasitəsilə təqdim olunan məlumatlara uyğun 
olaraq nitq prosesində yaradılır. İntroduktorlar isə öz növbəsində yeni bir 
məkan  təsis  edən,  yaxud  artıq  diskursda  təqdim  edilmiş  məkana  aid 
ifadələr şəklində təzahür edir [9, s.56].   
İnsan  sadəlövhlüklə  güman  edir  ki,  məna  sözlərin  köməyi  ilə 
verilir:  “biz  bu  və  ya  digər  şey  xüsusunda  düşündüyümüzü  deyirik, 
sözlərə məna yerləşdiririk və s. Əslində J.Fokonyenin qeyd etdiyi kimi, 
“aysberqin  ən  yüksək  təpəsini”  müşahidə  etməyə  imkan  verən  sözdən 
başqa, söyləmdə implisit şəkildə onun məzmununu anlamaq üçün böyük 
informasiya  massivi  vardır.  İnsanın  özü  fikrin  iqtibası  prosesinin  necə 
getdiyini dərk etmir. Belə bənzətmək olar ki, o, beynində gedən kimyəvi 
reaksiyalar haqqında özünə hesabat vermir [3, xviii; 10, s.167].   
J.Fokonyeyə  görə,  dil  mənanı  vermir,  lakin  onun  qurulmasını 
istiqamətləndirir. Söyləmin başa düşülməsi onun hesabına mümkün olur ki, 
dil ifadələri xüsusi instruksiyaların funksiyasını yerinə yetirir. Məhz bunlara 
müvafiq  olaraq  dinləyici  mənanın  xəyali  konstruksiyasını  gerçəkləşdirir. 
Qeyd  edək  ki,  öz  fikrini  söyləmin  qurulmasında  danışanın  situasiyasının 
interpretasiya  üsulları  üzərində  cəmləşdirən  R.Lanqakerdən  fərqli  olaraq, 
J.Fokonyeni daha çox kommunikasiya prosesində dinləyicinin rolu maraq-
landırırdı.  “Kadr  arxasında”  nə  baş  verdiyini,  gündəlik  ünsiyyət  və  mü-
hakimənin koqnitiv fonunun nədən ibarət olduğunu göstərməyə dəvət edən 
nəzəri konstrukt kimi, müəllif “mental məkanları” təklif edir. Formal surətdə 
mental məkanlar (a, b, c...) elementləri ilə, onlar arasındakı münasibətlərlə 
(R1ab, R2ad, R3cbf...)  nizama salınmış çoxluq kimi müəyyən olunur. Me-
ntal məkanlar yeni element və əlaqələrlə təkmilləşdirilməyə açıqdır [3, 16]. 
Dolğun  aspektdə  mental  məkanlar  insanın  dərk  etdiyi  şəkildə  (real, 
yaxud  hipotetik  situasiya  modellərini  təqdim  edir.  Mental  məkanların 
nümunələri aşağıdakıları ehtiva edir [5, s.281]şeylərin cari vəziyyəti,hipote-
tik situasiyalar, keçmişə və gələcəyə aid situasiyalar,uydurulmuş situasiyalar 
(məsələn,  rəsm və kinematoqrafik süjetlər), predmet sahələri (iqtisadiyyat, 
siyasət,  riyaziyyat  və  s.).  Mental  məkanların  quruluş  prinsipləri  və  onlar 
üzərindəki  məlum  əməliyyatlar  kifayət  qədər  sadədir  və  göründüyü  kimi, 
bütün dillər və mədəniyyətlər üçün birdir [3, xvii–xviii].  
Beləliklə, J.Fokonyenin konsepsiyasında dilə təkcə – gerçək, yaxud 
ehtimal  olunan  dünyaya,  kontekstə,  situasiyaya  və  s.  münasibətdə  – 
interpretasiya  obyekti  kimi  deyil,  həmçinin  mental  məkanları  yaradan, 
onları  elementlərlə  “məskunlaşdıran”,  elementlərlə  məkanlar  arasında 
münasibətləri  təşkil  edən  konstruktiv  başlanğıc  kimi  baxılır.  İnsan 
ünsiyyətinin uğuru həmsöhbətlər tərəfindən yaradılmış məkan konfiqurasi-


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
236 
 
yalarının  oxşarlığı  dərəcəsindən  asılıdır.  Bu  oxşarlıq  dərketmənin  təkcə 
linqvistik aspekti ilə müəyyənləşmir, çünki mental məkanların qurulmasına, 
dil  ifadələrindən  savayı,  çoxsaylı  ekstralinqvistik  faktorlar  (fon  bilikləri, 
mümkün sxemlər, praqmatik informasiyalar, gözləmələr və s.) da təsir edir.  
Qeyd  edək  ki,  bəzi  postmodernistlər  kimi,  həqiqətin  uyğunluq 
nəzəriyyəsini  şüur  (dil)  və  dünya  arasındakı  izomorfik  əlaqəni  ehtimal 
edən mənanın "obyektivist" nəzəriyyəsi ilə birləşdirmək düzgün deyildir. 
Həqiqətin  uyğunluq  nəzəriyyəsini  "mütləq  həqiqətlə"  eyniləşdirmək  də 
eyni  dərəcədə  yanlışdır.  Erkən  klassik  dövr  filosoflarının,  xüsusilə, 
C.Lokun  və  pozitivistlərin  fikirlərinə,  həmçinin  L.Vitqenşteynin  "şəkil 
nəzəriyyəsinə"  görə,  linqvistik  ifadələrlə  dünya  arasındakı  şəffaf  və 
vasitəsiz  əlaqə  ideyası  "loqosentrizm"  (Jak  Derida),  yaxud  idrakın 
"təbiətin  güzgüsü"  və  ya  "obyektivizm"  kimi  təsəvvür  edilməsi  tənqid 
edilmişdir. Lakin bir çox alimlər israr etmişlər ki,  korrespondensiya kimi  
klassik  həqiqət  nəzəriyyəsi  emal  olunmamış  düşüncəyə  aparıb  çıxara 
bilməz. Belə ki, həqiqət, yaxud elmi bilik natural (yaxud sosial) dünyanın 
inikasıdır.Həqiqət linqvistik ifadə (yaxud ritorik interpretasiya) və təsvir 
edilən dünya arasında bir izomorfizm kimi nəzərdə tutulmur [11, s.34-35; 
12].  L.Derida  və  ardıcıllarının  məna  strukturları  sistemində  sözlərdən 
bəhs  edərkən  dillə  dilxarici  gerçəklik  arasında  heç  bir  əlaqənin 
olmamasını iddia etmələri, fikrimizcə, yanlışdır.  
J.Fokonyenin  də  məsələyə  münasibəti  təqribən  həmkarlarının 
iddialarından  o  qədər  də  fərqlənmir.  Müəllif  bütün  koqnitivistlər  kimi, 
dillə  dünya  arasında  birbaşa  əlaqənin  mövcud  olması  ideyasını  təkzib 
edir  və  nəticə  olaraq,  həqiqət  kriteriyalarına  əsaslanan  obyektivist 
semantika  çərçivəsində  adekvat  təsvirin  mümkünlüyünü  inkar  edir. 
J.Fokonyeyə görə, dillə dünya arasında əlaqə həmişə insan təfəkkürü ilə 
əlaqələndirilmişdir,  çünki  bizim  “gerçəklik”  adlandırmağa  vərdiş  et-
diyimiz  şey,  əslində,  gerçəklik  haqqında  danışanın  xəyali  təsəvvürüdür 
[3,  s.15].  Burada  Yu.K.Lekomsevin  mülahizəsinə  istinad  edərək 
göstərmək  olar  ki,  söyləmin  məzmununun  analizində  real  situasiya  ilə 
onun şüurda  inikasını fərqləndirməyin zəruriliyi dayanır. Müəllif “situa-
siya”  terminini  psixi  məkanda  və  psixi  zamanda  yerləşmiş  psixi 
situasiyaya  münasibətdə  işlətmişdir.  O,  real  situasiyadan  danışdıqda 
“protosituasiya” termininin işlədilməsini məqbul sayır [13, s.446]. 
A.Dantonun dil, dünya və idrak probleminə fərqli rakursdan baxışı 
J.Fokonyenin  iddialarını  təkzib  etmək  mənasına  gəlmir.  A.Danto 
həqiqətin dil və dünyaya münasibətini aşağıdakı kimi izah edir: “Həqiqət 
nə dünyanın, nə də cümlələrin xüsusiyyətidir. O, nə dilə, nə də dünyaya 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə