Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə91/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   87   88   89   90   91   92   93   94   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
252 
 
məkandan  əxz  edilmiş  bəzi  informasiyalar  inteqrasiya  olunmuş  mental 
məkanda əksini tapır. Məsələn, biz qalxma, yaxud enəmə tarixini, həmin 
günlərdə hava durumunu, yaxud rahibin ətrafında baş verənlərin fərqində 
olduğunu  və  yolda  özünü  özünə  yaxınlaşdırmasını  görməsindən  şok 
olacağına  inanmırıq.  Bir  şəxsin  eyni  zamanda  iki  yerdə  (ətək  və  zirvə) 
ola bilməməsi faktını əks etdirmirik. Blend öz mental şəbəkəsinə məxsus 
hissələrin  kompressiyasıdır.  O,  yolda  bir-birinə  yaxınlaşan  iki  şəxs 
haqqında kiçik bir səhnə olduğu üçün antropoloji miqyasdadır. Bu, insan 
yerişinin sadə və hamıya tanış bir səhnəsidir. Lakin bu sıxılmış blend də 
emergent struktura malikdir. O iki rahibi və bir görüşü ehtiva edir. Biz  
mental  şəbəkə  haqqında  düşünmək  və  işləmək  üçün  sıxılmış  blenddən 
istifadə  edə  bilərik.  Biz  blendi  genişləndirə,  yaxud  aça  bilər,  onu  daha 
böyük  mental  şəbəkədəki  elementlərə  qoşa  bilərik.  Blendddə  bəzi 
emergent (yeni ortaya çıxan) strukturun, yəni görüşün olması bizi mental 
şəbəkənin  özündə  yeni  bir  struktur  yaratmağa  vadar  edir:  indi,  məsələn, 
qalxmaya aid mental məkanda yol üzərindəki nöqtə ilə enməyə aid mental 
məkanda yol üzərindəki nöqtə arasında bir eynilik əlaqəsi vardır. Belə ki, 
rahibin iki ayrı gündə, günün eyni saatında etdiyi səfərdə tutduğu pozisiya 
həmin nöqtədə yerləşir.      
Blend  nəzəriyyəsi  haqqında  müxtəlif  iddialar  irəli  sürülmüş,  bəzi 
problemlərin həllinə çalışılmışdır. Onlardan bir-neçəsini nəzərdən keçirək: 
1) Blend epifenomenal, artıq adlara malik digər bir çox prosesə (yanlış 
düşüncə, metonimiya, kateqoriyalaşma, metafora, təfəkkürün digər "ritorik" 
formaları və s.) dair xətti struktur növü deyildirmi? Nəyə görə onlar bütöv 
şəkildə  nəzərdən  keçirilməlidir?  Cavab:  Elmi  ümumiləşdirmə  müxtəlif 
nəticələri əhatə edən əsas və sistemli modellərin yerləşməsindən ibarətdir. 
"Metonimiya" və "antifakt" kimi sözlər  yalnız yarlıkdır, onlar siloslaşmış 
kateqoriyalar,  xüsusilə  də  avtonom  mental  proseslər  deyildir.  Bütün 
fəaliyyət  növlərində,  intellektual  prosesin  ümumiliyinin  olduğu  yerdə  onu 
modelləşdirmək  tələb  olunur;  fərqli  proseslərlə  qarşılaşdıqda  onları 
modelləşdirmək zərurəti yaranır. Bu, elmdə sadə bir üsuldur. Ağacdan düşən 
alma ilə Ayın Yer ətrafında fırlanması arasında mühüm fərqin olmasına 
baxmayaraq,  orada  ümumi  bir  model  –    müxtəlif  hadisələri  idarə  edən 
qravitasaiya  cazibəsi  mövcuddur.  Blend  nəzəriyyəsi  ehtimal  edir  ki, 
blend  sistemləşdirmənin  kifayət  qədər  yüksək  səviyyəsində  fəaliyyət 
göstərsə  də,  epifenomenal  deyildir;  çünki  orada  prosesin  fundamental 
modelləri  və    müxtəlif  nəticələri  əhatə  edən  mürəkkəb  kompressiya 
metodları  vardır.  Blend  mürəkkəb  qrammatik  və  konseptual 
əməliyyatlarla  qarşılıqlı  əlaqədə  olsa  da,  onları  əvəz  etmir.  O,  insanın 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
253 
 
kreativ  fəaliyyətində  olduqca  mühüm  rol  oynayır,  lakin  fəaliyyət 
məkanında  onun  metodlarının  və  kompetensiyasının  analizi  fəaliyyət 
növünün  müxtəlifliyini,  yaxud  həmin    hərəkətlər  arasındakı  fərqliliyi 
məhdudlaşdırmır.  Blend  tədqiqatları  bu  qəbildən  olan  müxtəlifliklərin 
meydana çıxdığı üsullar haqqında bir çox ümumiləşdirmələri aşkar edir 
[41, s.4].  
Məlum olduğu  kimi, blend  hadisələr arasında  müəyyən əlaqələrin 
qurulmasında mühüm rol  oynayır. O,  kartezian təlimindən  fərqli  olaraq 
deskriptiv səviyyələr kimi başa düşülən maddi gerçəkliklə idrak arasında 
əlaqə  yaradır.  Məkanın  bu  şəkildə  düşünülmüş  mental  inteqrasiyası 
idrakın  təməlini  təşkil  edir.  Bu,  nə  idiosinkratik,  nə  də  solipsistik 
fenomendir.  Təbiət  hər  kəsi  onu  etməyə  məcbur  edir.  Biologiya  bizim 
blenddə yaşamağımızı təmin edir. Təbiət metafora daxilində qalmaq üçün 
beyin  və  mədəniyyətin  xəyali  boşluqlarıdan  daha  böyük  xəyali 
boşluqdur.  L.Brand  qeyd  edir  ki,  kakofonik  materiya  aspektini  və 
koalision ruhi cəhəti ehtiva edən təbiət ikili xassəyə malikdir  [47, s.386].    
2) Hər kəs uzun müddətdir ki,  blend haqqında – yeni şeylər əldə 
etmək  üçün  köhnə  şeylərin  mental  kombinasiyası  barəsində  biliklərə 
malikdir. Elə isə, yenilik nədən ibarətdir? Əgər biz blendin gücü və onun 
öyrənilməsinin  zəruriliyi  ilə  razılaşırıqsa,  onda  bayrağı  sanca  bilər  və 
məsələnin kiçik detallarına qayıda bilərik. M.Törner yazır ki, J. Fokonye 
ilə birlikdə blendin xüsusi nəticələrini müzakirə edərkən onlar problemi 
kifayət  qədər  ağılla  araşdıran  və  bəzən  mürəkkəb  fikirlərin  ümumi 
intellektual  potensialını  şərh  edən  Aristotel  də  daxil  olmaqla  klassik 
mütəfəkkirlərin əsərləri ilə yaxından tanış olmuşlar. Məlum olmuşdur ki, 
bu dəyərli sələflər rasional olaraq hər bir müasir bəşər varlığı vasitəsilə 
davamlı  surətdə  gündəlik  intellektdə  yerləşdirilən    təməl  bir  mental 
əməliyyatdan  daha  artıq  yüksək  kreativliyin  nadir  anlarında  istifadə 
olunan ekzotik, ekstraordinar, vacib koqnitiv hadisə kimi blendi seçmişlər. 
Bundan başqa, müasir blend nəzəriyyəsinə görə, orada nəticələri tamamilə 
bir-birindən  fərqli  olan  əqli  işin  hissələri  ilə  əlaqədar  blendin  hərtərəfli 
sistematik prinsipləri, ümumi inteqrasiya modelləri, mürəkkəb mexanizmlər 
və məhdudiyyətlər vardır [41, s.4-5].  
3)  Blend  mövcuddursa,  onu  alqoritmik  cəhətdən  proqramlaşdıra 
bilmərikmi?  Belə  deyildirsə,  onda  bəs  elmdə  hər  hansı  bir  intellektual 
prosesi  necə  müəyyən  edirik?  M.Törner  sualı  belə  cavablandırır:  “Blend 
nəzəriyyəsinin analitik kreativliyin və daxili mənanın konstruktiv sahəsinə 
xidmət  edən  ənənələrinin  öyrənilməsinə  həsr  olunmuş  layihələrdə  iştirak 
etdiyim  üçün  məmnunluq  duyurdum.    Analitik  modelləşdirmənin  bizə 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə