Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə94/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   90   91   92   93   94   95   96   97   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
260 
 
diskursa transformasiya olunması prosesləri ilə rastlaşırıq. İlk öncə onları 
ayrı-ayrılıqda nəzərdən keçirək. 
Diskurs,  bir  qayda  olaraq,  yaxın  (üz-üzə)  təmas  bazasında,  yəni, 
aktiv  və  passiv  kommunikantın  vizual  və  vokal  təmas  məsafəsində 
olduğu zaman reallaşan ünsiyyət prosesində yaranır. Diskursiv ünsiyyətə 
real  həyatda  əyani  şəkildə  yaşanan ünsiyyət  də demək  mümkündür.  Bu 
ünsiyyət üçün aktiv və passiv kommunikant faktoru nə qədər vacibdirsə, 
həmin ünsiyyətin cərəyan etdiyi real zaman, şərait və situasiyanın özü də 
bir o qədər vacibdir.Danışan və dinləyən şəxslərin üz-üzə dayandığı, bir-
birini həm görmək, həm də eşitmək imkanına malik olduğu təbii şəraitdə 
baş  verən  dialoq,  söhbət,  mübahisə  və  s.  diskursun  ən  bariz  nümunəsi 
hesab  oluna  bilər.  Burada  qeyd  edilən  “təbii  şərait”  ifadəsi  çox  vacib 
faktorlardan  və  ya  şərtlərdən  biridir,  çünki,  təbii  şəkildə  baş  verməyən 
dialoq, söhbət, mübahisə və s. diskurs deyil, nitq mahiyyəti daşıyır.  
Nitq,  bir  qayda  olaraq,  gerçək  zaman  rejimində  reallaşan  elə  bir 
ünsiyyət prosesində yaranır ki, bu zaman aktiv və passiv kommunikantın 
vokal  təmasdan  başqa,  digər  təmas  imkanımövcud  olmur.Bu  ünsiyyət 
üçün  vacib  olan  əsas  faktor,  sadəcə,  aktiv  və  passiv  kommunikantdır. 
Nitqin  yaranması  baxımından  real  şərait  və  situasiya,  artıq,  o  qədər  də 
böyük  əhəmiyyət  kəsb  etmir.  Çünki  bu  ünsiyyət  forması  üçün  vizual  və 
digər  təmas  faktorları  arxa  plana  keçir.  Əgər  belə  olmasaydı,  bu  ünsiyyət 
nəticəsində  nitq  deyil,  diskurs  yaranardı.  Nitq  vasitəsilə  təmin  edilən 
ünsiyyətin  ən  bariz  nümunəsi  aktiv  və  passiv  kommunikantın  bir-birini 
görmədən qurduğu ünsiyyətdir. Məsələn, vizual görüntünü məhdudlaşdıran 
hər  hansı  bir  maneə  arxasından  edilən  söhbət,  uzaq  məsafədən  telefonla 
qurulan ünsiyyət və s. Amma bunu da nəzərə almaq lazımdır ki, artıq elm, 
texnika  və  texnologiyalar  çox  inkişaf  etmişdir.  Son  dövrlərdə  görüntü 
imkanına da malik olan telemost, videotelefon, skayp və s. üsullarla qurulan 
ünsiyyətin  nitq,  yoxsa,  diskurs  yaratması  məsələsi  bəzi  hallarda  şübhələrə 
yol açır. Əvvəllər birmənalı şəkildə nitqin yaranması kimi qəbul edilən bəzi 
ünsiyyət formaları ilə bağlı artıq belə bir yanlış təsəvvür yaranır ki, onlar 
indidiskursun  yaranmasına  xidmət  edir.  Nəzərə  almaq  lazımdır  ki,  3D 
ekranının  qeyri-adi  imkanları  bizi  o  məkanın  ortasında  olduğumuza 
inandırmağa çalışsa da, istənilən halda, biz o məkanda deyilik. Görüntü 
hər nə qədər keyfiyyətli olursa olsun, ekranda gördüyümüz çiçəyin ətrini, 
qar-çovğunun  soyuqluğunu,  günəşin  və  ya  alovun  istisini  hiss 
etmirik.Amma  səsin  bütün  tonlarını,  notlarını  və  titrəyişlərini  insan 
qulağını tam şəkildə aldada biləcək real vokal səviyyədə eşidirik. Buna 
görədə belə bir ünsiyyət nəticəsində məhz nitqinyaradığını qəbul edirik. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
261 
 
Mətn,bir  qayda  olaraq,  məkan  və  zaman  baxımından  uzaq  təmas 
bazasında,yəni,  aktiv  və  passiv  kommunikantın  vizual,  vokal  və  digər 
təmas  imkanlarından  tamamilə  məhrum  olduğu  bir  şəraitdə  yaranır. 
Nitqdə, sadəcə, məkan baryerini aşmaq imkanı olduğu halda, mətndətam 
real  olmasa  da,  həm  zaman,  həm  də  məkan  baryerini  aşmaqpotensialı 
mövcuddur. Başqa sözlə desək, mətn real zaman və məkan daxilində heç bir 
təması olmayan aktiv və passiv kommunikant arasında şərti ünsiyyətinbaş 
verməsi ilə bağlı illüziya yaratmaqpotensialına malikdir. Belə ki, bu gün biz 
yüz il, min il əvvəl yaşamış bir şairin, filosofun əsərlərini oxuyaraq sanki 
onunla şərti ünsiyyətdə oluruq. Zaman və məkan baxımından onlardan çox-
çox uzaqlarda olsaq da, heç bir real təmasımız olmasa da, oxuduğumuz mətn 
onlarla ünsiyyət illüziyası yaradır. Real ünsiyyət olmasa belə, oxunan mətn 
vasitəsilə onların fikirlərini mənimsəmiş, dərk etmiş oluruq.  
Diskurs,  nitq  və  mətnlə  bağlı  buraya  qədər  deyilənləri  belə  ümu-
miləşdirə  bilərik  ki,  mətn  nitqin,  nitq  isə  dirskursun  linqvo-psixoloji 
qarşılığı, rəmzi və ya simvoludur. Linqvo-psixoloji vəhdət nəzəriyyəsinə 
əsaslanan bu yanaşma tərzi belə bir mülahizə irəli sürməyə əsas verir ki, 
diskursgerçəkliyin  özü  və  ya  vahidi  (Gv),  nitq  onun  dərk  olunan  əsas 
xüsusiyyəti,  yəni,birinci  sıra  gerçəklik  elementi  (Ge
1
),  mətn  isə  bu 
gerçəklik  vahidinə  ekvivalent  olan  dil  struktur  vahidi  və  eyni  zamanda 
ikinci  sıra  gerçəklik  elementidir  (Ge
2
).  Linqvo-psixoloji  vəhdət  nəzəriy-
yəsinin  4  elementli  intellekt  kodu  bazasında  diskursun  dərk  edilməsinis-
xematik şəkildə belə ifadə etməkmümkündür: 
NİTQ  →MƏTN  →  DİSKURSvə  ya(Ge

+  İO
1
)+  (Ge

+  İO
2
)  =  
D&Gv 
Burada  İO
1
  birinci  sıra  gerçəklik  elementinin,  İO
2
  isə  ikinci  sıra 
gerçəklik elementinin yadda qalmasını təmin edən intellekt obrazıdır (daha 
ətraflı bax: 2, s. 56-72). 
Diskursun tam şəkildə nitqə transformasiya olunması mümkün deyil. 
Çünki, artıq qeyd etdiyimiz kimi, diskurs gerçəklik vahididir vəistənilən ger-
çəklik vahidi  kimi  onun  tam  və  axıracan  dərk  edilməsi  və  bu  məqsədlə 
tam  şəkildə  nitqə  transformasiya  olunması  mümkün  deyil.  Rəsm  və  ya 
foto canlı insanı əks etdirsə də, onun tam qarşılığı, adekvat əvəzləyicisi 
deyil və ola da bilməz. Eynilə bunun kimi, nitq diskursun, mətn isə nitqin 
tam  qarşılığı,əvəzləyicisi deyil.Nitq, sadəcə, diskursda ifadə edilən  əsas 
fikri və ona aid ton, intonasiya, pauza və tembrləri əks etdirə bilir. Bəzi 
hallarda ona paralel olaraq kommunikantın açıq şəkildə ifadə etdiyi hiss 
və  həyəcanı  da  əks  etdirməyə  qadirdir.  Amma,  istənilən  halda,  diskur-
sunnitqə transformasiyası prosesində onun müəyyən vahid və elementləri 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə