Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə90/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   86   87   88   89   90   91   92   93   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
250 
 
Coan  Baybi  və  Paul  Hopper  Mak  Vinniyə  (Mac  Whinney) 
istinadən  emergentist  nəzəriyyələrin  fizika  və  bilogiya  elmlərinin 
təkmilləşdirilməsindəki  xüsusi  rolunu  qeyd  edirlər.  Mak  Vinni  emer-
gensin dil tədqiqinə tətbiq olunma yollarını nəzərdən keçirir. Onun təlimi 
dilin  öyrənilməsində  neyrological  modellərin  üzərində  dayanır.  Burada 
dil  vahidləri  arasındakı  çaxsaylı  assosiasiyalardan,  fiziki  və  sosial 
sahələrdən bəhs olunur [46, s.10]. 
M.Törner  yuxarıda  gətirdiyi  misal  əsasında  göstərir  ki,  blenddə 
birja makleri və uğursuz bir şəxs vardır. Heç bir başqa məkanda kiminsə 
uğursuz hesab olunması doğru deyildir. Uğursuzluq blenddə ortaya çıxır. 
Blendin hüdudları xaricində mental şəbəkədə yeni struktur təzahür edir. 
“Mental  blendi  yaratdıqdan  sonra  biz  anlayırıq  ki,  danışan  reallıqda 
erkən yuxudan qalxmağı xoşlamır. Bu, danışan üçün bizim qurduğumuz 
yeni  strukturdur.  Danışanın  ilk  mental  məkanında  danışanla  birja 
maklerinin  ilk  məkanındakı  birja  makleri  arasında,  yəni  dispozisiya  ilə 
əlaqədar olaraq onlar arasında bu kontekstdə disanaloji əlaqə və emergent 
struktur mövcuddur” [41, s.3]. 
Bəşəri  miqyas.  (Bəşəri  miqyas  insan  bədənini,  onun  mühərrik, 
həssas, yaxud əqli bacarıqlarını və sosial institutları səciyyələndirən fiziki 
keyfiyyət  və  informasiya  kəmiyyətlərinin  məcmusudur).  Bəzi  fikir 
bağları insan təfəkkürü tərəfindən idarə oluna bilir. Onlar bəşəri miqyas 
adlanır.  Digər  fikir  bağları  da  vardır  ki,  onlar  insan  təfəkkürünə  tabe 
olmur.  “Çünki  onları  qavraya  bilmirik,  yaxud  onlar  bizim  mental 
limitimizin  fövqündə  yerləşir.  Siyasi  karikaturalar  kostyum  geyimində 
Amerika  Birləşmiş  Ştatları  Prezidentinin  ac  bir  uşaqdan  düyü  kasasını 
aldığı  multiplikasiya  filmində  olduğu  kimi  böyük  mental  şəbəkələrin 
insan miqyaslı təzyiqlərini təmin etməkdə ixtisaslaşmışdır. Biz bu bəşəri 
təzyiqdən situasiyanı anlamaq üçün istifadə edirik. Çünki bu situasiyada 
ABŞ  Prezidentinin  qanunvericilik  üzərində  veto  qoymaq  hüququ  ucqar 
ərazilərdə  qida  təchizatına  zərər  vura  bilərdi.  Haqqında  düşündüyümüz 
mental  şəbəkələrin  əksəriyyəti,  məlum  şəbəkədə  müxtəlif  mental 
məkanlar  üzərində  bəşəri  miqyas  blendini  qura  bilməyimiz  istisna 
olmaqla, bizim üçün olduqca çətin ola bilərdi. Sonra blend bizə haqqında 
düşünə  biləcəyimiz  rahat,  faydalı  bir  şey  verir.  Bu,  hazırda  yerləşdiyi 
intellektual şəbəkəyə çatmaqda, onu təşkil etməkdə, kökləməkdə və idarə 
etməkdə bizə yardımçı olur. Məsələn, həyat və ehtimallar haqqında geniş 
intellektual şəbəkədə əslində mənim içərisində birja makleri olduğum bir 
blendim  ola  bilər:  qarışdırma,  hərəkət  etmə  və  səfil  olma  yolu  ilə 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
251 
 
meydana  çıxan    bir  simulyasiya.  Bu  halda  blend  bəşəri  miqyasda 
intellektual modelləşdirməni təqdim edir” [41, s.3]..  
Kompressiya  və  ekspansiya.  M.Törner  blendi  mental  məkanların 
kiçik  abstarksiyası  hesab  etmir.  Yəni,    blend  “kəsib-yapışdırma” 
əməliyyatının  bir  hissəsi  də  ola  bilməz,  çünki  o,  emergent  ideyaları 
ehtiva edir. Blend sıxılmış bir təzyiqdir (kompressiyadır) və onun xidmət 
etdiyi  tam  intellektual  şəbəkəyə  nisbətən  daha  az  informasiyaya  malik 
olur.  Daha  geniş  mental  şəbəkələr  haqqında  düşünmək  üçün  “sıxılmış, 
kompakt,  elastiki  blendlərdən  istifadə  edirik.  Düşünməmiz  lazım  olan 
şeyləri  əlaqələndirmək  üçün  biz  kiçik,  sıxılmış  blendləri  açır,  yaxud 
genişləndiririk. Məsələın, faydalı, sıxılmış blend uğursuz birja makleri ilə 
birgə,  şərq  zaman  qurşağı  (GMT-5)  istisna  olmaqla,  zaman  qurşağında 
danışana köməklik  məqsədilə istənilən iş haqqında fikir yürütmək üçün 
istifadə oluna bilər.    
J.Fokonye və M.Törner (2002) diqqəti blendə aid klassik bir misala 
cəlb edərək öz fikirlərinin qısa təsvirini verirlər - mental məkan, mental 
şəbəkə, məkanlar arasındakı konnektorlar, emergent struktur, proyeksiya, 
kompressiya, ekspansiya, antropoloji miqyas, blend: 
Buddist  rahib  səhər  açılmamış  bir  dağın  ətəyinə  gəlir.  Hava 
işıqlananda o, dağa çıxmağa başlayır və gün batanda zirvəyə çatır. Rahib 
bütün  gecəni  dağın  zirvəsində  ibadətlə  keçirir  və  dan  yeri  ağaranda  o, 
qürub  vaxtı  gəlib  çatdığı  dağın  ətəyinə  doğru  geri  dönməyə  başlayır.  
Səfər zamanı onun getməyə başlaması, dayanması, yaxud sürəti haqqında 
düşünməyin.  Tapmaca:  Səfər  zamanı  onun  getməyə  başlaması, 
dayanması,  yaxud  sürəti  haqqında  düşünməyin.  Tapmaca:  günün  eyni 
saatında iki ayrı-ayrı səyahətdə rahibin getdiyi yolun üzərində hər hansı 
bir yer vardırmı? Tapmacanın çözülməsinin bir yolu rahibin qalxmasını 
onun enməsi ilə inteqrasiya etməkdir (to blend). Belə ki, blenddə (blend 
yanaşmasında)  dan  yeri  ağararkən  biri  dağın  ətəyində  və  digəri  dağın 
zirvəsində  olmaqla  iki  rahib  vardır.  Onlar  öz  yollarına  davam  edir  və 
qürub vaxtı hər biri yolun qarşı tərəfinə gəlib çıxırlar. Rahiblər haradasa 
görüşməlidirlər  və  beləliklə,  onların    görüşdükləri  yer  günün  eyni 
saatında iki ayrı-ayrı səfərdə getdikləri yolun üstündəki kiçik bir sahədir. 
Deməli,  bu,  inteqrasiya  (blending)  yolu  ilə  qurulan  bir  simulyasiyadır 
(virtual reallıqdır). Tapmacanın cavabını tapmaq üçün əlaqədar ideyalar 
məcmusu mental şəbəkədədir.Mental şəbəkə minimum üç mental məkanı 
əhatə edir. Orada mental məkanlar arasında konnektorlar vardır. Bunlar 
qalxmaq üçün mental məkandakı yol ilə enmək üçün mental məkandakı 
yol  arasında  identik  konnektorlar  kimidir.  Sözügedən  iki  mental 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə