Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə87/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   83   84   85   86   87   88   89   90   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
244 
 
fövqəladə vəziyyətlərə hər cür üsulla tam, təhlükəsiz və müvafiq surətdə 
reaksiya  verə  bilər”  [24,  s.132].  Qəribə  olsa  da,  K.Kreyk  mühakimə 
yürütmənin  mental  modellərdən  daha  çox  verbal  qaydalardan  asılı 
olduğuna inanırdı.  
Müasir  mental  modellər  nəzəriyyəsi  1970-ci  illərə  gedib  çıxır. 
Müəyyən inkişaf yolu keçmiş həmin nəzəriyyə üç fundamental prinsipə 
söykənir.  Birincisi,  hər  bir  mental  model  ehtimalların  ümumi  müxtəlif 
məcmusunu təqdim edir. Ona görə də ‘‘It’s raining or else it’s snowing’’ 
kimi müddəanı nəzərə alaraq bu iki ehtimaldan hər birini təqdim etmək 
üçün iki mental modelə malik olmağın zəruriliyini bilmək lazımdır. Qeyd 
etmək  lazımdır  ki,  hər  ikisi  doğru  olmaya  da  bilər.İkincisi,  mental 
modellər ikonikdir, (işarələrlə bağlıdır),  yəni onların strukturu  mümkün 
qədər onların təqdim etdiyi şeyin strukturuna uyğun gəlir. Deməli, ‘‘All 
the  artists  are  bakers’’  kimi  müddəa  fərdlərin  iki  dəsti  arasındakı 
münasibəti  ifadə  edir.  Üçüncüsü,  təsvirlər  üzərində  qurulmuş  mental 
modellər nəyin doğru və nəyin yalan olduğunu üzə çıxarır.Həqiqətin bu 
prinsipi modellərin fəaliyyətdə olan yaddaşına yerləşdirilən yükü azaldır, 
lakin bu, mühakimədə qabaqcadan məlum olan səhvlərə aparıb çıxarır. 
İnsan  düşünən  zaman  təsisləri  nəzərə  alaraq,  doğru,  yaxud,  ən 
azından,  ehtimal  olunan,  yeni,  qənaətcil,  həm  də  məlumat  ehtiva  edən 
nəticələrə  gəlməyə  çalışır.Nəticə  etibarilə,  təsislər  arasında  mövcud 
olmayan  xüsusiyyətlərin  aşkara  çıxarılması  başlica  hədəflərdən  birinə 
çevrilir [24, s.132; 27].Ehtimalın nəticəsinin gerçək olduğu hər bir halda 
nəticə  gerçəkdir.  Bu  zaman  onun  ilkin  şərtləri  düzgün  olmalıdır: 
mötəbərlik  həqiqətin  qoruyucusudur  [28,  s.1].  Model  nəzəriyyəsinə 
müvafiq olaraq, biz zərurilik, ehtimal, yaxud mümkünlük haqqında nəticə 
çıxarırıq.  Təsislərin  bəzi  modellərindən  asılı  olaraq  nəticənin  reallaşıb-
reallaşmaması  maraq  doğurur  [29;  30].  Gündəlik  həyatda  ağlımızı 
məşğul  edən  əsas  şey  dünyanın  kinematik    (kinematika-  mexanikanın 
hərəkəti törədən səbəbləri nəzərə almadan, yalnız hərəkətin özündən bəhs 
edən şöbəsi) modelləşdirilməsidir və məhz bu modelləşdirmələr əsasında 
müəyyən  nəticələrə  gəlinir,  yaxud  qərarlar  çıxarılır.  Qeyd  edək  ki, 
simulator  (modelləşdirən  konstruksiya)  iki  komponentdən  ibarətdir: 
kinematik  simulyator  və  sensor  simulyator.  Kinematik  simulyator 
informasiyanı kinematik modelə təsir edən dünyadan alır. Bu informasiya 
məqsəddən  asılı  olaraq  dəyişir.  [31;  32,  s.18-24].  Modelləşdirmədən 
müxtəlif tapşırıqları yerinə yetirmək məqsədilə qeyri-formal alqoritmləri 
yaratmaq üçün istifadə edilir.  


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
245 
 
 Mental modellərin müasir nəzəriyyəsi intuisiyalarla düşüncəni bir-
birindən fərqləndirmişdir. Daniyel Raysberq bunu dual-proses akkauntu 
adlandırırdı [33, s.656]. D.Kahnemana [34] görə koqnitiv nəzəriyyələrin 
ən  məşhuru  olan  model  nəzəriyyəsi  intuisiya  ilə  düşüncəni  bir-birindən 
fərqləndirir.  Hər  iki  müəllifin  fikri  Conson  Lerd  və  P.Vasonun  fikirləri 
ilə üst-üstə düşür. [35, s.5].  
Sonralar bu ideya Conatan Evans [36, s.255-278],  onun həmkarları 
və  “dual  proses”  nəzəriyyələrinin  digər  tələbələri  tərəfindən  müstəqil 
surətdə  inkişaf  etdirilmişdir.  Model  nəzəriyyəsinə  görə,  intuisiyalar 
funksional yaddaşa çata bilməyən sistemdə evristikaya (nəzəri tədqiqatın 
məntiqi  və  metodik  üsulları  sistemi)  əsaslanır  və  ona  görə  də  rekursiv 
prosesləri  yerinə  yetirə bilmir  [37].  Buna  görə  də  sistem  eyni  zamanda 
yalnız  bir  modellə  işləyə  bilir.  Müəyyən  qərarların  qəbul  olunmasında 
intuisiyaya həmçinin baza tezliyi kimi bəzi kənaraçıxmalar da təsir edir. 
Əslində  intuisiyaya  mühüm  yanaşmalar  onu  evristik  prosesə 
yaxınlaşdırır.  Bu  qəbildən  olan  evristikalar  mental  enerjini  əhəmiyyətli 
dərəcədə məhdudlaşdırır və şəxsə dəqiq qərar qəbul etməyə imkan verir. 
İntuisiya analitik evristikaya əsaslanır [38, s.96]. Burada nadir hadisələrin 
başvermə  imkanları  haqqında  intuisiyalar  mümkün  hesablamalara  tabe 
olmur  və  gündəlik  həyatda  məna  kəsb  etməyən  neqativ  ehtimallara  yol 
açır.  Əksinə,  düşüncələr  funksional  yaddaşa  yol  tapır  və  ona  görə  də 
rekursiv  prosesləri  yerinə  yetirməyi  bacarır,  məsələn:  alternative 
modellərin  axtarışı  və  intuitiv  imkanlar  üçün  sayların  təyinatı  və  s.  Bir 
sözlə,  intuisiyalar  və  düşüncələr  arasındakı  fərq  hesablama  gücü  ilə 
ölçülür:  intuisiyalar  rekursiv  olmadıqları  halda,  düşüncələr  rekursiv  ola 
bilər [39]. 
O.İrisxanova  qeyd  edir  ki,  mental  məkan  diskursiv  fəaliyyətin 
gedişində real zaman rejimində qurulan və danışanın operativ yaddaşında 
saxlanılan daima dəyişən koqnitiv konstruktları təqdim edir. Mental məkan 
nəzəriyyəsində diskursda mənanın qurulması mental məkan konfiqurasiya-
larının  yaradılması  kimi  nəzərdən  keçirilir.  Məsələn,  ola  bilsin  ki,  Romeo 
Cülyettaya vurulmuşdur söyləmi iki mental məkanın olmasına rəvac verir: 
“Romeo”  və  “Cülyetta”nın  iştirakı  ilə  təməl  mental  məkan  və  Romeonun 
Cülyettaya vurulduğu hipotetik mental məkan. 
Mental məkanlar arasında diskursun yaradılması, yaxud interpretasi-
yası üçün çoxsaylı əlaqələr – müvəqqəti, məkani, hipotetik, identifikasyon, 
kontrfaktual,  səbəb-nəticə  və  s.  –  qurulur.  Mental  məkanları  elastik 
konfiqurasiyalarda  birləşdirən  hazırkı  əlaqələr  onlara  istənilən  anda 
zəruri  dəyişikliklər  əmələ  gətirmək  imkanını  verərək  bütün  mental 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə