Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə95/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   91   92   93   94   95   96   97   98   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
262 
 
mütləq şəkildə atılır və ya ixtisar olunur. Məsələn, sözlü münaqişə edən 
iki  insan  real  situasiyada  müəyyən  bir  diskurs  yaradır.  Bu  münaqişəyə 
şahid olan şəxs polisə ifadə verərkən qurduğu nitqdə həmin diskursun bir 
çox  detal  və  elementlərini  ixtisaredir.  Bu  şəxs  diskursun,  sadəcə,  qısa 
icmalını, daha doğrusu, orada söyləm, deyim və sözlərlə ifadə edilən əsas 
hissəsini öz nitqində verməklə kifayətlənir. 
Bunu da qeyd edək ki, söyləm, deyim və söz həm diskursun, həm 
də  nitqin  daxili  elementləridir.  Əslində  nitq  sadəcə  söyləm,  deyim  və 
sözlərdən ibarət olur. Diskurs isə, bunlardan başqa nitq situasiyasını, yəni 
nitqdən  əvvəl,  nitq  vaxtı  və  nitqdən  sonra  yaranan  realsituasiya  və 
prosesləri  də  əhatə  edir.Söyləm,  deyim  və  söz  arasındakı  qarşılıqlı 
əlaqəni  qısaca  olaraq  belə  ifadə  edə  bilərik  ki,  sözlər  öz  arasında 
birləşərək  deyimi,  deyimlər  söyləmi,  söyləmlər  isə  nitqi  əmələ  gətirir. 
Amma  bu  fikir  heç  də  ehkam  kimi  qəbul  edilməməlidir.  Bəzən  ayrıca 
götürülmüş bir söyləm, deyim və hətta söz də nitq mahiyyəti daşıya bilər. 
Nitq və real dil situasiyasının cəmi isə diskursu əmələ gətirir.  
Bəzi  tədqiqatçılar  diskursun  mahiyyətini  və  daxili  elementlərini 
təsvir  və  şərh  etməyin  çox  çətin  olduğunu  qeyd  edirlər.  Amma  verilən 
şərhlərdən  də  göründüyü  kimi,  linqvo-psixoloji  vəhdət  nəzəriyyəsi 
bazasında diskurs adlı bu dil təzahürünün istər mahiyyətini şərh etmək, 
istərsə də, daxili elementlərini müəyyən etmək o qədər də çətin deyil.   
Nitqin  mətnə  transformasiyasızamanı  daonun  bəzi  elementləri, 
xüsusilə  yazı  işarələri  ilə  ifadəsi  mümkün  olmayan  qisimləri  atılmaqla 
ixtisar  olunur.  İclaslarda  söylənən  nitqin  protokolda  mətn  formasına 
transformasiyası bunun əyani sübutudur. Yəni, istər nitqdiskursu, istərsə 
də mətn nitqi ümumi ştrixlər bazasında əks etdirsə də, tam  şəkildə onu 
əvəz edə bilmir.Çünki, əvvəldə də dediyimiz kimi, diskurs gerçəklik və 
ya  onun  vahidi,  nitq  isə  bu  gerçəkliyin  sadəcə  bir  elementidir.  Bu, 
danılmaz bir həqiqətdir ki, heç bir zaman gerçəklik öz xüsusiyyətlərindən 
hər hansı birində tam şəkildə öz əksini tapa bilməz. Həmin xüsusiyyət hər 
nə qədər ümumi, geniş və hərtərəfli olsa belə, istənilən halda həmin gerçək-
lik  vahidinin  xüsusiyyətlərindən  sadəcə  biridir.Heç  bir  halda  onun  bütün 
xüsusiyyətlərinin cəmi və ya məcmusu deyil. 
“Psixologiya gerçəkliyi onun daxili elementləri əsasında öyrənməkdən 
əl çəkməli, həmin gerçəkliyi onun bütün xüsusiyyətlərini özündə əks etdirən 
vahidlər əsasında öyrənməlidir” (3, s. 268) – fikri çox mütərəqqi, hətta belə 
də  deyə  bilərik  ki,  ideal  bir  fikirdir.  Amma  təəssüflə  qeyd  etməliyik  ki, 
praktik şəkildə icrası imkansız, nəticə vermək potensialı olmayan “qısır” 
bir  fikirdir.  Onun  istər  Qərbdə  yaratdığı  konneksionist  psixologi-


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
263 
 
ya(informasiyanın  paralel  şəkildə  bütün  beyin  hüceyrələri  arasında 
paylanması  ideyasına  əsaslanır  (4,  s.288-289)),  istərsə  də  Şərqdə,  o 
cümlədən,  Rusiyada  yaratdığı  “matryoşka  içində  matryoşka”  (bax:  5) 
ideyası  (hər  kiçik  fəaliyyət  özündən  daha  böyük  bir  fəaliyyətin  minimal 
vahididir (6, s.7-14))ilkin ideya kimi gözəldir. Amma gözəl fikir və müla-
hizə  olmaqdan  artıqinkişaf  edə  bilmədi.  Belə  ki,  nitqi  əmələ  gətirən  dil 
vahidlərinin yaranma və mənimsənilmə mexanizmi şərh edə bilmədi (bax: 
2).Əvvəldə  də  qeyd  etmişdik  ki,  diskurs  nitqə,  nitq  mətnə  transformasiya 
oluna  bildiyi  kimi,  bunun  əksi  də  mümkündür,  yəni,  mətn  nitqə,  nitq  isə 
diskursa  transformasiya  oluna  bilər.  Elə  buradaca  bir  haşiyə  çıxaraq  qeyd 
etmək istərdik ki, ölü dillərə aid mətnlərin nitqə və diskursa transformasiya 
olunması mümkün hesab edilmir. Çünki həmin dillərin fonetik, orfoepik və 
morfonoloji  qayda  və  prinsiplərini  bərpa  etmək,  demək  olar  ki,  mümkün 
deyil. Ölü dillər üzrə bir mütəxəssis hansısa bir mətni nitq şəklində tələffüz 
edə bilər.  Bəzi situativ məqamları  da əlavə  etməklə  diskurs  yaratmağa  da 
cəhd göstərə bilər. Amma istənilən halda bu “nitq” və ya “diskurs” həmin 
mütəxəssisin  xəyalının məhsulundan  başqa  bir  şey  olmayacaqdır.  Onun 
təbiiliyindən,  real  dil  situasiyasında  yaranmış  nitq  və  ya  diskurs 
olmasından söhbət belə gedə bilməz. 
Hal-hazırda yaşamaqda olan dillərə aid mətnlərin nitqə və ya nitqin 
diskursa transformasiya olunma imkanı və potensialı, bəzi şərtiliklər olsa 
da,  ümumilikdə,mövcuddur.Mətnin  nitqə  və  diskursa  çevrilməsinin  ən 
populyar  nümunəsi  olaraq,  teatr  tamaşalarını  misal  göstərmək  olar. 
Məlum  olduğu  kimi,  istənilən  dram  əsəri  ilkin  olaraq  yazıçı-dramaturq 
tərəfindən  mətn  formasında  yazılır.  Həmin  mətn  rollar  üzrə  aktyorlar 
tərəfindən  əzbərlənir.  Hər  bir  aktyor  öz  roluna  aid  olan  dialoq  parçalarını 
əzbər  şəkildə  öyrənir  və  öz-özünə  məşq  edərək  onları  nitq  formasında 
söyləməyə  çalışır.  Yəni  bu  mərhələdə  aktyor  yazılı  mətni  nitq  söyləmi-
nətransformasiya  etmiş  olur.  Daha  sonra  tamaşanındigər  aktyorlarının 
iştirakı,  habelə  dekorasiya,  işıq  və  səs  effektlərinin  yardımı  ilə  bu  nitqi 
diskursa  çevirməyə  cəhd  edilir.  Belə  demək  mümkündür  ki,  tamaşanın 
uğurlu  olduğu  hallarda  mətn  şərti  olaraq  əvvəlcə  nitqə,  daha  sonra  isə 
diskursa  çevrilə  bilir.  Əvvəldə  də  qeyd  etdiyimiz  kimi,  təbii  şəkildə  baş 
verməyən dialoq, söhbət, mübahisə və s. əslində diskurs deyil, sadəcə nitq 
mahiyyəti  daşıyır.  Amma  bəzi  istisna  hallarda  diskurs  effektinə  yaxın  bir 
təəssürat yaratmaq imkanına malikdir. 
Göründüyü  kimi,  diskurs,  nitq  və  mətn  arasında  baş  verən 
transformasiyalar zamanı bəzən obyektiv, bəzən isə subyektiv mahiyyət 
daşıyan ümumiləşdirmə və ixtisarlara yol verilir. Bu ümumiləşdirmə və 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə