Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə103/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   99   100   101   102   103   104   105   106   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
282 
 
şəkildə  qəbul  edilir.  Dil  danışan  subyektin  funksiyası  deyil,  fərd  tərə-
findən  passiv  qəbul  edilən  məhsuldur;  nitq  dərketmə  və  ifadənin  fərdi 
aktıdır. Dildə mühüm olanlar dil təcrübəsi vasitəsilə təsbit edilmiş dilin 
normativ aktlarıdır, qeyri-normativ aktlar nitqdə hər cür tərəddüdlər və fərdi 
pozuntulardır. Dil ictimai səciyyə daşıyır, lakin cəmiyyət bir nəfərdən yox, 
çoxlu fərddən ibarətdir. Bu fərdlər yekcins deyillər, onların dilə münasibəti 
də yekcins ola bilməz. Müxtəlif fərdi uzaqlaşmalar, pozuntuların baş verməsi 
təbiidir. Bunlar, adətən, leksikaya aiddir, fonetik, qrammatik sapıntılar nadir 
hallarda baş verir. Leksik dəyişmələr dilin ictimai səciyyəsini dəyişmir.  
Nitq  konkret,  dil  mücərrəd  hadisə  olsa  da,  dil  işarələri  yazıda  qrafik 
şəkildə göstərilə bilir. Akustik və qrafik obraz dilin potensial faktıdır. Bütün 
sabitləşmiş  münasibətlərin  məcmusu  dili  təşkil  edir  və  onun  fəaliyyətini 
müəyyənləşdirir (ətraflı bax: 3, 78-82; 5, 15-31). 
Hər  bir  cəmiyyətin  həyatında,  sosial  mühitdə  dilin  böyük  əhəmiyyəti 
vardır, çünki insanın yaranışı və mövcudluğu ilə dilin təşəkkülü bir-biri ilə 
sıx  bağlıdır.  İnsanın  dili  heyvanın  dilindən  fərqlidir;  özündə  müxtəlif 
siqnalların cəmini əks etdirən insanlar bir-birinə müəyyən və qeyri-müəyyən 
informasiyalar ötürürlər. Buna düşüncə tərzi deyilir. Dildən istifadə etmək 
təkcə onunla mübadilə etmək yox,  həm də dil daşıyıcıları tərəfindən ona 
nəzarət etmək, onu inkişaf etdirməkdir. Dilin insan düşüncəsində müstəsna 
rolu  vardır,  yəni,  fikri  formalaşdırmaq  nitq  təfəkkürü  prosesini
 
əks 
etdirir. A.Y.Panova tanınmış fransız dilçisi A.Martineyə istinadən yazır: 
“Dil  hər şeyi söyləyə bilmək vasitəsidir” (6, 112).  
İspan  basklarının  dilini  öyrənən  Humbold  belə  qənaətə  gəlib  ki, 
müxtəlif  dillər    təkcə  ümumbəşəri  düşüncənin  təzahürü  deyil,  eyni 
zamanda  dünyanı  fərqli  görə  bilməkdir,  çünki  dil  dünya  tarixinin 
yaranmasında əsas amil hesab edilən insana məxsusdur və istənilən etnik 
mənsubiyyətə  aid  insan  məhz  dil  vasitəsilə    “ağıllı  insan”a    (homo 
capiens) çevrilir və uşaqlıqdan dil öyrənərək, həm də öz xalqının tarixini 
mənimsəyir.  Dil  ünsiyyəti  fikri  ifadə  etmək  üçün  vacib  olan,  əsasında 
yaddaş, təsəvvür, diqqət dayanan idrak prosesi ilə sıx bağlıdır və bu da öz 
növbəsində  fikirlərin  yaranmasına,  formalaşmasına  təsir  edir.  Dilin 
universal  mahiyyəti  ondan  ibarətdir  ki,  insanlar  məhz  onun  vasitəsilə 
digər insanlara,  eləcə də özünə müraciət edə bilərlər.  Adresant (danışan) 
və  adresatı  (dinləyən)  zaman  və  məkan  anlayışı    ayırır.  Dil  ünsiyyəti  
bütün kommunikativ münasibətlərdə ifadə olunan və nitq ünsiyyətinin bu 
və ya digər funksiyalarını həyata keçirən müxtəlif informasiyaları əhatə 
edir:  koqnitiv  (idrak),  requlyativ  (danışanın  məqsədi),  emosional-
ekspressiv  (təəssürat  yaratma),    fatik  (əlaqə  yaratma)  və  magik 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
283 
 
(ovsunlama). Kommunikativ (dil – ünsiyyət vasitəsidir) və koqnitiv (dil – 
anlamaq  və  informasiya  ötürmək  vasitəsidir)  münasibətlər  baza 
funksiyasıdır.  Deyilənləri  nəzərə  alsaq:  dil  insanların  fikir  informasiyasını 
ötürən    və  hisslərini  ifadə  edə  bilən  alətdir,  insan  ünsiyyətinin  ən  əsas 
vasitəsidir. Dil, həm də anlaşma vasitəsidir, onun köməyi ilə insanlar bilik 
əldə edir, bu biliklər başqalarına və fərqli nəsillərə ötürülür.  
İnsan digər canlılardan təkcə düşünmək qabiliyyəti (homosapiens) ilə 
yox,  həm  də  yaradıcı  olması  (homofober),  danışığı  (homoeloquens), 
ünsiyyəti (homocommunicans) ilə fərqlənir. İnsanın ağlı fikri daha adekvat 
ifadə  etməyə,  həyat  tələbatını  təmin  etməyə,  ana  dilini,  başqa,  hətta  süni 
dilləri öyrənməyə imkan verir. Süni dillər müxtəlifdir, onlar həyatın fərqli 
sahələrini  əhatə  edir,  bəzən  beynəlxalq  əhəmiyyət  daşıyırlar  (məsələn, 
esperanto, volapyu və s.). Süni dillər həm də simvolik elmi dillərdir: riyaziy-
yat, məntiq, kimya və s.-nin dili. Süni dillərə insan - maşın ünsiyyətini  də 
əlavə etmək olar: proqramlaşdırma, məlumat bazasının idarə olunması və s.        
İnsan  nitqinin  məzmun  zənginliyi  təfəkkür  və  dil  səviyyəsindən 
asılıdır. Burada dil vahidlərinin rolunu da qeyd etmək lazımdır: fonem - nitq 
səsini (fonem səviyyəsini), morfem - sözün müəyyən hissəsini, söz – leksik 
mənanı, söz birləşmələri və cümlələr isə sintaksisi təşkil edir. Öz növbəsində 
bu səviyyələr müəyyən dil vahidlərini özündə birləşdirir: cümlə - sözlərdən, 
söz  –  morfemlərdən,  morfem  isə  fonemlərdən  əmələ  gəlir.  Morfemlər 
sözdən  fərqlənir:  söz  sintaktik  müstəqilliyə  malikdir,  morfem  əksinə,  bu 
müstəqillikdən məhrumdur; sözlərdən fərqli, norfemlər asılı cəciyyədədirlər, 
məfhum əşya və hadisələr haqqında ümumiləşmiş təsəvvür yaradır, söz 
bu və ya digər məfhumu ifadə edir.  
Dilin əsas işarəsi sözdür. Söz  səsli və ya yazılı işarədir, hissiyyat 
orqanlarının  qəbul  etdiyi,  heç  bir  şeylə  əvəz  olunmayan  anlayış  və  ya 
alətdir,  ona  görə  də  başqa  dil  işarələrindən  fərqlənir.  Söz  nitqin  canlı  
proseslərində  formalaşan,  dinləmə  və  qavramaya  aid  edilən  müstəqil 
mahiyyətdir. İşarələr sistemində fonem və morfemlərin rolu çox azdır - 
cümlə  ən  mükəmməl  kommunikativ  işarədir.  Dilin  bütün  işarələri 
cümələr  vasitəsilə  hərəkətə  gəlir,  cümlələr  nitqin  vəziyyətindən  və 
kontekstindən  asılı  olaraq  bir-biri  ilə  əlaqə  yaradırlar.  Cümlə  dilə 
istənilən  fikri  və  informasiyanı  ifadə  etmək  imkanı  verir.  Bu,  nitqi 
anlaşıqlı  edir,  dil  isə  semiotikanın  kifayət  qədər  böyük,  eyni  zamanda 
kompakt  vahididir.
 
Dil  vahidləri  arasında  mürəkkəb  qarşılıqlı  əlaqə 
yaranır;  bu  əlaqə  dilin  müxtəlif,  dəyişkən  funksiyalarını  nəzərdə  tutan 
sistemin  bütövlüyünü  və  tamlığını    ehtiva  edir  -  hər  bir  dil  vahidi 
müəyyən  və  hamı  tərəfindən  qəbul  edilmiş  mənaya  malik  olur  və  bu 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə