Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə99/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   95   96   97   98   99   100   101   102   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
273 
 
  Bütün  müxtəlifliyi,  fərqliliyi,  variantlılığı  fövqündə  jestlərin 
ifadə  olunmasında  bir  sabitlik  özünü  göstərir.  Lakin  bəzən  jestlər 
müəyyən  qədər  dəyişərək  öz  milli  xarakterini  itirir.  Bəzən  fikrin    ifadə 
olunmasında bir yox, bir neçə jestdən istifadə olunur. Məsələn; “Bunun 
mənə dəxli yoxdur” cümləsində olduğu kimi. Mənə sözünün işarəedici jesti 
(əl  sinəyə  tərəf  hərəkət  edir);  bunun  sözü  də  işarəedici  jestlə  (əlin  içərisi 
yuxarı  doğru  özündən  aralanaraq);  dəxli  yoxdur  ifadəsi  əlin  sağa-sola 
tərpənməsi simvolik jestilə müşayiət olunur. 
  Jestlər də, söz kimi, çox ekspressiv ola bilir, nitqə kobud, familyar 
(təklifsiz) xarakter verə bilər. Məsələn, baş barmağın (digərlərinin bir yum-
ruq kimi içəri sıxılaraq) yuxarı qaldırılması nəyə isə “əla” qiymət verilməsi; 
şahadət  barmaqla  qulağın  dibini  göstərmək  qeyri-mümkün  olan  şey  ˗ 
“qulağının dibini görərsən”;  barmaqların üst tərəfi ilə boğaza sağdan çırtma 
vurmaq  “nəsə  içməyə”;  şəhadət  barmağının  ucunun  dodaqların  üstünə 
qoyulması susmağa işarə; barmağı gicgahda burma “başı xarab olub”, “ağlın 
itirib”; şəhadət və baş barmağı birləşdirərək boğazı çəkmək “mən ölüm”, “ 
lazım deyil”, “yalvarıram” deməkdir. 
  Beləliklə, jestlərin hər biri natiqin nitqində fikir və hisslərin inkişaf 
xəttini  izləməli,  təsdiq  etməli,  göstərməlidir,  onun  yaradıcı  təşəbbüsünün 
fiziki ifadəsi olmalıdır.  
Jestlər,  mimika,  sifətin  və  gözlərin  ifadəsi,  sifətin  rənginin,  gözlərin 
baxış  istiqamətinin  dəyişməsi,  göz  yaşı,  yeriş,  duruş  və  digər  hərəkətlər 
(məsələn, başı bulamaq, əli yelləmək, gözləri yummaq, gözləri qıymaq,  göz 
vurmaq, ağzı büzmək və s.) formalaşmış qeyri-verbal ifadə vasitələri kimi 
mövcüddur.  Belə  hərəkətlər  arasında  fərdiləşənlər  də  az  deyildir. 
Məsələn,  əsəbilik  bir  şəxsdə  gözlərin  tez-tez  qırpılmasında,  digərində 
dodaqların  səyriməsində,  başqa  birisində  əllərin  əsməsində,  daha 
başqasında çiynin çəkilməsində və s. şəkildə özünü büruzə verir. 
  Yersiz, mənasız jest nitqi rövnəqləndirmir, tamamlamır, o yalnız 
gülüş doğura bilər, söylənən ideyanı korlaya bilər. Buna görə hələ qədim 
dövrlərdən  natiqlik  məharətinə  aid  ilk  dərslərdə  jestlərdən  necə  istifadə 
olunmasına aid məsləhətlər verilirdi. 
  Ədəb  qaydaları  ağız-burnu  əyməyi,  qulaqları  sığallamağı, 
dartmağı, sinəni və qarnı irəli verməyi, kürəyi əyməyi, çiyinləri çəkməyi, 
əzilib-büzülməyi qadağan edir. 
  Nəzərə almaq lazımdır ki, jestlər həm də danışanın xarakteri ilə 
şərtlənir. Bəzi insanlar təbiətən mütəhərrik, emosional olur. Belə təbiətdə 
olan adamlar, əlbəttə ki, jestlərsiz keçinə bilməz. Öz hisslərini gizlədən, 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
274 
 
bildirməyən  soyuqqanlı,  sakit,  təmkinli  adamlara    jestlərdən  istifadə 
etmək xas deyil.  
  Yaxşı jestlər o jestlər hesab olunur ki, onlar gözə çarpmır, gözə 
girmir.  Orqanizm  təbii  olaraq  sözlə  birləşərək  onun  (sözün)  dinləyiciyə 
təsirini gücləndirir. 
  Dövlət  qulluqçuları  müəllimlər,  hüquqşünaslar,  həkim,  diler, 
satıcılar, bir sözlə, öz fəaliyyətlərində daima insanlarla ünsiyyətdə olanlar 
bilməlidir ki, jest və mimika insanın hiss-həyəcanı, xarakteri, düşüncələri 
haqqında  çox  şey  deyə  bilər.  Ona  görə  təcrübəli  insanlar,  psixoloqlar, 
hüquqşünaslar  ünsiyyətdə  olduqları  insanların  davranışları,  jest  və 
mimikalarını  diqqətlə  izləyir,  çox  zaman  həmsöhbətin  gözlərinin  içinə 
baxmağa  çalışırlar.  Adətən  günahı  olan,  nəyisə  gizlətməyə  çalışan 
adamlar gözlərini qaçırır, yerə  baxırlar. Ona görə vaxtilə qiymətli daş-
qaşların ticarəti ilə məşğul olan qədim çinlilər diqqətlə öz müştərilərinin 
gözlərinin içinə baxırdılar. Onlar bilirdilər ki, sevinc, heyranlıq içərsində 
olan şəxsin gözlərinin bəbəkləri böyüyür, əsəbi  narazı, qəzəbli olarkən 
isə gözlər kifayət qədər kiçilir. 
Yaxud  öz  təbiətinə  görə  lider  olanlar  əl  verib  görüşərkən  əllərini 
ovucu aşağı tutaraq; yumşaq, zəif, iradəsiz adamlar isə ovuclarını yuxarı 
tutaraq  əl  verirlər.  Arxada    sıxılaraq  tutulmuş  əllər  özünəəminlik  və 
üstünlüyü sübut edir. Bu jest mütəxəssislərin fikrincə, yüksək rütbəli hər-
bçilərə, polis işçilərinə, direktorlara xasdır. Bu vəziyyəti xüsusən onların 
nəzarətində  olan  sahədə,  kazarmada,  müəssisədə,  təhsil  yerlərində 
müşahidə etmək olur. Psixoloqlar çətin sınaq qarşısında, imtahanqabağı, 
hesabatdan əvvəl, diş həkiminin qəbulunda olarkən bu jesti etməyi (əlləri 
arxada sıxmağı) məsləhət görürlər. Elə o dəqiqə özünə inam yaranacaq, 
qorxu itəcək, müəyyən yüngüllük əldə olunacaq.  
Əlləri    belə  qoymaq-aqressivliyə  hazırlıq  jestidir.  Bu  jest  rinqə 
hazırlaşan  boksçulara,  səhnəyə  çıxacaq  aktyorlara  xasdır.  Bu  poz 
ayaqların  aralanmış  halda  qoyulması,  əl  barmaqlarının  yumruq  kimi 
sıxılması ilə müşahidə olunur.  
İnsan əsəbiləşərək mənfi hisslər keçirərkən, instinktiv olaraq özünü 
arzuolunmaz  situasiyadan  qorumağa  çalışır:  əllərini  sinəsində 
çarpazlayır.  Bu  jestlə  onlar  sanki  özlərini  xoşagəlməz  hadisələrdən 
qoruyur,  əllərini  sipər  edirlər.  Bu  vəziyyətdə  barmaqlar  yumruq  kimi 
sıxılarsa, bu düşmənçilik işarəsidir.  
Gözlər  və  baxış.  Kreidlin  hesab  edir  ki,  emosiayanın  ifadə 
olunmasında  gözlər  və  baxış  əhəmiyyətli  rol  oynayır.  Gözlər  ünsiyyətə 
çağırış, eyni zamanda ondan imtina etməyi ifadə edir(1, 51). 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə