Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə98/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   94   95   96   97   98   99   100   101   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
270 
 
  Mexaniki  jestlər  dinləyicinin  diqqətini  nitqin  məzmunundan 
yayındırır,  onun  qavranılmasına  mane  olur.  Mexaniki  jestlər  danışanın 
həyəcanının, özünə inamsızlığının nəticəsi kimi yaranır.  
  Təyinatından  asılı  olaraq  jestlər ritmik,  emosional,  işarəedici, 
təsviri və simvolik növlərinə bölünür. 
  Ritmik  jestlər  nitqin  ritmi  ilə  əlaqədardır.  Televiziyada  çıxış 
edənləri müşahidə edərkən bunu görmək olar (danışan öz fikirlərini ifadə 
edərkən nitq taktında nə qədər əl-qol atır). 
  Ritmik  jestlər  adətən  intonasiyanın  ötürdüklərini,  məsələn, 
məntiqi  vurğunun,  nitqin  yavaşıdılmasının,  sürətlənməsinin,  fasilənin 
yerini  nəzərə  çarpdırır,  müşayiət  edir  və s.  Məsələn,  verilmiş  cümlələri 
ritmik jestlərlə müşayiət edərək tələffüz edək:  
  1.Danışmaq  su içmək qədər asandır. 
  2.O, heç kəsə məhəl qoymadan avtomat  kimi yazırdı. 
  Birinci  cümləni  tələffüz  edərkən  biz  əlimizi  bir  qədər  yavaş, 
sağa doğru hərəkət etdiririk. Bu zaman sait səslər də nisbətən uzadılır.  
  İkinci halda  sağ əlin barmaqları vertikal şəkildə əyilmiş, nəyisə 
sürətlə doğrayırmış kimi hərəkət etdirilir.  
  Bizim  nitqimiz  çox  vaxt  emosional  olur.  Həyəcan,  sevinc, 
heyranlıq,  nifrət,  kədər,  peşmançılıq,  anlaşılmazlıq,  çaşqınlıq,  qarışıqlıq 
kimi  hisslər  yalnız  sözlərdə,  intonasiyada  deyil,  eyni  zamanda  jestlərdə 
də ifadə olunur.  
  Emosional jestlər. Hisslərin müxtəlif çalarlarını bildirən jestlər 
emosional  jestlər  adlanır.    Bu  jestlərin  bir  çoxu  sabit  ifadələrlə  əks 
olunur  və  hamı  tərəfindən  başa  düşüləndir.  Məsələn:  döşünə  döymək, 
yumruğunu  stola  vurmaq,  başına  vurmaq,  arxasını  çevirmək,  qapını 
göstərmək, çiyinlərini çəkmək, əllərini yelləmək, əlini alnına vurmaq. 
  İşarəedici jestlər. “O pəncərəni ört”, “O gülü yox, bunu dər”, 
“Bu daşı yox,onu at” cümlələrində deyilənləri jestlərin köməyi olmadan 
yerinə yetirmək olmaz. Belə hallarda işarəedici jestlərdən istifadə olunur. 
İşarəedici  jestlərlə  eynicinsli  əşyalardan  birinə  işarə  edilərək  onun  yeri 
göstərilir:  yanında,  aşağıda,  ortada,  bir  qədər  aralı,  orada,  yaxud  sıra 
ardıcıllığı qaydası ilə, ardıcıllıqla, növbə ilə, aşırı. 
   İşarəni  gözlə,  başını  yellətməklə,  barmaqla  (şəhadət,  baş), 
ayaqla, bədən hərəkəti ilə etmək olar. Bəzi işarəedici jestlər şərti xarakter 
daşıyır.  Məsələn,  danışarkən  əlini  sinənin  sol  tərəfinə-ürəyin  üstünə 
qoyaraq: “Onda burada (jest: sağ əl ilə ürəyə işarə edilir) heç nə yoxdur” 
, -o deməkdir ki, söhbət zalım, hissiz adamdan gedir.  


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
271 
 
  Bəzən jestlərin mənası müəyyən situasiya ilə bağlı olur. Təsəvvür 
edək ki,   
  I  hal-mühazirə  gedir.  Dinləyicilərdən  biri  digərinin  baxışlarını 
tutaraq barmaqları ilə qolda saat olan yeri göstərir. O dəqiqə onun saat 
neçə olduğunu bilmək istədiyi başa düşülür.  
  II hal- assistent, köməkçi mühazirəçiyə eyni işarəni edir. Lakin bu 
işarə  (jest)  başqa  mənanı  ifadə  edir:  “Vaxt  qurtarır.  Mühazirəni 
yekunlaşdırmaq lazımdır”. 
  III- hal-nəhayət, bu jest “Tələs! Getmək lazımdır ” anlamını bil-
dirir.  
  Saata işarə etmək jesti nitq prosesində o qədər möhkəmlənib ki, 
hətta qolda saat olmadıqda belə barmaqlar ilə biləkdə saat olan yerə işarə 
etdikdə belə vaxtı öyrənmək istəyi başa düşülür. Ümumiyyətlə, işarəedici 
jestdən  konkret  əşya,  əyani  vasitə  olmadan  istifadə  etmək  çaşqınlıq, 
anlaşılmazlıq yarada bilər.  
  Təsviri  jest.  Nitq  prosesində  təsviri  jestlərdən  istifadənin  səbəbi 
müxtəlif ola bilər:  
1)  tam  təsəvvür  yaratmaq  üçün  sözlə  tam  məlumat  vermə  kifayət 
etmir;  
2)danışan müəyyən yüksək emosional hisslər keçirdiyindən özünü ələ 
ala bilmir (məsələn, əsəbilik keçirir, dediklərinin bütünlüklə adresatın başa 
düşdüyünə əmin deyil);  
3)dinləyicidə  daha  güclü  təəssürat  oyatmaq  üçün  əlavə  əyani  təsir 
göstərmək istəyir. 
  Lakin təsviri jestlərdən sui-istifadə etmək, onlara aludəçilik olmaz,  
bu jestlər dildə sözləri əvəz edə bilməz. 
  Simvolik jestlər. Biz teatrda, konsertdə, televiziya vasitəsilə artis-
tlərin,  müğənnilərin,  aktyorların  çıxışlarını  müşahidə  edirik.  Xatırlayaq, 
tamaşa bitdikdən sonra tamaşaçılarla vidalaşarkən onlar kütlə qarşısında ən 
çox  başəymə  hərəkəti,  jesti  edirlər.  Tamaşıçılar  tərəfindən  isti  və  səmimi 
qarşılandıqları, bol alqışlar üçün ən çox təkrar olunan minnətdarlıq  jesti baş 
əymədir.  Yaxud  səhnənin  ön  hissəsində  dayanaraq  artistlər  əllərini  yana 
geniş  açaraq,  sanki  zalda  əyləşənləri  bağırlarına  basır,  qucaqlayırlar. 
Daha bir jestdən də istifadə olunur: əllərini  sinəyə basaraq aşağı əyilir, 
təzim edirlər. Bu jest aktyorun öz tamaşaçılarına ürəkdən gələn səmimi 
münasibəti- minnətdarlıq hissidir  və s.  
  Simvolik  jestlərlə  bağlı  daha  başqa  bir  mənzərəni  xatırlayaraq. 
Münsiflər heyətində əyləşmiş məşhurları təqdim edərkən onlar: 1) ayağa 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
272 
 
qalxır, üzünü tamaşaçılara çevirir, başını azca əyir;  2) başqa biri hər iki 
əlini yuxarı qaldırır; 3) ovuclarını birləşdirərək sıxır, əlini yelləyir və s.  
  Böyük kütlə qarşısında çıxış edən natiqlər; dövlət xadimləri və 
deputatların  seçkilər  zamanı  ən  çox  təkrarladığı  jestlər  iki  əli  sıxaraq 
başlarından  yuxarı  qaldırmaq  “sizi  salamlayıram”,  “sizinlə  həmrəyəm”, 
“qələbə bizimdir” deməkdir. 
  Bu jestlər şərti xarakter daşıyır və simvolik adlanır. Eləcə də bir-
birini  uzaqdan  salamlayarkən  görən  şəxslər  yüngülcə  başını  tərpədir, 
yaxud  əlini  yarı  qaldıraraq  yelləyir.  Bu  jestlər  uzaqdan-uzağa 
salamlaşmağa işarə edən jestlərdir.  
  Jestlərin milli xarakteri 
  Əgər təsviri jestlər konkret xarici əlamətlərlə əlaqədardırsa, jest-
simvollar abstraksiya ilə əlaqədar olur. Onların məzmunu bəzən müəyyən 
bir kollektivə, bəzən hər hansı xalqa aid olur. Bu jestlərdən salamlaşma, 
xudahafizləşmə,  təsdiq,  inkar,  susmağa  işarə,  xəyalən  dadlı  bir  şeyi 
xatırlayaraq ağzını marçıldatmaq, həzz almaq zamanı istifadə olunur.  
  Jestlərin milli xarakterini səciyyələndirən bəzi faktları nəzərdən 
keçirək.  Məsələn,  əlin  ovcunun  içini  özündən  əks  istiqamətdə  tutularaq 
iki  aralanmış  barmaq  (şəhadət  və  orta)      Avstraliya,  Yeni  Zellandiya, 
İngiltərə,  Türkiyədə  qələbə  işarəsi  deməkdir.  Ovucun  içərisini  özünə 
tərəf tutaraq iki barmağı (şəhadət və orta) aralamaq jesti “Açıl başımdan” 
ifadəsinə  bərabərdir.  Avropalılar  ovucun  hansı  tərəfə  olmasından  asılı 
olmayaraq  bu  jesti  qələbə  işarəsi  kimi  qəbul  edirlər.  Bu  mənada  əgər 
ingilis təhqiredici jest edərsə, avropalı onun hansı  qələbəyə işarə etdiyinə 
təəccüblənər. Daha başqa bir fakt. Bir çox Avropa ölkələrində isə bu jest 
“2” rəqəminə bərabərdir.  Bu zaman da qəribə mənzərə alınır. Xidmətdən 
narazı ingilis öz narazılığını, qəzəbini avropalı  barmenə bildirmək üçün 
ovcunu  özünə  tərəf  tutaraq  iki  barmağını  göstərirsə  (təhqiedici  jest), 
barmen bu jestə cavab olaraq iki krujka pivə süzür. Yaxud koreyalılarda  
iki çarpazlaşmış barmaq (şəhadət və orta) uğur deməkdir. 
Göründüyü  kimi  ayrı-ayrı  mədəniyyətlərdə  bəzi  jestlərin  mənası 
fərqlənir.  Bununla belə, bütün mədəniyyətlər  üçün  səciyyəvi  üç  tip jest 
formasını ayırmaq olar: 
1)kommunikativ  (salamlaşma,  sağollaşma,  diqqəti  cəlb  etmə, 
qadağan, inkar, sual və s.); 
2)münasibət  və  qiymətləndirmə  (bəyənmə,  təqdir,  narazılıq, 
inanma, inanmama, anlamama və s.); 
3)nitq hökmündə yer alan təsviri jestlər. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə