Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə96/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   92   93   94   95   96   97   98   99   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
264 
 
ixtisarların  obyektiv  mahiyyət  daşıyan  qismi,  bir  qayda  olaraq,  bütün 
insanların  əqli  və  praktik  fəaliyyətlərində  müşahidə  edilir.  Subyektiv 
qismi  isə,  birbaşa  olaraq  insanların  fərdi  imkan,  bacarıq  və  qabiliy-
yətlərindən  asılıdır.  Belə  ki,  bəzi  insanlarda  (məsələn,  dramaturqlarda)-
diskursiv fəaliyyəti nitqə, bəzilərində mətnə (yazıçı, şair və publisistlərdə) 
transformasiya etmək potensialı yüksək səviyyədə inkişaf etdiyi halda, bəzi 
insanlarda  mətni  nitqə  (məsələn,  natiqvə  bədii  qiraət  ustalarında)  və 
diskursa(aktyor  və  rejissorlarda)  çevirmə  potensialı  yüksək  səviyyədə 
inkişaf etmiş olur. 
Tədqiqat obyekti kimi diskursu, nitqi və ya mətni seçməsi baxımından 
dilçilik  elminin  özündə  də  bir-birindən  əsaslı  şəkildə  fərqlənən  dilçilik 
sahələri  və  ya  istiqamətləri  əmələ  gəlmişdir:mətni  tədqiq  edən  təsviri 
dilçilik,  nitqi  tədqiq  edən  funksional  dilçilik  və  diskursu  tədqiq  edən 
koqnitiv dilçilik və onun son mərhələsi hesab edilən linqvo-psixoloji dilçilik.  
Ənənəvi  dilçilikdə  linqvo-psixoloji  prosesin  canlı  və  real  nəticəsi 
olaraq  yaranan  diskurs  tam  şəkildə  araşdırılmır.  Ənənəvi  və  ya  klassik 
yanaşma  üsulu  ilə  bu,  mümkün  də  deyil.  Diskursunsadəcə  nitq  şəklinə 
transformasiya oluna bilən qismi mətn formasına salınır və dilin tədqiqi 
deyərkən,  sadəcə,  belə  mətlərin  müxtəlif  səviyyələr(fonetik,  morfoloji, 
sintaktik  və  s.)  üzrə  təsviri  nəzərdə  tutulur.  Yazılı  mətnlərə  əsaslanan 
təsviri  dilçiliyin  əsas  vəzifəsi  tədqiqat  obyektini  təşkil  edən  mətnin 
fonetik, morfoloji, leksik, sintaktik və s. vahidlərini müəyyənləşdirmək, 
qruplaşdırmaq və sistemləşdirməkdir. Bu deyilənlər təsviri dilçiliyin rol 
və  əhəmiyyətini  qətiyyən  azaltmır.  Belə  ki,  bu  gün  də,  əcnəbi  dillərin 
öyrənilməsi  prosesi,  əsasən,  təsviri  dilçiliyin  nəticələrinə  əsaslanır. 
Təsviri  dilçilikdən  başqa  heç  bir  dilçilik  sahəsi  diaxronik  tədqiqatlar 
aparmağa qadir deyil. Çünki uzaq keçmiş dövrlərə aid olan canlı nitq və 
ya  diskurs  yoxdur.  Ən  yaxşı  halda  onların  yazıya  alınması  nəticəsində 
yaranan mətnlər vardır. 
Təsviri dilçilikdən fərqli olaraq funksional dilçilik artıq mətni de-
yil, nitqi tədqiq etməyə başlamışdır. Funksional dilçiliyin dil səviyyələri 
üzrə apardığı tədqiqatlar funksional fonetikanın, funksional morfologiya 
və  sintaksisin,  yəni  funksional  qrammatikanın  yaranması  ilə  nəticə-
lənmişdir. Hal-hazırda dilçilik elmi praktik tətbiq imkanları kifayət qədər 
məhdud olan təsviri dilçiliyin “şablon” çərçivəsindən azad olmuş, birbaşa 
canlı ünsiyyətin qurulmasına xidmət edən və funksional baxımdan aktiv-
lik daşıyan leksik vahidləri və fonetik, morfoloji, sintaktik qayda və nor-
maları  işlənmə  tezliyinə  uyğun  şəkildə  tədqiq  və  tədris  etməyə  yö-
nəlmişdir. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
265 
 
Dili  sırf  linqvistik  vahidlər  sistemi  hesab  edən  və  öz  tədqiqatlarını 
məhz bu istiqamətə yönəldən ənənəvi dilçiliyin, yəni təsviri və funksional 
dilçiliyin  fəaliyyət  dövrü,  demək  olar  ki,  öz  aktuallığını  itirmək  üzrədir. 
Yaxın gələcəkdə dilin tədqiqi və tədrisi işində total şəkildə linqvo--psixoloji 
metod və modellərin tətbiqinə geniş yer veriləcəyi ehtimal olunur. 
 
Nəticə.Aparılan araşdırma aşağıdakı nəticələrə gəlməyə əsas verir: 
1.  Diskurs  –  yaxın  təmas  bazasında,  yəni  aktiv  və  passiv 
kommunikantın vizual və vokal təmas məsafəsində olduğu zaman reallaşan 
ünsiyyət prosesində yaranır. 
2.  Nitq  –  gerçək    z aman  rejimində  reallaşan  elə  bir  ünsiyyət  prose-
sində yaranır ki, bu zaman aktiv və passiv kommunikantın vokal təmasdan 
başqa, digər təmas imkanları, ümumiyyətlə, mövcud olmur. 
3. Mətn – məkan və zaman baxımından uzaq təmas bazasında, yəni 
aktiv  və  passiv  kommunikantın  vizual,  vokal  və  digər  təmas 
imkanlarından tamamilə məhrum olduğu bir şəraitdə yaranır.  
4.  Nitqdə,  sadəcə,  məkan  baryerini  aşmaq  imkanı  olduğu  halda, 
mətndə tam real olmasa belə, həm zaman, həm də məkan baryerini aşmaq 
potensialı vardır. 
5. Diskurs gerçəkliyin vahidi (Gv), nitq onun birinci sıra gerçəklik 
elementi  (Ge
1
),  mətn  isə  bu  gerçəklik  vahidinə  ekvivalent  olan  dil 
struktur vahidi və eyni zamanda ikinci sıra gerçəklik elementidir (Ge
2
). 
6.  Nitq  diskursda  ifadə  edilən  əsas  fikri,  ona  aid  ton,  intonasiya, 
pauza  və  tembrləri,  eləcə  də,kommunikantın  hiss  və  həyəcanını  əks 
etdirməyə qadirdir.  
7.  Nitq  mətnə  transformasiya  olunarkən,  onun  yazı  işarələri  ilə 
ifadə edilməsi mümkün olmayan qisimləri atılır. 
 
ƏDƏBİYYAT: 
1.  Əsgərov  M.B.  Linqvo-psixologiya  və  ya  dilin  psixologiyası.  Bakı, 
“Elm və təhsil”, 2011, 308 s. 
2.  Əsgərov  M.B.  Linqvo-psixoloji  vəhdət  nəzəriyyəsi.  Bakı,  “Elm  və 
təhsil”, 2015 – 192 səhifə. 
3. Выготский  Л.С. Психология. Москва, “АпрельПресс, ЭКСМО-
ПРЕСС”, 2000. 1008 с. 
4. Солсо Р. Когнитивнаяпсихология. 6-е изд,СПб,Питер 2011, 589 с. 
5.  Леонтьев  А.А.  Язык,  речь,  речеваядеятельность.  Москва, 
“Просвещение”, 1969, 214с.   


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
266 
 
6. ZərbəliyevH. İntellekt obrazları dərketmə və təfəkkür proseslərinin 
realizasiya vasitəsi kimi. (M.B. Əsgərovun“Linvo-psixoloji vəhdət 
nəzəriyyəsi” kitabına rəy s.7-14.)Bakı, “Elm və təhsil”, 2015, 192 s. 
 
Майыл  Аскеров 
Лингво-психологическаясущностьдискурса, речи и текста 
и ихпотенциалвзаимнойтрансформации 
Резюме 
 
В  последние  годы  число  исследований,  относящихся  к  ког-
нитивным и лингво-психологическим проблемам языка, стремитель-
но растет. Многие исследователи признают и утверждают, что язык 
является лингво-психологическим явлением. В этой статье с одной 
стороны  описывается  лингво-психологическая  сущность  дискурса, 
речи и текста, а с другой стороны, исследуется их потенциал транс-
формации. 
 
Mayıl  Asgarov 
Linguistic and psychological essence of discourse, speech, text 
and their potential for mutual transformation 
Summary 
 
In  recent  years,  the  number  of  studies  related  to  cognitive  and 
linguistic-psychological problems of language has been growing rapidly. 
Because,  everyone  recognizes  and  claims  that  language  is  a  linguistic-
psychological  phenomenon.  In  this  article,  on  the  one  hand,  the 
linguistic-psychological essence of discourse, speech and text is descri-
bed. And on the other hand, is explored their potential for transformation. 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə