Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə97/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   93   94   95   96   97   98   99   100   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
267 
 
Mirvari İsmayılova 
ADPU,  
filologiya üzrə elmlər doktoru, professoru 
mirvari.ismayilova@mail.ru 
 
     
 
Ünsiyyətin qeyri-verbal ifadə vasitələri 
 
Açar  sözlər:  kommunikasiya,  qeyri-verbal,  jest,  mimika,  ritmik, 
emosional, işarəedici, təsviri,  simvolik . 
Ключевые слова: коммуникация, невербальный, жест, мими-
ка,  ритмический,  эмоциональный,  указательный,  описательный, 
символичный. 
Key  words:  communication,  non-verbal,  gestures,  facial  expres-
sions, rhythmical, beacon signal, descriptive, symbolical. 
 
Nitq  yalnız  informasiyanın  ötürülməsinə  deyil,  bu  informasiyanın 
kommunikativ  prosesdə  iştirak  edənlərə  təsirini  müəyyən  cəhətləri  ilə 
göstərilməsinə də xidmət edir. 
Söz və dilin başqa vasitələri ilə ifadə olunan informasiya verbal in-
formasiya  adlanır.  Dil  vasitələri  ilə  ifadə  olunmayan,  danışan  və  onun 
danışığın mövzusuna münasibətini göstərən ekstralinqvistik informasiya 
isə  qeyri-verbal  informasiya  adlanır  və  bu  zaman  qeyri-verbal  və  ya  
verbal ifadə vasitələri təzahür edir, ötürülür. 
Insanlar bir-birilə ünsiyyətdə olarkən öz fikirlərini, arzu-istəklərini, 
əhval-ruhiyyələrini  bildirmək  üçün  verbal  (sözlü)  nitqlə  yanaşı,  qeyri-
verbal  (mimika,    jest  və  s.)  vasitələrdən  istifadə  edirlər.  Tədqiqatçılar 
qeyd edir ki, ünsiyyət prosesində qeyri-verbal ifadə vasitələri verbal ifadə 
vasitələrini üstələyir. Ən maraqlısı isə odur ki, jestlər səsli nitqdən əvvəl 
yaranmış  olsa  da,  onlar  yalnız  XX  əsrin  60-cı  illərindən  tədqiqata  cəlb 
edilərək  öyrənilməyə  başlanmışdır.  Bu  sahədə  Djulius  Fast,  Alana  Piza, 
Robert Uatsaydın əsərləri dünyada tanınıb. Lakin jestlərin dili problemi hələ 
Ç.  Darvinin  “Выражение  эмоции  животными  и  человеком  ”    (1872) 
əsərində öz əksini tapmışdır. 
Alimlər  milyona  yaxın  qeyri-verbal  siqnalları  qeydə  almışlar. 
Mütəxəssislərin hesablamalarına görə insanlar yalnız əl hərəkəti ilə 700 min 
siqnal ötürə bilir. 
Qeyri-verbal  ifadə  vasitələri  mənanın  və  emosiyanın  ötürülməsini 
zənginləşdirir,  ünsiyyət  iştirakçıları  arasında  qarşılıqlı  münasibətlərin 
keyfiyyətinə və dəyişməsinə təsir göstərir, bu münasibətləri formalaşdırır. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
268 
 
Qeyri-verbal  ifadə  vasitələrinin  mənası  onlardan  istifadə  edənlərdən, 
kontekstdən, mədəniyyətdən və başqa amillərdən asılı olur. Kommunika-
siya  prosesində  ötürülən  informasiyanın  düzgün  qavranılması  bütün 
vasitələrin nəzərə alınmasını tələb edir. 
  Mimika və jestlər danışan şəxsə öz hisslərini tam şəkildə ifadə 
etməyə  kömək  edir,  onlar  vasitəsilə  müəyyən  etmək  olar  ki,  dialoq 
iştirakçıları nə dərəcədə özünə əmindir, bir-birinə münasibəti necədir. 
  Mimika.  Danışanın,  şəxsin  hisslərinin  başlıca  göstəricisi  onun 
üzünün  ifadəsi,  mimikasıdır.  Alimlər  göstərir  ki,  insan  mimika  ilə 
hisslərini ifadə etmək bacarığı ilə doğulur.  
  Mimikalar  bizə  həmsöhbətimizi,  opponenti  daha  düzgün  başa 
düşməyə, onun hansı hissləri keçirdiyini müəyyən etməyə kömək edir.  
  Yuxarı  qalxmış  qaşlar,  geniş  açılmış  gözlər,  dodaqların  kənarla-
rının aşağı enməsi, yarıaçılmış ağız-təəccübü;  
  aşağı  endirilmiş  və  çatılmış  qaşlar,  alındakı  qırışların  bükülməsi, 
qıyılmış gözlər, qapanmış dodaqlar, sıxılmış dişlər-qəzəbi;  
  endirilmiş  qaşlar,  sönmüş  gözlər,  dodaqların  uclarının  yüngülcə 
enməsi-qüssəni;  
  sakit gözlər, dodaqların kənarlarının qalxması-xoşbəxtliyi bildirir. 
Qeyri-verbal  ifadə  vasitələrinin  etalon  tipləri  mövcuddur:  Məsələn, 
təəccübübildirən etalon formalarının 4 tipi qeyd edilir:  
1)gözlərin  geniş  açılması  (bərəlməsi);  2)ağzın  açılması;  3)qaşların 
yuxarı dartılması; 4)alnın qırışdırılması. 
  Qorxu üçün etalon ifadələrə aiddir: 
1)çığırtı; 2)ağarma; 3)qaçma və ya quruyub qalma; 4)səsin titrəməsi; 
5)qaşların yuxarı dartılması; 6)bədənin titrəməsi; 7)sifətin, ağzın əyilməsi. 
  Tərəf müqabili ilə söhbət edən hər kəs həmsöhbətinin mimikasını 
“anlamağı”,  “oxumağı”  bacarmalıdır.  Eyni  zamanda  bilməlidir  ki,  özü 
mimikalarını idarə etməyi nə qədər bacarır və onlar nə qədər ifadəlidir. 
Bu baxımdan natiqlik sənəti ilə bağlı olan hər kəs öz sifətini öyrənmə-
yə çalışmalı, qaşları, dodaqları, alın hərəkətlərini izləməlidir. Əgər siz tez-
tez  qaşlarınızı  çatır,  alnınızı  qırışdırır,  dodaqları  sıxırsınızsa,  alnınızdakı 
qırışları,  qaş-qabaqlı  baxışları  açmağa  çalışın.  Üzdəki  mimikaların  ifadəli 
olması üçün güzgü qarşısında bəzən məşq də etmək lazım gəlir. Bunun üçün 
müxtəlif  emosionallıqda  olan  (qüssəli,  şən,  gülməli,  faciəli,  xeyirxah, 
həqarətli)  ifadələri  tələffüz  etmək  lazımdır.  Bu  zaman  mimikanın 
emosiyaya uyğun olub-olmadığı müəyyənləşdirilir.  
  Jestlər.  Ünsiyyət  zamanı  həmsöhbətin  jestləri  də  maraq 
doğurur.  Jestlər  informasiyanın  ən  qədim  mübadilə  forması  olmuşdur. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
269 
 
İnsanlar  söhbət  edərkən  çox  müxtəlif  jestlərlə  öz  nitqlərini  müşayiət 
edirlər.   
  Dil uşaqlıqdan öyrənilir, jestlər isə təbii yolla qavranılır və heç 
kim  əvvəlcədən  jestlərin  mənalarını  izah  etmir,  şifrini  açmır.  Bununla 
belə  danışanlar  jestləri  başa  düşür  və  onlardan  istifadə  edir.    Çünki 
jestlərdən elə-belə istifadə olunmur, onlar sözü müşayiət edir, bir növ ona 
yardım edir, bəzən isə onu dəqiqləşdirir, tamamlayır. 
  Təbii  ki,  jestsiz  söylənmiş  “Uşaqlar  bax  burda  oturub”  ifadəsi 
aydın olmaz. Harda oturub: stol arxasında, divanda, televizor qarşısında, 
yoxsa  daha  harda?    Burada  işarə  əvəzliyi  dəqiqləşmə  tələb  edir.  Lakin 
danışan  bu  sözləri  jestlər  ilə  müşayiət  edirsə  (barmaqları  ilə  boynunun 
arxasına  vurursa),  bu  zaman  deyilənlər  məna  kəsb  edir,  yəni  uşaqlar 
bütünlüklə onun hesabındadır, o son dərəcə yüklənib. 
Ünsiyyət prosesində nitqlə jestin üst-üstə düşməsi mümkündür. Bu 
halda  fikir  həm  qeyri-verbal,  həm  də  verbal  (sözlə)  ifadə  vasitəsi  ilə 
reallaşır.  Adresant  həm  “yox”  deyir,  həm  də  əlini  yelləyir.  Bəzən  nitq 
prosesində jestlə verbal ifadənin mənaca fərqlənməsi yalanı göstərir.  
Müxtəlif  mədəniyyət  və  dil  daşıyıcılarının  emosional  vəziyyətləri 
gərginləşdikcə jestlərdən istifadə artır. 
  Demosfen  yaxşı  natiq  olmaq  üçün  nə  lazımdır  sualına,    belə  
cavab verir: “Jestlər, jestlər və jestlər”. 
  Təsadüfi  deyil  ki,  hələ  antik  dövr  ritorikalarında  jestlərə  aid 
xüsusi  bölmələr  ayrılırdı.  Natiqlik  sənətinin  nəzəriyyəçiləri  də  jestlərə 
xüsusi  əhəmiyyət  verirdilər.  A.F.Koni  “Lektorlara  məsləhətlər”ində 
yazırdı: “Jestlər nitqi canlandırır, amma onlardan ehtiyatla istifadə etmək 
lazımdır.  İfadəli  jest  (yuxarıya  qaldırılmış  əl,  sıxılmış  yumruq,  cəld  və 
çevik hərəkət və s. ) ifadənin və ayrıca sözün (burada jest tonla birlikdə 
fəaliyyət  göstərərək,  nitqin  təsirini  ikiqat  artırır)  məna  və  məqsədinə 
uyğun  olmalıdır”.  Tez-tez  təkrar  olunan,  yeknəsəq,  təlaşlı,  kəskin  əl 
hərəkətləri isə xoşagəlməz, bezdirici, zəhlətökən və qıcıqlandırıcı olur. 
  Göründüyü  kimi  Koni  jestin  nitqdəki  rolunu  aydınlaşdırır:  jest 
fikri dəqiqləşdirir, onu canlandırır, sözlərlə əlaqəli şəkildə olduqda onun 
emosional  səslənməsini  gücləndirir,  nitqin  daha  yaxşı  qavranılmasına 
təsir edir. A.F.Koni eyni zamanda qeyd edir ki, heç də bütün jestlər xoş 
təəssürat  yaratmır.  Əgər    şəxs  danışan  zaman  qulağını  çəkir,  burnunun 
ucunu silir, tez-tez qalstukunu düzəldir, düymələri ilə oynayır, bir sözlə 
hansısa sözün mənası ilə əlaqəsi olmayan mexaniki jestləri təkrarlayırsa, 
bu heç də xoş təəssürat yaratmır.  


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə