Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə101/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   97   98   99   100   101   102   103   104   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
278 
 
artikulyasiyaya  görə  fərqlənir.  Yazılı  nitq  aydın  (asan  oxunan),  ya  da 
qəliz  (çətin  oxunan),  böyük,  yaxud  kiçik  həcmli  ola  bilər.  Yəni,  nitqin 
maddiliyini  müxtəlif  nümunələrlə  təsvir  etmək  mümkündür.  Nitqdən 
fərqli olaraq, dil daha ideal hesab olunur, çünki o, nitqdən kənarda, yalnız 
danışan  adamın  təfəkküründə  mövcuddur,    yaxud  məyyən  hissəsi 
müxtəlif  lüğətlər  (birdilli,  ikidilli,  sahə,  izahlı  və  s.)  və  yaddaş  (sorğu) 
kitablarında  cəmlənib.    Nitq,  bir  qayda  olaraq,  fərdin  –  yazan  və  ya 
danışanın  fəaliyyətini  əks  etdirir,  dil  insanın  müxtəlif,  rəngarəng 
xüsusiyyətlərinin  təcəssümüdür.  Bu  səbəbdən  də  nitq  həmişə 
subyektivdir,  yazan,  yaxud  danışan  öz  nitqinin  məzmununu  təyin  edir, 
fərdi  düşüncəsini  və  təcrübəsini  ərsəyə  çıxarır.  Dil  isə  ifadə  sistemidir, 
kollektiv  təcrübədə  qazanılır,  həmin  dildə  danışan  xalqın  mentalitetini 
əks etdirir. Nitq fərdi olsa da, dilin bütün imkanlarından istifadə etmək 
mümkün  deyil,  insanlar  lazımi  şəraitdə  müvafiq  bildikləri  sözlərdən 
yararlanır, ünsiyyət zamanı öz bilik və söz ehtiyatlarına əsaslanırlar. Nitq 
danışan  adamın  psixoloji  vəziyyətindən  asılı  olaraq,  onun  kommunikativ 
vəzifəsini  həyata  keçirir,  bu  həmsöhbətin  səmimiyyətinə  uyğun  şəkildə 
müşayiət olunur. Ola bilər ki, söz, hətta cümlələr  intonasiyaya görə fərqli 
səslənsin, müvafik vəziyyətdə başqa məna kəsb etsin. 
Cümlə  qurarkən  ünsiyyət  vahidi  kimi  çıxış  edən  dil  nitqə  çevrilir. 
M.M.Baxtin bu prosesi müəyyən sərhədlərə ayırır: “Cümlə dil vahidi olaraq, 
qrammatik xüsusiyyət daşıyır, buna qrammatik sərhəd, qrammatik bitkinlik 
və  vahidlik  deyilir;  deyiliş  qaydasından  asılı  olaraq,  öz  məqsədini  həyata 
keçirmək  üçün  stilistik  xüsusiyyət  kəsb  edir”  (1,  7-8).  Cümlə,  dil  vahidi 
olaraq,  ünsiyyət  quran  tərəflərin  nitq  aktları  ilə  məhdudlaşmır,  fikir 
bütövlüyünü  tam  əks  etdirməsə  də,  həmsöhbətlərin  qarşılıqlı  mövqeyini 
ifadə  edir.  Öz  növbəsində,  fikir  cümlələrdə  nitq  məzmununa  görə 
fərqlənir, yəni başqalarının dediklərinə hesablanmasa da, həmsöhbət ona 
ünvanlanan  fikrə  aktiv  şəkildə  cavab  vermək  mövqeyində  olur.  Fikir 
məna bütövlüyü kəsb edir və digər nitq amilləri ilə birlikdə lazımi ifadə 
gücünə  malikdir.  Humboldt  haqlı  olaraq  yazır:  “Dil  fikri  təşkil  edən 
orqandır. Tamamilə ruhi, dərin daxili və izsiz keçici olan əqli fəaliyyət 
nitq  vasitəsilə  materiallaşır  və  hissi  qavramaq  üçün  mümkün  olur. 
Təfəkkür  və  dilin  fəaliyyəti  buna  görə  bölünməz  vahid  təşkil  edir”  (2, 
23).  Lakin dil təkcə nitq  amilləri ilə məhdudlaşmır, eyni zamanda qeyri-
dil  (qeyri-söz,  yaxud,  qeyri-şifahi,  qeyri-yazılı  və  s.)  növləri  də  nəzərə 
alınır: səs, intonasiya, hərəkət, mimika, poza, vəziyyət və s. Əgər nitqdən 
ünsiyyət prosesi kimi danışırıqsa və mətni nitqin bir forması kimi qəbul 
ediriksə, bu hədd prinsipi dil ilə ümumi məna daşıya bilməz, çünki mətn 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
279 
 
dil  kimi  heç  bir  halda  müstəqil  ola  bilmir,  mətn  məhz  dil  çərçivəsində 
nitqdə  yaranır:  nitq  xarici  (ifadə  edilmiş,  yaxud,  yazılmış)  və  daxili 
(başqalarının eşidə, görə bilmədiyi) formalarda ola bilər. Daxili nitq bizə 
düşüncələrimizi,  fikrimizi  ifadə  etmək,  öz-özümüzlə  danışmaq,  daxili 
qərarlarımızı vermək (səssiz nitq), eyni zamanda yaddaşımızı təzələmək, 
xatırlamaq üçün gərəkdir. Xarici nitq müxtəlif nitq formaları ilə təsdiqini 
tapır, məsələn, çıxış, məruzə, mühazirə, vidalaşma və s. Nitq mətni bu və 
ya digər şəkildə müəyyən funksional üslublardan yararlanır: elmi, rəsmi, 
işgüzar,  publisistik,  bədii,  məişət  və  s.  Nitq  mətn  kimi  lazımi  şəraitdə 
ifadə edilir, əhəmiyyətinə, gerçəklik və yanaşma mövqeyinə görə  (doğru 
- müəyyən qədər doğru - yalan) dəyərləndirilir. Nitq və mətn həm estetik 
(gözəl - çirkin - iyrənc), həm də etik (yaxşı - pis) və s. funksiya daşıyır. 
Dilin  bütün  funksiyaları  nitqlə  ifadə  olunur,  lakin  nitq  bu  prosesdə  ye-
ganə vasitə deyil. Nitq özündə hər zaman fərdin yaradıcı fəaliyyətini ifa-
də  edir,  ona  görə  də  dəyərləndirməyə  ehtiyac  duyur  və  bu,  dil  ilə  mü-
qayisədə tamam  fərqli mənada  qəbul  edilir; nitqə  daha  çox  mədəniyyət 
anlamı kimi yanaşdıqda özünü doğruldur.      
Dil və nitq fərqli anlayışlar olsalar da, qeyd etdiyimiz kimi, bir-biri 
ilə sıx bağlıdırlar - nitq  dilin işlək formasıdır və daim fəaliyyətdədir. Dil, 
birmənalı,  nitqlə  ifadə  olunur,  nitq  təsadüfi  hallarda  danışıq  dilini  əvəz 
edə bilmir (müqayisə et: M.Füzulinin məşhur beyti: Eyləsən tutiyə ədəbi 
kəlimat; Nitqi insan olur, əmma özü insan ola bilməz).  Nitq və dil bir-
biri ilə o qədər sıx bağlıdırlar ki, bəzən bu hadisələri ayırd etmək çətin 
olur. Məsələn, “dil təcrübsəi”, “dil daşıyıcısı” anlayışları bu və ya başqa 
dillə  müqayisədə  aydın  olur.  İnsanın  dil  anlayışlarının  əsasında    onun 
bilik və bacarıqları dayanır, konkret şəxsə aid olduqda “dil təcrübəsi” və 
“dil  daşıyıcısı”  nitq  düşüncəsidir.  Bu,  müstəsna  halları  nəzərə  almaqla, 
dil  və  nitqin  ayrı  mövcud  ola  bilmədiyinə  sübutdur.  Yüksək  nitq  mə-
dəniyyətinə  yiyələnmək  üçün,  ilk  növbədə,  nitqin  tərkib  hissəsi  olan 
şüurlu və məqsədyönlü fəaliyyət müəyyənləşdirilməlidir; mədəniyyət hər 
zaman  şüurlu  şəkildə  nəyi  tətbiq  etməyi,  nədən  boyun  qaçırmağı 
müəyyən edir.  
Hər bir insan tarixi zəmində mədəniyyətə qarışır, eyni zamanda hər 
kəs fərdi şəkildə mədəniyyətin ona da məxsus olduğunu dərk edir, lakin 
mədəniyyətin  fundamental  səviyyəsi  dillə  formalaşır.  Dil  daşıyıcısı 
insandır  və  o,  dialektik  qanunlarla  dili  zənginləşdirir,  təkmilləşdirir, 
mənəvi  yaradıcılıqla,  şüurlu  və  məqsədyönlü  fəaliyyəti  ilə  sərbəst 
mətnlər yaradır, fikrini izah edir. Dil və nitq haqqında bilik və bacarıqlar 
nitq mədəniyyətinin mahiyyətini anlamağı, yüksək səviyyəli mədəniyyətə 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə