Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə102/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   98   99   100   101   102   103   104   105   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
280 
 
gedən yolu dərk etməyi öyrədir. Dildəki bütün münasibətlərin məcmusu 
onun  ünsiyyət  vasitəsi  olmasıdır,  bu  isə  onun  ictimai  vəzifəsini 
şərtləndirir. Lakin dildən başqa da ictimi hadisələr mövcuddur. Bəs, dil 
başqa  ictimai  hadisələrdən  hansı  keyfiyyətləri  ilə  fərqlənir?  İşarəvi 
səciyyəsi ilə:  
1.Dil  –  işarələr  sistemidir,  müəyyən  anlayışı  ifadə  edən  sözdür, 
verilmiş  məzmunun  ifadəsi,  səs cildidir.  O  zaman  dil  olur  ki,  bu  və  ya 
digər səs, söz, cümlə  məna, işarələr müəyyən bir fikir bildirir. Məsələn, 
Azərbaycan  dilindəki  bəli  və  xeyr  səsləri  konkret  məna  kəsb  edir  və 
müvafiq intonasiya ilə razılıq və narazılıq əlamətini bildirirlər.  
2.Dil – işarələr sistemidir, tam şəkildə funksionallaşır; işarələr ayrı-
ayrılıqda  sadəcə  səsdir,  amma  konkret  məqsəd  üçün  birləşdikdə  vahid 
forma alırlar. Hər bir işarə tamın bir parçasıdır.  
3.Dil – işarələr sistemidir; siqnifikativ funksiyaya malikdir, müəy-
yən predmet və ya real hadisə haqqında fikir mübadiləsinə xidmət edir. 
Hər  bir  işarə  nəyisə  təmsil  edir,  buna  reprezintasiya  deyilir.  Bu  yalnız 
insana  xasdır,  idraki  və  kommunikativ  fəaliyyəti  üçün  mühüm  vasitədir. 
İşarə  dedikdə  dilçilikdə  siqnallar,  simvollar  yox,  dil  nomenklaturaları 
nəzərdə tutulur. Onlar iki formada olur: ideal - səs, yazı şəklində və maddi. 
Hər  bir  dil  işarəsi  forma  və  məzmuna  malikdir.  Dil  işarəsi  danışanların 
şüurunda  mənalar  və  hissi  obrazlar  şəklində  mövcuddur,  ünsiyyət  vasitəsi 
kimi  insanlara  xidmət  edir.  İşarələnənlərin  əlaqəsi  qeyri-ixtiyari,  şərtidir, 
motivləşməmişdir  –  bu,  semiotik  prinsipdir.  Dil  işarələri  ekstralinqvistik 
faktorların  (məsələn,  dialektizmlərin),  həm  də  dil  daşıyıcılarının  təsirinə 
məruz qalır. İşarənin yaşama hüququ ənənə ilə bağlıdır. Linqvistik işarələr 
maddi və mənəvi fəaliyyətin məhsuludur və qapalı səciyyəlidir. Dünyanın 
dərk olunması yalnız dil formasında təzahür edir.  
4.Dil – təbii işarələr sistemidir, bu işarələrin əsas vahidi sözdür, belə 
ki,  dil  işarəsi  şüurda  əqli  obraz,  qrafik  şəkildə,  akustik  qavramada  özünü 
göstərir. Əsas işarə - sözdə məna və akustika vəhdət təşkil edir. Ferdinan 
de Sössür anlayışla akustik obrazın birləşməsini işarə adlandırır (3, 145). 
V.F.Humboldtun  fikrincə,  dildə  həlledici  faktor  səslərin  bolluğu  deyil, 
daha  çox  əksinə,  nitqi  qurmaq  üçün  lazim  olan  səslərin  miqdarının 
əhəmiyyətli  dərəcədə  ciddi  məhdudluğu  və  onlarin  arasinda  düzgün 
müvazinətdir  (2,  105).  Söz  işarəsinin  ünsiyyət  prosesində  xüsusi  rolu 
vardır.  Söz  işarəsində  fikri  fəaliyyətlər  –  eyniləşdirmə  və  diferensial-
laşdırma həmişə çarpazlaşır. Bu işarə nominativ dəyərlərə (yəni, əşya və 
hadisələri,  onların  əlamət  və  keyfiyyətlərini  adlandırması)  və  sintaktik 
valentliyə (sintaqmatik sırada müxtəlif leksik əlaqələrə) malikdir. Məhz 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
281 
 
bu iki funksiya ilə söz işarələri əsas və köməkçi adlara bölünürlər (bax: 4, 
83-84).  F.de.Sössür  insanın  danışmaq  qabiliyyətini,  bacarığını  nitq 
fəaliyyəti  adlandırır.  Nitq  fəaliyyətini  daxili  nitq  və  nitq  deyə  iki  yerə 
ayırır.  Müəllifin  fikrincə,  nitq  aktı  elə  nitqdir.  Daxili  (psixi)  və  xarici 
(səs)  cəhətləri  ilə  fərqlənən  nitq  həm  fərdi,  həm  də  sosial  mahiyyət 
daşıyır.  Dil  nitq  fəaliyyətinin  mühüm  hissəsidir.  Dil  anlayışı  da  dil 
fəaliyyəti  mənasına  uyğundur;  dil  qapalı,  bütövdur,  hadisələri  təsnif 
etmək üçün bazadır. Dil fəaliyyətində nitq aktları yaranır -  hər nitq aktı 
ən  azı  iki  şəxsin  iştirakını  nəzərdə  tutur.  Dil  nitq  təcrübəsi  vasitəsilə 
ictimai  kollektivə  mənsubdur,  fərdlərin  məcmusunda  qrammatik 
sistemdir,  yəni  tam  halda  fərdlərdə  yox,  kollektivdə  mövcuddur.  Dil 
danışanın fəaliyyəti yox, passiv surətdə qeyd etdiyi hazır məhsuldur; heç 
vaxt qabaqcadan nəzərdə tutulmur, ondan şüurlu şəkildə istifadə olunur. 
Əksinə,  nitq  idrakın  fərdi  aktıdır,  danışan  öz  fikrini  ifadə  etmək 
məqsədilə istifadə etdiyi dil kombinasiyalarını fərqləndirir.  
Dil nitq aktları bolluğunda əsasdır; nitq qabiliyyətini itirmiş adam 
belə dili mühafizə edir, çünki eşitdiyi dil işarələrini başa düşür. Nitqdən 
fərqli  olaraq,  dil  sərbəst  öyrənilə  bilir.  Nitq  təbiətinə  görə  bircinsli 
hadisədir,  onda  mühüm  olan,  qeyd  etdiyimiz  kimi,  məna  və  akustik 
obrazların birləşməsidir. Dil nitqdən fərqli olaraq konkretdir; dil işarələri 
mahiyyətcə  psixi  olsa  da,  onlar  mücərrəd  deyil,  kollektiv  razılıqla 
möhkəmləndirilmiş, assosiasiya ilə beyində lokallaşdırılan reallıqdır. Dil 
işarələrini  yazıda  şərti  işarələr  vasitəsilə  təsbit  etmək  mümkündür.  Dil 
sosialdır - şərtidir, mənsub olduğu fərdin şüurunda potensial surətdə möv-
cud  olan  leksik  və  qrammatik  sistemdir,  nitq  isə  fərdidir,  psixi-fizioloji 
prosesdir. Müəyyən qrup danışanlar mövcud olmadıqda, dil də yaşamır – dil 
o dildə danışan fərddən asılı deyil, fərd dili hazır şəkildə mənimsəyir. Nitq 
dil  vasitəsilə  fərdin  öz  fikrini  ifadə  etmək  aktıdır.  Bütün  dil  dəyişmələri 
nitqdə baş versə də, bu dəyişikliklər dilin səs sistemini dəyişmir. F.de.Sö-
ssürə görə, dil kollektiv razılıqla təsdiq edilmiş və məcmusu dili təşkil edən 
assosiasiyalar, beyində yerləşən reallığın mahiyyətidir. Nitq isə fərdi ifadə 
və qavrama aktıdır. Nitq subyektin şəxsi fikirlərini ifadə etmək məqsədilə dil 
kodeksləri kombinasiyası, onları obyektivləşdirməyə imkan verən psixoloji 
mexanizmdir.  Nitq  insanların  danışdıqlarının  cəmidir,  danışanların 
iradəsindən asılı olan fərdi kombinasiyalar və onları həyata keçirmək üçün  
zəruri olan danışma aktlarıdır. Ona görə də nitqdə kollektiv olan heç bir 
şey yoxdur, onun təzahürü fərdi və anidir. Nitqin başa düşülməsi və icra 
edilməsi  üçün  dil  zəruridir  -  dil  nitqin  həm  aləti,  həm  də  məhsuludur. 
Nitq ayrıca fərd tərəfindən törənir, dil əvvəlki nəsillərin miras qoyduğu 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə