Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə86/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   82   83   84   85   86   87   88   89   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
242 
 
imkansızdır.  Amma  onlar  empirik  realizm  prinsiplərinə  əsaslanan 
semantik nəzəriyyənin qurulmasında faydalı ola bilər [5, s.282]. 
Mental məkanlar nəzəriyyəsinin yüksək izahedici potensial bir sıra 
tədqiqatçılar tərəfindən qeyd edilmişdir. Məsələn, İ.Svitserə [20] görə o, 
təkcə  referensiya  problemlərinə  deyil,  habelə  polisemiyanın  təsvirinə 
tətbiq  edilməlidir.  Bu  zaman  koqnitiv  linqvistikada  metaforik 
köçürmələrin 
əsaslı 
surətdə 
işlənib-hazırlanmış 
mövzusu 
məhdudlaşdırılmamalıdır.  Məqalələr  toplusu  [21]  J.Fokonyenin 
konsepsiyasının mümkün tətbiqatı haqqında təsəvvürləri genişləndirdi. 
Müəllifin özü referensiya və həqiqət məsələləri ilə bağlı mürəkkəb 
fəlsəfi məsələləri həll etməyi məqsəd kimi qarşısına qoymamışdır. O öz 
əsas  xidmətini  onda  görür  ki,  ən  müxtəlif  dil  materiallarının  sayəsində 
(presüppozisiya,  irreal  şərtli  cümlələr,  when  bağlayıcılı  budaq  cümlələr 
və  s.)  köhnə  problemlərə  yenidən  baxmaq,  keçmiş  üsullardan  imtina 
edərək  onları  yeniləri  ilə  əvəzləmək  ona  müyəssər  olmuşdur  [3,  s.152–
159]. 
J.Fokonyenin  nəzəriyyəsini  yüksək  qiymətləndirən  C.Dinsmor 
onun  əhəmiyyətini  belə  qiymətləndirirdi  ki,  “bu  nəzəriyyədə  koqnitiv 
faktorların, biliyin təşkili prinsiplərinin, hər şeydən əvvəl, tez-tez dəqiq 
olmayaraq  təbii  dilin  “məntiqi”  adlandırılan  həmin  sahənin  semantik 
interpretasiyasının  prosedur  strategiyalarının  rolu  təzahür  edir”  [22, 
s.358]. O belə davam edirdi: “...demək olar ki, kvantor və modallıq kimi 
daha  aşağı  səviyyəli  strukturların  semantik  interpretasiyası  üçün  bu 
faktorların  mühümlüyünü  təsdiq  edən  əsər  yoxdur.  Conson-Lerdin 
mental  məntiq  doktrinası,  dil,  mühakimə  və  şüurun  koqnitiv  dərki 
haqqında maraqlı məlumatları ehtiva edən kitabı [23]  gözəçarpan istisna 
təşkil  edir.  Buna  müvafiq  olaraq  hazırkı  problemlər,  başlıca  olaraq, 
formal məntiqin semantik ideyaları əsasında dərketmə prosesinin özünü 
nəzərə  almadan  tədqiq  olunur,  belə  ki,  dil  təmiz  formal  sistem  kimi 
nəzərdən  keçirilir.  Conson-Lerdin  əsəri  kimi  J.Fokonyenin  əsəri  də  bu 
ənənədən  radikal  şəkildə  uzaqlaşır.  Bu  zaman  qeyd  etmək  lazımdır  ki, 
J.Fokonye  bu  problemlərin  daha  sadə  və  inandırıcı  izahını  verir”  [10, 
s.175]. 
ABŞ-ın  Prinston  Universitetinin  professor  Conson  Lerd  “Mental 
models  and  cognitive  change”  adlı  məqaləsinə  belə  başlayır:  “1970-ci 
ildə  Artur  Fray  böyük  bir  sənaye  şirkətində  mühəndis  işləyirdi.  Onun 
həmkarı  Spenser  Silver  yeni  bir  yapışqan  ixtira  etdi.  Lakin  faydasız 
görünən bu yapışqan o qədər zəif idi ki, bir kağız parçasını digərinə güclə 
yapışdıra  bilərdi.  Bir  bazar  günü  Fray  kilsədə  xor  oxuyanların  arasında 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
243 
 
idi. O, oxunan himnləri kiçik kağız parçalarından ibarət öz ilahi nəğmələr 
toplusunda  qeyd  edirdi.  Amma  kağızların  tökülməsindən  narahat  olan 
Frayın  moizə  zamanı  ağlına  belə  bir  fikir  gəlir:  S.Silverin  yapışqanını 
kağız  parçasının  üzərinə  qoymaqla  mükəmməl  bir  kitab  nişanı 
düzəltmək.  Həm  də  bu,  yerində  yapışdırılar  və  səhifəni  korlamadan 
soyula  bilərdi.  Bu  minvalla  Post-it  (yapışqanlı  qeyd  kağızı)  meydana 
gəldi.  Şeylər  bir  anda  cənab  Fraya  eyni  tərzdə  göründü,  amma  bir  göz 
qırpımında  onun  ağlı  tamamilə  dəyişdi.  Belə  koqnitiv  dəyişmələr  
Koqnitiv  Psixologiya  jurnalının  xüsusi  buraxılışının  mövzusu  oldu. 
Buraxılışın redaktorları mövzunu fərdi məqalə kimi verməyimi məndən 
xahiş etdilər” [24, s.131]. 
Müəllif  koqnitiv  dəyişməni  anlamağın  yolunun  təfəkkürün  bəzi 
aspektlərinin  dərkindən  keçdiyini  söyləyir.  Bəs  ağıl  belə  ardıcıllıqları 
necə törədir? Bu problem haqqında düşünməyin faydalı üsulu kompüter 
proqramına  müraciət  etmək  sayılır.  Bütün  hallarda  insan  ağlı 
proqramların  ehtiva  etdiyi  məlumatlara  malikdir.  Mental  məlumatlar 
müvəqqəti  təfəkkür  qavrayışından,  həmçinin  uzunmüddətli  bilik  və 
inanclardan  ibarət  ola  bilər.  “Bu  məlumatlar  daha  çox  inrospektivdir. 
Lakin ağlımızın bu məlumatlardan faydalanan “proqramları” vardır. Bu 
proqramlar  şüur  üçün  əlçatmazdır.  Lakin  onların  köhnə  düşüncələrdən 
yenisini  yaratmaq  üçün  mövcud  olması  şərtdir.  Eyni  zamanda, 
məlumatlardan  xəbərdar  olmağımıza  baxmayaraq,  şüurumuzun  onları 
necə  təqdim  etməsini  heç  də  həmişə  bilmirik.  Proses  və  təsəvvür 
məsələləri  psixoloji  səciyyə  daşıyır:  koqnitiv  psixologiyanın  hədəfi 
onların  əlçatmazlığından  çıxış  edərək  həmin  proses  və  təsəvvürlərin 
xüsusi xarakterini aşkarlamaqdan ibarətdir” [yenə orada].  
Mental  modellər  nəzəriyyəsinin  mənşəyini  haqqında  müxtəlif 
fikirlər mövcuddur. Görkəmli amerikan məntiqçisi Çarlz Sanders Pirsin 
mühakiməsinin  sxematik  təsvirlərində  belə  bir  nəzəriyyənin  işartıları 
vardır.  O  yazırdı  ki,  “…bunlar  gözümüz  önündə  hərəkətin  canlı 
təsvirlərini  təqdim  edir”  [25,  4-cü  cild,  &8].  Faktiki  olaraq,  XIX  əsrin 
bəzi fizikləri, o cümlədən Kelvin, Bolsman və Maksvel mental modellər 
ideyası  haqqında  qabaqcadan  fikir  söyləmişlər.    C.Lerd  XX  əsrin 
tanınmış  psixoloq  və  fizioloqu  Kennet  Kreykə  (26,  5-ci  fəsil)  istinadən 
yazırdı:  “Əgər  orqanizm  öz  başında  xarici  gerçəkliyin  və  öz  mümkün 
hərəkətlərinin  “kiçik  modelini”  daşıyırsa,  o,  müxtəlif  alternativləri, 
həmçinin  onlardan  ən  yaxşısını  sınaqdan  keçirə,  gələcək  situasiyalar 
haqqında  qabaqcadan  xəbər  verə,  hazırkı  dövrlə  gələcəyə  münasibətdə 
keçmiş  hadisələrin  təqdim  etdiyi  biliklərdən  yararlana  və  üzləşdiyi 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə