Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə89/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   85   86   87   88   89   90   91   92   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
248 
 
məqsədyönlülük və unikallıq. Məsələn, M.Törner bunu yuxarıda verilmiş 
misal  əsasında  belə  izah  edir:  “...mental  şəbəkədə  mənim  hava 
limanından qaynımı və onun ailəsini götürməyim Mən-ə (I) uyğun gələn 
həmin  mental  məkanların  bəzisinin  elementi  olacaq  və  həmin  mental 
məkanların  hamısındakı  bütün  elementlər  eynilik  əlaqələri  ilə 
birləşəcəkdir.  Hava  limanındakı  pikap  zamanı  Şükran  bayramı  ilə 
əlaqələndirir.  Belə  ki,  pikap  müvafiq  surətdə  hamımızın  bayram  etdiyi 
mental  məkana  münasibətdə  zamanı  qabaqlayır.  Bununla  belə,  pikap 
danışıq  anında  danışanın  mental  məkanına zaman  konnektoru  vasitəsilə 
bağlanır. Buradan da pikap, danışıq anına nisbətən daha sonraya aiddir. 
Hava  limanındakı  pikapın  mental  məkanı  bayramı  qeyd  etdiyimiz  evə 
məkan konnektoru vasitəsilə bağlanır. Beləliklə, anlayırıq ki, hava limanı 
evdən  məkani  uzaqlıqda  yerləşmişdir.  B.Densaycer  və  İ.Svitser  başqa 
nümunələr  əsasında  həyati  əlaqələri  interpretasiya  etməyə  çalışmışlar 
[41, s.1-2; 43, s. 84-87]  .  
Blend. Viki Li özünün Beyond Behaviorism adlı əsərində struktur 
və  mahiyyətdən  [44,  s.119-135]  bəhs  etdiyi  bölümdə  Van  Meysenə 
istinadən  yazır  ki,  başlanğıc  nöqtə  o  deməkdir  ki,  heç  bir  şey  əvvəlcə 
müşahidə  olunmadan  qabaq  konseptuallaşmır  və  heç  bir  şey 
konseptuallaşmadan  əvvəl  müşahidə  olunmur.  Beləliklə,  elm  müşahidə 
və  abstraksiyanın  möhkəm  inteqrasiyasından  başlanır,  çünki  başlanğıc 
nöqtənin  konkret,  yaxud  mücərrəd  olmasını  müəyyənləşdirməyə 
çalışaraq  heç  nə  əldə  etmirik.  Deməli,  metanəzəriyyə  mənasında 
nəzəriyyə  lap  başlanğıcdan,  hətta  iki  və  daha  çox  qaydanın  konseptual 
inteqrasiyası  kimi  nəzəriyyələrin  mövcud  olmadığı  halda,  mövcuddur 
[44, s.124].  
Blend mental məkanların mental şəbəkədəki qarışığından meydana 
gələn  mental  məkandır.  Blend  koqnitiv  cəhətdən  müasir  insan  ağlının 
əsasıdır. Buna baxmayaraq, o, nə abstraksiya, nə analogiya, nə də ümumi 
mənada adlandırılmış və tərif edilmişdir. Blend yeni mental məkandır. O, 
mental şəbəkə daxilində fərqli mental məkanlardan bəzi elementləri əhatə 
edir, həmin məkanlardan əxz olunmuş yeni xüsusi mənanı inkişaf etdirir. 
Yeni məna blenddə təzahür edir. Məsələn, fərz edək ki, mən deyirəm: My 
brother-in-law,  the  stockbroker,  lives  in  San  Francisco.    The  stock 
market  opens  on  the  East  Coast  at  9:30am,  but  at  that  moment,  it  is 
6:30am on the West Coast.  So my brother-in-law must awaken every day 
at  about  5  in  the  morning  if  he  is  going  to  be  awake  enough  to  start 
serious and risky work at 6:30am.  If I were my brother-in-law, I would 
be miserable. Bu parça mental məkan qurmağı və bir çox mental məkanı 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
249 
 
və kiçik ideyaları birləşdirməyi tələb edir. Əqli  surətdə qurulması  tələb 
olunan  məkanlardan  biri  danışan  haqqında,  qayın  (brother-in-law) 
barəsində  düşündüyümüz  bəzi  şeylərə  nüfuz  edən  bir  insanın  olduğu 
mental  məkandır.    Blenddəki  bu  şəxs  yeni  ideyalara  malikdir.  Blendin 
daxilində  danışanın  şəxsi  eyniliyinə  (identifikasiyasına)  malik,  lakin 
danışanın işinə aid olmayan bir element vardır. O, danışanın emosiyaları, 
qayının  kompetensiyası  və  əməyi  ilə  səciyyələnir.  Bu  element  heç  də 
mental şəbəkədə hər hansı başqa məkandan əldə olunmamışdır. O, blend 
üçün unikaldır. Burada yalnız blenddə təzahür edən yeni bir ideya vardır. 
I-am-my-brother-in-law yeni bir ideyadır və çox mürəkkəbdir. 
Blend mental şəbəkədə digər məkanlardan əldə edilməyən bir çox 
elementlərə  və  xüsusiyyətlərə  malikdir.  Qaynı  olan  (San-Fransiskoda 
yaşayan,  saat  5:00-da  yuxudan  qalxan  və  s.)  mental  məkanlarda  o, 
uğursuz deyildir. Mənə sahib olan mental məkanda mən uğursuz deyiləm. 
Amma blenddə uğursuz bir insan vardır. Bu insan blenddə meydana çıxır 
Qarışıq məkanı ehtiva edən mental şəbəkə daha çox “konseptual inteqrasiya 
şəbəkəsi”, yaxud “blend şəbəkəsi” adlanır [41, s.2]. 
Proyeksiya.  Mental  məkanlardan  blendə  daxil  olan  element  və 
əlaqələr  proyeksiya  (projections)  adlanır.  Blendə  doğru  bu  proyeksiyalar 
həmişə hissəvi, ya da seçici olur. Məsələn, If I were my brother-in-law, I 
would  be  miserable  cümləsi  üçün  biz  danışan  haqqında  bildiklərimizin 
yalnız  kiçik  bir  hissəsini  blenddə  əks  etdiririk.  Biz  danışanın  hazırkı 
məşğuliyyətini müzakirə etmirik, çünki həmin vaxt o, birja makleri olmaya 
bilərdi.  O  cümlədən  danışanın  hazırda  Klivlenddə  yaşamasını  da  əks 
etdirə  bilmərik.  Biz  mental  məkandan  birja  maklerinin  vasitəsilə  birja 
maklerinin rolunu əks etdiririk. Hətta onun San Fransiskoda yaşaması və 
hər gün saat 5-də  yuxudan durması mümkündür (living inSan Francisco 
and accordingly rising every weekday at 5am). Əlbəttə, buraya qayının 
fiziki görünüşü, yaxud onun ailə münasibətləri və s. daxil deyildir (Əks 
təqdirdə,  blenddə  mən  özümün  xüsusi  qayınım  olmalıydım  ki,  bu  da 
tabudur) [41, s.2; 45, s.6-10]. 
Blenddə və mental şəbəkədə emergent struktur. Emergent struktur 
anlayışı  son  onilliklər  ərzində  müxtəlif  elm  sahələrində  mühüm 
əhəmiyyət  kəsb  etməkdədir.  Əsas  fikir,  bəzi  təməl  konstruksiyaya  görə 
yaradılmış  tutarlı  bir  struktur  kimi  təzahür  edən  şeyin,  əslində,  lokal 
prinsiplərə  müvafiq  olaraq  işləyən  və  nəticə  qismində  yaxşı 
planlaşdırılmış  bir  struktur  yaradan  sadə  mexanizmlərin  çoxsaylı 
tətbiqinin və ya qarşılıqlı təsirinin nəticəsi ola bilər.  


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə