Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə85/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   81   82   83   84   85   86   87   88   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
239 
 
əsərində təsvir olunan idealizə edilmiş koqnitiv modellərin bir hissəsini 
təşkil edir [10, s.170-171]. 
J.Fokonyeyə  görə,  kommunikasiya  prosesi  koqnitiv  səviyyədə 
daimi layihələşdirmə tələb edir. Artıq mövcud olan məkana yeni mental 
məkanların və yeni elementlərin əlavə edilməsi, onların daxili quruluşu, 
elementlər və məkanlar arasında əlaqələrin təmin olunması və s. Hər yeni 
söyləm əvvəl gələn diskursun və praqmatik kontekstin əsasında qurulmuş 
konfiqurasiyaya  əsaslanır  və  öz  növbəsində,  o,  ona  (konfiqurasiyaya) 
əlavə  olunması  tələb  edilən  dəyişikliklər  haqqında  informasiya  verir. 
Müxtəlif dil vasitələri mental layihələşdirməyə aid müxtəlif tipli informa-
siyaları, o cümlədən aşağıdakıları [3, xxiii] əhatə edir: 
−  yeni məkanların yaradılması haqqında informasiya. Qeyd edək 
ki, bu, adətən, “məkan konstruktorları” (space builders) ilə ifadə olunur;  
−   hazırda  hansı  məkan  diqqət  mərkəzində  yerləşir,  fonla  necə 
əlaqədardır və nə qədər əlçatandır. Bu, adətən, qrammatik zaman və feil 
formaları ilə ifadə olunur; 
−  məkanlara yeni elementlər (onların analoqları da ola bilər) daxil 
edən təsvirlər; 
−  mövcud olan elementləri (ehtimal ki, onların analoqlarını) 
müəyyənləşdirən təsvirlər, anaforik sözlər və adlar; 
−   ümumi sxemləri və freymləri yaradan sintaktik informasiya; 
−  mental  məkan  elementlərini  fon  biliklərinə  aid  freymlərlə  və 
koqnitiv  modellərlə  əlaqələndirən  leksik  informasiya;  bu  informasiya 
mövcud strukturlaşmış fon sxemlərindən yararlanaraq məkanları daxilən 
sistemləşdirir.Əvvəlcədən  strukturlaşmış  belə  sxemlər  mövcud 
konstruksiyalar çərçivəsində dəyişə, yaxud konkretləşdirilə bilər.   
−  bəzi  strukturların  məkan  konfiqurasiyası  vasitəsilə  dərhal 
yayılmasına  imkan  verən  presüppozisional  (əvvəlcədən  müəyyən 
olunmuş) işarələr; 
−  praqmatik  və  ritorik  informasiya  (even  (‘hətta’),  but  (‘lakin’), 
already (‘artıq’) kimi sözlərlə verilərək mühakimə və arqumentləşdirmə 
üçün müəyyən oriyentirlər təqdim edir. 
J.Fokonye yeni məkan törədən, yaxud əvvəlki diskursun gedişində 
yaranmış  köhnəyə  istinadı  ehtiva  edən  ifadələri  məkan  konstruktlarına 
aid  edir.  Bu,  zərflər,  ara  sözlər  (mümkün  qədər,  nəzəri  cəhətdən, 
həqiqətən, doğrudan da və s.) sözönülü zərflik konstruksiyaları (1929-cu 
ildə,  Lenin  şəklində,  Conun  ağlında,  nöqteyi-nəzərdən,  Azərbaycan 
idmanında  və  s.),  bağlayıcılar  (əgər...,  yaxud...)  mübtəda  və  xəbərin 
birləşməsidir (məsələn, Maks düşünür ki..., Mariya ümid edir ki....).  


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
240 
 
Məkanların yaradılmasına aid ümumi qayda belə xülasə olunur: 
SB
m
  məkanının  konstruktu  tərəfindən  yaradılan  M  məkanı  artıq 
mövcud  olan  M  məkanına  daxil  olmalıdır  –  bu  məkan  mənbə-məkan 
(parent space) adlanır: mənbə və törəmə məkanlarda səbəb və məqsədləri 
əlaqələndirə bilən konnektor (əlaqələndirici) olmalıdır.  
Məsələn,  Max  believes that  in  the picture,  the flowers  are yellow 
(‘Maks  inanır  ki,  şəkildəki  güllər  sarıdır’)  cümləsində  mənbə-məkan 
Maks  inanır  ifadəsidir.  Onda  şəkildəki  zərflik  konstruksiyası  ilə  daxil 
edilən  başqa  məkan  yerləşdirilir.  Ümumi halda  mənbə-məkan  haqqında 
informasiya söyləmdən əvvəl gələn diskursun tərkibindədir [3, s.17]. 
J.  Fokonye  believe  (‘inanmaq,  zənn  etmək,  hesab  etmək’)  feilini 
yeni mental  məkanlar yaratmağa qabil  feillərə  aid  edir; buraya  o, paint 
(‘şəkil  çəkmək’),  prevent  (‘xəbərdarlıq  etmək’),  look  for  (‘axtarmaq’), 
wish (‘arzu etmək’) və digər feilləri daxil edir. Ümumilikdə onların sayı 
çox  deyildir.  Feillərin  əksəriyyəti  məkanlar  daxilində  əlaqələrin 
qurulmasına  xidmət  edir.  Çox  maraqlıdır  ki,  be  (‘olmaq’)  feili  hər  iki 
funksiyada işlədilə bilər. Məsələn:  
1. Məkanlar arasındakı əlaqələr üçün: 
In that movie, Cleopatra is Liz Taylor (hərf. ‘Bu filmdə Kleopatra 
Liz Teylordur’).  
Life is love (‘Həyat sevgidir’). 
Our future is science (‘Gələcəyimiz elmdir‘) 
2. Məkandaxili əlqələr üçün (funksiya və məna arasındakı əlaqə): 
Max is my brother (‘Maks mənim qardaşımdır’).  
The winner is John Doe (‘Qalib gələn Con Dou oldu’) [3, s.143–
146; 10, s.173].  
Lakin diskursun dinamik inkişaf etdirilməsində feilin rolu yuxarıda 
deyilənlərlə  məhdudlaşmır.  J.Dinsmora  [18]  istinad  edən  J.Fokonye 
göstərir  ki,  feilin  qrammatik  forması  (yəni  feilin  zaman  və  şəkil 
göstəriciləri)  mühüm  informasiya  daşıyır:  onlardanhansı  məkan  diqqət 
mərkəzində yerləşir, hansı fon rolunu icra edir və söhbətin gedişində necə 
dəyişir.  Bu  minvalla  feili  sözforması  –  məkan  konstruktları,  anaforik 
sözlər və ifadələrin bəzi digər tipləri ilə yanaşı – diskursun hazırkı anını 
nəzərdən  qaçırmayaraq  yaradılmış  məkanların  və  onlar  arasındakı 
əlaqələrin  məcmusunu  izlməkdə  həmsöhbətlərə  kömək  edir.  Misal 
qismində J.Fokonye  fransız dilində iki cümləni müqyisə etməyi məsləhət 
görür.  Bu  cümlələrdə  feilin  lazım  və  xəbər  şəkilləri  təyin  budaq 
cümləsində  müvafiq  surətdə  arzuolunan  və  həqiqi  məkan  haqqında 
məlumat verir  


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
241 
 
Marie veut que Gudule mette une robe qui soit jolie (hərf. ‘Mariya 
istəyir ki, Qüdül gözəl olan bir paltar geyinsin (Qüdülün geyindiyi paltar 
gözəl olaydı)’).  
Marie veut que Gudule mette une robe qui est jolie (hərf. ‘Mariya 
istəyir ki, Qüdül gözəl paltar geyinsin’).  
Feilin  qrammatik  forması  da  –  feil  zamanlarını  baş  və  budaq 
cümlələrdə uzlaşması hesabına –müvəqqəti təhkiyə planının qurulmasına 
xidmət edir [3, s. 33]. 
J.Fokonye  məkana  yeni  elementlərin  daxil  edilməsi  mexanizmi 
haqqında  məsləyə  toxunaraq  qeyd  edir  ki,  onların  ən  sadəsi  qeyri-
müəyyən artikldir [3, s.19]. Mental məkanların yaradılmasında müəyyən 
artiklin rolu o qədər  də  birmənalı  deyildir və bu,  çoxmənalı  cümlələrin 
aşağıdakı nümunələri ilə aydınlaşdırılır:    
The  president  changes  every  7  years  (‘Prezident  hər  7  ildən  bir 
dəyişir’) 
The food here is worse and worse (‘Qida burada, olduqca, pisdir’) 
Bu cümlələrdəki ad qruplu the president (‘prezident’) və the food 
(‘qida’) gah eyni obyektə, gah da eyni funksiyaya aid olaraq izah edilə 
bilər  (Obyektlər  kimi  bu  funksiyada  da  onlr  mental  məkan  elementləri 
olur) [10, s.174]. 
Anlaşılmazlıqdan qaçmaq üçün J.Fokonye öz əsərlərində dəfələrlə 
vurğulayırdı  ki,  mental  məkanlar  gerçəkliyin,  yaxud  mümkün 
dünyalardan hansınınsa inikası deyildir. Mental məkanlar bu və ya digər 
şeylər  haqqında  danışdığımızın  obrazını  özündə təcəssüm  etdirir,  ancaq 
bu  zaman  həmin  şeylər  haqqında  hansısa  informasiyanı  ehtiva  etmir. 
Metaforalarda  bu,  xüsusi  aydınlıqla  özünü  göstərir:  bizim  dərk  et-
məyimizdən  asılı  olmayaraq  gündəlik  həyatda  bizə  belə  demək  (hətta 
düşünmək)  rahatdır:The  sun  rises,  sets,  moves  across  the  sky  –  ‘Günəş 
çıxır,  batır,  göy  üzündə  hərəkət  edir’  və  s.  [3,  s.152].  Burada  atomun 
bölünməzliyi  (ən  kiçik  atoma  qədər,  qavrayışın    atomizmi,  atomistik 
konsepsiya)  haqqında  dünyanın  müasir  elmi  mənzərəsində  ziddiyyətli, 
amma  gündəlik  şüurda  saxlanılan  təsəvvürü  də  xatırlamaq  yerinə  düşər 
[19, s.175]. 
Mental məkanların koqnitiv təbiətini C.Lakof  xüsusi qeyd edir. O, 
J.Fokonyenin  konsepsiyasının  mümkün  dünyalar  və  situativ  semantika 
ilə zahiri oxşarlığının aspektlərini göstərərək qeyd edir ki, bu yanaşmalar 
öz  əsasına  görə  tamamilə  fərqlidir.  Mental  məkanlar  insan  beynindən 
kənarda ontoloji statusa malik olmadığına görə, prinsip etibarilə, birbaşa 
dillə  gerçəkliyi  əlaqələndirən  obyektivist  məna  nəzəriyyələrində  


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə