Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə84/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   80   81   82   83   84   85   86   87   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
237 
 
deyil, onlar arasındakı əlaqəyə məxsusdur. Cümləyə uyğun gələn şey real 
olduğu  kimi,  dünyaya  uyğun  gələn  cümlə  də  doğrudur.”  [14,  s.145]. 
Deməli, “doğru” və “real” sözləri dünyada bir şey təsvir etmədiyi kimi, 
cümlələrin də xüsusiyyətlərini səciyyələndirmir. Bu sözlər dünya və dil 
arasında açılan məkana məxsusdur. Beləliklə, həqiqətin mahiyyəti dünya 
ilə dil arasındakı münasibətdə ortaya çıxır.      
Kommunikasiya  prosesində  dinləyici  dildən  dünyaya  “hərəkət 
edərək” dil strukturlarının səviyyəsindən və eynilə dünya modellərindən 
fərqlənən hansısa bir koqnitiv səviyyədə fikrin qurulmasında iştirak edir. 
Bu  konstruksiyanın  məhsulu  olan  mental  məkanlar    nə  dil  mənasının 
təsviri,  nə  də  gerçəkliyin  inikasıdır.  Mental  məkanlar  –  yaradılan, 
dəqiqləşdirilən və kommunikasiya prosesində daimi dəyişikliklərə məruz 
qalan  diskursiv  modellərdir.  Onlara  yüksək  elastiklik  xasdır.  Bu  zaman 
mental məkanların daxili müntəzəmliyi və bir-birinə uyğunluğu yenidən 
pozula  bilər  ki,  bu  da  bütövlükdə  insan  ünsiyyətinin  spesifikasına 
uyğundur. Beləliklə, mental məkanlar koqnitiv cəhətdən nitq qavrayışının 
adekvat modelini tələb edir  [8, s.152-153].  
C.  Said  özünün  “Semantika”  əsərində  məna,  idrak  və  gerçəkliyin 
təhlilinə  geniş  yer  vermiş,  məna  komponentlərinə,  formal  semantika, 
semantika və məntiqi metadil, o cümlədən koqnitiv semantika məsələrini 
nəzəri  cəhətdən  araşdırmış,  diqqəti  metafora,  metonimiya,  polisemiya, 
mental  məkanlar,  hətta  R.Lanqakerin  koqnitiv  qrammatikasına  cəlb 
etmişdir. Mental məkanları konseptual strukturlar hesab edən müəllif dil 
daşıyıcılarının  bu  strukturlardan,  istinadlardan  və  əvəzliklərdən  necə 
istifadə  etməsinin  zəruriliyini qeyd  edir. Konseptual  strukturlar  mənaya 
xüsusi  baxış  üzərində  qurulmuşdur:  linqvistik  mənanı  öyrənərkən  biz 
kompleks koqnitiv əməliyyatları yerinə yetirdiyimiz zaman qarşıya çıxan 
müxtəlif  maneələrin  səbəbini  öyrənirik.  Problemə  bu  nöqteyi-nəzərdən 
yanaşan  C.Said  göstərir  ki,  dilin  “içərisində”  məna  olmur;  dil  burada 
məna  qurmaq  üçün    daha  çox  resept  rolunu  oynayır.  Bu  resept  bir  çox 
koqnitiv fəaliyyətə əsaslanır [15, s.364].  
J. Fokonye R.Cekendofun  [16] əsərinə istinad edərək danışanın bir 
sıra  qeyri-müəyyən  strategiyalar  vasitəsilə  obyektlərə  referans  edə 
biləcəyi  yolları  axtarır.  Məsələn,  dostumuzun  şəklinə  baxaraq  deyə 
bilərik:  Qraham,  doğrudan  da,  cavan  görünür.  Burada  Qraham 
həqiqətdə  cavan  olmayan  Qrahamın  şəklinə  istinad  edir.  J.Fokonye 
burada  səbəb  (trigger)  və  məqsəd  (target)  terminlərindən  istifadə  edir: 
real  Qrahamın  adı  səbəbdir,  məqsəd  (təsvir  etmək  istədiyim  şey)  isə 
məqsəddir.  Fotoqrafiyalar  və  onlarda  əks  olunmuş  insanlar 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
238 
 
müşahidəçinin  oxşarlığı  tanıması  ilə  əlaqədardır.  Oxşar  strategiyalar 
geniş yaylmışdır [15, s.366].   
J.Fokonye  formal-semantik  yanaşmalarla  müqayisədə  In  Len’s 
painting, the girl with blue eyes has green eyes ‘Lenin şəklində göygöz 
qız  yaşılgöz  qız  kimi  təsvir  edilmişdir’  cümləsinin  nümunəsində  öz 
konsepsiyasının  üstünlüyünü  nümayiş  etdirir.  Çünki  eyni  qız  eyni 
zamanda  göygöz  və  yaşılgöz  ola  bilməz.  J.Fokonyenin  modelində  belə 
cümləyə  iki  mental  məkan  uyğun  gəlir:  biri  real  dünyanı  (qızın  göy 
gözləri vardır), digəri isə dünyaya rəssamın gözü ilə baxmağı (qızın yaşıl 
gözləri  vardır)  əks  etdirir.  Göstərilən  məkanlar  “eyniyyət”  (identity)  
əlaqəsi  ilə  birləşmişdir.  Əlbəttə,  söhbət  yalnız  referensial  eyniyyətdən 
gedir: insanın bədəni şəkildəki rəng çalarları ilə heç cür eyni ola bilməz. 
Biz hələ insanın bəzən öz bədii təsvirinə qətiyyən oxşamadığını demirik 
[3, s.12-14].   
Məkanlar  arasındakı  əlaqələrin  digər  geniş  yayılmış  növləri  sırasına 
müəllif aşağıdakıları daxil edir [yenə orada, s. xxxviii]: analoji və metaforik 
proyeksiya; funksiya və mənanın əlaqəsi; praqmatik metonimik funksiyalar.  
J.Fokonyenin  mülahizəsinə  görə,  mental  məkanlar  arasındakı 
əlaqələrin  meydana  çıxması  şərti  hansısa  intuitiv  aşkar  münasibətlərin 
mövcudluğu  ilə  səciyyələnir.  Onu  müvafiq  məkanların  obyektlərini 
əlaqələndirən “konnektor” (connector) adlandırırlar. Konnektor “identifika-
siya  prinsipinə”  (identification  principle)  müvafiq  olaraq  başqasının 
vasitəsilə  bu  obyektlərdən  birinə  referensiyanı  həyata  keçirməyə  imkan 
verir:  “Əgər  a  və  b  obyektləri  öz  aralarında  F  (b  =  F  (a))  praqmatik 
funksiyası ilə bağlıdırsa, onda a, Da obyektinin deskripsiyası b obyektinin 
identifikasiyası üçün istifadə oluna bilər” [3, s.3]. 
Gerçək  qızı  onun  şəkildəki  təsviri  ilə  əlaqələndirən  münasibət 
konnektorun  nümunəsi  kimi  göstərilə  bilər.  Konnektorların  digər  növü  – 
müəllif və onun əsərləri arasındakı metonimik əlaqədir. Bu əlaqə Plato is on 
the top shelf (‘Platon yuxarı rəfdədir’) tipli söyləmi gerçəkləşdirməyə imkan 
verir,  Platon  adı  altında  isə  onun  əsərlərinin  məcmusu  nəzərdə  tutulur. 
J.Fokonyenin  qeyd  etdiyi  kimi,  bütövlükdə  konnektorlar  sosial-mədəni  və 
psixoloji faktorlarla şərtlənmişdir, ona görə də müxtəlif sosial qruplarda, 
müxtəlif  insanlarda  və  müxtəlif  kontekstlərdə  onlar  fərqlənə  bilər. 
Praqmatik  funksiya,  konnektor  (onun  konkret  realizasiyası)  və 
identifikasiya  prinsipləri  Nunberqin  [17]  referensiya  və  polisemiya 
problemlərinə  həsr  olunmuş  dərin  və  məzmunlu  əsərində  öz  əksini 
tapmışdır. J.Fokonye bu anlayışları koqnitiv tədqiqatlar işığında yenidən 
mənalandıraraq  belə  bir  fərziyyə  irəli  sürür  ki,  konnektorlar  C.Lakofun 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə