Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə80/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   76   77   78   79   80   81   82   83   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
225 
 
növləri  dilçilik  və  psixologiyanın  perspektivləri  ilə  müəyyənləşir”  (14, 
s.157). 
Etnomədəni əlamətlər xalqın mədəniyyətini ifadə edən təfəkkürün, 
intellektin yaradıcılığıdır və dünya qavramını milli komponent üzərində 
cəmləşdirir. Şüur-dil-mədəniyyət üçlüyünün əlaqəliliyi etnomədəniyyətin 
əsas göstəricisi hesab olunur və dildə ifadəsini tapır. Xalqın həyat tərzi, 
məişəti, adətləri, milli psixologiyası haqqında təsəvvürlərin formalaşması 
və  mövcud  biliklərin  doğma  mədəniyyət  haqqında  biliklərlə  müqayisə 
edilməsi  onun  əsas  problemlərindən  hesab  olunur.  Etnomədəni 
xüsusiyyətlər həmin dilin daşıyıcılarının şüurunda yer almış etik, mədəni 
elementlərlə  aşkara  çıxarılır,  mərasimlərdə,  ənənələrdə,    stereotiplərdə, 
inanclarda, nitq davranışında ön plana çəkilir. 
 İnsanların  psixikası  cəmiyyətin  psixi  dünyasını  formalaşdırır. 
Müşahidələr  göstərir  ki,  nitqdə  bu  və  ya  digər  bir  komponentin 
buraxılması,  yaxud  təkraralrın  işlənməsi  danışanın  və  ya  müəllifin 
psixoloji  vəziyyəti  ilə  əlaqədardır.  Bu  cümlələrin  modallıq  və 
intonasiyaya görə hər bir növü özünəməxsus intonasiya ilə fərqlənərək, 
danışanın emosional və iradi vəziyyəti zamanı formalaşır, insanın hiss və 
duyğularının  canlı  ifadəsi  kimi  çıxış  edir  və  nitqin  emosionallığına, 
dinamikliyinə, ekspressivliyinə xidmət edir.
 
Xalqın  psixoloji  xüsusiyyətləri  onların  əxlaqı  adət-ənənələrində, 
inam  və  əqidələrində,  rəftar  və  davranışlarında,  başqalarına  və  özünə 
münasibətdə  təzahür  edir.  İnsanlar  öz  xalqlarına  məxsus  etnomədəni 
xüsusiyyətləri mənimsəyir,  onların daşıyıcısı olur və bütün bu əlamətlər 
özünü nitq aktında göstərir. Həmin nitq aktını təşkil edən komponenetlər 
mətnin  tam  bütöv  kimi  formalaşmasına  səbəb  olur.  Dil  və  təfəkkürün 
əlaqəsi nitqdə təzahür edir və nitqə təsir edən psixoloji determinantlar və 
şəxsi keyfiyyətlər psixolinqistikanın sahəsi hesab olunur. 
Bütün  bu  vasitələr  partiturluğun  meydana  çıxmasında  əvəzsiz  rol 
oynayır.  Konkret  bədii  mətndə  partiturluq  bədii  obrazların  və  müəllif 
nitqinin  –  ümumiyyətlə  əsərdə  verilən  nitq  parçalarının  arasındakı 
məntiqi-semantik  əlaqə  göstəricilərinin  toplusu  kimi  başa  düşülə  bilər. 
Lakin  burada  maraq  doğuran  digər  məqam  etnomədəni  və  psixoloji 
amillərin  təsiri  ilə  müxtəlif  məqamlarda  partiturluğu  şərtləndirən  əlaqə 
tiplərinin  dərinləşməsidir.  Belə  ki,  hətta  bədii  obrazların  qarşılıqlı 
münasibətindən  asılı  olaraq,  müxtəlif  “partiya”ları  bir-birinə  bağlayan 
vasitələrin  çəkisi  fərqli  ola  bilər.  Bu  məqamları  praktiki  cəhətdən 
araşdırmaq üçün Kamal Abdullanın “Tarixsiz gündəlik” adlı əsərini daha 
müvafiq olduğunu düşünürük. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
226 
 
Əsərin əsas qəhrəmanı olan Nazim eyni zamanda müəllif kimi çıxış 
edir.  Müəllif  və  personaj  kimi  təqdim  olunan    orta  məktəb  şagirdi 
Nazimin  əsər  boyu  həm  sinif  yoldaşları,  həm  sevdiyi  qız,  həm  də 
müəllimləri  ilə  dialoqları  verilir.  Bu  dialoqlara  diqqət  yetirdikdə 
personajların  nitqində  milli  dəyərlər,  etnomədəni  amillər  və  psixoloji 
halların  tamamilə  fərqli  quruluşda  təsvir  olunmasını  görə  bilərik,  məhz 
əsərin  belə  struktur  quruluşlu  verilməsi  onun  partiturluq  kateqoriyası 
əsasında təhlilini daha maraqlı edir. Nitq prosesi təkcə bioloji deyil, eyni 
zamanda  psixoloji  faktor  olub  insanı  xarakterizə  edir.  Yəni  daha  sadə 
desək,  əgər  ünsiyyətdə  olduğumuz  insanın  nitqinə,  tez-tez  işlətdiyi 
ifadələrə fikir versək, o zaman həmin insanın xarakteri, onun düşüncəsi 
haqqında düzgün nəticələr çıxara bilərik. 
Fərqli  struktur  quruluşa  malik  əsər  demək  olar  ki,    dialoqlar 
üzərində qurulmuşdur. Müəllif və əsas qəhrəman olan Nazim  sevdiyi qız 
Firəngizlə  dialoqunda  onların  hal  və  davranışlarındakı  psixoloji 
vəziyyətləri  dil  elementlərində  özünəməxsusluğu  ilə  seçilir.  Belə  ki, 
əsərin əvvəlində onların telefon danışığı zamanı dil vahidlərindən istifadə 
etmədən  ünsiyyət  qurması  və  bu  sükutda  bir-birini  başa  düşməsi  daxili 
nitq  formasında  təzahür  olunmuşdur.  Ürək  döyüntüləri,  həyəcanla  dolu 
olan  bu  telefon  zənglərində  əslində  sükutda  onlar  sanki  gündəlik 
hadisələri  bir-birilə  müzakirə  edir,  paylaşırdılar  və  bunu  “lal  söhbət” 
adlandırırdılar. 
− “Salam”. 
−  “Necəsən?” 
−  “Belə də.” 
−  “Sabahkı cəbri öyrənə bildin?” 
−  “Öyrəndim, anam kömək elədi.” 
−  “Bəs sən?” 
−  “Mən yox... Sabah yenə Şərqiyyə “iki”ni yapışdıracaq.” 
− ...... 
−  “Gecən xeyirə!” 
−  “Alo...” 
−  “.....” (s. 44-45).   
Və yaxud 
Telefonda yenə sükut vardı: 
−  “Təbrik edirəm”.  
−  “Sağ ol”. 
−  “Çox gözəl şeir idi, gözəl də oxudun. Təzə yazmısan?” 
−  “Ən gözəl şeirim deyil, ən gözəl şeirimi sənə yazmışam”.  


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
227 
 
−  “Yalan!” 
−  “Vallah düz sözümdü”.  
−  “Sən məni aldadırsan...” (s.54). 
 Artıq  əsərin  bir  hissəsindən  sonra  bu  təlaşlı  nigarançılığın  sonu 
gəlir və sükut səsli söhbətlərə keçir, qısa və lakonik danışıq öz yerini alır, 
daxili nitq vasitəsilə verilən fikirlər səsli dillə əvəzlənir.  
−   Salam. Mənəm. 
−   Tanıdım. Necəsən? 
−   Sən həmişə belə qəmli yazırsan? 
−   Bilmirəm. 
−   Bu, birinci şeir idi. O biriləri də oxumaq istəyirəm. 
−   Yaxşı. 
−   Gecən xeyrə qalsın. 
−   Xeyrə qarşı (s. 59-60). 
Arzunun isə sevdiyi oğlan Aslanla dialoqunda “sən getmə” dediyi 
zaman onun sakitcə dönüb sinfə qayıtması əsl Azərbaycan mentalitetinə 
uyğun  gəlir.  Müəllif  bu  kiçik  detallarla  xalqımızın  adət-ənənələrini 
göstərməyə çalışmışdır.  
...Aslan ona əmrvari şəkildə dedi: “Sən getmə. Qal dərsdə.” O da 
getmədi qaldı (s. 76). 
Yazıçı  Nazimin  müəllimləri  ilə  dialoqunda  onun  xalqımızın  milli 
dəyər  və  adət-ənənələrinə  sadiq  qalaraq  etnomədəni  xüsusiyyətləri 
daşıdığını  müəllim  –  şagird  ünsiyyətinin  ən  gözəl  nümunəsi  kimi 
vermişdir.  Bu  ünsiyyətdə  verilən  hər  sual  və  onun  cavablandırılması 
bədii  əsərin  hissələrinin  həm  məna,  həm  də  məntiqi  cəhətdən 
əlaqələnməsi və ayrı-ayrı partiyaların bütövləşməsinə gətirib çıxarır. 
−   Otur,  otur.  –  Nabat  müəllimə  əli ilə  mənə  işarə  etdi  ki,  ayağa 
qalxmaya bilərəm (s.16). 
−   Sən,  Aslan,  qalx  ayağa  görüm.  Qalx,  qalx,  xəncərinin  qaşı 
düşməz (s.18). 
Eyni  müəllimin  eyni  vaxtda  fərqli  şagirdlərə  fərqli  yaşaması 
müəllimin onlara şəxsi keyfiyyətlərinə görə deyil, təhsilə münasibətlərinə 
görə  olması  ilə  əlaqələndirilmişdir.  Nabat  müəllimənin  Nazim  yaxşı 
oxuduğu üçün onun cavab verərkən ayağa durmamasını bildirsə də, digər 
zəif oxuyan tələbənin (Aslanın) isə ayağa qalxmasını tələb etməsi onun 
şagirdlərə individual yanaşmasıdır. 
Bu fərdi yanaşma Nabat müəllimənin və digər müəllimlərin Nazimə 
göstərdikləri    xüsusi  hörmət  və  qayğısını  digər  zəif  oxuyan  şagirdlərə 
göstərməməsi psixoloji məqamlarla bağlıdır.  


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə