Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə88/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   84   85   86   87   88   89   90   91   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
246 
 
məkanlara (the Access Principle)  sərbəst daxil olmanı təmin edir. Mental 
məkanlar ənənəvi koqnitiv modellərlə (freymlərləı, ssenarilərlə) bir çox 
cəhətdən  oxşardır:  həm  onlar,  həm  də  bunlar  real,  yaxud  uydurulmuş 
dünyanın  müxtəlif  sahələri  ilə  əlaqədardır.  Mental  məkanlar  diskursda 
obyektlərin  konkret  rolları  (roles)  və  xüsusiyyətləri  (values)  ilə 
tamamlanan  freymlər  (məsələn,  [məhəbbət])  vasitəsilə  strukturlaşır.  
Məsələn,  The  president  of the  United  States  has  blue  eyes cümləsində 
“president  of  the  US”  “blue  eyes”  xüsusiyyəti  ilə  konkretləşir.  Digər 
koqnitiv strukturlar kimi, mental məkanların da fon biliklərinə əsaslanmas-
ına baxmayaraq, onlar şüurumuza hazır strukturlar şəklində qoyulmamışdır, 
əksinə, diskursun yaranması prosesində onlar yenidən meydana gəlir.   
Dil  mental  məkanların  yaradılmasının  müxtəlif  vasitələri  ilə  (space-
triggers)  mövcud  olur:  yer  və  zaman  zərfliyi,  feilin  qrammatik  formaları, 
giriş sözləri, şərt ədatları, sual konstruksiyaları və s. Onlar mental məkanlar 
konfiqurasiyasında  istiqamət  götürməyə,  digər  məkanlara  təşəbbüs  edən 
baza məkanını müəyyənləşdirməyə, hazırkı vaxtda qurulan, yaxud yenidən 
qurulan fokus mıkanını aşkarlamağa kömək edir. Mental məkanlar arasında, 
eyni zamanda, bir neçə istiqamət üzrə əlaqələr qurula bilər. Bu, bir tərəfdən, 
diskursda referensiyanın varisliyini təmin edir, digər tərəfdən, informasiyanı 
əlverişli  surətdə  elə  parçalamağa  imkan  verir  ki,  eyni  element  müxtəlif 
koqnitiv  domenlərlə  assosiasiya  olunur.  Mental  məkanların  birləşməsi 
nəticəsində  “hibrid”,  yaxud  inteqrasiya  olunmuş  məkanlar  (blendlər) 
meydana gəlir. Onlar bəzi başlanğıc məkanlardan rol və xüsusiyyətləri əxz 
edərək xüsusi struktur və yeni xüsusiyyətlər qazanır [40].   
Məlumdur  ki,  koqnitiv  linqvistika  dilin  əmələ  gəlməsini  və  dillə 
bağlı əsas mental əməliyyatların qarşılıqlı əlaqəsini öyrənir. 
Blend  konsept  xəritələri,  freym  və  təsviri-sxematik  struktur  kimi 
əsas  mental  əməliyyatlarla  qarşılıqlı  əlaqədə  olan  təməl  mental 
əməliyyatdır. O, dil və kommunikasiyada nüfuzedici rola malikdir Mark 
Törnerə görə, blend nəzəriyyəsi aşağıdakı terminlərdən istifadə edir [41, 
s.1-16]: 
Mental  freym.  Freym  cəmiyyət  üçün  stereotip  olan  kiçik  bir 
ideyalar paketidir. Bu termin, əsasən, Ç.Filmorun adı ilə bağlıdır və onun 
bu  barədə  geniş  tədqiqatları  mövcuddur  [42,  s.11-137].  Sözlərlə  ifadə 
olunmuş  freym  hissələri  çox  vaxt  aktivləşdirilir.  Hər  hansı  bir  birja 
makleri  təsəvvürünüzə  gətirin.  Alqı-satqı,  alqı-satqı  təhlükəsizliyi, 
xüsusən, səhmlər və istiqraz vərəqələri üçün biz mental freymə malikik. 
Burada  alıcının,  satıcının,  satılan  şeyin  və  sövdələşməni  tənzimləyən 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
247 
 
vasitəçinin  rolu  vardır.  Əgər  bir  nəfər  Mən  zəng  edib  öz  maklerimi 
çağırmalıyam deyərsə, hər kəs doğru mental çərçivəni aktivləşdirə bilər.     
 Mental məkan. Bu termini Jil Fokonyenin (Gille Fauconnier 1985) 
adı  ilə  bağlayırlar.  “Mental  məkan”  dedikdə,  bir  şəxsin  eyni  zamanda 
aktivləşdirdiyi  mental  elementlərlə  əlaqədar  kiçik  bir  massiv  nəzərdə 
tutulur. Luke is a stockbroker (Luk birja makleridir) cümləsi biri “Luk”, 
digəri  birja  makleri  və  onlar  arasındakı  əlaqə  olmaqla  mental  məkanı 
aktivləşdirir. Onlar arasındakı əlaqə aydındır: Luk birja makleridir, yəni 
burada biz rol-məna münasibətlərini aşkarlayırıq. Birja makleri rol, Luk 
isə onun mənasıdır. Bunun ardınca He is my brother-in-law (O, mənim 
qaynımdır)  cümləsini  götürsək,  onda  biz  təkcə  Luke  is  a  stockbroker 
üçün mental məkanı yox, həmçinin Mən-i (I), yəni danışanı ehtiva edən 
digər  mental  məkanı  da  aktivləşdirirk.  Bu  mental  məkanlarla  onların 
içərisində  olan  elementlər  arasındakı  əlaqələr  mürəkkəbdir.  İki  mental 
məkanın  hər  biri  üçün  yaxınlıq  freymini  və  onun  iki  şəxsi  birləşdirən 
qayın-qohum  əlaqəsini  müəyyənləşdirmək  lazımdır.  Lukun  mental 
məkanında onun özü digər mental məkandakı danışan element üçün bir 
qayındır  (brother-in-law).  Danışanın  mental  məkan  dinamikasında  indi 
bir qayın vardır. Ona görə də  danışanın mental məkanında həmin qayın 
rolunu Lukun mental məkanında Luk mənası ilə birləşdirən əlaqə vardır. 
Belə mental məkanlar şəbəkəsini mental şəbəkə adlandırmaq olar.  
Mental şəbəkə (Mental web). Mental şəbəkə, bir mövzu haqqında 
düşünülən  zaman,  aktiv  və  bir-biri  ilə  əlaqədar  olan  mental  məkanlar 
sistemidir. Məsələn, My brother-in-law, the stockbroker, and his family 
will travel from San Francisco to Cleveland for Thanksgiving, and we need 
to learn the time of their arrival so that I can drive down to pick them up 
cümləsi  bizi  bir  çox  mental  məkanlara  təhrik  edə  bilər.  Məsələn,  maşını 
bayram  günlərinin  basabas  yolları  ilə  sürdüyüm  mental  məkan,  yaxud  
Klivlend  Hopkinz  Beynəlxalq  Hava  Limanının  giriş  platformasındakı 
müvafiq qapıda durduğum mental məkan və s. Bir qayda olaraq, bütün bu 
məkanları  ağılda  eyni  zamanda  eyni  dərəcədə  aktiv  saxlamaq  mümkün 
deyildir.  Biz  mental  şəbəkədə  fikrimizi  bir  və  ya  digər  mental  məkan 
üzərində cəmləşdiririk. Yeni aktivləşdirilmiş mental məkanlar gizli qalır və 
onları aktivləşdirmək asandır [41, s.1]  
Həyati  əlaqələr.  Mental  şəbəkənin  bir  çox  konseptual  əlaqələri 
vardır. Çox rast gəlinən və vacib mental əlaqələr J.Fokonye və M.Törner 
tərəfindən  “həyati  əlaqələr”  şəklində  xarakterizə  olunmuşdur:  zaman, 
məkan,  eynilik,  dəyişmə,  səbəb-nəticə,  hissə-bütöv,  analogiya, 
disanalogiya, 
təsviretmə, 
xüsusiyyət, 
bənzərlik, 
kateqoriya, 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə