Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə63/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   59   60   61   62   63   64   65   66   ...   98

 

  

٢٨٢



-

 

Axı su sudu, çaxır çaxır, әlbәttә, çaxır yaxşıdı. 



-

 

Gәl, bizim eşşәyin qarşısına bir sәtil su qoy, bir sәtil 



çaxır, gör, hansın içәr?  

-

 



Әlbәttә suyu.                                  

-

 



Gördün? 

-

 



Axı, o eşşәhdi. 

 

EVİMİZ GӘLİB YANIMNAN KEÇӘCӘK 

 

Bir sәrxoş küçәdә  ağacın budağını tutub dayanmışdı. Bir 



nәfәr ona yaxınnaşıb deyir:  

-

 



Burda neynirsәn? Sәrxoşsan, çıx get evinә.  

-

 



Görmürsәn Kürreye-Әrz fırranır? Gözlüyirәm evimiz 

gәlib yanımnan keçәndә qapıdan içәri girim. 

 

YEDİYİM SABUN İMİŞ 

 

Bir huşsuz adam mәğaziyә gәlib hiddәtnәn satıcıya deyir:  



-

 

Bu sabun ki mәnә vermişdiz, heç köpühlәnmir.  



-

 

Bu sabun deyil, pәnirdi.  



Huşsuz bir az fikrә gedib deyir:  

-

 



Onda belә  çıxır ki, mәnim sәhәr çörәhnәn yediyim 

sabun imiş. 



 

İKİ RӘSSAM 

 

İki özünü öyәn rәssam biri-birinә rastlaşır, birincisi deyir:  



-

 

Mәn bir parça kağazda Ağrı dağının şeklini çәhmişәm, 



elә tәbiyidi ki, suya salan kimi batır.  

O biri rәssam deyir:  

- Mәn atamın şeklin çәhmişәm, elә tәbiyidi ki, hәr iki gün-

nәn  bir sakqalın qırxırıx. 




 

  

٢٨٣



TEZ QAYIDAN HӘDİYYӘ 

 

İki yoldaş küçәdә bir-birinә rast gәldi. 



-

 

Sәlam, Hәsәn evlәnib, eşitmisәn? 



-

 

Toyunda şirkәt etmişәm. 



-

 

Nә hәdiyә apardın? 



-

 

Göyәrçinnәrimnәn beşini. Başqa  şey aparsaydım bir 



gün sonra evә qayıtmazdı axı.  

 

İÇİNİ QAZIB ZӘFRAN DOLDURUPLAR



 

 

Biri sәbәtdә yumurta aparırdı, qabağına çıxan qonşusuna 



deyir:  

-

 



Tap görüm, nә aparıram,  әgәr tapsan on dәnәsini sәnә 

verәcәm. Apar evә, qәyğanax çal. Ağ yumuru şeylәrdi, yerә 

düşsә sınar, suda bişirәndә qabığını soyallar, әvvәl ağı görünәr, 

sonra sarısı.  

-

 

Bildim, bildim, ağ turpdu, hamısının içini qazıb zәfran 



dolduruplar. 

 

GӘRӘH AYRI EŞŞӘH TAPAM



 

 

Qanmaz bir adam dәyirmana buğda aparmışdı, gördü ki, 



zınqırovlu bir eşşәh dәgirman daşını  hәrlәdir, dәyirmançıdan 

soruşdu:  

-

 

Daha bu zınqıruv nә üçündü?  



-

 

Eşşәh dayananda xәbәr tutum.  



-

 

Bәlkә dayanıb başını tәrpәtdi? 



-

 

Әgәr bu eşşәh sәnin qәdәr ağıllı olsa, gәrәh ayrı eşşәh 



tapam. 

 



 

  

٢٨٤



TEZ OL, MİN TÜMӘNİ VER

 

 

Biri sәhәr xoruz banında dostunun qapısını döyür: 



-

 

Bilirsәn, niyә gәlmişәm? 



-

 

Әlbәttә, bilirәm, min tümәnnәn mәrc edәh, sәn mәnnәn 



pul istiyәcәhsәn.  

-

 



Yox, elәcә kefini soruşmağa gәldim.  İndi ki, uduzdun, 

tez ol, min tümәni ver.  

 

BAŞI HANSIDI, QUYRUĞU HANSI

 

 

Bir xanım öz iti ilә dәrya qırağına gәzmәyә çıxmışdı, dos-



tu onnan soruşdu:  

-

 



Çox gözәl itdi, ancax çox tühlüdü, heç başı ilә quyru-

ğunu ayırmax olmur. Bәs siz necә bilirsiz ki, başı hansıdı, quy-

ruğu hansı? 

-

 



Bu iş çox asandı. Quyruğun tuturam, әlimi dişlәyәndә 

bilirәm ki, başıdır. 



 

SUSUZSAN, YOXSA YUXUSUZ? 

 

 



Gecә ev yiyәsi qonaxdan soruşur:  

-

 



Susuzsan, yoxsa yuxusuz?  

-

 



Bağışlayın, sәhәr tezdәn evdәn çıxıb, günorta vaxtı bu-

lax başında bәk yatmışam. 

 

UŞAXLIXDA ÇÖX AĞILLI İMİŞSİNİZ 

 

Mәclisdә  әylәşәn bir üşağın zәkasınnan söz gedirdi, otu-



rannardan biri deyir:  

-

 



Uşaxlıxda çox qıvrax, zәkalı olannar böyüyәndә anna-

maz, huşsuz olullar.  




 

  

٢٨٥



Bu vaxt haman uşax dedi:  

-

 



Görünür ki, siz uşaxlıxda çöx ağıllı imişsiniz. 

 

BU İTİ MӘN ALTI DÖNӘ SATMIŞAM



 

 

Bir nәfәr it satan mәğazasına gedib bir it seçib, pulun ve-



rәnnәn sonra soruşur:  

-

 



Sizcә, bu, yiyәsinә sadiq itdimi?  

-

 



Bәli, çox sadikdi. Elә bu iti mәn altı dönә satmışam. 

 

HÜRӘN İT TUTMAZ 

 

Gәnc oğlan kәntdә bir qapını çalır, böyük bir it onun üs-



tünә cumub hürmәgә başlıyır. Ev yiyәsi pәncәrәni açıb deyir:  

-

 



Qorxmayın, eşitmәmisiz ki, hürәn it tutmaz?  

-

 



Mәn onu bilirәm, xanım, qorxuram bunnan sizin it 

xәbәrsiz olsun. 

 

BİRİNCİ PİLLӘDӘN YIXILIB 

 

İki nәfәr söhbәt edir: 



-

 

Uşax igirmi dördüncü pillәli bir nәrduvannan yıxıldı, 



heç burnu da qanamadı. 

-

 



Ola bilmәz! 

-

 



Niyә ola bilmәz, axı o birinci pillәdәn yıxılıb.  

 

YATMAX İSTİYİRİH



 

 

Bir nәfәr gecә saat on ikidә  qıramafonu ocadan açıb rәqs 



edirdi. Birdәn qapısı  sәslәndi. Ev yiyәsi qapını açıb qarşısına 

onnan da bir qat yoxarıda yaşıyan qonşusunun oğlunu görür. 

 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə