٣٦٢
Qәdim havalardan “Setar Kәrәmi”, “Güllü Quba” kimi ha-
vaları ifa edir.
Qoşma vәznindә şeirlәri var.
Hәsәn Mәhәmmәdi
Aşıq Hәsәn Mәhәmmәdi 1966-cı ildә
Dizmar mahalının Mәzrә kәndindә anadan
olmuş, 1983-cü ildә Tәbrizә köçmüşdür. 17
yaşından aşıq sәnәtilә tanış olmuş, Aşıq Sә-
daqәt Gәncәli, Ayәt Qәnbәri, İsmayıl Qәn-
bәri, Sirus Kiyani, Sәxavәt Mәhәmmәdi,
Hәsәn İskәndәri kimi aşıqlara 7 ilә yaxın şa-
girdlik etdikdәn sonra 24 yaşında aşıqlığa
başlamışdır.
“Valeh-Zәrnigar”, “Әsli-Kәrәm”, “Abbas-Gülgәz”, “Şah
İsmayıl”, “Dirili Qurbani”, “Әli-Rafi”, “Mir Mahmıd”, “Gәr-
gәrli Mәhәmmәd” kimi dastanlarla tanışdır.
Qәdim “Narinci”, “Möhtәrәmi”, “Şәki”, “Zümdil şikәs-
tәsi” kimi havaları ifa edir.
İbrahim Bәrzigәr Vәlilu
Aşıq İbrahim Bәrzigәr Vәlilu 1955-ci
ildә Vәlilu kәndindә anadan olmuş, 1965-
ci ildә Tәbrizә köçmüşdür. 20 yaşından
aşıq sәnәtilә tanış olmuş, Aşıq Sәfәr Zare-
yi vә Mәhәmmәd Baqirzadәyә 4 ilә yaxın
şagirdlik etdikdәn sonra 22 yaşında aşıqlı-
ğa başlamışdır.
٣٦٣
“Әlixan-Pәri”, “Seyid”, “Әli-Rafi”, “Gәrgәrli Mәmmәd”,
“Qurban-Pәri”, “Abbas-Gülgәz”, “Koroğlu” kimi dastanlarla
tanışdır.
Zәki Türkәdarı
Aşıq Zәki Türkәdarı Bostanabadın Tür-
kәdar kәndindә anadan olmuş, 1981-ci ildә
Tәbrizә köçmüşdür. 21 yaşından aşıq sәnә-
tilә tanış olmuş, Aşıq Gәncәli, Әziz Şәhnazi
vә Hәsәn Qәffariyә 3 ilә yaxın şagirdlik
etdikdәn sonra 24 yaşında aşıqlığa başla-
mışdır.
“Abbas-Gülgәz”, “Qurban-Pәri”, “Mir
Mahmıd”, “Gәrgәrli Mәmmәd”, “Mir Mahmıd-Sara” vә “Xәs-
tә Qasım” kimi dastanlarla tanışdır.
Aşıq Mahmıd Cәhangir vә Aşıq Hüseyn Sayi ilә deyiş-
mәlәri olub.
Cәlil Xirәdmәnd
Aşıq Cәlil Xirәdmәnd 1976-cı ildә Bos-
tanabadın Türkәdar kәndindә anadan olmuş,
1999-cu ildә Tәbrizә köçmüşdür. 12 ya-
şından aşıq sәnәtilә tanış olmuş, saz ustadı
Aşıq Hәsәn İskәndәri, söz ustadı Mahmud
Cәhangiri vә Әli Sәlimiyә 3 ilә yaxın
şagirdlik etdikdәn sonra 20 yaşında aşıqlığa
başlamışdır.
“Valeh-Zәrnigar”, “Qurbani”, “Abbas-Gülgәz” kimi das-
tanlarla tanışdır.
٣٦٤
Qәdim “Ağaxani”, “Muğani”, “Ağabәyi” kimi havaları ifa
edir.
Aşıq Mahmud Cәhangirlә deyişmәsi olub.
Mahmud Cәhangiri
Aşıq Mahmıd Cәhangiri 1972-ci ildә
Tazakәnddә anadan olmuş, 1980-ci ildә
Tәbrizә köçmüşdür. 15 yaşından aşıq sәnә-
tilә tanış olmuş, saz ustadı Aşıq Rәsul Qur-
bani, söz ustadı Әziz Şәhnazi, Mәşi Paşayi
vә Әli Sәlimiyә 2 ilә yaxın şagirdlik etdik-
dәn sonra 18 yaşında aşıqlığa başlamışdır.
“Valeh-Zәrnigar”, “Qurbani”, “Abbas-
Gülgәz”, “Әsli-Kәrәm”, “Dilәfruz”, “Koroğlu”, “Әli-Rafi” kimi
dastanlarla tanışdır.
Qәdim “Ağaxanı”, “Muğani”, “Qara kәhәr”, “Selyani”
kimi havaları ifa edir.
Aşıq Әli Sәlimi, Rәsul Qurbani, Hüseyn Sayi kimi
aşıqlarla deyişmәlәri olub.
Çingiz Biriya
Aşıq Çingiz Biriya 1960-cı ildә Qara-
dağın Hәsәnabad kәndindә anadan olmuş,
1970-ci ildә Tәbrizә köçmüşdür. 12 yaşın-
dan aşıq sәnәtilә tanış olmuş, saz ustadı
Aşıq Rәsul Qurbani, söz ustadı Hәsәn Qәf-
fari vә Ayәt Qәnbәriyә 3 ilә yaxın şagirdlik
etdikdәn sonra 15 yaşında aşıqlığa başla-
mışdır.
٣٦٥
Aşıq şeirlәri yazır.
Aşıq Hәsәn Qәffari, Ayәt Qәnbәri, Sәttar Babayi, Әziz
Şәhnazi kimi aşıqlarla deyişmәlәri olub.
İsa Әnvәri Qışlaq
Aşıq İsa Әnvәri Qışlaq 1973-cü ildә
Qışlaqda anadan olmuş, 1988-ci ildә
Tәbrizә köçmüşdür. 15 yaşından aşıq sә-
nәtilә tanış olmuş, saz ustadı Aşıq Hә-
sәn, söz ustadı Aşıq Hәsәn İskәndәriyә 4
ilә yaxın şagirdlik etdikdәn sonra 20 ya-
şında aşıqlığa başlamışdır.
“Abbas-Gülgәz”, “Әsli-Kәrәm”, “Valeh-Zәrnigar”, “Ley-
li-Mәcnun”, “Qurbani”, “Koroğlu” dastanları ilә tanışdır.
Fәrid Cәhani
Aşıq Fәrid Cәhani 1946-cı ildә Vәrzi-
qanın Purmәlik kәndindә anadan olmuş,
1972-ci ildә Tәbrizә köçmüşdür. 15 yaşın-
dan aşıq sәnәtilә tanış olmuş, saz-söz ustad-
ları Aşıq Xeyrullah, Aşıq Polad, Aşıq Him-
mәt Mehdipur, Haci Mәmmәd Baqir Zareyi,
Aşıq Talibә 5 ilә yaxın şagirdlik etdikdәn
sonra 15 yaşında aşıqlığa başlamışdır.
“Abbas Tufarqanlı”, “Әsli-Kәrәm”, “Valeh-Zәrnigar”,
“Novruz-Qәndab”, “Aşıq Әlәsgәr”, “Dirili Qurbani” dastanları
ilә tanışdır.
٣٦٦
Qәdim “Ağabәyi”, “Meydan şikәstәsi”, әski “Bәhmәni”,
“Mirzәbәyi”, “Qasim xan”, “Qarakәhәr” kimi havaları ifa edir.
Aşıq Hәsәn Qәffari vә Aşıq Hәsәn İskәndәri ilә deyişmәsi
olub.
Nüsrәt Rizayi
Aşıq Nüsrәt Rizayi Muğәdәm elindә
anadan olmuş, 1992-ci ildә Tәbrizә köçmüş-
dür. 20 yaşından aşıq sәnәtilә tanış olmuş, saz
ustadı Aşıq Sәdaqәt Gәncәli, söz ustadları
Aşıq Әziz Şәhnazi vә Aşıq Әsәdin yanında 1
ilә yaxın şagirdlik etdikdәn sonra 21 yaşında
aşıqlığa başlamışdır.
“ Qurbani”, “Әsli-Kәrәm”, “Valeh-Zәrnigar”, “Koroğlu”
dastanları ilә tanışdır.
Gәraylı vә qoşma vәznlәrindә şerlәri var.
Mәhbub Әsgәri
Aşıq Mәhbub Әsgәri 1966-cı ildә
Әhәrin Cavanşıx kәndindә anadan olmuş,
1982-ci ildә Tәbrizә köçmüşdür. 23 yaşın-
dan aşıq sәnәtilә tanış olmuş, saz ustadı
Aşıq Sәdaqәt Gәncәli, söz ustadları Aşıq
Әziz Şәhnazi, Aşıq Hәsәn Qәffarinin ya-
nında 3 ilә yaxın şagirdlik etdikdәn sonra
23 yaşında aşıqlığa başlamışdır.
Xalq dastanlarından “Qurbani”, “Xәstә Qasım”, “Valeh-
Zәrnigar”, “Koroğlu”nun bir neçә qolu ilә tanışdır.
Dostları ilə paylaş: |