٣٧٢
Әsğәr
Raşidi
Aşıq Әsğәr Raşidi 1985-ci ildә Kәley-
bәrin Әlilu kәndindә doğulmuş, 1995-ci ildә
Tәbrizә köçmüş, 15 yaşından aşıq sәnәti ilә
tanış olmuşdur. Saz ustadı Aşıq Gәncәli, söz
ustadı Aşıq Çingiz Mehdipura 5 ilә yaxın
şagirdlik etdikdәn sonra 17 yaşında aşıqlığa
başlamışdır.
“Koroğlu”, “Әsli-Kәrәm”, “Şikari”, “Qәrib” dastanları ilә
tanışdır.
Qәdim Ağabәyi, Sarı topraq havalarını ifa edir.
Aşıq Elyas Qasımpur, Aşıq Böyük Ağaәlizadә, Әrsәlan
Qәhrәmanzadә, Ayәt Qәnbәri ilә deyişmәlәri olub.
Әlirza Mirzayi
Aşıq Әlirza Mirzayi 1978-ci ildә Ulu
kәndindә doğulub, 1991-ci ildә Tәbrizә kö-
çüb, 17 yaşından aşıq sәnәti ilә tanış olub.
Saz ustadı Aşıq Gәncәlinin yanında 2 ilә
yaxın şagirdlik etdikdәn sonra 24 yaşında
aşıqlığa başlamışdır.
“Ululu Kәrim”, “Mir Mahmıd-Sara”,
“Xançoban-Sara”, “Valeh-Zәrnigar”, “Ab-
bas- Gülgәz” dastanları ilә tanışdır.
Qәdim “Süleymani”, “Qara kәhәr”, “Osmani divanı”
havalarını ifa edir.
Qoşma, gәraylı, qәzәllәri var.
٣٧٣
Әziz Әsbәqi Әfşürd
Aşıq Әziz Әsbәqi Әfşürd 1971-ci ildә
Әfşürd kәndindә doğulub, 1992-ci ildә Tәb-
rizә köçüb, 20 yaşından aşıq sәnәti ilә tanış
olub. Saz-söz ustadı Aşıq Ümrani, Hәsәn
Ğәfari, Hüseyn Sayi, Hәsәn Purәfşürda 4 ilә
yaxın şagirdlik etdikdәn sonra 24 yaşında
aşıqlığa başlamışdır.
“Әsli-Kәrәm”, “Sәyyad-Sayad”, “Ko-
roğlu”, “Abbas-Gülgәz”, “Qurbanı-Pәri” dastanları ilә tanışdır.
Qәdim “Bәhmәni”, “Muğani” havalarını ifa edir.
Rza Әsәdi
Aşıq Rza Әsәdi 1992-ci ildә Tәbrizә
köçüb, 15 yaşından aşıq sәnәti ilә tanış olub.
Onun sözlәrinә görә, şagirdlik etmәyib.
“Qәrib-Şahsәnәm”, “Şah İsmayıl”, “Di-
lәfruz”, “Әsli-Kәrә
m” dastanları ilә tanışdır.
Qәdim “Qaradağ şikәstәsi”, “Muğani”,
“Ağabәyi”, “Şәki havaları”nı ifa edir.
Әbdülәli İskәndәri
Aşıq Әbdülәli İskәndәri 1971-ci ildә
Vәrziqanın Çıxmaqabax kәndindә doğulub,
1989-cu ildә Tәbrizә köçüb. Saz ustadı Aşıq
Çingiz Mehdipur, Aşıq Gәncәli, Ayәt Qәn-
bәri, söz ustadı İsmayıl Qәnbәriyә 5 ilә ya-
xın şagirdlik etdikdәn sonra 20 yaşında
٣٧٤
aşıqlığa başlamışdır.
“Qәrib-Şahsәnәm”, “Xәstә Qasım”, “Dirili Qurbani”,
“Әmrah”, “Tahir-Zöhrә”, “Valeh-Zәrnigar”, “Abbas-Gülgәz”
dastanları ilә tanışdır.
Әkbәr Xanı Şahsevәn
Aşıq Әkbәr Şahsevәn 1969-cu ildә Bir-
bulaq kәndindә doğulub, 1979-cu ildә Tәbrizә
köçüb, 12 yaşından aşıq sәnәti ilә tanış olub.
Ustadı Aşıq Әli İbadiyan, Nasir Qoçәlipur,
Biriya, Cәfәrova 2 ilә yaxın şagirdlik etdikdәn
sonra 17 yaşında aşıqlığa başlamışdır.
“Koroğlu”, “Novruz-Qәndab”, “Şahsәnәm” dastanları ilә
tanışdır.
Qәdim “Laçın gözüm”, “Qaradağ şikәstәsi”, “Aşıq Hü-
seyn rübaisi” havalarını ifa edir.
Ara-sıra şer yazır.
Әli Bayrami
Aşıq Әli Bayrami 1979-cu ildә Qarada-
ğın Hәsәnov mahalının Ocaq kәndindә do-
ğulub, 1980-ci ildә Tәbrizә köçüb, 9 yaşın-
dan aşıq sәnәti ilә tanış olub. Söz ustadı Aşıq
Hәsәn Ğәfari, Әziz Şәhnazi, saz ustadı Gәn-
cәlinin yanında 6 ilә yaxın şagirdlik etdikdәn
sonra 16 yaşında aşıqlığa başlamışdır.
“Koroğlu”, “Novruz-Qәndab”, “Şahsә-
nәm”, “Koroğlu”dan yeddi qol”, “Sevincoğlu Aypara”, “Sadat-
٣٧٥
Sayat”, “Mәhәmmәd-Gülәndam”, “Әsәd-Münnәvәr”, “Bәhram
şah”, “Aşıq Şәnlik dastanları”, “Әli-Leyli”, “Әli-Rafi das-
tanları ilә tanışdır.
Aşıq şeirlәri var. Aşıq Qafar, Aşıq Hәsәn Ğәfar, Aşıq
Xoşnam, Әrsәlan Dusti kimi aşıqlarla deyişmәlәri olub.
Gülәhmәd Rüstәmi
Aşıq Gülәhmәd Rüstәmi 1961-ci ildә
Horandın Korun kәndindә doğulub, 1983-
cü ildә Tәbrizә köçüb, 21 yaşından aşıq
sәnәti ilә tanış olub. Saz ustadı Aşıq Mә-
dәni, söz ustadı Xәlil Ağayinin yanında 3
ilә yaxın şagirdlik etdikdәn sonra 24 ya-
şında aşıqlığa başlamışdır.
Aşıq şeirlәri yazır.
Hüseyn Әlizadә
Aşıq Hüseyn Әlizadә 1958-ci ildә Yu-
xarı Horman kәndindә doğulub, 1968-ci
ildә Tәbrizә köçüb, 20 yaşından aşıq sәnәti
ilә tanış olub. Ustadları Әziz Әsәdi, Әziz
Şәhnazi, Hüseyn Kirşanlıya 3 ilә yaxın şa-
girdlik etdikdәn sonra 23 yaşında aşıqlığa
başlamışdır.
“Koroğlu”, “Әsli-Kәrәm”, “Abbas-Gülgәz”, “Mәnsum-
Dilәfruz”, “Qәrib-Şahsәnәm” dastanları ilә tanışdır.
٣٧٦
Әrsәlan Zare Köhnәli
Aşıq Әrsәlan Zare Köhnәli kәndindә
doğulub, 1984-cu ildә Tәbrizә köçüb, kiçik
yaşlarından aşıq sәnәti ilә tanış olub. Söz
ustadları Aşıq İsa Dәşәn, Әziz Şәhnazi, saz
ustadı Gәncәliyә 2 ilә yaxın şagirdlik etdik-
dәn sonra 30 yaşında aşıqlığa başlamışdır.
“Abbas-Gülgәz”, “Bәdir Mәlik-Bәdir
Cәmal”, “Әsli-Kәrәm”, “Qurbani-Pәri xa-
nım” dastanları ilә tanışdır.
Qәdim “Ağabәyi”, “Qara Kәhәri”, “Sultani”, “Şәki”, “Qa-
radağ şikәstәsi”, “Daban şikәstә” havalarını ifa edir.
Qoşma, gәraylıları var. Aşıq Hüseyn Sayi, Bulud Dehqan,
Aşıq Gәncәli ilә deyişmәlәri olub.
Mәnsur Nikzad
Aşıq Mәnsur Nikzad Kәleybәrin Ağa-
mirlu kәndindә doğulub, 1991-ci ildә Tәb-
rizә köçüb, kiçik yaşlarından aşıq sәnәti
ilә tanış olub. Saz-söz ustadları Aşıq Oruc
Hәsәni, Aşıq Rәhim Nәzri, Aşıq Hüseyn
Әsәdiyә 4 il şagirdlik etdikdәn sonra
1995-ci ildә aşıqlığa başlamışdır.
“Novruz-Qәndab”, “Әsli-Kәrәm”, “Valeh-Zәrnigar” das-
tanları ilә tanışdır.
Dostları ilə paylaş: |