45
zamanın fərqlərinin realizasiyası zamanı kommunikativ yerdəyiş-
mələr və kommunikativ situasiyalar gözlənilməsini tələb edir.
Qəzet mətninin tərcüməsi –
orijinala tamamilə sadiqliyə ria-
yət etmək prinsipi ilə qəzet mətninin tərcüməsi. Bununla belə, qə-
zet-siyasi klişesində (qəbul olunmuş terminologiya və «qrammatik
birləşmələr») praktikaya söykənməklə tərcümə. Bu tələblər çər-
çivəsində qəzet mətninin tərcüməsi orijinala maksimal dərəcədə
yaxın olmalıdır. Bununla belə, qəzet tərcüməsinin əsas vəzifələri –
məzmunu əks etdirməkdir. Odur ki, qəzet materialının tərcüməsində
metoforiklik və digər ədəbi üsulları saxlamaq o qədər də zəruri
deyildir.
Qiymət –
danışanın mühakiməsi, onun münasibəti-bəyən-
məsi, yaxud bəyənməməsi, arzu, istək, mükafatlandırma və s. bütün
bunların hamısı üslubi konnotasiyanın əsas hissələrindən biridir.
Qiymət diskursu –
aksioloji, makrostrateji mətnlərin cəmi,
bu mətnlərin (qiymətləndirilməsi) müxtəlif növlü ekstralinqvistik
amillərin-siyasi, ideoloji, mental, tarixi, kulturoloji, psixoloji və s.
təsiri altında olur.
Qohum dillər –
mənşəcə ümumiliyi izah edilən və oxşar xü-
susiyyətləri olan dil.
Quruluş –
mürəkkəb sintaktik vahidlərin hissələrinin qram-
matik münasibətləri.
L
Layihəli qrammatika –
tamın komponentlərini təşkil edən
qaydalar toplusunu formalaşdıran proses.
Leksikanın semantizasiyası –
leksik vahidlərin mənasını
açan leksik daxil olma mərhələsində mühüm tədrisi hərəkət (fəaliy-
yət). Semantizasiya qismən – denotativ, situasion, (yaxud) işarə əla-
qələrinin qurulması – və tam (bütöv) əlavə siqnikativ və fon əlaqə-
lərinin formalaşması ola bilər.
46
Linqvistikaönü –
fonetika (fonologiyadan fərqli) nitq səsləri-
nin xassələrinin fonoloji (semioloji) öyrənilməsində əvvəlcədən nə-
zərdə tutulmuş mühüm mərhələ.
Linqvistik terminlər lüğəti –
dilçilik terminləri və onların
izahını göstərən lüğət.
Linqvostilistik sistematik tamlığı –
sistem o zaman tam he-
sab olunur ki, o kommunikativdir və öz vasitələri ilə konkret fənn
sahəsində olan əlaqələrdəki hər hansı faktı təsvir etmək imkanına
malikdir. Belə olduğu halda, bütün dil sisteminə mütləq tamlıq xas-
dır, daha doğrusu, bütün təbii dil (milli miqyasda). Nisbi tamlıq ya
konkret fənn sahəsindən olan süni dilə (riyazi dil, alqol, kobol, beysik
və s.), ya da onun bəzi xüsusi sistemaltlarına (dilaltına) xasdır.
Lüğət –
əlifba sırası ilə, izah və şərhlə olunan, yaxud digər
dilə tərcümə edilən sözlərin sırası.
Lüğət məqaləsi –
lüğətdə başlıq sözü bildirən və izah edən
məqalə
Lüğət sözformalarının yeniləşdirilməsi –
mühəndis linqvis-
tikasında sözformaları siyahısının yeniləşməsi ardıcıl axtarış yolu
ilə və müxtəlif sözformaları korpusunun seçilməsi, onların tezliyi-
nin bir yerə yığılması və bir siyahıda müxtəlif söz formalarının bir-
ləşdirilməsidir. Bu məqsədlə yeni massivdən sözformalar seçilir və
onun ekvivalentlərinin axtarışı təşkil edilir. Əgər identik (uyğun)
sözforma tapılmışsa, belə olduğu halda onların tezliyi bir yerə top-
lanır; əks halda sözforma əsas siyahıya əlavə yazılır. Sözformaları
massivləri nəzərdən keçirildikdən sonra baş verir.
Lüğət yuvası –
bir lüğət məqaləsi şəklində təqdim olunmuş
eyni kökdən olan sözlər qrupu.
Lüğəvi (lüğət) uyğunluğu –
lüğətlə müəyyənləşdiriləcək lü-
ğət uyğunluğu.
M
47
Makrolinqvistika –
1. Dili «makroskopik» səviyyədə, daha
doğrusu, onu geniş planda statistik metodlarla tədqiq edən dilşunas-
lıq sahəsi. 2. Dilşünaslığın mikro və makrolinqvistika bölgülərinin
mövcudluğu kompleksi və onun vahid şəkildə nəzərdən keçirilməsi.
Makrotərcümə –
tərcümə yerdəyişmələri, daha doğrusu, bir
dil səviyyəsindən digərinə, bir kateqoriyadan digərinə keçid.
Marker
– 1. Nəyinsə göstəricisi, məsələn, cəm halın göstəri-
cisi; 2. Nəyə isə işarə; 3. Siqnal işarəsi; 4. Oriyentir işarəsi.
Markirələnmiş –
1. Tam, aydın, müsbət dil ifadəsinə malik
olan; 2. Nişanlanmış, qeyd olunmuş, tərtib olunmuş.
Maşın dövriyyəsi –
1. Mühəndis linqvistikasında mətn seq-
menti (söz birləşməsi), sözformaları lüğətlərinin köməyi ilə adekvat
(bərabər) konfrontasiyaya, ziddiyyətə girə bilməməsi və o konteks-
tual leksik-qrammatik və funksional-semantik təhlil nəticəsində
bölünür; 2. Giriş dilinin markalanmamış (markirə edilməmiş) va-
hidi. 3. Bu, maşın (avtomatlaşdırılmış) lüğətinin elə ehtiyacı üçün-
dür ki, burada müxtəliflik və izomorfluq və mövcud standart proq-
ramların hazırkı maşın lüğətlərinin köməyi ilə aradan qaldırıla bil-
məz; belə olduqda adekvatlıq bütün səviyyələrdə bütün dövrənin
maşın (avtomatlaşmış) lüğətinin leksik vahidi kimi onun ikonik
konfrontasiyası ilə əldə olunur.
Maşın interpretasiyası (maşın lüğətinin leksik əsası) –
bu
leksik vahidlərin xüsusi kodlaşmış cədvəllərin qaydaya müvafiq
olaraq kodlaşması prosesini özündə birləşdirir. Bu cədvəllərin və iş-
lənib hazırlanmış qaydaların köməyi ilə sözlüyün hər leksik vahidə,
onların leksik-qrammatik və leksik-semantik kod göstəriciləri ve-
rilir. İlkin kod (göstəriciləri) işarələri ardıcıl olaraq sıxılmış (müxtə-
sərləşdirilmiş) koda və ikinci dərəcəli sıxılmış kodlar və para-
diqmlərin sıxılmış xüsusi cədvəllərə görə sıxılması ilə kompressiya
olunur. Bununla maşın lüğətində daha kompakt (müxtəsər) yazıya
alma təmin olunur. Maşın interpretasiyası nəticəsində baza dilinin
(dilaltının) leksik vahidi maşın lüğətinin lüğət vahidinə çevrilir,
maşın lüğətinin leksik əsası isə giriş və çıxış sözlüyünə transfor-
masiya olunur.
48
Maşın köməyilə tərcümə
– bu elə avtomatlaşlaşdırılmış tər-
cümədir ki, (EHM) bu zaman maşın yaddaşı redaktə vasitələri ilə
ikidilli lüğətə uyğunlaşdırılıb qurulur və maşın tərcüməçinin kö-
məkçisi kimi çıxış edir və tərcümə əl ilə, yaxud kompüterlə (dis-
pleydə) həyata keçirilərkən avtomatlaşdırılmış ikidilli lüğət kimi çı-
xış edir.
Maşın lüğəti –
1. Maşın tərcüməsi sisteminin hər hansı mü-
hüm hissəsi; 2. Hər hansı sahmana salınmış leksik informasiyanın
sonuncu massivində nisbətən avtomatlaşdırılmış şəkildə təchiz
olunmuş proqramın və ona əlavələr olması ilə EHM yaddaşında
yerləşdirilmiş siyahı, cədvəl, yaxud digər siyahı; 3. Sözlər haqqında
zəruri informasiyanın maşınla axtarışının həyata keçirilməsi məqsə-
dilə xüsusi şəkildə təşkil olunmuş lüğət massivi. Əksər hallarda
maşın lüğəti dedikdə sözlər haqqında informasiyanın elə quruluşunu
və informasiya verilməsini nəzərdə tutur ki, ondan mətnin
avtomatik işlənib hazırlanması zərurəti yaranır.
Maşın tərcümə –
1. EHM köməyi ilə verilmiş proqram əsa-
sında mətnin avtomatlaşdırılmış şəkildə tərcüməsi; 2. Dilçiliyin
linqvistikanın əsas müddəaları və metodlarını işləyib hazırlayan
tərcümə nəzəriyyəsi; 3. İkidillik (qoşadillik) situasiyası şəraitində
avtomatlaşdırılmış informasiyanın işlənib hazırlanması – mətnin bir
təbii (insan) dilindən digərinə çevrilməsi; 4. Maşının (EHM, kom-
püterin) köməyi ilə tərcümə; 5. İkidillik (qoşadillik) situasiyası şəra-
itində texniki vasitələrin bütün mərhələlərində istifadə (və inkişaf)
informasiyasının ümumi prosesinin işlənib hazırlanması; 6. Mətnin
bir dildən (təbii, yaxud süni) digər dilə (təbii, yaxud süni) elektron
rəqəmli hesablama maşınlarında həyata keçirilən tərcümə prosesi.
Maşın tərcüməsi –
elektron-hesablama maşınlarının yadda-
şından istifadə edən tərcümə. Bu, orijinalın dil sisteminin leksik ele-
mentlərinin və tərcümənin dil sisteminin leksik elementlərinin izo-
morfizm proqramı. Tərcüməçi – maşının köməyi ilə realizə olunur.
Maşın vaxtı –
1. EHM-da alınmış informasiya siklinin tam
şəkildə işlənib yerinə yetirilməsinə sərf olunan vaxt; 2. EHM-da iş