41
(linqvistikası) nöqteyi-nəzərdən leksik-qrammatik
və funksional -
semantik təhlil konteksti nəticəsində hissələrə bölünən bu seq-
mentlər maşın dövrəsi olur.
Keçirmə
– 1. Bu tərcümənin elə bir mərhələsidir ki, orada tər-
cüməçi ilkin məlumatda olanın nüvəsinə yaxın uyğunluq tapa bilir.
2. Bu, semantik transformasiyadır ki, o çarpazlaşan anlayışların
əvəzedilməsinə əsaslanır.
Keyfiyyətsiz tərcümə –
bu, o zaman baş verir ki, tərcüməçi
öz peşəkar fəaliyyətinə lazımınca yanaşmır, hazırlaşmır, yaxud heç
də zəruri fərdi - bədii qabiliyyətini öz fəaliyyətinə tətbiq etmir.
Mətn səviyyəsində keyfiyyətsiz tərcümə subinterpretasiya, yaxud
ilkin mənbənin, orijinalın ideya – bədii xüsusiyyətlərinin düzgün
dərk olunmamasında özünü göstərir. Tərcümə prosesi əslin mətni-
nin bədii xüsusiyyətlərinin neqativ şəkildə yerdəyişməsi, yaxud
mətnin üslubi nivelirovkası ilə müşayiət olunur. Oxucu nöqteyi-nə-
zərindən keyfiyyətsiz tərcümə bədii-kommunikativ kanalları bağla-
ya bilməklə, xarici müəllifin yaradıcılığını gözdən sala bilər və bu-
nunla da onu uzun müddət ərzində vətən ədəbiyyatı və ədəbi səviy-
yə kontekstindən ayıra bilər.
Kiçik sistemaltları (dilin yarımsistemləri)
– bütöv, sonuncu
və bəzi hallarda formal məhdudlaşdırılmış sistemaltılar. Nisbətən
aydın parametrlərlə ifadə olunan kiçik funksional sistemaltılar (ya-
rımsistemlər), məsələn, telefon məlumatları, qəzet elanları və s. Ki-
çik sistemaltıların (yarımsistemlərin) – xüsusi dilaltıların (yarımdil
sistemlərinin) öyrənilməsi müəyyən universal prosedur əsasında hə-
yata keçirilir. Burada bu və ya digər kiçik sistemaltıların (yarımsis-
temlərin) onların optimal prosedurunu özündə təhlilin iki mərhələ-
sini – qeyri-alqoritmi və alqoritmi birləşdirən spesifik xassələrinin
işlənib hazırlanması nəzərdə tutulur.
Kino/video materiallarının tərcüməsi –
işin məqsəd və xa-
rakterindən (auditoriya üçün, dublyaj, səsləndirmə və s. üçün tər-
cümə) asılı olmaqla, o özündə sinxron, ardıcıl və yazılı tərcümənin
xüsusiyyətlərini əks etdirir.
Kodsuzlaşdırmaq–
bax: kodsuzlaşdırma.
42
Koqnitiv dilçilik
– informasiyanın transformasiyasında və
kodlaşdırılmasında rol oynayan işarələr sistemi kimi dil bu istiqa-
mətin mərkəzində durur. Bəzi tədqiqatçılar koqnitiv dilçiliyi yeni el-
mi paradiqma kimi səciyyələndirirlər.
Kommunikativ akt –
van Deykin fikrincə, ayditiv aktdan
(yaxud dinləyən aktdan) və kommunikativ situasiyadan ibarətdir.
Kommunikativ intensiya
– kommunikativ məqsəd-məram
İntensiya (lat. intentio) fəlsəfi elmlərin terminoloji aparatından gö-
türülmüşdür.
Kommunikativ kompetensiya –
şəxsi cəhətlərin və imkanla-
rın insanın kommunikativ fəaliyyətini təmin edən, eləcə də dil və
dildənkənar bilik və bacarıqların məcmusu.
Kommunikativ mövqe –
ekspediyentin, ötürücünün məluma-
tı (mətni) kodlaşdırılma və yenidən kodlaşdırma zamanı tutduğu
mövqe. Tərcümə kommunikasiyası aktında tərcüməçi məlumatın,
yaxud orijinal mətnin kodlaşdırılmasında iştirak edir (bu, tərcümə
prosesinin analitik mərhələsidir) və bunun nəticəsində yeni mətn ya-
ranır. Tərcüməçi məlumatın yenidən kodlaşdırılması və bu kodlaş-
dırma həm də orijinalın tərcümədə yenidən kodlaşdırılması adlanır.
Tərcüməçinin kommunikativ mövqeyinin bir tərcüməçinin mətndə
müəyyən obraz sistemi, yaxud üslubunun dinamik konfiqurasiyası
vəziyyətini ədəbi kommunikasiyasının diferensiyasiyasına canatma
kimi xarakterizə etmək olar.
Kompensasiya priyomu (tətbiqi) –
1. Tərcümə edilən dilə
xas olan vasitələrlə semantik-üslubi cəhətdən itirilənlərin tərcümədə
doldurulması (bərpası). 2. Tərcümə dilindəki vasitələrlə heç də nə
tərcümə mətnində, nə də orijinalda mütləq eyni yerində həyata
keçirilməyən labüd semantik, yaxud üslubi cəhətdən itirilmişləri
doldurmaq üçün tətbiq edilən tərcümə priyomu.
Kompilyativ tərcümə –
əvvəllərdən mövcud olmuş tərcümə-
lər əsasında aparılan tərcümələr.
Komplementar əlaqə –
mətn köməkçilərinin əlavələri və ta-
mamlamaları ilə (qeyd, kommentari, izah, ön söz) protomətnin in-
kişaf edən invariantının xüsusiyyətləri, mətnlərarası münasibətlər.
43
Konstitutiv yerdəyişmə –
qaçılmaz yerdəyişmə, bu, əsasən,
tərcümə zamanı iki dil arasında, iki poetika, iki sistem-orijinal və
tərcümədə həllolunmaz fərqlər zamanı ortaya çıxır.
Kontroverz metamətn –
neqativ protomətnə polemik söykə-
nən. Kontroverz metamətn öz protomətni haqqında orijinalın
(parodiyanın) tipik xüsusiyyətlərinin modelləşməsi haqqında in-
formasiya verir. Kontroverz metamətn eyni zamanda imitasiya üsu-
lunu istifadə edə bilər, yaxud o dialektik olaraq hər iki prinsipi –
affirmativ və kontroverzi dialektik şəkildə birləşdirə bilər.
Klişe –
kitab nəşrindən götürülmüş ifadələrin pejorativ
mənada işlədilməsi. Bunları bəzən streotip ifadələr də adlandırırlar.
Kütləvi kommunikasiya –
texniki vasitələrin köməyi ilə in-
formasiyanın daha çoxsaylı auditoriyaya istiqamətlənməsi, cəmiy-
yətdə mənəvi dəyərlərin təsdiq olunması məqsədilə informasiyanın
yayılması prosesi və qiymətə, fikrə və insanların davranışına
ideoloji, siyasi və iqtisadi, yaxud təşkilati təsir.
Kvazimeta mətn –
təxəllüs, daha doğrusu, bu, müəllif mətni-
nin özünün olmayan – «orijinal» tərcümə yerinə vermə situasiya-
sıdır. Kvazimeta mətn müəllifin kommunikativ strategiyasının nə-
ticəsidir ki, o, metamətni qəbul etməyə istifadə üçün qurulmaya isti-
qamətlənmiş, eləcə də öz (fərdi) xüsusi mətnin və onun kommu-
nikativ dönərliliyin yaranmasıdır.
Q
Qabaqcadan istiqamətlənmə –
sinxron tərcümədə tərcüm-
ləyə olan sosial sifarişin tərcüməçinin şüurunda subyektiv inikasına,
kommunikativ akt iştirakçılarının motiv və məqsədlərinin forma-
laşması haqqında təsəvvürlər və tərcümə üçün nəzərdə tutulmuş
ilkin mətnin məzmun və forması haqqında müddəaların irəli sürül-
məsi.
Qabaqcadan tərcümə edilmiş mətnin sinxron oxunuşu –
sinxron tərcümə növlərindən biri. Tərcüməçi əvvəlcədən hazırlan-
44
mış yazılı tərcümə mətnini əgər natiq ilkin tərcümə mətnindən kə-
narlaşırsa, mühüm korrektivlər əlavə etməklə, natiqin nitqinin
gedişinə uyğun olaraq oxuyur.
Qanadlı sözlər və ifadələr lüğəti –
sözlərin əlifba sırasında
izahla qurulmuş ədəbi sitatlar və obrazlı ifadələr.
«Qara qutu» metodu –
orijinal mətnin tərcümə mətni ilə
ölçülməsi və müqayisəsi tərcümə prosesinin tədqiqat metodlarından
biridir.
Qarışdırma (səhv salma) –
konkret verilmiş anlayışın yerinə
eyni cinsli anlayış hədlərində qarışıq anlayışdan istifadəyə əsaslan-
mış semantik transformasiya.
Qarışıq situasiya –
çoxdilli ünsiyyətə EHM-nın köməyi ilə
öyrədilmə şəraitində informasiyanın işlənib hazırlanması, daha doğ-
rusu, tədris situasiyasında eyni öyrənilən dildə, yaxud iki – doğma
və öyrənilən dildəki informasiyanın sistemlərdə, dövr etməsidir.
Belə hallarda nümunə kimi xüsusi təyinatlı muxtar sistemlər, daha
doğrusu, təlimin linqvistik avtomatlarındakı sistemlər ola bilər.
Qarışıq tərcümə –
1. Avtomatlaşdırılmış lüğətin köməyilə
aparılan ənənəvi tərcümə. 2. Mətnin xeyli dərəcədə ənənəvi dəyişil-
məsinin köməyi ilə aparılmış avtomatlaşdırılmış tərcümə.
Qayda –
bu, üsul, yaxud dil ifadəsini nümunəvi seçib təklif
edən müxtəsər zəmanət.
Qeyd olunan –
ətraf mühitdə, həyat daxilində sözlə seçilən ob-
yekt (predmet, hadisə, əlamət) denotat. Bax, həm də – işarələnən.
Qeyri-bədii tərcümə –
bax: xüsusi tərcümə.
Qeyri-ekvivalent konstruksiyalar –
konstruksiyalar qeyri-
ekvivalent, digər dildə analoji sintaktik forma olmadıqda, həm də
cümlənin strukturunun məntiqi qeyri-bərabərliyi (bərabərsizliyi) nə-
ticəsində ola bilər.
Qeyri-kommunikativ deyim
– onun başlıca məzmunu hiss
və emosiyaların ifadəsidir.
Qeyri-sərbəst hərfilik – bax
: hərfilik qeyri-sərbəst.
Qəbulediciyə görə tərcümə –
bu, metakommunikasiyadır.
Semiotik aspekt tərcümə zamanı müvafiq mədəniyyətdə məkan və