53
Mənfi nitq situasiyası –
kommunikasiyaya mane olan və fon
informasiyanın mənbəyi olan nitq situasiyasının bir hissəsi.
Məntiqi münasibətlər markeri –
məntiqi münasibətlər mo-
difikasiya olunmuş zərflərin köməyi ilə markirə edilir (sentence ad-
verbs), «moreover – bundan başqa», «therefore – bunun üçün», «ne-
vert-heless – bununla belə», budaq cümləni meydana çıxaran bağ-
layıcılar (if, although, because), feldən düzəlmə formalar (feli sifət,
qerundial forma), feldən asılı əsas hadisəni ifadə edən; «he conclu-
ded - o belə bir nəticəyə gəldi», «he argued - o etiraz etdi» tipli
məntiqi münasibətləri və əlaqələri ifadə edən sintaktik vahidlər.
Mətnin başlanğıc və son markerləri – once upon a time (azərbay-
canca müqayisə et: biri vardı-biri yoxdu) və they lived happily ever
after (azərbaycanca – onlar, bax, beləcə şad və xoşbəxt yaşamağa
başladılar) tipli standart formulları özündə birləşdirir.
Mərhələ blok-sxem –
verilmişlərin həndəsi fiqurlar (yaxud
bloklar) şəklində işlənib hazırlandığı hər bir mərhələdəki proses
alqoritmin struktur coğrafi təsvirinin izahı.
Mətn əlaqəliliyi –
deyim müddətində mətnin müxtəlif tərəflə-
rini çevirməklə və bir predmetdən digərinə «ehmalca» keçməklə
«mühakimə predmeti» mətni saxlaya bilmə bacarığı.
Mətn ontologiyası –
sosial, fəlsəfi, psixoloji və digər gerçək-
lik elementlərinin mətnə transformasiya prosesləri kimi (yəni ger-
çəkliyin inikası kimi) qoşulmasıdır. Bu elementlər mətndə tematik
amillərlə və müvafiq forma ilə (mətn gerçəkliyi ilə) təqdim olunur.
Mətn sadəliyi və mürəkkəbliyi –
semantik əlaqələrin və
komponentlərin münasibətlərinin sıxlığının kommunikativ məq-
sədyönlülüyü dərəcəsindən asılıdır.
Mətn səviyyəsində tərcümə –
ayrı-ayrı sözlər, söz birləş-
mələri, cümlələr səviyyəsində (bəziləri istisna olunmaqla), uyğun-
luq tapılmadıqda tərcümə vahidi mətn səviyyəsində seçilir, buna
nəsr tərcüməsi zamanı nadir hallarda rast gəlinir. Poeziya tərcümə-
sində isə bu, adi hadisədir. Çünki burada ümumi mətndən təcrid
olunmuş ilkin dildəki cümlə heç də tərcümə dilində olan cümlə ilə
uyğunluq təşkil etmir.
54
Mətn tərcüməsi
– orijinal mətnində bir bütöv kimi tam tərcü-
mənin tərcümə prosesinə çevrilməsi.
Mətnaltı –
1. Bu, dilin sisteminə daxil olan və bu predmet,
daha doğrusu, gerçəkliyin müəyyən sahəsinin zəruri təsviri üçün
leksik kateqoriyaların minimal yığımı. 2. Hər hansı biliklər sahəsi,
predmet (fənn) sahəsi (riyaziyyat, fizika, hərbi dil, diplomatik dil və
s.). 3. Mətn massivində hər hansı reprezentativ məhdudiyyət əlamə-
tinə görə dil vahidlərinin cəmi. 4. Dil elementlərinin yığımı və eyni
mövzulu mətnlərdə onların münasibətləri. 5. Kiçik linqvostilistik
(linqvoüslubi) sistemaltı. 6. Hər hansı konkret dilin dilaltı. O dil
sisteminin quruluşunun bu ünsiyyət sahəsində istifadə olunan və bu
mövzuda olan dilaltı nəzərdən keçirilir. 7.Xüsusi qapalı dil
mikrosistemi, yaxud kiçik linqvistik sistemaltı olub dil strukturu və
vahidlərinin yığımından ibarətdir və bu, dilin sosial sahəsi, yaxud
peşəkarlıq funksiyası ilə bağlı tematik həmcinsliyə uyğundur. 8.
Statistik-tematik mətnlərin eyni predmet sahəsinin korpusu və funk-
sional-stilistik istiqamətidir ki, müəyyən mövzulara aid olan (mə-
sələn, elektronikanın dilaltısı, kimya dilaltısı, hava haqqında mə-
lumat dilaltısı və s.) sahələrə xidmət edir.
Mətndənkənar ontologiya –
mətndə obyektiv gerçəkliyin,
reallığın əksi.
Mətnə söykənməklə sinxron tərcümə –
bax: əvvəlcədən tər-
cümə olunmuş mətnin sinxron oxunuşu.
Mətnin başlıqlarının tərcüməsi –
yeni kəşflərin patentləri və
informasiyanın sistemli kataloqunun tərtib edilməsində istifadə
olunan texniki tərcümə növüdür ki, burada kəşfin mahiyyəti adlıq
cümlə ilə ifadə olunur və bu kəşfin artıq ona kimi məlum olanlardan
yenilik baxımından fərqini əks etdirir.
Mətnin birgə yazılışı –
kommunikativ fəaliyyətlərin hərəkətə
və əməliyyatlara bölünməsində, onların əlaqəsində özünü göstərir.
Bitişik yazılış və disekretlik mətnin müxtəlif böyüklükdə (ölçüdə)
olan vahidlərin məzmununda, bölünmələrində və bu vahidlərin bir-
biri ilə əlaqəsində özünü ifadə edir.
Mətnin əlamətləri – bax:
mətnin ümumi əlamətləri.
55
Mətnin əvvəlinin və sonunun markerləşdirilməsi –
once
upon a time (müqayisə et: Azərbaycan türkcəsində: biri vardı, biri
yoxdu) və they lived happily ever after (müqayisə et: Azəri türkcə-
sində: onlar bax beləcə şad xürrəm yaşamağa başladılar) tipli
standart frazalarını birləşdirən mətnin əvvəlindəki və sonundakı
markerlərin köməyi ilə həyata keçirilir.
Mətnin makro üslubu –
mətndə cümlədən başlamış yüksək
semantik səviyyələr qatı (təbəqəsi); cümləüstü formalardan (hiper-
sintaksis) başlamış bütöv mətnə qədər. Tematik planda nəzərdən ke-
çirilən mətn (hərəkət, zaman, məkan, personajlar, kompozisiya).
Mətnin məna qruplaşması –
müxtəlif kommunikativ dəyərli
informasiya daşıyan vahidlərin mətndə fərqləndirilməsi.
Mətnin məzmunu –
1. Dil vahidlərinin daxili (anlayış, məna)
tərəfidir ki, ona görə (daxili tərəfə görə) zahiri (səs, qrafik və s.)
tərəfləri ifadə xassələri kimi cəhətləri əldə edir. 2.Deyimin daxili
tərəfinin quruluşu, onun məna ilə zənginləşdirilməsi. 3. Hər hansı
situasiyanın təvsiri. Bax: eyni zamanda informasiya.
Mətnin mikroüslubu –
mətnin dil səviyyələrinin aşağı üslubi
təşkili – fonemdən cümləyə qədər.
Mətnin özbaşına formalaşdırılması –
ayrı-ayrı leksik vahid-
lərin və eləcə də bütöv cümlələrin və anlayışların əvvəlcədən şərt-
lənmiş rəqəm, hərf, yaxud qarışıq indekslərlə, xüsusi və xidməti işa-
rələr, xidməti kodlar və kodlarla olan cümlələri, parol, rəy və eləcə
də xüsusi şifrə və kodların əvəzlənməsini nəzərdə tutur.
Mətnin rekvizitləri
– konkret təsvirini yalnız kontekstdə ta-
pan dəyişkən vahidlər, onlar sənədin formulyarına qoyulur, yeni in-
formasiya verilir və kommunikativ funksiya planında sənədin rema-
sı adlanır.
Mətnin ritmi –
komponentlərin müxtəlif münasibətlərində
uyğun kommunikativ – məqsədyönlü şəkildə ardınca gedilməsidir.
Mətnin ritmik təşkilinin bariz nümunəsi deyimdəki sintaktik
paralellizmdir – komponentlərin cümlə üstü vahidliyi və eləcə də
sual-cavab vahidliyinin zənciridir.
56
Mətnin seqment metodu –
yazılı tərcümənin metodlarından
biri. Burada orijinalda olan mətn seqmentlərə bölünür və hər seq-
mentdən aparıcı informasiya çıxarılır ki, o tərcümənin tam tərtibatı
üçün mənanın dayaq bəndləri və onun şərti kodlaşdırılması aparılır.
Mətnin seqmenti –
bax: mətnin seqmentasiyası.
Mətnin seqmentasiyası –
1.Müxtəlif həcmdə (uzunluqda) söz
birləşməsi olan söz və ifadələrin zəncirinin fərqləndirilməsidir ki,
onlar bəzi semantik-sintaktik əlaqələrlə tərtib olunmuş, bölünmüşlər
(formal təyinedicilər), adətən, onların seqmentasiyası keyfiyyətində
köməkçi sözlər çıxış edir. 2. Mətn vahidlərin ardıcıl şəkildə təqdim
olunması. 3. Mətnin nitq seqmentlərinə nitq zəncirinin idarə olunan
komponentin idarə edən söz ardınca fasiləsiz saxlanılması
prinsipinə söykənməklə bölünməsi və bəzi istisnaları nəzərdə tut-
masıdır ki, o mətnin informativliyini müəyyənləşdirməyə kömək
etməklə, yazılı tərcümə metodlarından birinin əsasını təşkil edir.
Mətnin semantik formalaşdırılması –
abbreviasiyanın (qı-
saltma, ixtisar) bütün üsullarının mətndə geniş istifadəsində özünü
əks etdirir.
Məlumatın semantik mənası –
yəni onun məna tərəfi.
Mətnin tərcümə olunması –
digər dilə (digər simvollar siste-
minə) tərcümə olunma imkanı ilə müəyyənləşə bilən mətnin xassə-
si.
Mətnin strukturluğu –
kommunikativlilik kateqoriyasının
özünü xüsusi şəkildə, ayrıca əks etdirməsidir. Mətnin strukturluğu-
nun səbəbi – kommunikativ fəaliyyətin strukturluğundadır. Mətnin
strukturu – bu, ondakı komponentlər arasındakı bütöv kom-
munikativ – şərti münasibətləridir. Mətnin strukturluğu çoxaspek-
tlidir, çünki mətndə semantik, qrammatik struktur, üslubi vasitələrin
strukturu, kompozisiya strukturu, məntiq strukturu vardır. Mətnin
ümumi strukturuna mətn sistemaltıları və elementar deyim struktur-
ları da təsir edir.
Mətnin tərcümədə müqayisəli təhlili –
uyğun hadisələrin
müqayisəsinə əsaslanır və müxtəlif dillərin mətnlərində onların bu
və ya digər dil ailəsinə məxsusluğundan, daha doğrusu, onların