61
Müxtəsər tərcümə –
əsil (orijinal) ilə müqayisədə müxtəsər
tərcümə olunmuş mətn.
Mükəmməl tərcümə –
1. Əslin məna-məzmun tərəfinin tam
şəkildə verilməsi və ona tam funksional-üslubi uyğunluq. 2. Mükə-
mməl tərcümə həm də adekvat tərcümə kimi başa düşülməlidir.
Müqayisəli dilçilik –
bu, dilçiliyin elə sahəsidir ki, orada
məqsəd iki və bəzən də genetik cəhətdən bir neçə qohum və qohum
olmayan dillərin aralarında dil strukturunun bütün səviyyələrindəki
uyğunluq (ümumi) və uyğunsuzluğun (fərqli) müqayisəli şəkildə
öyrənilməsi ilə məşğul olur.
Müqayisəli linqvistika –
bax: müqayisəli dilçilik.
Müqayisəli-tarixi dilçilik –
bu, dilçiliyin elə bir sahəsidir ki,
onun obyekti bir-biri ilə genetik cəhətlərdən bağlı olan qohum
dillərdir ki, onların arasında münasibətləri (uyğunluqları) və onların
zaman və məkanı çərçivəsində təkamülünün təsviri verilir.
Münasibət
– predmetlər, proseslər və əlamətlər arasında mə-
na əlaqələri ifadə edən semantik kateqoriya.
Mündəricat –
kitabın əlyazma hissələrini, yaxud fəsillərini
təşkil edən məzmunun sadalanması.
Mürəkkəb dillər
– dünyada ən çətin dil aşağıdakı dillər hesab
edilir: hippev - bu Minnesota Şimali Amerika hindularının dilidir ki,
bu dildə fel formalarının maksimal sayının- 60 minə qədər ol-
duğunu, hayda – bu dil də Şimali Amerika hindularının dilidir ki, bu
dildə sözün 70 minə qədər ön şəkilçiləri vardır? Tabasaran – Da-
ğıstanda yaşayan tabasaranlıların dilidir ki, ismin 37 halı məlumdur.
Bununla belə, Çin dili də son dərəcə mürəkkəbdir, çünki bu dildə 50
minə yaxın heroqlif vardır.
Mürəkkəb sintaktik bütöv –
müstəqil cümlələrdən yaranan,
struktur-məna korrelyasiyası xas olan sintaktik vahiddir; o, kon-
tekstdən çıxarış edildikdə belə öz sintaktik müstəqilliyini qoruyub
saxlayır.
Müsbət nitq situasiyası –
nitq situasiyasının elə hissəsidir ki,
o məlumatın tam şəkildə verilməsinə kömək edir və situativ infor-
masiyanın mənbəyi olur.
62
Mütləq tezliyin toplanması –
bu, korpusda lüğət vahidlərinin
ümumi sayını, daha doğrusu, lüğət vahidlərində seçilmiş məcmuyun
həcmini göstərir.
N
Nağıl –
hər hansı şeyin (mətnin) məzmununun şərhi. Müqa-
yisə et: dəyişdirmə (uyğunlaşdırma).
Natiq nitqi –
1.Çoxsaylı auditoriyaya yönəlmiş müraciət, ya-
xud nitq. Buna görə də o xüsusi keyfiyyət tələb edir: müəyyən və
bərabər səsin təmin olunması, xüsusi sintaktik quruluş, xüsusi leksik
vasitələr və s. 2. Kollektiv dinləyiciyə ünvanlanmış məhsuldar nitq,
o sinxron, yaxud ardıcıl tərcümə olunur.
Natiq nitqinin tərcüməsi
– natiq nitqi dinləyiciyə istiqamət-
lənmiş nitqdir ki, ona müəyyən fonetik, xüsusən ritmik tələblər ve-
rilir. Tərcüməyə də eyni tələblər verilir. Tərcümə üçün olduqca
zəruridir ki, səslənən nitqin bir yerə toplanmışlarını müəyyənləşdi-
rib qaydaya salmaq üçün gözə daha çox çarpan təkrarlar-səslər,
cümlənin gedişini çətinləşdirən eyni yaxınlıqda, məsafədə qa-
fiyələnən sözləri, söz birləşmələrini seçib ortaya çıxarmaq lazımdır.
Natiq nitqinin ən mühüm tələbi cümlənin cedişini çətinləşdirmək və
ağırlaşdırmaq yox, onu yüngülləşdirməkdən ibarətdir. Odur ki,
onların tərcüməsi zamanı uzun-uzadı budaq cümlələrin is-
tifadəsindən qaçmağa meyilli olmaq vacibdir. Natiq nitqinin təş-
kilində parallelizm və təkrarlar kimi sintaktik vasitələr əsas rol
oynayır. Elə buna görə də ağıllı və düşünülmüş tərcümə zamanı il-
kin mətndə olan ümumi təkrarların sayından kənarlaşmaq da olar.
Müəllifin yaradıcı şəxsiyyətinin fərdi özünəməxsusluğu ilə bağlılıq
burada onun nitqinin üslub formasında özünü göstərməsidir, odur
ki, o janr üçün spesifik olan müvafiq formada yerinə yetirilir.
Neologizmlər –
1. Dildə, bəzən isə verilmiş hər hansı kon-
tekstdə müvəqqəti, okkazional (fərdi) yaranmış, bəzən bu və ya di-
gər vaxt (dövr) ərzində özünə yer almış sözlər. Neologizmlərin tər-
63
cüməsində tərcüməçi oxucu qavrayışı üçün daha səmərəli anlayışla-
rın verilməsinə söykənir. Başlıca vəzifə yeni anlayışın mahiyyətini
verə bilməkdir. Neologizmlərin tərcüməsi bəzən tərcümə dilində
yeni terminlərin, müvafiq anlayışların yaranması ilə bağlıdır. 2. İki-
dilli tərcümə lüğətlərində qeyd olunmamış, yaxud dildə mövcud
olan sözlərin yeni mənalarının qeyd edilməmış yeni sözlər.
Neologizmlər lüğəti –
bu, elə yeni sözlər lüğəti deməkdir.
Neologizmlər tərcüməsi –
bax: neologizmlər.
Nəql etmə –
bu, təsvirə əks olub, müxtəlif zaman kəsiklərində
gedən hadisələrin təsviridir ki, onlar bir-birinin ardınca gedir, yaxud
bir-birini şərtləndirir; bu, monoloji müəllif nitqinin başlıca
hissəsidir.
Nəzarət mexanizmi və nəticələrin korrektə edilməsi –
mütərcimin bu və ya digər tərcümə variantını seçərkən özünə inamı
olmadığı zaman istifadə olunur. O, özündə deyimin məzmununun
sintaktik və leksik səviyyəsini birləşdirə bilər. Mütərcim öz
fəaliyyətinə şüurlu olaraq nəzarət edir.
Nisbi bilinqvizm –
süni bilinqvizm nəticəsində iki dildə nis-
bətən sərbəst danışan şəxs; ikidilliliyin nisbi xarakteri, dillərdə da-
nışma xarakteri.
Nisbi sinonimlər –
quruluş və məna etibarı ilə uyğun olan se-
mantik konstruksiyalar.
Nisbi tezlik –
Bu, mətnin (korpusun) elə hissəsini lüğət
vahidinin faizlərlə təmin etməlidir və ödəməlidir ki, bununla onun
mühümlüyünü müəyyənləşdirmək olsun.
Nitq –
1. Prosesində dilin funksionallığının kommunikasiya
prosesində informasiyanın verilməsi verilməsi. 2. Dilin köməyi ilə
ünsiyyətin bu və ya digər növüdür ki, o, öz xassələrinə görə vəziy-
yətlə və kommunikasiyasının məqsədi ilə müəyyənləşir. 3.
Aktuallaşma və kontinuumla xarakterizə olunan çoxsaylı mə-
lumatlar arasında uyğunluq sistemi. 4. Nitqi, dili tətbiq edən da-
nışanın konkret dil kollektivində digər onun üzvləri ilə qarşılıqlı
fəaliyyəti. 5. Müxtəlif, rəngarəng, dil vasitələrinin mürəkkəb
məzmununu vermək üçün istifadə olunan danışıq prosesidir ki, o,
64
informasiyanın özü ilə bərabər (yanaşı), dinləyiciyə müraciət
(çağırış) deməkdir ki, onu (cavaba müvafiq) hərəkətə təhrik edir.
Nitq axının makroseqmentasiyası –
sintaqmların, frazaların,
yüksək fraza vahidlərinin nitq deyiminin seqmentasiyası.
Nitq dil vahidi –
bu elə nitqdə və dildə dil vahidlərinin və
nitq vahidlərinin birliyi deməkdir.
Nitqin əsəri –
sözlərdə ifadə edilmiş fikir, bu başlıca fikri ifa-
də edən sonuncu cümlə, cümlənin hissəsi, yaxud hər hansı bir fikri
açan cümlənin bəzi hissəsinin cəmi ola bilər. Nitq əsərində fikir
müəyyən bütövlüyə malik olur, buna görə də biz nitq əsərinin hər
hansı növünü fikrin dil ifadəsi vahidi kimi nəzərdən keçirməliyik.
Digər tərəfdən, nitq əsəri dil çərçivəsində olur və buna görə də dil
elementlərinin öyrənilməsi və onun üzərində müşahidə, daha
doğrusu, onun strukturu üzərində müşahidə də istifadə oluna bilər.
Bax: nitq əsəri.
Nitq janrı
– müvafiq məzmunun verilməsində diskursiv prak-
tikalardan istifadə ssenarisidir və konkret kommunikativ məqsədlə
əlaqədardır. Nitq janrları üslubiyyat çərçivəsində funksional üslub-
lar formalaşdırır.
Nitq fəaliyyəti –
1. Müxtəlif dilçilik, psixologiya, fiziologiya
və s. elmlərin predmeti kimi eyni zamanda çıxış edən (nitqin bir
əsər kimi təqdim olunmasından fərqli olaraq) nitq prosesi. 2. Dil
nitq bacarığının ictimai kollektiv tərəfindən mənimsənilən, bu baca-
rığın həyata keçirilməsi və nitq aktının iştirakçısı kimi dinləyicini
özündə birləşdirən zəruri şəraitlərin cəminin məcmuyu. 3. Fərdin
nitqi, fərdi nitq. 4. Hər hansı məqsədə çatmaq üçün istiqamətlənmiş
nitq fəaliyyəti və hərəkətlərin daha üstün sistemi. Tərcümə yazı,
oxu, danışıq və eşitmə ilə yanaşı nitq fəaliyyətinin növlərindən biri-
dir. 5. Dilin köməyilə həyata keçirilən fəaliyyət. Yalnız nitq hə-
rəkətlərini özündə birləşdirən fəaliyyət mövcud deyildir. Nitq hə-
rəkətləri bütün hallarda zehni, hərəkətedici və s. çarpazlaşır.
Nitq fəaliyyətinin müxtəlif növləri
– oxu, danışıq, tərcümə,
redaktə, referat çıxarma, korrektor işi və s. kimi ola bilər. Əgər nitq
fəaliyyətinin professional növlərini atsaq, o zaman dörd əsas nitq