57
arasında genetik bağlılığın olub-olmamasından asılı olmayaraq
əlaqələri öyrənir.
Mətnin ümumiləşməsi-konkretləşməsi –
bax: mətnin ana-
litikliyi və sintetikliyi.
Mətnlər arasında əlaqə –
dialektik qarşıdurma affirmativ və
kontroverz əsasda modelləşdirilmiş mətnlər arasında münasibət.
Mətnarası əlaqəyə qabaqcadan hazırlıq – mətnarası invariantın möv-
cudluğu. Əlaqə nəticəsində yeni mətndə invariantın realizasiyasında
işarə olan hərəkətlər (yerdəyişmə) yaranır. Mətnlər arasında əlaqə -
bu ayrı-ayrı mətnlərin, yaxud onun və xeyli çoxsaylı mətnlərin
arasında olan münasibətlərdir.
Mətnlərin ümumi əlaməti –
Onlara; 1)mətnin sonuncu ni-
şanlanmasının müxtəlif üsulları; 2) əlaqəli mətnin daxili bölmələri
arasındakı keçidlərin nişanlanma üsulları; 3) temporal əlaqələr; 4)
məkan əlaqələri; 5) məntiqi əlaqələr (məsələn, səbəb və nəticə); 6)
diskurs iştirakçılarının identifikasiyası; 7) müxtəlif ayırma vasitələ-
rində (high-lighting) bu və ya digər elementlər üzərində diqqət, ya-
xud emfazanın fokuslaşdırılması; 8) müəllifin, daha doğrusu, onun
mövqeyinin və nəzər nöqtəsinin (author’s involvement) aidiyyatı.
Məzmun –
1. Düşüncəmizə təsir edən və tərəfimizdən fiksasi-
ya olunan mətnin elementləri. 2.Bütövün bütün əsas elementlərinin
vahidliyi, onun xassələri və əlaqələridir ki, o formada mövcud olan
və ifadə olunmaqla ondan bölünməzdir. 3.İfadənin əsas mahiyyəti.
Məzmunun sərbəst variasiya olunan elementləri –
orijinal
mətnin elementləridir ki, onların tərcüməsi nisbətən sərbəst dəyiş-
dirilə, yaxud buraxıla bilir.
Mikrodilaltı –
bax: xüsusi dilaltları mikro şərh edilmiş bütün
mətnin tam şəkildə sonra verilməsini (tərcüməsini) nəzərdə tutan
mətndən açar informasiyanı özündə daşıyan sözlərin seçilməsi ilə
bağlı yaddaşı inkişaf etdirmək üçün olan çalışmalar.
Mikrolinqvistika –
dilçiliyin dil sisteminin daxilindəki qarşı-
lıqlı əlaqələri və qarşıdurmalarını öyrənən sahəsidir.
Mikrosistem – bax:
sistemaltı.
58
Mikrotərcümə –
leksik vahidlərin və qrammatik formaların
verilməsi.
Milli dil –
Bütöv bir millətin ümumi dili.
Milli realilər –
1. Hər hansı sosial icma, etnik qrupa aid olan
spesifik predmet (əşya), hadisə, ənənə və adətləri bildirən söz və söz
birləşməsinə realilər deyilir. Milli realilərin əksəriyyəti ekvivalent-
siz leksikaya aiddir. 2. Dildə öz əksini tapan konkret hadisələr və
konkret xalqın ənənəsi çərçivələrində mövcud olan milli sistem an-
layışı elementləri. Milli realiləri bildirən leksik vasitələr metonimi-
ya qanununa uyğun olaraq milli realiyalar adını qazanmışdır.
Modal rəmzlər
- nitqdə modal münasibəti ifadə etmək üçün
istifadə olunan təcili tərcümə yazısı rəmzi.
Model -
1. Ümumi şəkildə təqdim olunmuş köməkçi sistemi
əvəz edən öyrənilmə üçün nəzərdə tutulmuş obyekt; 2. Bu (ver-
ilmiş) dilə xas olan, onun strukturunu təşkil edən elementlər sxe-
midir; 3. Bu sxemin (yaxud onun hər hansı hissələrinin və yaxud
elementlərinin) kompakt simvolik təsviridir ki, ondan dilin onun
öyrənilməsində metodlardan biri kimi dilin modelləşdirilməsidir; 4.
Hər hansı dil vahidinin onun hissələrini təşkil edən ardıcıl
düzümünü (yerləşməni) əks etdirən sxem, yaxud nümunədir.
Modelin etibarlılığı –
Bu, modelin keyfiyyət və kəmiyyət xü-
susiyyətlərini, daha doğrusu, onun keyfiyyət və kəmiyyət etibarlı-
lığını nəzərdə tutur.
Modelləşdirmə -
1. Çətin müşahidə olunan, yaxud son dərəcə
mürəkkəbliklə seçilən (fərqlənən) obyektin sxematik şəkildə əks ol-
unmasında istifadə olunan elmi yanaşma; 2. Fiziki hadisə və pro-
seslərin modellərdə tədqiq olunmasıdır ki, burada təcrübələrin nə-
ticələrinə görə natural şəraitdə gedən proseslər haqqında fikir yürüt-
mək olar; 3. Hər hansı dil vahidinin sxeminin, yaxud modelinin
hazırlnması.
Modulyasiya -
1. Yaradılma prosesində bir sözdən digərinə
onun əsas mənasının saxlanılması ilə keçilməsi baş verir; 2. İdentik
situasiyanı təsvir edən məlumat tipinin dəyişdirilməsi müvafiq yol
yaratma üsuludur.
59
Motivasiya -
1.Bu və ya digər hərəkət və fəaliyyətə yönələn
tələb; 2. İnsan fəaliyyətini təşkil edən və istiqamətləndirən, onun
fəallıq mənbəyini, və davranışını oyatmağa çalışan səbəblər sistemi.
Monoqrafik referat -
bir mətnin məzmununu şərh edən ref-
erat. Bir sənəd, bir material üzrə tərtib olunur. Bütün materialı əhatə
edən monoqrafik referat tərtib edilərkən referat mövzusu adətən ma-
terialın özü ilə müəyyənləşir. Lakin mənbənin ayrı-ayrı fəsilləri,
yaxud hissələri şərh edilən zaman isə referatın mövzusu nəşrdə gös-
tərilir. Belə şərhetmə seçmə şərhetmə adlanır.
Monoqrafiya -
hər hansı bir elmi problemə həsr edilmiş
tədqiqat işi.
Monoloji nitq -
məzmunun mövzu genişliyini əhatə etməyə
istiqamətlənən, əhatəli formada olan konstruksiya və onların qram-
matik tərtibatı olan nitq. O öz genişliyi, əhatəliliyi ilə xarakterizə
olunur.
Monoloq -
digər şəxsin sözlü reaksiyasını nəzərdə tutmayan
nitq. Bu, danışanın özünə müraciəti formasında olan nitqdir.
Monosemiya – təkmənalılıq.
Morfem -
əldə olan keyfiyyətin itirilməməsi şərti ilə və mütə-
madi olaraq bu dilin modelinə müvafiq olaraq ifadə sistemi vahidi,
bilavasitə onun məzmun sisteminin elementinə müvafiq olan son
dərəcə kiçik dil vahidi.
Morfem-leksem tərcümə -
ilkin mətnin (dilin) kökmorfemi-
nin tərcümə mətninin (dilinin) ayrıca söz ilə tərcüməsi.
Morfem-morfem tərcümə –
struktur əlaqələri nəzərə alınma-
dan ayrı-ayrı morfem səviyyəsində yerinə yetirilmiş tərcümə. Mor-
femin tərcümə vahidi kimi seçilməsi nadir hallarda müşahidə olu-
nur, çünki əksər hallarda üst-üstə düşməyən mənaları müxtəlif dil-
lərdə sözün morfem strukturunda vardır.
Morfem səviyyəsində tərcümə –
bax, nomorfem tərcümə.
Morfematik tərcümə –
əsasən, mətnin morfematik səviyyə-
sində realizə olunan tərcümə.
Möhür dili –
yazılı dilin güclənmiş variantıdır ki, burada ya-
zılı dil üçün xarakterik olan əsas xüsusiyyətlər son həddə çatır.
60
Mövcud oriyentirovka (istiqamətlənmə) - ilkin mətndə ge-
dən proses –
bu, elə tərcüməçinin ilkin mətndə istiqamətlənmə pro-
sesidir.
Köməkçi sözlər –
bax: deyktik sözlər.
Mübahisəli tərcümə (1) –
bu, tendensioz tərcümədir ki, bura-
da bir tərcüməçinin əməliyyatı polemik olaraq digər tərcüməçinin
əməliyyatlarına qarşı yönəlir və bu mütləq digər tərcüməçilik kon-
sepsiyasına qarşı dayanır. Yaxud da, bu, elə tərcümədir ki, burada
digər tərcüməçinin konsepsiyasının bədii, tematik və digər ten-
densiyaları, yaxud orijinal müəllifinin ənənələr ifşa olunur.
Mübahisəli tərcümə (2) -
bu, affirmativ kontroverz meta-
mətndir.
Müəllif metamətni –
bu, müəllifin özünün yaradıcı subyekt-
obyekt əlaqəsi olmasıdır. Müəllif metamətni affirmativ, yaxud kon-
troverz, gizli, yaxud aydın şəkildə mətn elementləri, yaxud bütöv
mətn səviyyəsində realizə olunur. Müəllif metamətn janrları meta-
kommunikasiya sistemi yaradır (bax, tipologiya metamətni).
Müəllif ortaqlı markerlər –
burada müəllif ortaqlığı iki tipli
ola bilər-avtobioqrafik (real və ya fiktiv) 1-ci marker onun markeri
1-ci şəxs əvəzliyi ola bilər və qiymətvermə anlamındadır; 2-ci
marker isə leksik vahidlər (ola bilər this was an ugly scene - bu
olduqca eybəcər bir səhnə idi) verilən qiymətdir.
Müəllif tərcüməsi –
əsərin müəllifin özü tərəfindən digər dilə
tərcüməsi (avtotərcümə). Avtotərcümə ilkin mətnə işarə – mo-
delləşdirmə səviyyəsinə görə münasibətdə orijinal mətnin variantı
hesab edilə bilməz. O yalnız dəyər və üslubi-dil sahəsinin dəyişil-
məsi nəticəsində protomətnin məruz qaldığı dəyişilməyə görə tərcü-
mə hesab edilə bilər.
Mühakimə –
ardıcıl formada izah olunan təfəkkür zənciri.
Müxtəlif mənalılıq (müxtəlif mənalılıq forması)
–ikidillik
situasiyası şəraitində idiomatiklik və tərcümə olunmama.
Müxtəlif predmetli sinonimlər –
bu, elə ideoqrafik sinonim-
lər deməkdir.
Müxtəsər ifadə –
bu, annotasiya, yaxud referat anlayışıdır.