137
fəaliyyətinin ikinci səviyyəsidir. Burada
tərcüməçinin fəaliyyət
kompleksinin orijinalın məna və üslubi informasiyasının tərcümə
dilinin köməyi ilə yaradılması göz qabağındadır. Bu kompleksi
ümumi sxemdə üçüncü səviyyəyə aid etmək olar. Dördüncü səviyyə
– bu, tərcüməçinin yekun - qiymətləndirici fəaliyyətidir. Onu
tərcüməçinin «nəzarət özünüredaktəsi» də adlandırmaq olar.
Nəzarət özünüredaktə xüsusən peşəkar tərcüməçi üçün vacibdir.
Lakin bununla belə, «məşq tərcümələr»in ali məktəb tələbələri ilə
təlimdə rolu danılmazdır. Bu model tərcüməçinin yaradıcılığı
prosesində əsas dönüş nöqtəsini (yeni mərhələsini) açır.
Tərcüməçilik həlli prosesi
– tərcümə fəaliyyəti zamanı bu və
ya digər üslubi xüsusiyyətlərin həddən artıq yüksək
qiymətləndirilməsi, yaxud qiymətlən-dirilməməsinin seçilməsini.
Qərarların həllinin həyata keçirilmə prosesi tərcüməçinin üslubi
repertuarına uyğun olaraq baş verir (üslubi idiolekt). Üslubi
priyomların seçimi imkanı orijinalın invariantının xarakteri,
tərcüməçinin üslubi hissiyyatı və kommunikativ vəziyyətlə bağlıdır.
Tərcüməçilik kompetensiyası –
1. Tərcümə prosesində
mühüm amil olmaqla, dərk etmək reseptiv kompetensiyasını eyni
zamanda qısa və dürüst ifadə etmənin daha məhsuldar
kompetensiyasını birləşdirir. Başqa sözlə, tərcüməçilik
kompetensiyası ilkin mətnin başa düşülmə bacarığını və mətnin
tərcümə dilində yaradılması bacarığını özündə birləşdirir. Belə ol-
duğu halda, tərcüməçinin həyat təcrübəsi onun biliklərinin fonu
kimi özünü əks etdirir. Tərcüməçilik kompetensiyasının
komponentləri arasında tərcümə dilinin idiomatik səviyyəsini
bilmək böyük əhəmiyyət kəsb edir. Bundan başqa, tərcüməçilik
kompetensiyası tərcümə prosesində iki mədəniyyətin, iki dilin
elementlərini birləşdirir. İlkin mətnə tam şəkildə iqtiqamətlənməklə,
tərcüməçi axtarış prosesinə qədər qəbul edərkən, o, orijinalı
tərcümədə necə ifadə edə bilməsi prosesinə qoşulur. 2. Onun
diferensiasiyası iki səviyyədə mövcuddur: 1) janra görə (elmi-
texniki mətn, bədii mətn və s.) və 2) istiqamət üzrə (ana dilindən
xarici dilə və xarici dildən ana dilinə). Bu kompetensiyalardan hər
138
biri, öz növbəsində, iki subkompetensiyanı (ilkin dildəki reseptiv
sferanı və tərcümə dilindəki produktiv sferanı) əhatə edir. Hər iki
subkompetensiya bir-birini qarşılıqlı şəkildə əvəzləyir və
tamamlayır. Burada mətnlərin tərcüməçi üçün məzmun və üslubi
cəhətdən zəruri dərəcədə kommunikativ ekvivalentliyi vacibdir.
Məhz tərcüməçilik kompetensiyasının bu tekstual xarakteri göstərir
ki, heç də hər iki dili mükəmməl bilən şəxslər yaxşı tərcüməçi ola
bilmir. 3. Tərcüməçi tərcümə olunan mətni necə başa düşür, o,
tərcümənin strategiyasını necə qurur və yenidən qurur, vəziyyətdən
asılı olaraq, deyim üçün hansı funksional perspektiv seçir, orijinal
əsasında mətni yenidən necə yaradır – bütün bunlar tərcüməçinin
dil, həm dildənkənar, həm də reseptiv, reproduktiv kompetensiyası
deməkdir. Bu kompetensiyanın bütün növləri bir-biri ilə üzvü
surətdə bağlıdır və ümumiləşərək tərcümə prosesinin əsasında duran
dəyişilmənin və kommunikativ nəzərdə tutulmanın və səmərəliliyin
lazimi dərəcəsini yaradır. 4. O elə bir çoxölçülü mürəkkəb
kateqoriyadır ki, tərcüməçinin ixtisas təsnifatının xarakteristikasını
dillərarası və mədəniyyətlərarası aktda həyata keçrməyə imkan
verir: iki dili tərcüməçinin minumum bilməsi (həm orijinalın, həm
tərcümənin) burada onların hər ikisi bir-biri ilə proyeksiya olunur,
orijinal mətnin tərcüməçi tərəfindən interpretasiya olunması
bacarığı ortaya çıxır, tərcümə texnologiyasına yiyələnilir, mətnin bu
üslubda və janrda normalarını bilmək tələb olunur; tərcümə dilinin
strategiyasını müəyyənləşdirən tərcümə normalarını bilmə; orijinal
mətnin doğru-dürüst inpretasiyası üçün zəruri ümumi biliklərin
müəyyən norması, xüsusən, uğurlu tərcümə üçün tərcüməçinin
ixtisas çərçivələrində predmeti bilməsi olduqca vacibdir.
Tərcuməçilik kompetensiyası anlayışı tərcümənin digər növlərinə
tətbiq edilməklə konkretləşdirilə bilər və o, məsələn, bədii, xüsusən
poetik tərcümə üçün zəruri olan yaradıcı bacarığı özündə əks etdirə
bilər.
Tərcüməçinin ədəbi savadlılığı –
tərcüməçinin əlində olan
orijinal haqqında informasiyanın cəmi. Buraya tərcüməçinin
qəbuledici ədəbiyyata münasibəti; orijinalda təsvir olunmuş
139
gerçəklik haqqında informasiya, tərcümə olunmuş ədəbi prosesdə
yeri və mövqeyi, müəllif kodu və oxucu kodu haqqında
informasiya, tərcüməçinin qəbuledici ədəbiyyat vətən kontekstinə
(ictimai reallıq, oxucunun ənənəsi və kodu) tərcüməçinin
münasibəti.
Tərcüməçinin istifadə etdiyi üsullar –
tərcümə mətnini əldə
etmək (hazırlamaq) məqsədilə orijinal mətn üzərində tərcüməçi
tərəfindən aparılan əməliyyatların növü.
Tərcüməçinin metabədii fəaliyyəti –
ikinci, əlavə ədəbi
yaradıcılıqdır ki, onun bilavasitə impuls verən artıq mövcud əsərdir.
Bu yaradıcılıqdan əvvəl, yaxud onu müşayiət edən yaradıcılıq onun
metadil (analitik) fəaliyyətidir. Metabədiilik mətnyaratma
prosesində tərcüməçilik həllinin sintezi olur.
Tərcüməçinin metadil mövqeyi –
tərcüməçinin analitik
əməliyyatı. Onun məqsədi – oricinalın öyrənilməsi və rasional
dəyər meyarının aydınlaşdırılmasına, obyektiv dəyərləndirilməsinə
və ədəbiyyatlararası kommunikasiyanın, faktların müəyyən-
ləşməsinə istiqamətlənmişdir. Bu əməliyyatda tərcüməçinin tərcümə
üçün növbəti qərarları gəlir.
Tərcüməçinin poetikası –
təsvir vasitələri planında realizə
olunan poetik idiolektdir ki, bu orijinaldan fərdi tərcüməçi
kənarlaşmaları sisteminə ədəbi normanın qəbul edilməsi, yaxud
tərcüməçilik metodudur. Bu sistemin elementi fərdi üslubi aktlardır
ki, onlar məhz tərcüməçinin fərdi yaradıcılığını səciyyələndirir.
Tərcüməçinin poetikası
– tənqidi məqalədə, «etiraf»da öz
əksini tapa bilər və s. Tərcüməçinin poetikası tərcümənin müvafiq
dövrdə olan nəzəri üstqurumu, yaxud da belə demək mümkünsə,
tərcümənin estetikasıdır. Daha geniş formalaşmış tərcüməçi
poetikası dövrün ədəbi savadlılığı hesab edilir.
Tərcüməçinin sürətli yazısı –
nitqin qavrayışı prosesində
şifahi tərcüməçinin yazısıdır ki, o sözlərin yox, fikirlərin fiksasiyası
üzərində qurulur. Bax: həm də: ardıcıl tərcümə yazısı.
Tərcümədə mədənyyət amili –
müəllif və tərcüməçinin
mədəni kontekstə münasibəti. Bu münasibətləri «özünün» və
140
özgənin oppozisiyası kimi ifadə etmək olar ki, bu, tərcümə
prosesində tərcüməçinin kommunikativ mövqeyindən asılı olaraq
əslə yaxınlaşma, yaxud ondan uşaqlaşma şəklində realizə olunur
(ekzotizasiya – naturalizasiya). Buna, həm də xeyli dərəcədə tərcü-
məçinin mədəni kodu və üslubi stereotipi təsir edir.
Tərcümədə prinsipial əhəmiyyəti olmayan səhvlər –
bu,
tərcümə prinsiplərinin pozulmasının nəticəsi olmayıb, digər dildə
ifadəsini tapmış, daha doğrusu, bu, üslubi səhvlərdir ki, onlar ya
orijinal müəllifinin dilinin təsirindən, ya ənənəvi yaradıcılıq
manerasının formasına yaxşı bələd olmamaqdan, ya da tərcümə
edilən dili mükəmməl səviyyədə bilməməkdən irəli gəlir.
Tərcümədə simulyasiya –
müəlliflər oxucuları özlərinə cəlb
etmək məqsədilə orijinalı tərcümə kimi təqdim edirlər. Tərcümənin
simulyasiyası zamanı müəllif tərcümə olunmuş əsərlərin
konyunkturasını istifadə etməyə çalışır. Mətn nəzəriyyəsi
aspektində bu fiktiv tərcümə artıq kvazimetamətn (yalançı mətn)
adlanır. Müəlliflərin psevdotərcümələrini bəzən subyektiv
motivlərlə əlaqələndirirlər. Bununla belə, şəxsi motivasiyadan başqa
psevdotərcümə ədəbi savadlılığın spesifik tələbatlarında yarana bilir
(yəni oxucu marağının ödənilməsi üçün tərcümə olunmuş müəllifin
populyarlığından istifadə etməklə, xüsusən populyar ədəbiyyat
sahəsində, naşirin kommersiya maraqları sahəsində və s.).
Tərcümədə tematik əməliyyatlar
– tərcümədə uyğun, yaxud
analoji tematik elementlərin axtarılması. Bu orijinalın müvafiq
mövzu - tematik xüsusiyyətlərini özündə əks etdirən, orijinalda və
tərcümədə denotativ dəyərlərin identifikasiyası, konnotativ
mənaların açılması, konnotatların denotatlarla əvəzlənməsidir.
Tərcümədə üslubi ekvivalentlik və məzmun –
orijinal və
tərcümənin elementlərinin funksional bərabərliyi. Tərcümə zamanı
orijinalın elementləri elə üsulla əvəzlənir ki, mənaların invariant
uyğunluğu və onların üslubi dəyəri bir-birinə identik olur.
Tərcümədə üslubi tipologiyanın dəyişilməsi
– üslubi
yerdəyişmələrə uyğun olaraq onların təsnifatı mikro və makroüslubi
tərcümə səviyyələrinə uyğun olaraq aparılır.